Suriyada “Heyəti Təhrir əş-Şam” (HTŞ) qruplaşması Xümsün şimalında tam nəzarəti ələ keçirib.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə Suriya dövlət televiziyası məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl HTŞ Xümsün Rastan və Telbise rayonlarına nəzarəti ələ keçirmişdi.
Əlavə edək ki, Xüms və Dəməşq arasındakı məsafə 163 km-dir. Müxalif qüvvələr Xümsü ələ keçirsə, onlar üçün Dəməşqdən əvvəl son dayanacaq kimi Əl Nabək əyaləti qalacaq.