Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İqtisadiyyat

Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? – FOTO

Oktyabr 19, 2026
A A

REDAKTORUN SEÇİMİ

Ramiz Mehdiyev harada dəfn olunacaq?

Ramiz Mehdiyev harada dəfn olunacaq?

29 Oktyabr 26 / 15:00
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?

Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?

26 Oktyabr 26 / 11:49
BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!

BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!

23 Oktyabr 26 / 14:15
Neftçalada təhsil anarxiyası: Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı

Neftçalada təhsil anarxiyası: Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı

21 Oktyabr 26 / 12:11
BDU-nun müəllimləri “PROFESSORUN” toruna düşüb

BDU-nun müəllimləri “PROFESSORUN” toruna düşüb

19 Oktyabr 26 / 13:07

Vergi Xidmətindən “Faktum.az” İnformasiya Portalının ünvanladığı rəsmi media sorğusuna cavab daxil olub. Avqustun 24-də göndərilən sorğuda baş həkimi Fərid Eyvazov olan “ALLIANCE CLINIC” MMC-də vətəndaşa 146 manatlıq tibbi xidmət qarşılığında rəsmi kassa çeki əvəzinə daxili qəbz verilməsi faktı konkret sübutlarla təqdim olunmuşdu. Bir aydan artıq müddət keçdikdən sonra daxil olan cavab məktubunda isə məsələnin mahiyyəti kənarda qoyularaq bildirilir ki, müəssisədə yeni nəsil nəzarət-kassa aparatı və POS-terminal quraşdırılıb.

Dövlət Vergi Xidməti məktubunda vurğulayır ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.1.5-1-ci maddəsinə əsasən müraciətdə qeyd edilən və vergi orqanlarının səlahiyyətlərinə aid olan məsələlər aparılacaq növbəti vergi nəzarəti tədbirləri zamanı araşdırılması məqsədi ilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsi tərəfindən nəzarətə götürülmüşdür. Aparılacaq vergi nəzarəti tədbirləri zamanı hər hansı qanun pozuntusu faktı aşkar edildiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcək”.

  

Amma burada ortalığa çox haqlı və konkret bir sual çıxır: Nə vaxt?

Araşdırma hansı ilin, hansı ayın, hansı günündə aparılacaq?

Konkret fakt, ödəniş məbləği və daxili qəbz sənədi təqdim edildiyi halda, cavabda hər hansı tarix və ya müddət göstərilmədən məsələnin qeyri-müəyyən “növbəti tədbirlər”ə saxlanılması cavabdehlikdən yayınmaqdan başqa bir şey deyildir.

Bu cavab vergi qanunvericiliyinin tətbiqi və dövlət nəzarəti mexanizminin effektivliyi baxımından ciddi suallar doğurur. Vergi qurumu məktubunda obyektin kassa aparatı ilə təmin olunduğunu qeyd edir. Lakin verilən sorğunun əsas predmeti aparatın fiziki olaraq mövcudluğu deyil, fəaliyyət zamanı ondan istifadə edilməməsi və nəticədə daxili sənədləşmə ilə nağd pul dövriyyəsinin gizlədilməsidir. Aparatın varlığı qanunsuzluğun baş vermədiyi anlamına gəlmir.

Diqqətçəkən digər məqam isə fərqli yanaşmadır. Kiçik və orta sahibkarlıq subyektlərində kassa çeki verilməməsi faktı aşkar edildikdə vergi müfəttişləri dərhal operativ yoxlama keçirir, inzibati protokollar tərtib olunur və Vergi Məcəlləsinin 58.7-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyaları tətbiq edilir. Lakin Fərid Eyvazovun rəhbərlik etdiyi “Alliance Clinic”də analoji halın baş verməsinə baxmayaraq, məsələyə bu dərəcədə gözləmə mövqeyindən yanaşılması qanunun hamı üçün bərabər tətbiq olunması prinsipini sual altında qoyur.

Dövlət Vergi Xidməti rəsmi cavabında istehlakçı hüquqlarının pozulması faktı üzrə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edilməsini tövsiyə edib.

“Faktum.az” portalı olaraq verilən tövsiyəyə uyğun olaraq, vətəndaşın ƏDV-ni geri almaq hüququnun məhdudlaşdırılması və kassa çeki təqdim edilməməklə xidmət şərtlərinin pozulması faktları ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə rəsmi sorğu ünvanlamışıq. Biz həm Dövlət Vergi Xidmətinin “Alliance Clinic”də o məlum nəzarət tədbirini nə vaxt aparacağını, həm də Antiinhisar Agentliyinin atacağı hüquqi addımları izləməyə və ictimaiyyətə məlumat verməyə davam edəcəyik.

Əvvəlki Yazı

BDU-nun müəllimləri “PROFESSORUN” toruna düşüb

Növbəti Yazı

İlin sonunda əfv sərəncamı imzalanacaq?

EKSKLUZİV

Yeni qərar bu maşınların qiymətini kəskin ucuzlaşdıracaq

Yeni qərar bu maşınların qiymətini kəskin ucuzlaşdıracaq

29 Oktyabr 2026 / 16:00
1
Paşinyan: Müstəqillik Bəyannaməsinin mətni antidövlət xarakterlidir

Paşinyan: Müstəqillik Bəyannaməsinin mətni antidövlət xarakterlidir

29 Oktyabr 2026 / 15:48
2
Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq

Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq

29 Oktyabr 2026 / 15:30
1
Azərbaycanda işləyən gənclərin sayı 94 min nəfər azalıb

Azərbaycanda işləyən gənclərin sayı 94 min nəfər azalıb

29 Oktyabr 2026 / 15:16
3

XƏBƏR LENTİ

Yeni qərar bu maşınların qiymətini kəskin ucuzlaşdıracaq

Paşinyan: Müstəqillik Bəyannaməsinin mətni antidövlət xarakterlidir

Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq

Azərbaycanda işləyən gənclərin sayı 94 min nəfər azalıb

Ramiz Mehdiyev harada dəfn olunacaq?

Sərnişinlər qatarlarda ən çox bunları unudurlar – Siyahı

Azərbaycanda bankların birləşməsi davam edəcək

Ölkədə bu maşınlardan şəxsi istifadə qadağan olunur

Sabahın hava proqnozu açıqlanıb

Biznes kreditləşməsi üzrə tələblərimiz sərt deyil – Taleh Kazımov

Azərbaycanın xarici ticarət gəlirləri artır

Mətbuat Şurasından 225 nömrəli məktəbdəki hadisəyə REAKSİYA

Məmurların biznes fəaliyyəti məhdudlaşdırılacaq

Abituriyentlər 3 fəndən imtahan verə bilər

Ermənistan prezidentinin səhhəti pisləşib

Taleh Kazımov: AMB ilin sonunadək daha 1 milyard dollar ala bilər

Azərbaycan XİN Türkiyəni təbrik edib

Bu işsizlər işlə təmin olunacaq

9 ayda Qarabağa 2 milyard manat pul qoyulub – Rəsmi

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb

Noyabrın 1-dən bu avtobuslar dəyişir – Gedişhaqqı…

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Bu il həbsxanalarda doğulan uşaqların SAYI

Amnistiya ilə azad olunan cəza sonradan hesablanmayacaq

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

Yeni Ombudsman seçiləcək

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib

Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?

Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”

Eldar Quliyev – Zəngin irsi və dövlətçiliyə sədaqəti ilə yaddaşlarda yaşayan görkəmli şəxsiyyət

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: [email protected]
Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.