Fevralın 25-i saat 12:00-da Qazax Dövlət Dram Teatrında XX əsrin qanlı faciəsi – Xocalı soyqırımına həsr edilmiş “Səsin mənəm, Xocalı!” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Xocalı faciəsinə həsr edilmiş müxtəlif şeir nömrələrindən ibarət ədəbi-bədii kompozisiyanın ssenari müəllifi və quruluşçu rejissoru Ceyhun Vəlizadədir.
Rolları Əməkdar artist Hacı Hacıyev, Rüfət Ömər, Ceyhun Vəlizadə, Xəyalə Eminalıyeva, Zəmanə Dərviş, Aysel Əliyeva, Nəzrin Sadıqzadə, Kamil Məmmədov ifa edirlər.