Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Korrupsiya cəbhəsinin “qəhrəman” generalları

Mart 12, 2024
A A

REDAKTORUN SEÇİMİ

“Kontakt Home”dən qələm fırıldağı: pulsuz məhsul müştərilərə satılır – FOTOFAKT

“Kontakt Home”dən qələm fırıldağı: pulsuz məhsul müştərilərə satılır – FOTOFAKT

09 İyul 26 / 14:29
Səfir özəl şirkəti hansı statusla rəsmi görüşə aparıb?

Səfir özəl şirkəti hansı statusla rəsmi görüşə aparıb?

06 İyul 26 / 13:30
Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçiləri qul kimi işlədir: “Zeytun Pharma”da ÜSYAN

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçiləri qul kimi işlədir: “Zeytun Pharma”da ÜSYAN

25 İyun 26 / 18:18
“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

11 İyun 26 / 11:42
Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

22 May 26 / 14:35

“20 milyonu kabinetində Nəcməddin Sadıqova vermişəm… Kimə nə qədər pul verilməli olduğunu o müəyyən edib. Bizə qayıdacaq məbləğin və ya pul üzrə faizin dərəcəsi, hansı şirkətlə işin görülməsini də sabiq Baş Qərargah rəisi müəyyən edirdi…”

Bunu Müdafiə Nazirliyinin bir neçə generalının, polkovnikinin, idarə rəislərinin adı keçən korrupsiya cinayətləri ilə bağlı keçirilən məhkəmədə polkovnik Məlikməmməd Qurbanov deyib.

Doğrusu, belə ifadələr N.Sadıkov deyil, hansısa bələdiyyə sədri, “JEK” müdiri barədə verilsəydi, həmin adam çoxdan dəmir barmaqlıqlar arxasında idi. Ancaq başqa bir generalın – Xanlar Vəliyevin başçılıq etdiyi Hərbi Prokurorluq nədənsə bu qədər şahid ifadələrinə və sübutlara rəğmən, Sadıkova “gözün üstə qaşın var” demir, ya da deyə bilmir…

Ümumiyyətlə, ordu generallarının və polkovniklərinin 100 milyonlarla ölçülən korrupsiya əməllərinə dair cinayət işinin araşdırılması prosesi bir çox xüsusiyyətlərinə görə “MTN işi”nə bənzəyir. Orada da çoxlu sayda generalların, polkovniklərin adları hallandı, dövlətin, dövlətçiliyin dayağı olmalı olan bir güc strukturuna yaraşmayan dəhşətli, biabırçı faktlar üzə çıxdı, böyük-böyük rütbələr daşıyan bu şəxslər əslində, nə qədər cılız olduqlarını nümayiş etdirdilər, günahı bir-birilərinin üzərinə atdılar, bir çoxları həbsə atıldı(böyük əksəriyyəti artıq azadlıqdadır-C.M.) və sair. Ancaq ifşa prosesi hansısa səviyyəyə qədər çataraq oradaca “ilişib qaldı”. İndi də buna bənzər proses sabiq Baş Qərargah rəisində – N.Sadıkovda “ilişib”. Şahidlər, ittiham olunan zabitlər ordudakı yeyinti, talama sisteminin uzun illərdən bəri mövcud olduğunu açıq etiraf edirlər. Ancaq nə işdirsə, görünür, bütün bunlardan nə Hərbi prokurorun, nə də nazirin xəbəri olmayıb…

Ümumiyyətlə, çoxları Azərbaycanda generalların sayının çox olmasından gileylənirlər. Doğrudan da bir fəxri adın, makafatın, elmi dərəcənin, yüksək hərbi rürtbənin gözdən salınmasının ən qısa yolu onu kimə gəldi – layiq olana da, olmayana da verməkdir. Lakin əksər hallarda həmin şəxslərin tutduqları yüksək vəzifə qanunvericiliklə general rütbəsinin verilməsini zəruri edir. Bu zaman isə istər-istəməz, vəzifəsindən irəli gələrək, layiq olan da, olmayan da general rütbəsi daşımış olur. Sonradan isə bu cür cinayət, korrupsiya faktları üzə çıxanda, bu işlərə bulaşmış adamların nə mənəviyyat, nə zabit şərəfi, nə də digər kriteriyalara görə gerçək general adının, rütbəsinin heç həndəvərinə də yaxın buraxılmamalı olan adi möhtəkir, alverçi zehniyyətinin daşıyıcıları olduğu məlum olur. Bunu “MTN işi”ndən “Tər-tər işi”nə qədər bilinənlər, nəhayət, hazırda davam edən və general Nizami Məmmədovun həbs edildiyi, N.Sadıkovun isə adı keçən məhkəmə işləri də bariz şəkildə nümayiş etdirir.

 

 

İndi xirtdəyə kimi rüşvətə, korrupsiyaya, çirkaba batmış, büdcə oğrusu olanlar, əsgərin boğazından kəsib özünə milyonlar qazananlar, villalar tikənlər də general sayılır, Səməd bəy Mehmandarov, Həzi Aslanov, Polad Həşimov, Hikmət Mirzəyev və digər layiqli generallarımız da. Yaxşı ki, hərb tariximizdə belə generallarımız da olub və var. Yaxşı ki, “general” deyəndə ilk növbədə onlar ağıla gəlir, Nəcməddin Sadıkov, Eldar Mahmudov və digər bu kimilər yox…

Klassik anlamda general həm də sərkərdədir. Keçmişdə bir çox ordularda adı nəinki hansısa biabırçı əməllə ləkələnmiş, hətta döyüşdəki məğlubiyyətə belə dözməyərək, zabit şərəfinin zədələndiyini düşünərək özlərini güllələyən zabitlər, generallar olub. Çünki “zabit şərəfi” anlayışı müqəddəs idi və əslində, bunun nə demək olduğunu anlayanlar üçün elə indi də müqəddəs olmalıdır. Ancaq nə yazıq ki, zəmanə xeyli dəyişib…

Bu gün orduda, əsl hərbçilər arasında səngərdəki, dağ başındakı əsgərlə öz yemək payını, “kontur”unu paylaşan, onu göz bəbəyi kimi qoruyan gənc leytenant isti kabinetlərdə oturub bazar alverçisi kimi pul bölüşdürən, yanaqları “par-par yanan”, bəzi rüşvətxor, talançı, “şalvarı qırmızı xətli” generallardan daha doğma, daha hörmətli və daha yüksək RÜTBƏ daşıyıcılarıdır – əsl generallar da elə onlardır!

Okan NİZAMETTİNOĞLU

Əvvəlki Yazı

Kiberdələduzluğun son zamanlar yayılan fərqli növü – Video

Növbəti Yazı

Parlament seçkiləri: hakimiyyət tələsir?

EKSKLUZİV

Polietilen torba bahalaşdı?

Polietilen torba bahalaşdı?

09 İyul 2026 / 16:00
1
Sabiq sədr külli miqdarda mənimsəmədə ittiham olunur

Sabiq sədr külli miqdarda mənimsəmədə ittiham olunur

09 İyul 2026 / 15:46
3
Gürcüstanı Azərbaycanla birləşdirən yeni dördzolaqlı avtomagistral tikiləcək

Gürcüstanı Azərbaycanla birləşdirən yeni dördzolaqlı avtomagistral tikiləcək

09 İyul 2026 / 15:30
0
Məktəbli formalarının qiyməti bahalaşacaq? – Açıqlama

Məktəbli formalarının qiyməti bahalaşacaq? – Açıqlama

09 İyul 2026 / 15:14
1

XƏBƏR LENTİ

Polietilen torba bahalaşdı?

Sabiq sədr külli miqdarda mənimsəmədə ittiham olunur

Gürcüstanı Azərbaycanla birləşdirən yeni dördzolaqlı avtomagistral tikiləcək

Məktəbli formalarının qiyməti bahalaşacaq? – Açıqlama

Azərbaycan XİN Cənubi Sudanı təbrik edib

MİQ imtahanlarının vaxtı açıqlandı

Avtomobil bazarında qiymətlər necədir?

Altı ayda 15 420 cinayət qeydə alınıb

“Kontakt Home”dən qələm fırıldağı: pulsuz məhsul müştərilərə satılır – FOTOFAKT

Sabah 37 dərəcə isti olacaq

Azərbaycan neftinin qiyməti 82 dolları ötüb

Xidmət rəisindən gənc zabitlərə yüz kitaba bərabər tövsiyyə…

Onlar Azərbaycan vətəndaşlığından məhrum ediləcək!

NATO Ankara Bəyannaməsini qəbul edib

Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək

Onlara diplomatik rütbə verildi – SƏRƏNCAM

Şuşada bunu etmək qadağan edildi – Fərman

Prezidentdən İçərişəhərlə bağlı mühüm fərman

Azərbaycan bu ölkə ilə viza rejimini ləğv edir

Sabah Bakı ətrafı ərazilərdə yağış yağacağ – PROQNOZ

İraqda Xamenei ilə vida mərasimi keçirilir

Azərbaycanda bu tələbə və şagirdlərə sığorta ödəniləcək

Qalibaf: Biz təslim olmayacağıq

Özümə çox əsəbiləşmişdim – Messi

Azərbaycanda qanunsuz yaşayan 4852 əcnəbi saxlanıldı

Prezident İlham Əliyev İordaniya Baş nazirinin müavinini qəbul edib

Azərbaycan neftinin qiyməti 75 dolları ötüb

Bakı metropoliteni ilə sərnişin daşımaları artıb

Səfir özəl şirkəti hansı statusla rəsmi görüşə aparıb?

Sabah 36 dərəcə isti olacaq

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Fev   May »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.