Amerikanın OpenAİ şirkəti yeni GPT-4.5 süni intellekt modelini təqdim edib.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə OpenAİ məlumat yayıb.
“Hələlik ən böyük və ən yaxşı çat-bot modelimiz olan GPT‑4.5-in ilkin variantını təqdim edirik. GPT‑4.5 işarələri tanımaq, əlaqələr qurmaq və yaradıcı ideyalar yaratmaq qabiliyyətini təkmilləşdirir”, – şirkətdən bildirilib.
OpenAİ GPT-4.5-in əvvəlki modellərə nisbətən daha az səhvə yol verəcəyini gözləyir.