Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ekskluziv

“Kod 35” iddiaları fonunda kadr dəyişiklikləri: Abşeron Su Meliorasiya Sistemlərində nə baş verir?

Sentyabr 17, 2026
A A

REDAKTORUN SEÇİMİ

Ramiz Mehdiyev harada dəfn olunacaq?

Ramiz Mehdiyev harada dəfn olunacaq?

29 Oktyabr 26 / 15:00
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?

Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?

26 Oktyabr 26 / 11:49
BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!

BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!

23 Oktyabr 26 / 14:15
Neftçalada təhsil anarxiyası: Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı

Neftçalada təhsil anarxiyası: Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı

21 Oktyabr 26 / 12:11
BDU-nun müəllimləri “PROFESSORUN” toruna düşüb

BDU-nun müəllimləri “PROFESSORUN” toruna düşüb

19 Oktyabr 26 / 13:07

Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətinin tabeliyində fəaliyyət göstərən Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində aparılan yoxlamanın ardınca rəhbər vəzifələrdə ciddi dəyişikliklər edilib.

Tendensiya.com xəbər verir ki, idarənin rəisi Etibar Eldar oğlu Nəbiyev vəzifəsindən azad edilib. Bununla bağlı əmr Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev tərəfindən sentyabrın 16-da imzalanıb.

Əmrdə E.Nəbiyevin öz ərizəsi əsas götürülüb. Sənədə əsasən, 14 mart 2023-cü ildə onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Həmçinin istifadə etmədiyi 63 təqvim günü məzuniyyətə görə kompensasiya ödənilməsi nəzərdə tutulub.

Burada diqqətçəkən məqam ondan ibarətdir ki, rəsmi sənəddə Nəbiyevin vəzifədən ayrılmasının səbəbi kimi yoxlama zamanı aşkarlanan nöqsanlar göstərilmir. Sənəddə yalnız onun öz ərizəsi əsas götürülür. Halbuki vəzifədən azad edilmə yoxlamanın yekunlaşmasından dərhal sonra baş verib.

Zakir Quliyevin imzaladığı əmrin digər bəndi ilə Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi vəzifəsinin funksiyalarının müvəqqəti icrası Regional Su Meliorasiya Xidmətinin İdarə Heyəti sədrinin müşaviri Orxan Mahmud oğlu Mahmudova həvalə edilib.

Məlumata görə, kadr dəyişiklikləri yalnız idarə rəisi ilə məhdudlaşmayıb. Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Abonent xidmətləri şöbəsinin rəisi Səbuhi Mustafayev və rəis müavini İlhamə adlı xanım da vəzifələrindən çıxarılıblar.

Beləliklə, eyni yoxlamanın ardınca idarənin bir neçə məsul şəxsi vəzifəsini itirib. Bu isə yoxlamanın nəticələrinin kifayət qədər ciddi olduğunu göstərən əsas məqamlardan biridir.

“Kod 35” məsələsi və cavabsız qalan suallar

İdarədəki yoxlama ilə bağlı bundan əvvəl də mediada məlumatlar yayılmışdı. Sentyabrın əvvəlində yayılan xəbərlərdə yoxlama zamanı “kod 35” kimi qeyd olunan, ünvanı naməlum sayğac və abonent kodları ilə bağlı məsələlərin araşdırıldığı bildirilirdi.

Mediada səsləndirilən iddialara görə, ünvanı bəlli olmayan sayğaclarla bağlı fakturalama aparılması və bəzi abonent kodlarının başqa şəxslərə verilməsi kimi hallar yoxlamanın predmetlərindən olub.

Əgər bu iddialar yoxlama materiallarında da öz əksini tapıbsa, ortaya kifayət qədər ciddi suallar çıxır: bu əməliyyatlar necə həyata keçirilib, kimlərin nəzarəti altında baş verib və məsul şəxslər barəsində hansı tədbirlər görülüb?

Etibar Nəbiyevin yoxlamanın yekunundan sonra vəzifədən ayrılması bu məsələlərlə bağlı şübhələri daha da artırır. Lakin onun məhz “kod 35” və digər qeyd olunan məsələlərə görə vəzifədən çıxarıldığını təsdiqləyən rəsmi sənəd ictimaiyyətə təqdim edilməyib. Əksinə, rəsmi əmrdə onun öz ərizəsi əsas götürülüb.

Bu vəziyyət isə başqa bir mühüm sual doğurur: ciddi nöqsanlar barədə məlumatlar varsa, niyə məsələ yalnız vəzifədən ayrılma ilə yekunlaşır?

Etibar Nəbiyev 2024-cü ildə Şəmkir Suvarma Sistemləri İdarəsinin rəhbəri vəzifəsindən Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə rəhbər təyin edilmişdi.

Hazırkı dəyişikliklərdən sonra idarəyə kimin daimi rəhbər təyin ediləcəyi isə hələlik rəsmən açıqlanmayıb.

Məlumata görə, Qobustan Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsinin rəisi Mirkamil Seyidovun Nəbiyevi əvəzləyəcəyi gözlənilir. Lakin bu təyinat hələ rəsmiləşdirilməyib.

Vəzifədən çıxarmaq kifayətdirmi?

Ortada bir neçə rəhbər şəxsin vəzifədən uzaqlaşdırılması ilə nəticələnən yoxlama, mediada ciddi nöqsanlarla bağlı yayılan məlumatlar və buna baxmayaraq, rəsmi əmrdə yalnız “öz ərizəsi” formulunun yer alması var.

Bu mənzərə təbii olaraq daha ciddi araşdırma tələb edir. Əgər yoxlama zamanı dövlət qurumunda maliyyə, uçot, sayğac və abonent kodları ilə bağlı ciddi pozuntular müəyyən edilibsə, cəmiyyətin gözləntisi yalnız vəzifə dəyişikliyi ilə məhdudlaşmır. Kimlərin məsuliyyət daşıdığı, hansı qərarların qəbul edildiyi və dövlətə və ya abonentlərə hər hansı zərərin vurulub-vurulmadığı da açıqlanmalıdır.

Əks halda, məsul şəxsin ərizəsi əsasında vəzifədən getməsi belə bir təsəvvür yarada bilər ki, ortada ciddi nöqsanlar olsa belə, məsələni inzibati qaydada vəzifə dəyişikliyi ilə bağlamaq kifayət hesab edilir.

Xüsusilə də idarənin bir neçə vəzifəli şəxsi eyni vaxtda vəzifədən çıxarılıbsa, araşdırmanın nəticələri və məsuliyyət məsələsi daha açıq şəkildə ictimaiyyətə təqdim edilməlidir. Əks halda, “yoxlama başa çatdı” deməklə sualların da bitdiyini söyləmək mümkün deyil.

Orxan Məmmədov

Əvvəlki Yazı

Simonyan: Hikmət Hacıyevlə iki gündən bir danışırıq

Növbəti Yazı

Azərbaycan nefti 122 dollardan yuxarı ticarət olunub

EKSKLUZİV

Yeni qərar bu maşınların qiymətini kəskin ucuzlaşdıracaq

Yeni qərar bu maşınların qiymətini kəskin ucuzlaşdıracaq

29 Oktyabr 2026 / 16:00
2
Paşinyan: Müstəqillik Bəyannaməsinin mətni antidövlət xarakterlidir

Paşinyan: Müstəqillik Bəyannaməsinin mətni antidövlət xarakterlidir

29 Oktyabr 2026 / 15:48
3
Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq

Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq

29 Oktyabr 2026 / 15:30
2
Azərbaycanda işləyən gənclərin sayı 94 min nəfər azalıb

Azərbaycanda işləyən gənclərin sayı 94 min nəfər azalıb

29 Oktyabr 2026 / 15:16
5

XƏBƏR LENTİ

Yeni qərar bu maşınların qiymətini kəskin ucuzlaşdıracaq

Paşinyan: Müstəqillik Bəyannaməsinin mətni antidövlət xarakterlidir

Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq

Azərbaycanda işləyən gənclərin sayı 94 min nəfər azalıb

Ramiz Mehdiyev harada dəfn olunacaq?

Sərnişinlər qatarlarda ən çox bunları unudurlar – Siyahı

Azərbaycanda bankların birləşməsi davam edəcək

Ölkədə bu maşınlardan şəxsi istifadə qadağan olunur

Sabahın hava proqnozu açıqlanıb

Biznes kreditləşməsi üzrə tələblərimiz sərt deyil – Taleh Kazımov

Azərbaycanın xarici ticarət gəlirləri artır

Mətbuat Şurasından 225 nömrəli məktəbdəki hadisəyə REAKSİYA

Məmurların biznes fəaliyyəti məhdudlaşdırılacaq

Abituriyentlər 3 fəndən imtahan verə bilər

Ermənistan prezidentinin səhhəti pisləşib

Taleh Kazımov: AMB ilin sonunadək daha 1 milyard dollar ala bilər

Azərbaycan XİN Türkiyəni təbrik edib

Bu işsizlər işlə təmin olunacaq

9 ayda Qarabağa 2 milyard manat pul qoyulub – Rəsmi

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb

Noyabrın 1-dən bu avtobuslar dəyişir – Gedişhaqqı…

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Bu il həbsxanalarda doğulan uşaqların SAYI

Amnistiya ilə azad olunan cəza sonradan hesablanmayacaq

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

Yeni Ombudsman seçiləcək

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib

Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?

Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”

Eldar Quliyev – Zəngin irsi və dövlətçiliyə sədaqəti ilə yaddaşlarda yaşayan görkəmli şəxsiyyət

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: [email protected]
Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.