Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Parlament seçkiləri: hakimiyyət tələsir?

May 15, 2024
A A

REDAKTORUN SEÇİMİ

“Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?

“Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?

29 İyul 26 / 12:55
Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti

Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti

28 İyul 26 / 18:10
Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO

Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO

27 İyul 26 / 11:15
“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

15 İyul 26 / 18:22
Tətilə çıxan deputatlar harada istirahət edəcəklər? – SORĞU

Tətilə çıxan deputatlar harada istirahət edəcəklər? – SORĞU

15 İyul 26 / 14:59

Bu il noyabrın 11-də Bakıda keçiriləcək BMT iqlim konfransına (COP29) görə, parlament seçkilərinin irəli çəkilməsi ilə bağlı müzakirələr davam edir. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov son həftələr bir neçə dəfə deyib ki, payızda keçirilməsi gözlənən parlament seçkiləri beynəlxalq tədbir ilə bağlı daha əvvələ çəkilə bilər.

COP29-a görə parlament seçkilərinin önə çəkilməsi düzgündürmü, yoxsa hakimiyyət sadəcə tələsir? Tələsirsə, bunun siyasi, iqtisadi səbəbləri nə ola bilər?

Milli Məclisin deputatı Aqil Abbas “Turan”a bildirib ki, parlament seçkilərinin erkən keçirilməsinin noyabrda Bakıda gözlənilən COP29 tədbirindən başqa heç bir səbəbi yoxdur: “Seçkilər qanunla noyabrın əvvəlində olmalıdır, amma noyabrda böyük tədbirlər var. Həm də dekabrda bələdiyyə seçkiləri keçiriləcək. Ona görə də parlament seçkiləri bir və ya bir neçə ay tez keçirilə bilər”.

Deputat qeyd edib ki, seçkilərdən iki ay əvvəl prezident tərəfindən bununla bağlı sərəncam imzalanır: “Bunun isə nə vaxt olacağını deyə bilmərəm. O mənim səlahiyyətim çərçivəsində deyil”.

Amma Azərbaycan hökumətinin tələsdiyini düşünən bəzi sosial şəbəkə istifadəçiləri bunu Rusiya-Ukrayna müharibəsi və ölkədə iqtisadi problemlərin dərinləşməsi ilə izah edirlər.

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzinin fikrincə isə, seçkilərin birbaşa hansı səbəbdən tez keçirilməsi hökumətin yalnız özünə bəllidir: “Hökumət artıq heç bir normaları tanımır”.

Seçkilər erkən keçirilərsə, yay aylarına düşəcək, bu da, onun sözlərinə görə, seçicilərin aktivliyinə mənfi təsir göstərəcək.

“Bu da seçkilərin erkən keçirilməsinin səbəbi ola bilər. Bütün hallarda hökumət cəmiyyətin bu proseslərdə aktiv olmasını istəmir. Cəmiyyət siyasi aktiv olanda bu, hökumətin əleyhinədir. Hökumət bunu bilir və bunu arzulamır”,- S.Həzi Azadlıq Radiosuna deyib.

Amma siyasi şərhçi Zərdüşt Əlizadə də hesab edir ki, COP29 qlobal miqyaslı bir tədbirdir və parlament seçkilərinin başqa bir səbəbdən tez keçirildiyini düşünməyə heç bir əsas yoxdur: “COP29-a, deyilənə görə, 60-70 min nəfər gələcək. Onları yerləşdirmək, görüşləri təyin etmək, hazırlıq işlərini görmək Azərbaycanın öhdəliyidir. Bütün dövlət qurumları məhz buna səfərbər olunacaq ki, gələn qonaqlar Azərbaycandan xoş təəssüratlarla ayrılsınlar”.

Onun sözlərinə görə, belə olan halda belə bir tədbir ilə paralel seçkiləri keçirmək dövlət üçün ağır yükdür: “Çalışırlar ki, bunu bir az əvvələ salsınlar. Onsuz da hamı bilir ki, bizdə parlament seçkiləri keçirilmir, siyahı verilir”.

Azərbaycanda son parlament seçkiləri 2020-ci il fevralın 9-da olub. Onda MSK dörd dairədə pozuntular olduğunu bildirərək nəticələri ləğv etmişdi. Həmin dairələrdə indiyə kimi seçkilər keçirilməyib.

Azərbaycanda həm sonuncu parlament, həm də prezident seçkiləri növbədənkənar keçirilib. Parlament seçkilərinin 2020-ci ildə təqribən altı ay önə çəkilməsi “islahatların sürətləndirilməsi” ilə izah edilib.

Okan NİZAMETTİNOĞLU

Əvvəlki Yazı

Korrupsiya cəbhəsinin “qəhrəman” generalları

Növbəti Yazı

Game of Thrones spending just as long making fewer episodes

EKSKLUZİV

Qazaxda müşavirə keçirilib

Qazaxda müşavirə keçirilib

30 İyul 2026 / 21:12
5
Fransanın bu bəyanatları qəbuledilməzdir – XİN

Fransanın bu bəyanatları qəbuledilməzdir – XİN

30 İyul 2026 / 20:31
1
Prezident İlham Əliyev Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib

Prezident İlham Əliyev Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib

30 İyul 2026 / 19:33
0
Bakı Qızlar Universiteti bağlanıb

Bakı Qızlar Universiteti bağlanıb

30 İyul 2026 / 19:05
1

XƏBƏR LENTİ

Qazaxda müşavirə keçirilib

Fransanın bu bəyanatları qəbuledilməzdir – XİN

Prezident İlham Əliyev Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib

Bakı Qızlar Universiteti bağlanıb

Gülçöhrə Məmmədovanın 27 illik rektorluq fəaliyyəti araşdırılacaq

Vətəndən uzaqlarda vətən savaşı: Hikmət Hacıyev daha bir blogeri mat qoydu…

İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir

Jurnalistika üzrə qabiliyyət imtahanı keçiriləcək

Azərbaycanlı dənizçilərin olduğu gəmi PUA ilə vuruldu

“Qarabağ” bu gün həlledici oyuna çıxır

Çimərliyə gedənlərin nəzərinə!

Qumar oyunları ilə bağlı cəzalar sərtləşdirildi

Bir sıra təhsil müəssisələrində təmir işləri aparılacaq – RƏSMİ

Avqustda orta aylıq temperatur bəzi yerlərdə normadan yuxarı olacaq

Azərbaycanda bu saytlara məhdudiyyət qoyulacaq

Paşinyan: Bazar günü hökumət istefa verəcək

Sabahın HAVA PROQNOZU

Daxili dövlət borcunun MƏBLƏĞİ

Tramp: Zelenskiyə müharibəni bitirməsini dedim

“WhatsApp Web” istifadəçilərinə şad xəbər

Kolleclərə ixtisas seçimi BAŞLAYIR

Magistraturaya müraciət edənlərin 88 faizi tələbə adını qazandı

İlham Əliyev Mərakeş Kralını təbrik edib

Maaş və pensiya kartlarında YENİLİK

iPhone-un gizli funksiyası ortaya çıxıb

ADNSU 26 milyon manata təmir olunacaq

Peşə təhsili alanlarla hərbi xidmətdən möhlət veriləcək? – RƏSMİ

Zorakılıq qurbanı olan 41 nəfərə dəstək göstərildi – RƏSMİ

Azərbaycan Kinematoqrafçılar İttifaqı ləğv olunur?

FİFA dostlarını zənginləşdirmək üçün… – UEFA-dan etiraz

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Mar   İyn »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.