Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Taleh Qaraşovun adı cınayət işində: həbsdəki memarı kimlər necə susdurub?

Yanvar 8, 2025
A A

REDAKTORUN SEÇİMİ

Qaradağ icra hakimiyyətindəki əməliyyat Süleyman Mikayılovu bitirir: “Çakır” hansı məmurun yaxınından pul tələb edib?

Qaradağ icra hakimiyyətindəki əməliyyat Süleyman Mikayılovu bitirir: “Çakır” hansı məmurun yaxınından pul tələb edib?

02 Noyabr 25 / 12:14
Naxçıvanda qalmaqal – İşçiləri naziri döyüblər?

Naxçıvanda qalmaqal – İşçiləri naziri döyüblər?

02 Noyabr 25 / 12:01
Əli Həsənov komandasının şok ismi: Nurlan Həsənov hansı əməllərə imza atıb?

Əli Həsənov komandasının şok ismi: Nurlan Həsənov hansı əməllərə imza atıb?

31 Oktyabr 25 / 17:28
“Bakı Abadlıq Xidməti”ndə şok dələduzluq: Bünyad Qasımov Ramiz Mehdiyevə pul ötürürmüş – 5 milyon dollar…

“Bakı Abadlıq Xidməti”ndə şok dələduzluq: Bünyad Qasımov Ramiz Mehdiyevə pul ötürürmüş – 5 milyon dollar…

31 Oktyabr 25 / 16:04
Emin Əmrullayevin feministlərə və mehdiyevçilərə “humanitar” yardımı – Sabiq deputat ifşa edir

Emin Əmrullayevin feministlərə və mehdiyevçilərə “humanitar” yardımı – Sabiq deputat ifşa edir

31 Oktyabr 25 / 11:35

Lənkəranın icra başçısının adı qalmaqallı cinayət işində çəkilib. Onun adını çəkən isə işçisi, Lənkəran Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri – baş memar işləmiş Elgün Abdullayev olub. Hazırda həbsdə olan Elgün Abdullayev iki dəfə ayrı-ayrı cinayət əməlinə görə hakim qarşısına çıxarılıb. Sonuncu məhkəməsində məlum olub ki, Lənkəranda qanunsuz inşa edilən 7 mərtəbəli binanın tikintisinə görə qeyri-rəsmi icazəni icra başçısı Taleh Qaraşov verib. Bunu Elgün Abdullayev özü təsdiq edib. Lakin sonra necə olubsa, Elgün Abdullayev bu sözlərini inkar edib.

Musavat.com xəbər verir ki, 2022-ci ildə həbs edilən Elgün Abdullayev əvvəlcə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. O, vətəndaşlardan qanunsuz tikililərə şərait yaratmaqla rüşvət alma və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilirdi. Elgün Abdullayev həbsdə olan zaman onun daha bir cinayət əməli üzə çıxıb. Həmin cinayətə görə başqa-başqa şəxslər də məsuliyytə cəlb edilib, onlar arasında həbs edilənlər də var. Əldə etdiyimiz məlumata görə, E.Abdullayev yaxın münasibətdə olduğu tanışı Hikmət Abbasova 3 mərtəbəli fərdi yaşayış evinin tikntisi üçün şərait yaradıb. Tikintinin aparılacağı torpaq sahəsi Hünər Hadızadə adlı iş adamına məxsus olub. Amma Hikmət Abbasov və Hünər Hadızadə qeyd edilən torpaq sahəsində razılaşdırıldığı kimi 3 mərtəbəli yox, 7 mərtəbəli bina inşa ediblər.

BİNA SON.jpeg (117 KB)

İstintaq belə qənaətə gəlib ki, Elgün Abdullayev əvvəlcədən inşa ediləcək binanın 3 yox, 7 mərtəbəli olacağını bilirmiş. Məqsəd də çoxmənzilli bina inşa etmək və həmin binanın yaşayış və qeyri-yaşayış sahələrinin satışından gəlir əldə etmək olub. Onlar layihəni şəhərsalmaya təqdim etməyərək qanunsuz olaraq tikintiyə başlayıblar. Tikinti davam edən ərəfədə müvafiq qurumların xəbərdarlığına baxmayaraq, işlərini davam etdirərək layihəni başa çatdırıblar.

ELGUN.jpeg (45 KB)

Elgün Abdullayev

Elgün Abdullayev bu işdə özünü qismən təqsirli bilib. Deyib ki, Hikmət Abbasovdan inşa etmək istədikləri fərdi yaşayış evinin eskizini qəbul edib. Həmin eskizdəki çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təsdiq olunması üçün Şəhərsalma və Arxitektura Komitəsinə göndərməli imiş. Lakin rəyi poçt vasitəsilə şəhərsalmaya göndərməyib, Hikmət Abbasovun özünə verib:

“Bəzən şəhərsalmaya göndərilən layihələr poçtda itirdi. Həm də vaxt itkisi var idi, xahiş etdi, ona görə də sənədi ona verdim. Belə hallar sadəcə 1-2 dəfə təkrarlanıb”. Səhvinin bundan ibarət olduğunu deyən Elgün Abdullayev bildirib ki, Hikmət Abbasova etibarlı adam kimi güvənib. Amma H.Abbasov layihəni şəhərsalmaya aparıb orada təsdiq etdirməyib və tikintiyə başlayıb. Ona da bu barədə məlumat verməyib.

Elgün Abdullayev qeyd edib ki, bu qanunsuzluğu görəndən sonra Hikmət Abbasovdan tikintinin dayandırılmasını tələb edib. Amma onun tələbinə əməl edən olmayıb. İcra başçısı Taleh Qaraşovun adı işin bu hissəsində dövrəyə girib. Belə ki, tikinti aparan Hikmət Abbasov icra başçısıdan razılıq aldıqlarını deyib.

TAHİR.jpeg (23 KB)

Taleh Qaraşov

“Hikmət dedi ki, ay Elgün, biz icra başçısı ilə işi həll etmişik, şəhərsalmadan da narahat olma. Amma mən şəhərsalma ilə əlaqə saxlayanda dedilər ki, belə bir layihə yoxdur. Mən də bu barədə icra başçısına məlumat verdim. İcra başçısı dedi ki, tikintiyə mane olmayın. Hikmətgilin şəhərəsalma ilə məsələni həll edəcəklərini dedi”. Elgün Abdullayev bu icazənin icra başçısı ilə razılaşdırıldığını desə də, sonradan fikrini dəyişib. Ona bu fikir dəyişikliyi ilə bağlı sual da verilib. E.Abdullayev həmçinin layihənin şəhərsalmaya yox, şəxsən Hikmət Abbasova verilməsini icra başçısının tapşırdığını deyib. Bunu da sonradan inkar edib və belə bir icazə verib: “Fikrimi düzgün ifadə etməmişəm. Başçı belə tapşırıq verməyib. Tikintiyə mane olmamağımla bağlı da heç nə söyləməyib”.

Elgün Abdullayevin burada ziddiyyətli ifadə verdiyi bir daha aşkar olub. O, icra başçısını məsuliyyətdən yayındırmağa çalışıb, həmçinin özünün də günahsız olduğunu deyib. Bildirib ki, tikintinin dayandırılması üçün icra başçısına məruzə edib. İcra başçısının birinci müavini tikintinin dayandırılması ilə bağlı rəsmi xəbərdarlıq edib. Bundan sonra FHN tərəfindən tikinti dayandırılıb. Amma sonradan tikinti yenidən davam etdirilib.

Buradan belə sual çıxır ki, Hikmət Abbasov və Hünər Hadızadə kim olub? Onlar kim olub ki, Elgün Abdullayevin, Şəhərsalma və Arxitektura Komitəsinin, icra başçısının birinci müavininin, Fövqəladə Hallar Nazirliyinin tikintini qadağan etməsi ilə bağlı rəsmi göstərişlərinə, qərarlarına əməl etməyib? Bütün xəbərdarlıqlara baxmayaraq, 7 mərtəbəli binanı tam inşa ediblər. Həm də bir neçə dəfə tikinti dayandırıldığı halda.

Düzdür, Hikmət Abbasov və Hünər Hadızadə də məsuliyyətə cəlb ediliblər. Amma onlara bu özbaşınalığı davam etdirməyə şərait yaradılıb.

Bu işdə diqqət çəkən əsas məqam isə bu qədər ağır bir cinayət işində icra başçısı Taleh Qaraşovun adının çəkilməsinə baxmayaraq, dindirilməməsidir. Çünki təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlinin törədilməsinə birbaşa göstərişi verən şəxsin məhz başçı Qaraşov olduğunu demişdi. Amma Qaraşov nə istintaqda, nə də məhkəmədə dindirilib. Qeyd edək ki, E.Abdullayev bu cinayət əməlini törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Əvvəlki cəzası ilə qismən toplanmaqla 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məsələ ilə bağlı cumhuriyyet.az olaraq bildirək ki, İki il əvvəl Lənkəran şəhərində qanunsuz tikinti və korrupsiya halları ilə bağlı başlayan qalmaqallı həbslərin davamı gələ bilər. Həmin vaxt Lənkəran Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdiri – baş memar Elgün Abdullayev saxlanılmış, daha sonra Lənkəran Ağır Cinayətlər Məhkəməsində barəsində 8 il həbs qərarı çıxarılmışdı.  Bir neçə gün əvvəl isə Elgün Abdullayev təkrar məhkəmə qarşısına çıxarılaraq, ona Cinayət Məcəlləsinin 314-2.1-ci maddəsi ilə yeni iş açılıb. Həbsdə olan vəzifəli şəxsin Lənkəranda qanunsuz torpaq sahəsi ayırması, tikintiyə icazə verməsi və bu vasitə ilə şəhərdə 7 mərtəbəli bina tikilməsi üzə çıxıb. Lənkəran Rayon Məhkəməsi yeni cinayət işi üzrə Elgün Abdullayevə hökm oxuyub. Hökmə əsasən, onun mövcud olan 8 illik həbs cəzası ağırlaşdırılaraq 8 il 6 ay edilib.  Cumhuriyyet.az-ın əldə etdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyi Cənub Regional Tikinti Müfəttişliyinin rəisi Rövşən adlı şəxs də bu məsələ ilə bağlı vəzifəsindən azad edilib və ona cinayət işi açılıb. O, 9 avqust 2024-cü il tarixində Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunub və 22 avqust 2024-cü il tarixində cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.  Məlum olub ki, sözügedən binanın sahibi, iş adamı Hünər Hadızadəyə həmin ərazidə 2021-ci ildə 3 mərtəbə və mansard qatından ibarət yaşayış sahəsi tikməyə icazə verilib. Lakin müəmmalı səbəblərdən iş adamı həmin ərazidə 7 mərtəbə və mansarddan ibarət yaşayış binası tikib.
2021-ci ilin iyul ayının 23-də müvafiq qurumlar tərəfindən Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarova tikinti işlərinin dayandırılması üçün müraciət edilib. Elə həmin il Agentliyin Baş Dövlət Tikinti Müfəttişliyi Cənub Regional Tikinti Müfəttişliyi əməkdaşları tərəfindən həmin tikiliyə baxış keçirilib, pozuntular sənədləşdirilib. Agentliyin rəisinin 20 avqust 2021-ci il tarixli qərarı ilə həmin ərazidə tikinti işlərinin dayandırılması qərara alınıb. Cəbrayıl Xanlarovun əmri ilə iş adamı Hünər Hadızadə İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsi ilə 23 sentyabr 2021-ci il tarixində inzibati xəta haqqında protokol tərtib edilib. Həmin obyekt möhürlənib.
Daha sonra naməlum səbəblərdən, Hünər Hadızadə tikinti işlərini davam etdirib və heç bir vəzifəli şəxsin “gözünə görünməyən” 7 mərtəbəli binanın tikintisinə tam nail olub. Nəticədə, üç mərtəbə üçün icazə sənədi olan ərazidə 7 mərtəbəli yaşayış binası tikib.  Müəmmalı səbəblərdən Cənub Regional Tikinti Müfəttişliyi rəisi olmuş Rövşən həmin vəzifəsində işləyərkən Lənkəran şəhəri, Füzuli küçəsi, ev 7 ünvanında tikinti qanunvericiliyi kobud surətdə pozulmaqla tikinti-quraşdırma işlərinin davam etdirilməsindən məlumatlı olmasına baxmayaraq, xidməti vəzifələrinin icrası ilə əlaqədar bir qrup vəzifəli şəxslə əlbir olaraq qanunsuz üstünlük əldə etmək, yəni qanun pozuntusu hesabına aparılacaq tikintinin başa çatdırılmasına şərait yaratması məlum olub.
2024-cü ilin avqust ayında Cənub Regional Tikinti Müfəttişliyi rəisi Rövşən vəzifəsindən kənarlaşdırılaraq barəsində cinayət işi açılıb.
Qeyd edək ki, hadisə ilə bağlı iş adamı Hünər Hadızadə də həbs edilib.
Əvvəlki Yazı

Biz Azərbaycanla bu cür davranacağıq – Paşinyan

Növbəti Yazı

Qətər əmiri və müavini İlham Əliyevə başsağlığı verdi

EKSKLUZİV

“Ramiz Mehdiyev işi” sabiq əmlak məmurları arasında təlaşa səbəb olub

“Ramiz Mehdiyev işi” sabiq əmlak məmurları arasında təlaşa səbəb olub

03 Noyabr 2025 / 16:17
2
ADA ilə “Veysəloğlu”nun tərəfdaşlığı uğurla davam edir – xeyriyyə məqsədli festival keçirilib

ADA ilə “Veysəloğlu”nun tərəfdaşlığı uğurla davam edir – xeyriyyə məqsədli festival keçirilib

03 Noyabr 2025 / 13:09
4
Qaradağ icra hakimiyyətindəki əməliyyat Süleyman Mikayılovu bitirir: “Çakır” hansı məmurun yaxınından pul tələb edib?

Qaradağ icra hakimiyyətindəki əməliyyat Süleyman Mikayılovu bitirir: “Çakır” hansı məmurun yaxınından pul tələb edib?

02 Noyabr 2025 / 12:14
9
Naxçıvanda qalmaqal – İşçiləri naziri döyüblər?

Naxçıvanda qalmaqal – İşçiləri naziri döyüblər?

02 Noyabr 2025 / 12:01
3

XƏBƏR LENTİ

“Ramiz Mehdiyev işi” sabiq əmlak məmurları arasında təlaşa səbəb olub

ADA ilə “Veysəloğlu”nun tərəfdaşlığı uğurla davam edir – xeyriyyə məqsədli festival keçirilib

Qaradağ icra hakimiyyətindəki əməliyyat Süleyman Mikayılovu bitirir: “Çakır” hansı məmurun yaxınından pul tələb edib?

Naxçıvanda qalmaqal – İşçiləri naziri döyüblər?

Kirayə bazarında yeni dövr: Nələr dəyişəcək, kim nəzarət edəcək?

Ramiz Mehdiyevin “qara kassası” üzə çıxdı: Qaynından iş adamına qarşı AĞIR İTTİHAMLAR

Dünya qopur: NATO Rusiya ilə müharibəni qaçılmaz sayır – hərbi rəhbərlik savaşa hazırlaşır

Ziya Məmmədov həbsdən necə qurtulub? — SENSASİON SİRLƏR ÜZƏ ÇIXDI

Doğum azalır, narahatlıq artır: Müəllimlərin gələcəyi necə olacaq?

Trampın oğlu Ermənistana niyə gəlir? (ŞƏRH)

Mənzil bazarında bahalaşma davam edir – Səbəb nədir?

Əsgərlik müddəti azaldıla bilər – Ermənistandan sonra…

Rusiya Qafqazda yeni “cəbhə” açır – sensasion hədə

Ramiz Mehdiyevin gəlininin vəzifə karyerası: İşin içində Əhliman Əmiraslanov da var

Ərdoğanla Dövlət Baxçalı arasında problem yaranıb?

“Xalqın qanını içən oğru məmurlar ifşa olunmalıdır və necə ki, olunur…”

Əli Həsənov komandasının şok ismi: Nurlan Həsənov hansı əməllərə imza atıb?

Əli Həsənov danışdı: “Yalandır, hazırda Bakıdayam, danışmaq istəmirəm”

Paşinyana qarşı hərbi çevriliş planı – 102-ci bazaya yaxın…

Saxlanılan icra başçısının köməkçisi DANIŞDI

Revanşistlər istəyinə çatdı – sülh sazişi…

İpoteka ilə bağlı qərar – BUNDAN SONRA…

Cinayət işi ən ağır bəndlərlə aparılır

“Bakı Abadlıq Xidməti”ndə şok dələduzluq: Bünyad Qasımov Ramiz Mehdiyevə pul ötürürmüş – 5 milyon dollar…

Sürücülük vəsiqəsin evdə unudub, maşın sürmək olarmı?

Parlamentdə YENİ QAYDA – 1 MiLYONLUQ CƏRİMƏ

Vəkillər üçün YENİ XƏBƏR

DTX-nin həbs etdiyi icra başçısı Ramiz Mehdiyevlə qonşu imiş – FOTOLAR

Güney hərəkatının fəalları aclıq aksiyasına başlayıb

Azərbaycan Avropa Məhkəməsinin qərarlarını niyə icra etmir?

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Dek   Fev »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.