Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Kursantların vəzifələri müəyyən olunur

Aprel 4, 2025
A A

REDAKTORUN SEÇİMİ

Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…

Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…

05 Avqust 26 / 11:43
“Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?

“Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?

29 İyul 26 / 12:55
Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti

Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti

28 İyul 26 / 18:10
Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO

Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO

27 İyul 26 / 11:15
“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

15 İyul 26 / 18:22

Azərbaycanda kursantların vəzifələri müəyyən olunur.

Cumhuriyyet.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidməti Nizamnaməsinin təsdiq edilməsi haqqında” qanuna yeni hissə və maddələrin əlavə edilməsi təklif olunur.

Layihə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, kursant dövlət təhsil standartına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnməsinə, ona həvalə edilmiş vəzifələrin və tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsinə, həmçinin öz silahına, ona tapşırılan döyüş və digər texnikanın vəziyyətinə cavabdeh olacaq. O, bilavasitə rəisinə tabedir.

Kursantın vəzifələrinə aşağıdakılar aiddir:

– Silahlı Qüvvələrin hərbi qulluqçusu kimi öz borcunu dərindən dərk etmək, Konstitusiyaya və qanunlara müqəddəscəsinə və sarsılmazcasına riayət etmək, hərbi andın və hərbi nizamnamələrin tələblərini sözsüz yerinə yetirmək, sayıq, namuslu və Azərbaycan dövlətinin mənafeyinə sədaqətli olmaq və bunun uğrunda mübarizədə öz qüvvəsini, hətta həyatını belə əsirgəməmək;

– hərb işini və peşə ixtisasını vicdanla öyrənmək, müəllimlərin, komandirlərin (rəislərin) ona öyrətdiklərini səylə yadda saxlamaq;

– təhsil proqramlarında (kurikulumlarda) nəzərdə tutulmuş imtahanları vermək;

– öz xidməti vəzifələrini nümunəvi yerinə yetirmək;

– hərbi nizamnamələrin tələblərini dərindən bilmək və vicdanla yerinə yetirmək;

– üzrsüz səbəblərdən dərsdən yayınmamaq, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;

– komandirlərin (rəislərin) və müəllimlərin əmr, sərəncam, göstəriş və tapşırıqlarını sözsüz, dəqiq və vaxtında yerinə yetirmək, təhlükəsizlik qaydalarına ciddi riayət etmək;

– igid, cəsur və intizamlı olmaq, nalayiq hərəkətlər etməmək və kursant yoldaşlarını belə hərəkətlərdən çəkindirmək;

– təhsil aldığı hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin nizamnaməsinin və daxili intizam qaydalarının tələblərini bilmək və yerinə yetirmək;

– öz silahını, həmçinin ona tapşırılan döyüş və digər texnikanı mükəmməl bilmək, həmişə saz və təmiz saxlamaq;

– dövlət sirrini qorumaq;

– komandirlərə (rəislərə), böyüklərə və müəllimlərə hörmət göstərmək, hərbi nəzakət, davranış və əsgəri salamlaşma qaydalarına riayət etmək, pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;

– təhsil aldığı hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin rektoru (rəisi) daxil olmaqla, özünün birbaşa rəislərinin vəzifəsini, hərbi rütbəsini, adını və soyadını bilmək;

– dövlət əmlakını qorumaq, hərbi geyim formasını daşıma qaydalarına ciddi riayət etmək, hər gün təmizləmək və göstərilən yerdə saxlamaq;

– hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin əmlakına qayğı ilə yanaşmaq;

– şəxsi və ictimai gigiyena qaydalarına riayət etmək;

– silahla, döyüş texnikası və digər texnika ilə işləyəndə və başqa hallarda təhlükəsizlik tədbirlərinə, həmçinin yanğın təhlükəsizliyi qaydalarına riayət etmək;

– təhsil aldığı hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin yerləşdiyi ərazidən kənara çıxmaq zərurəti olduqda, bilavasitə komandirindən icazə almaq və qayıtdıqdan sonra ona bu barədə məlumat vermək;

– təhsil aldığı hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsindən kənarda özünü şərəfli və ləyaqətli aparmaq, ictimai asayişi pozmamaq və əhaliyə qarşı nalayiq hərəkətlərə yol verməmək;

– dövlət maraqlarının, insan və vətəndaş hüquq və azadlıqlarının fəal müdafiəçisi olmaq, özündə yüksək mənəvi keyfiyyətlər aşılamaq, dövlət və cəmiyyət qarşısında məsuliyyətini dərk etmək;

– ictimai asayiş normalarına zidd, əxlaqı pozan və xidməti vəzifələri yerinə yetirməyə mane olan hərəkətlərdən çəkinmək;

– böyük rəislərin göstərişi olmadan (xidməti zərurət istisna olmaqla) media subyektlərinə müsahibə və məlumat verməmək, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər və onların filial və nümayəndəlikləri, beynəlxalq təşkilatlarla əlaqə saxlamamaq.

Qanun layihəsinə əsasən, normativ hüquqi aktlarda və təhsil aldıqları hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin nizamnamələrində başqa qayda nəzərdə tutulmadıqda, kursantların təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsinə yol verilmir.

Təklif edilən dəyişikliklərə əsasən, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin ştat vahidlərinin sayına, komplektləşdirilmə səviyyəsinə və ya şəxsi heyətin yerləşmə şəraitinə görə təhsil müəssisəsində qarovul və daxili xidmət üzrə vəzifələri yerinə yetirən hərbi qulluqçuların sayı bu vəzifələrin icrası üçün kifayət etmədikdə, kursantların həmin vəzifələrin icrasına cəlb edilməsinə icazə verilə bilər. Bu zaman onlar müddətli həqiqi hərbi xidmət hərbi qulluqçular, habelə təcrübələri və ya rütbələri yol verdikdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular, gizirlər və miçmanlar üçün nəzərdə tutulmuş naryad heyətinə cəlb edilirlər.

Əvvəlki Yazı

Seyid Əzim Şirvaninin 190 illiyi qeyd ediləcək – SƏRƏNCAM

Növbəti Yazı

Kreml Avropadan heç bir siqnal almayıb – Peskov

EKSKLUZİV

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq

05 Avqust 2026 / 18:00
1
Şirvan kanalı bərpa edildi

Şirvan kanalı bərpa edildi

05 Avqust 2026 / 17:45
1
Mərkəzi Bank ödəniş təşkilatının lisenziyasını ləğv edib

Mərkəzi Bank ödəniş təşkilatının lisenziyasını ləğv edib

05 Avqust 2026 / 17:30
1
Sabah çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb

Sabah çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb

05 Avqust 2026 / 17:17
1

XƏBƏR LENTİ

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq

Şirvan kanalı bərpa edildi

Mərkəzi Bank ödəniş təşkilatının lisenziyasını ləğv edib

Sabah çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb

14 vaqon buğda Biləcəri stansiyasından Ermənistana yola salınacaq

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Avtobuslarla bağlı mühüm dəyişiklik

Səksən ilin zirvəsindən boylanan ömür

DYP sürücülərə müraciət edib

Veysəloğlu MMC”nin “Dost Əllər” layihəsi çərçivəsində neyromüxtəlifliyi olan gənclər üçün masterklass keçirilib

Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…

Qazax rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq – XƏBƏRDARLIQ

Bu kollecdə əlil abituriyentlər üçün 15 plan yeri ayrıldı

Mərkəzi Bankının valyuta ehtiyatları 23 % artıb

İcra Hakimiyyəti “ərazi satılmayıb” dedi – Bəs gimnaziyanın stadionundakı köşklər niyə götürüldü?

“Azərsun”un sığındığı professor və mənimsənilən kapital: “Daşlı Bulaq” suyundakı 20 min manatlıq şübhəli əməliyyat

İşçiləri sevindirəcək yenilik

Sabahın hava proqnozu açıqlanıb

Culfa Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib

Ordubadın icra başçısı dəyişib

Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

Naxcıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin edilib – SƏRƏNCAM

Avqustun 13-də meteor yağışı olacaq

Toy mövsümü bu tarixdən başlayır

DİN: 85 nəfər borclu şəxs saxlanıldı

Baş nazirdən daha bir qərar

Təmərküzləşmə ilə bağlı qaydalar təsdiqləndi

Gömrük qaydalarında dəyişiklik

ATƏT-in sədri Azərbaycana gəldi

Azərbaycan nefti 96 dollardan baha satılıb

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Mar   May »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.