Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İqtisadiyyat

Sabahdan onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək

Sentyabr 30, 2026
A A

REDAKTORUN SEÇİMİ

Ramiz Mehdiyev harada dəfn olunacaq?

Ramiz Mehdiyev harada dəfn olunacaq?

29 Oktyabr 26 / 15:00
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?

Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?

26 Oktyabr 26 / 11:49
BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!

BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!

23 Oktyabr 26 / 14:15
Neftçalada təhsil anarxiyası: Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı

Neftçalada təhsil anarxiyası: Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı

21 Oktyabr 26 / 12:11
BDU-nun müəllimləri “PROFESSORUN” toruna düşüb

BDU-nun müəllimləri “PROFESSORUN” toruna düşüb

19 Oktyabr 26 / 13:07

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib.

Cumhuriyyet.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının qərarına əsasən, müştərilər bank və BOKT-lara yazılı müraciət edərək istehlak kreditinin məsafədən rəsmiləşdirilməsinə və ya kredit limitinin artırılmasına məhdudiyyət qoya biləcəklər. Bu məhdudiyyət müştərinin bankda fiziki iştirakı, gücləndirilmiş elektron imzası və ya gücləndirilmiş müştəri autentifikasiyası ilə etdiyi yazılı müraciət əsasında aradan qaldırıla bilər.

Banklar və BOKT-lar kredit verərkən müştərinin belə məhdudiyyət qoyub-qoymadığını öz sistemləri ilə yanaşı, kredit bürosunun informasiya sistemi vasitəsilə də yoxlamalı olacaqlar. Məhdudiyyət qoyulmuş şəxslə məsafədən istehlak krediti müqaviləsi bağlamaq və ya kredit limitini artırmaq mümkün olmayacaq.

Məhdudiyyət qoymuş şəxs sonradan məsafədən kredit götürmək və ya kredit limitini artırmaq üçün müraciət etdikdə, bank və ya BOKT müştərini bu barədə mobil tətbiq və ya SMS vasitəsilə dərhal məlumatlandıracaq.

Əlavə olaraq, yeni qaydalara əsasən, məsafədən verilən istehlak kreditlərində və ya artırılan kredit limitlərində vəsait dərhal təqdim edilməyəcək. Belə ki, gün ərzində verilən və ya artırılan vəsait minimum əmək haqqının iki mislinədək olduqda, pul müqavilə bağlandıqdan və ya dəyişiklik edildikdən 2 saat sonra veriləcək. Məbləğ minimum əmək haqqının iki mislindən çox olduqda isə vəsait 24 saat sonra təqdim olunacaq.

Bundan başqa, istehlak krediti müqaviləsində borcalanın verilmiş və ya artırılmış kredit üzrə öhdəlikdən azad edilməsi ilə bağlı müddəa da nəzərdə tutulacaq. Məsafədən rəsmiləşdirilən istehlak krediti müqavilələrində və ya kredit limitinin artırılması ilə bağlı müqavilə dəyişikliklərində borcalanın məsafədən kredit götürməyə məhdudiyyət qoyub-qoymadığı barədə məlumat da əks olunacaq.

Qeyd edək ki, qərar oktyabrın 1-dən qüvvəyə minəcək.

Əvvəlki Yazı

Elman Rüstəmov məşhur şadlıq evini satdı

Növbəti Yazı

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

EKSKLUZİV

Yeni qərar bu maşınların qiymətini kəskin ucuzlaşdıracaq

Yeni qərar bu maşınların qiymətini kəskin ucuzlaşdıracaq

29 Oktyabr 2026 / 16:00
2
Paşinyan: Müstəqillik Bəyannaməsinin mətni antidövlət xarakterlidir

Paşinyan: Müstəqillik Bəyannaməsinin mətni antidövlət xarakterlidir

29 Oktyabr 2026 / 15:48
3
Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq

Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq

29 Oktyabr 2026 / 15:30
2
Azərbaycanda işləyən gənclərin sayı 94 min nəfər azalıb

Azərbaycanda işləyən gənclərin sayı 94 min nəfər azalıb

29 Oktyabr 2026 / 15:16
5

XƏBƏR LENTİ

Yeni qərar bu maşınların qiymətini kəskin ucuzlaşdıracaq

Paşinyan: Müstəqillik Bəyannaməsinin mətni antidövlət xarakterlidir

Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq

Azərbaycanda işləyən gənclərin sayı 94 min nəfər azalıb

Ramiz Mehdiyev harada dəfn olunacaq?

Sərnişinlər qatarlarda ən çox bunları unudurlar – Siyahı

Azərbaycanda bankların birləşməsi davam edəcək

Ölkədə bu maşınlardan şəxsi istifadə qadağan olunur

Sabahın hava proqnozu açıqlanıb

Biznes kreditləşməsi üzrə tələblərimiz sərt deyil – Taleh Kazımov

Azərbaycanın xarici ticarət gəlirləri artır

Mətbuat Şurasından 225 nömrəli məktəbdəki hadisəyə REAKSİYA

Məmurların biznes fəaliyyəti məhdudlaşdırılacaq

Abituriyentlər 3 fəndən imtahan verə bilər

Ermənistan prezidentinin səhhəti pisləşib

Taleh Kazımov: AMB ilin sonunadək daha 1 milyard dollar ala bilər

Azərbaycan XİN Türkiyəni təbrik edib

Bu işsizlər işlə təmin olunacaq

9 ayda Qarabağa 2 milyard manat pul qoyulub – Rəsmi

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb

Noyabrın 1-dən bu avtobuslar dəyişir – Gedişhaqqı…

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Bu il həbsxanalarda doğulan uşaqların SAYI

Amnistiya ilə azad olunan cəza sonradan hesablanmayacaq

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

Yeni Ombudsman seçiləcək

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib

Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?

Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”

Eldar Quliyev – Zəngin irsi və dövlətçiliyə sədaqəti ilə yaddaşlarda yaşayan görkəmli şəxsiyyət

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: [email protected]
Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.