Cəmiyyət

Avrasiya Hospital ölümü gizlədir, ittihamları cavabsız buraxır - VİDEO

36

Bakıda Avrasiya Hospitalında həkim səhlənkarlığı səbəbindən insan ölümü haqda məlumat vermişdik. Belə ki, ötən il noyabrın 30-da  Məmmədov Arif  Əlisəfa oğlu  adı çəkilən hospitalda əməliyyat olunub və onun 2 damarına stend yerləşdirilib. Ümumilikdə 4 ədəd stend qoyulacaqmış. Əməliyyatı edən cərrah Elnur Əlizadə deyib ki, 14 gündən sonra Bakıda olacaq və daha iki damara stend qoyulacaq.  Xəstə həkimə və yaxınlarına bildirir ki, damarlarına stend qoyulandan sonra özünü daha pis hiss edir.  Amma həkim onu inandırır ki, bu keçici haldır. Beləliklə onu dekabrın 13 də zəng edib əməliyyata dəvət edirlər və heç bir hazırlıq işləri görülmədən damarına stend qoyulması üçün aparılan əməliyyat zamanı dünyasını dəyişir. A.Məmmədov  dünyasını dəyişdikdən sonra  Avrasiya Hospital əməkdaşları onun ölümünü yaxınlarına bildirməməklə daha dəhşətli cinayətə imza atıblar. Belə ki, mərhumun sağ olduğunu, əməliyyat sonu reanimasiyaya yerləşdirildiyini, oksigen aparatına qoşulduğunu deyib və cinaytin baş verdiyi anı uzadaraq ölümün əməliyyatdan deyil, müxtəlif fəsadlardan olduğunu bildirmək istəyiblər. Lakin bunu sona qədər edə bilməyiblər, Mərhumun yaxınlarının  tələb və təzyiqindən sonra nməhayət ölüm faktını etiraf ediblər.

Məsələ ilə bağlı Cumhuriyyet.az olaraq Avrasiya Hospitalın mövqeyini öyrənmək istədik.  Hospitalın rəsmi internet səhifəsində yerləşdirilən  +994121116 və +994559790101  telefon nömrələrəlinə etdiyimiz zənglərə "məsələni müvafiq şöbəyə bildirəcəyik, sizinlə əlaqə saxlayacaqlar" deyə  cavab verdilər. Amma hospitaldan heç bir açıqlama gəlmədi.

Mövzunu davam etdirəcəyik...

Oxşar xəbərlər

↑