Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Hakimiyyət böyük yeniliyə gedir: Yalnız Milli Məclis dəyişməyəcək

İyul 10, 2024
A A

REDAKTORUN SEÇİMİ

Ərdoğan Laçında bu mahnını Çinarə ilə birgə oxudu – Video

Ərdoğan Laçında bu mahnını Çinarə ilə birgə oxudu – Video

30 May 25 / 14:00
Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?

Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?

21 May 25 / 10:58
Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

08 May 25 / 11:46
Məzahir Pənahovun keçmiş gəlininin acı hekayəsi – “Görünür ki, çox tərbiyəsiz oğul böyüdüb”

Məzahir Pənahovun keçmiş gəlininin acı hekayəsi – “Görünür ki, çox tərbiyəsiz oğul böyüdüb”

06 May 25 / 13:00
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –TƏFƏRRÜAT

Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –TƏFƏRRÜAT

01 May 25 / 13:11

Proseslər sürətlənib. Hadisələr bir-birini çevik şəkildə əvəz edir. Bəzən çatdırıb, şərh etmək mümkün olmur. Azərbaycan və bütövlükdə dünya siyasətində bu cür dinamikaya heç vaxt rast gəlinməyib. 

Siyasət hər zaman astagəlliyi, təmkini, ağırlığı ilə seçilib. “Yüz ölç, bir biç” prinsipi bu sahədə aktuallığını qoruyub. İndi isə belə şərtlər aradan qalxıb. Az qalsın qərar verilmədən, nəticə ortaya çıxır.

Xarici siyasətdəki dinamika öz yerində. Ölkədaxili siyasət də sürətlənib. Bütün bunlar isə Azərbaycanın yeni mərhələyə çıxması ilə bağlıdır.

Müharibədən sonra reallıqlar böyük miqyasda dəyişdi. Bu dəyişiklik davam edir. Dövlət özünü yeniləyir. Ərazi bütövlüyünün təmin olunması, suverenliyin bərpası ölkəni yeni hədəflərə aparır. Zaman itirmək, ləngimək olmaz. Bəzən bir neçə aya bir neçə ilin işi sığışdırılır. Başqa variant yoxdur. Ləngisək, uduzarıq, itirərik.

Hazırda ölkədə bir neçə istiqamət üzrə hazırlıqlar gedir. Bunlardan ikisi prioritet təşkil edir: COP29 tədbiri və Milli Məclisə seçkilər. COP29 noyabrda keçiriləcək deyə, onunla bağlı siyasi həyatda hələ çox qaynarlıq duyulmur. Dövlət bu nəhəng tədbirə yüksək səviyyədə hazırlaşır. Lakin bu tədbirin mahiyyəti daxili maraqları o qədər təsirləndirmir.

İndi əsas ictimai diqqət sentyabr ayının 1-nə təyin edilən parlament seçkilərinə yönəlib. Məsələni maraqlı, bir qədər də gərgin edən az qalsın 10 nəfərdən 7-nin deputat olmaq istəməsidir. Kimi dindirirsən, namizədliyini verəcəyini söyləyir. Seçib-seçilmək 18 yaşı tamam olan hər kəsin haqqıdır. Amma bu qədəri də çoxdur. Bu kütləvi arzunu, istəyi şərtləndirən, provokasiya edən siyasi, bir qədər də sosial amillər var. Hamının ürəyindən keçir ki, hökumət onun namizədliyini dəstəkləsin, xərcini çəksin, o da rahatca gedib Milli Məclisin iclas zalında otursun. Deputat olmaq istəyənlərin 90 faizi öz resursları ilə seçki kampaniyası apara bilməzlər, imkanları çatmaz. Heç buna getməzlər də. Açıqca deyirlər: “Dövlət məni deputat eləsin”. Düşünürlər, çox əhəmiyyətli, əvəzedilməz personadılar. Guya dövlətin, cəmiyyətin bunlara dəhşətli dərəcə ehtiyacı var. Bu, olsa-olsa, kütləvi psixoz halının əlamətidir. Başqa bir şey deyil.

Milli Məclisin tərkibinin ciddi şəkildə dəyişəcəyini deyənlər var. Amma bu dəyişikliyin maksimum 30 faizlə yekunlaşacağı iddiaları da eşidilməkdədir. Adil Əliyevin MM-in vitse-spikerliyindən Suraxanının icra başçılığına göndərilməsi düşüncələrdə kəskin “U dönüşü” etdi. Hər kəs barmağını dişlədi. Adil Əliyevin karyerasındakı bu cür radikal dəyişiklik siyasi cameənin gözünü açıb. Bu təyinat parlamentdə dəyişikliyin 30 faizi aşacağı qənaəti formalaşdırdı. Həmçinin bəzi sualları aktuallaşdırdı. Əsas suallardan biri də budur ki, qanunverici orqan hara qədər yenilənəcək? Deputat korpusunda dəyişiklik kütləvi olacaq?

Adil Əliyevin təyinatı bu suallara cavab tapılmasında açar rolu oynaya bilər. Bu, növbəti mərhələdə daha qlobal dəyişikliyin ola biləcəyindən xəbər verir. İdarəetmənin optimallaşdırılması, rəy və region (qrup) liderlərinin növbəti dəfə vitrindən arxa plana atılması, ehtiyat oyunçular skamyasında gözlədilməsi istisna edilmir. 2018-ci ildən start götürmüş kadr islahatı, idarəetmədəki reformalar belə çıxır, dayanmayıb. Prezident seçkisindən sonra əksəriyyət Nazirlər Kabinetinin tərkibinin ciddi dəyişəcəyini gözləyirdi. Bu gözlənti doğrulmadı, amma gündəmdən çıxdığını düşünmək sadəlövhlük olar. Hər şeyin zamanı var, necə deyərlər. İlham Əliyev müharibə vaxtı belə bir ifadə işlətmişdi: “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” Bu fikir postmüharibə dövrü üçün də keçərlidir.

Prezident İlham Əliyev 2013-cü ildən bəri komandada xeyli dəyişikliklər etdi. Bu dəyişikliyin ən qlobal fazası 2019-cu ilin ikinci yarısından sonra başladı. Onda ölkə müharibə ərəfəsində idi – həmin vaxt bunu biz bilməsək də. Ona görə də köhnə kadrlar, əsasən də Rusiyaya bağlılığı şübhə doğurmayan məmurlar, Türkiyəyə qarşı olan qruplaşma üzvləri idarəetmədən uzaqlaşdırıldı. Ramiz Mehdiyevdən Nəcməddin Sadıkova, Hacıbala Abutalıbovdan Əli Həsənova kimi bir çox vəzifəli məmurlar sakit şəkildə komandadan qovuldu. Köhnə komandadan sonuncu “nüsxəsi” Vasif Talıbovun isə siyasi aqibəti daha acınacaqlı oldu. Hər kəsin cəzası etdiyi günaha, səhvə uyğun verilir…

Müharibədən sonrakı reallıqlar da hakim komandada dəyişiklikləri qaçılmaz edir. Düşüncələr, baxışlar, yanaşmalar dəyişirsə, bu nəhəng prosesdə rol alan icraçıların da dəyişməsi qaçılmazdır.

İndi hər kəs Milli Məclisin yeni tərkibinin kimlərdən ibarət olacağı ilə maraqlanır. 1 sentyabrda keçiriləcək seçkilər böyük dəyişikliyə doğru gedən yolda bir mərhələdir.

İlham Əliyev taktikanı dəyişib. Əvvəl komandanı və idarəetməni şəxslər üzərində qurub, həyata keçirirdi. Sonra bu yanaşmanı format etdi. İndi onun üçün şəxslər yox, sistem əsasdır. O sistemə kim uyğun gəlirsə, irəli çəkilir, kim geri qalırsa, bacarmırsa, uzaqlaşdırılır.

Okan NİZAMETTİNOĞLU

Əvvəlki Yazı

President Obama Holds his Final Press Conference

Növbəti Yazı

MotoGP makes tyre strategies easier to follow for 2017

EKSKLUZİV

Millət vəkili Səməd Seyidov və icra başçısı Rəcəb Babaşov səhiyyə işçiləri ilə görüşüb

Millət vəkili Səməd Seyidov və icra başçısı Rəcəb Babaşov səhiyyə işçiləri ilə görüşüb

04 İyun 2025 / 11:29
1
Özünü iş adamı kimi qələmə verən Oqtay Əliyev sahibkarların cibinə və dövlətin büdcəsinə necə “girir”?

Özünü iş adamı kimi qələmə verən Oqtay Əliyev sahibkarların cibinə və dövlətin büdcəsinə necə “girir”?

04 İyun 2025 / 11:28
18
İran bu yatağa iddia edir – Ərəb ölkələrindən cavab

İran bu yatağa iddia edir – Ərəb ölkələrindən cavab

03 İyun 2025 / 15:15
0
Metroda gedişhaqqı ilə bağlı YENİLİK

Metroda gedişhaqqı ilə bağlı YENİLİK

03 İyun 2025 / 15:00
3

XƏBƏR LENTİ

Millət vəkili Səməd Seyidov və icra başçısı Rəcəb Babaşov səhiyyə işçiləri ilə görüşüb

Özünü iş adamı kimi qələmə verən Oqtay Əliyev sahibkarların cibinə və dövlətin büdcəsinə necə “girir”?

İran bu yatağa iddia edir – Ərəb ölkələrindən cavab

Metroda gedişhaqqı ilə bağlı YENİLİK

İstanbulda mühüm razılaşmalar əldə olundu – Peskov

Attestatla bağlı heç bir ödəniş tələb edilə bilməz – MÜTDA

Əliyevlə Tokayev bir-birini təbrik etdi

META İranın əleyhimizə fəaliyyət göstərən 60 səhifəsini sildi

Medvedyev təhdid etdi: Qisas qaçılmazdır

Güclü küləyə görə bu işlər dayandırıldı – SOCAR

Prezident sərəncam imzaladı

TƏKRAR GƏNCLƏŞMƏNİN SİRRİ TAPILDI – MARAQLI KƏŞF

Millimizin 3 üzvü koronavirusa YOLUXDU

Bu şəxslərə 1600 manat verilir

Bakıda külək əsəcək, rayonlarda yağış yağacaq – SABAHIN HAVASI

Ceyhun Bayramov Keniyanın Baş naziri ilə görüşüb

Qabillə bağlı həbs qərarı verildi

Güclü külək Bakıda 16 ağacı aşırdı

Ordumuz “düşmən” hədəflərini məhv etdi – Video

Oxuyub-yazmağı bacarmayan şagirdlərin sayı…

Güclü külək nə vaxt kəsəcək?

Ötən ay dövlət sərhədini pоzan 20 əcnəbi saxlanılıb

DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Ötən gün bank kartlarından 6 min manata yaxın pul oğurlanıb

Azərbaycan nefti 4%-ə yaxın bahalaşıb

İcra başçısı “Əsədoğlu Group” MMC-yə məxsus müəssisənin təsərrüfat sahəsinin fəaliyyəti ilə tanış olub

İyunun 1-də quru sərhədlər açılacaq?

Ceki Çan qara kəmərə layiq görüldü

Aparıcı Elgiz ölümdən döndü

“Araz-Naxçıvan”ı “Neftçi”yə dəyişir

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« İyn   Okt »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.