Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

“Qırmızı xətt”də altı vaqonlu qatarlar hərəkət edəcək – Bəxtiyar Məmmədov

Oktyabr 23, 2026
A A

REDAKTORUN SEÇİMİ

Ramiz Mehdiyev harada dəfn olunacaq?

Ramiz Mehdiyev harada dəfn olunacaq?

29 Oktyabr 26 / 15:00
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?

Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?

26 Oktyabr 26 / 11:49
BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!

BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!

23 Oktyabr 26 / 14:15
Neftçalada təhsil anarxiyası: Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı

Neftçalada təhsil anarxiyası: Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı

21 Oktyabr 26 / 12:11
BDU-nun müəllimləri “PROFESSORUN” toruna düşüb

BDU-nun müəllimləri “PROFESSORUN” toruna düşüb

19 Oktyabr 26 / 13:07

Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri yekunlaşıb. Görülən işlər gələcəkdə qatarların hərəkət intervallarının azaldılmasına, ehtiyat qatarların operativ şəkildə xəttə buraxılmasına və “Qırmızı xətt” üzrə altı vaqonlu qatarların hərəkətinin təşkilinə imkan yaradacaq.

Cumhuriyyet.az xəbər verir ki, bunu “Bakı Metropoliteni”nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

O bildirib ki, dalanda aparılan yenidənqurma işləri Bakı Metropolitenində qatarların hərəkətinin təşkili baxımından mühüm yenilikdir.

“İlk növbədə onu qeyd edim ki, media və ictimaiyyət nümayəndələri üçün təqdimat başa çatdıqdan sonra əraziyə gərginlik veriləcək. Sərnişinlərimiz gün ərzində qatarların dalana daxil olub-çıxmasını müşahidə edə biləcəklər”, – deyə B.Məmmədov bildirib.

Onun sözlərinə görə, növbəti mərhələdə bütün infrastruktur üzrə sınaq və tənzimləmə işləri aparılacaq. Bu işlərin yaxın günlərdə başa çatdırılması nəzərdə tutulur. Bundan sonra Bakı Metropoliteninin müvafiq elanına əsasən, “İçərişəhər” – “Həzi Aslanov” istiqamətində qatarların hərəkəti bərpa olunacaq.

O bildirib ki, yenidən qurulan dalanın istismara verilməsi qatarların hərəkət intervallarının azaldılmasına, ehtiyat qatarların operativ şəkildə xəttə buraxılmasına və nasazlıq yaranan qatarların qısa müddətdə xəttdən çıxarılmasına şərait yaradacaq.

“Nasazlıq yarandıqda qatarın sərnişinləri gözlətmədən və digər böhran vəziyyətlərinə yol vermədən qısa müddətdə xəttdən çıxarılması mümkün olacaq. Həmçinin gördüyünüz ərazidə qatarların kiçik təmir işlərinin aparılması da nəzərdə tutulur. Bütün bunlar xidmət səviyyəsinin yeni mərhələyə yüksəlməsinə imkan verəcək”, – deyə B.Məmmədov vurğulayıb.

B.Məmmədov qeyd edib ki, 2024-cü il noyabrın 30-dan başlayan əsaslı təmir işləri dövründə qatarlar “Həzi Aslanov” – “Əhmədli” stansiyaları arasında məkik rejimində hərəkət edirdi. Yenidənqurma işləri başa çatdıqdan və müvafiq elan verildikdən sonra isə qatarlar “Həzi Aslanov” stansiyasından ümumi xətt üzrə hərəkət edəcək.

“İş günlərində günün pik saatlarında qatarların hərəkəti iki dəqiqəlik intervalla tənzimlənəcək. Digər vaxtlarda isə intervallar iki dəqiqə 30 saniyədən çox olmayacaq”, – deyə o əlavə edib.

Mətbuat xidmətinin rəhbəri vurğulayıb ki, yenidən qurulan dalan infrastrukturunun əsas xüsusiyyətlərindən biri dəmir yollarının dörd yoldan ibarət olması və əvvəlki ilə müqayisədə 20 metr uzadılmasıdır. Bu dəyişiklik gələcəkdə “Qırmızı xətt” üzrə altı vaqonlu qatarların hərəkətinin təşkili üçün zəmin yaradır.

Onun sözlərinə görə, “Həzi Aslanov” stansiyasının dalanında işlərin başa çatdırılması ilə yanaşı, “İçərişəhər” stansiyasının arxasında da dönmə kamerası inşa olunur. Həmin kameranın da altı vaqonlu qatarları qəbul etmək imkanına malik olması nəzərdə tutulur.

“Beləliklə, xəttin həm əvvəlində, həm də sonunda müvafiq infrastruktur qurulur. Qarşıdakı dövrdə qatarların hərəkətini təmin edən sistemlərin tənzimlənməsi və stansiyaların infrastrukturunun altı vaqonlu qatarları qəbul etməsinə uyğunlaşdırılması istiqamətində tədbirlər görüləcək. Nəticədə gələcəkdə Bakı Metropoliteninin ‘Qırmızı xətti’ altı vaqonlu qatarları qəbul edə biləcək”, – deyə B.Məmmədov bildirib.

O xatırladıb ki, Bakı Metropoliteni 1967-ci ildə fəaliyyətə başlayanda üç vaqonlu qatarlar istismar olunurdu. 1970-ci illərdə dörd, 1980-ci illərdə isə beş vaqonlu qatarların hərəkətinə keçilib.

“Bu tarixi yeniliyin zərurət yarandığı təqdirdə sərnişinlərin rahatlığının daha yüksək səviyyədə təmin olunmasına imkan verəcəyinə əminəm”, – deyə o qeyd edib.

Bəxtiyar Məmmədovun sözlərinə görə, “Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərinin yeni tikinti yanaşması əsasında aparılması infrastrukturun davamlılığını və etibarlılığını artıracaq. Bu da sərnişinlərə daha keyfiyyətli xidmət göstərilməsi üçün yeni imkanlar yaradacaq.

O bildirib ki, yenidən qurulan dalanın istismara verilməsi qatarların hərəkət intervallarının azaldılmasına, ehtiyat qatarların operativ şəkildə xəttə buraxılmasına və nasazlıq yaranan qatarların qısa müddətdə xəttdən çıxarılmasına şərait yaradacaq.

“Nasazlıq yarandıqda qatarın sərnişinləri gözlətmədən və digər böhran vəziyyətlərinə yol vermədən qısa müddətdə xəttdən çıxarılması mümkün olacaq. Həmçinin gördüyünüz ərazidə qatarların kiçik təmir işlərinin aparılması da nəzərdə tutulur. Bütün bunlar xidmət səviyyəsinin yeni mərhələyə yüksəlməsinə imkan verəcək”, – deyə B.Məmmədov vurğulayıb.

Əvvəlki Yazı

Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib

Növbəti Yazı

Zabitlərin hərbi rütbədə olma müddəti azaldılır

EKSKLUZİV

Yeni qərar bu maşınların qiymətini kəskin ucuzlaşdıracaq

Yeni qərar bu maşınların qiymətini kəskin ucuzlaşdıracaq

29 Oktyabr 2026 / 16:00
3
Paşinyan: Müstəqillik Bəyannaməsinin mətni antidövlət xarakterlidir

Paşinyan: Müstəqillik Bəyannaməsinin mətni antidövlət xarakterlidir

29 Oktyabr 2026 / 15:48
3
Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq

Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq

29 Oktyabr 2026 / 15:30
3
Azərbaycanda işləyən gənclərin sayı 94 min nəfər azalıb

Azərbaycanda işləyən gənclərin sayı 94 min nəfər azalıb

29 Oktyabr 2026 / 15:16
5

XƏBƏR LENTİ

Yeni qərar bu maşınların qiymətini kəskin ucuzlaşdıracaq

Paşinyan: Müstəqillik Bəyannaməsinin mətni antidövlət xarakterlidir

Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq

Azərbaycanda işləyən gənclərin sayı 94 min nəfər azalıb

Ramiz Mehdiyev harada dəfn olunacaq?

Sərnişinlər qatarlarda ən çox bunları unudurlar – Siyahı

Azərbaycanda bankların birləşməsi davam edəcək

Ölkədə bu maşınlardan şəxsi istifadə qadağan olunur

Sabahın hava proqnozu açıqlanıb

Biznes kreditləşməsi üzrə tələblərimiz sərt deyil – Taleh Kazımov

Azərbaycanın xarici ticarət gəlirləri artır

Mətbuat Şurasından 225 nömrəli məktəbdəki hadisəyə REAKSİYA

Məmurların biznes fəaliyyəti məhdudlaşdırılacaq

Abituriyentlər 3 fəndən imtahan verə bilər

Ermənistan prezidentinin səhhəti pisləşib

Taleh Kazımov: AMB ilin sonunadək daha 1 milyard dollar ala bilər

Azərbaycan XİN Türkiyəni təbrik edib

Bu işsizlər işlə təmin olunacaq

9 ayda Qarabağa 2 milyard manat pul qoyulub – Rəsmi

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb

Noyabrın 1-dən bu avtobuslar dəyişir – Gedişhaqqı…

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Bu il həbsxanalarda doğulan uşaqların SAYI

Amnistiya ilə azad olunan cəza sonradan hesablanmayacaq

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

Yeni Ombudsman seçiləcək

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib

Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?

Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”

Eldar Quliyev – Zəngin irsi və dövlətçiliyə sədaqəti ilə yaddaşlarda yaşayan görkəmli şəxsiyyət

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: [email protected]
Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.