Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Manşet

Vəfat edən ailə başçısı ilə bağlı MÜHÜM QƏRAR

May 2, 2025
A A

REDAKTORUN SEÇİMİ

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05
Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

16 Dekabr 25 / 12:10
Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 25 / 13:55
Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

10 Dekabr 25 / 11:55
Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

09 Dekabr 25 / 14:41

Azərbaycan Resbulikasının Ali Məhkəməsi vahid məhkəmə təcrübəsini müəyyən edən daha bir qərar qəbul edib.

Cumhuriyyet.az-ın məlumatına görə, mübahisəli hüquqi məsələnin qısa məzmunu belədir ki, iddiaçının əri 31.08.2012-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölüb, cavabdeh hüquqi şəxsin əməkdaşı hadisədə təqsirli bilinərək məhkum edilib. Mərhumun himayəsində iddiaçı ilə nikahından doğulmuş yetkinlik yaşına çatmamış övladları olmuşdur. 10.04.2017-ci il tarixdə iddiaçıya 10.04.2022-ci il tarixədək ikinci dərəcə ilkin əlillik təyinatı aparılıb. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ailə başçısının itirilməsi nəticəsində vurulmuş 141.000 manat məbləğində pulun tutulmasını xahiş edib.

Məhkəmələr iddianın əsaslılığını yoxlamış və həmin şərtlərin mövcudluğu təsdiq edilmədiyi üçün iddia rədd edilib. Bundan sonra iddiaçı kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

Mülki Məcəllənin 1121-ci maddəsində ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzini almaq hüququ olan şəxslərin dairəsi, o cümlədən bu hüququn yaranma və xitam olunma əsasları nəzərdə tutulub. Bu əsasla iddia irəli sürüldükdə ilk növbədə məhkəmə tərəfindən ölmüş şəxsin ailə başçısı, yəni ailənin dolanacaq xərclərini təmin etmiş yeganə şəxs olub-olmadığı müəyyən edilməli, bu müəyyən edildikdən sonra tələbin təmin edilməsi üçün digər əsasların mövcud olub-olmadığı yoxlanılmalıdır.
Ətraflı

Arvadın ölmüş ərin himayəsində olan şəxs hesab edilməsi ilə bağlı hüquqi qiymətləndirmə Ailə Məcəlləsinin 84-cü maddəsindəki əsaslar nəzərə alınmaqla həyata keçirilməlidir. Həmin normada ərin (arvadın) bir-birinə maddi cəhətdən kömək etməli olduqları müəyyən edilsə də, yalnız 84.2-ci maddədə qeyd edilmiş əsaslar olduqda (əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad) birinin digərindən aliment tələb etmək hüququ nəzərdə tutulub.

Nəzərə alınmalıdır ki, sadəcə nikahda olma faktı və əmək qabiliyyətli arvadın (ərin) Ailə Məcəlləsinin 84-cü maddəsindəki əsaslar və digər üzrlü səbəblər olmadığı halda işləməyərək ərinin (arvadının) gəliri hesabına yaşaması MM-in 1121-ci maddəsinin tələbləri baxımından həmin şəxsin ölən ailə başçısının himayəsində olmuş şəxs kimi qiymətləndirilməsi üçün əsas ola bilməz.

Mübahisələndirilən məhkəmə qətnaməsindən görünür ki, məhkəmə iddianın əsaslı olub-olmadığını MM-in 1121.1.3-cü (ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü – əmək qabiliyyətindən asılı olmayaraq ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi) maddənin tələbləri baxımından yoxlamayıb, həmin normadakı əsasların mövcud olub-olmadığı araşdırılmayıb. Həmin normaya əsasən ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına qulluq etməklə məşğul olan və işləməyən arvad (ər) əmək qabiliyyətindən asılı olmayaraq bu normaya əsasən ailə başçısının ölümünə görə zərər tələb edə bilər. 1121.3.5-ci maddəyə əsasən bu halda zərər ölənin himayəsində olmuş uşaqları on dörd yaşına çatanadək hesablanmalı və tutulmalıdır. 1121.2-ci maddə isə bu normaya əsasən zərərin əvəzinin ödənilməsini həmin şəxslərə qulluq qurtardıqdan sonra da tələb etmək hüququ verir.

Ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsi barədə iddia irəli sürülərkən iddia ərizəsində 1121-ci maddənin konkret bəndinə istinad edilib-edilməməsindən asılı olmayaraq məhkəmə tərəfindən “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olub-olmadığı tərəflərlə müzakirə edilməlidir.

Ali Məhkəmənin Mülki kollegiyası qeyd edilənlərə əsasən belə nəticəyə gəlib ki, kassasiya şikayəti qismən təmin edilməli, mübahisələndirilən qətnamə ləğv edilərək iş kassasiya instansiya məhkəməsinin göstərişləri nəzərə alınmaqla yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

Əvvəlki Yazı

Deputatlarımız Zimbabveyə gedirlər

Növbəti Yazı

Bunları antiteror əməliyyatlarında gördük – Eyvazov

EKSKLUZİV

Azərbaycanlı alimdən yeni kitab — “Məntiq”

Azərbaycanlı alimdən yeni kitab — “Məntiq”

16 Dekabr 2025 / 19:37
6
Azərbaycanda uşaqlar arasında yayılan virus nədir? – Həkimdən SENSASİON açıqlama

Azərbaycanda uşaqlar arasında yayılan virus nədir? – Həkimdən SENSASİON açıqlama

16 Dekabr 2025 / 18:24
0
Qazaxda sabiq vəzifəli şəxs dəfn olundu

Qazaxda sabiq vəzifəli şəxs dəfn olundu

16 Dekabr 2025 / 17:53
2
Məktəblilərin qorxulu problemi: Dərslik deyil, yük daşıyırlar

Məktəblilərin qorxulu problemi: Dərslik deyil, yük daşıyırlar

16 Dekabr 2025 / 16:53
0

XƏBƏR LENTİ

Azərbaycanlı alimdən yeni kitab — “Məntiq”

Azərbaycanda uşaqlar arasında yayılan virus nədir? – Həkimdən SENSASİON açıqlama

Qazaxda sabiq vəzifəli şəxs dəfn olundu

Məktəblilərin qorxulu problemi: Dərslik deyil, yük daşıyırlar

Elektron siqaretlər qadağan edilir – Milli Məclis yeni qanuna “hə” dedi

Milli Qvardiyanın komandanı vəzifəsindən azad olundu

Amnistiya bu şəxslərə şamil olunacaq

Tək yaşayan pensiyaçılara ŞAD XƏBƏR: Kommunal güzəştlər oluna, maliyyə yardımı edilə bilər…

Qar, şaxta və istilik problemləri: Bakı qışı rahat keçirə biləcəkmi?

Dünya bu xəbərlə ÇALXALANIR – Rusiya ilə Türkiyə üz-üzə

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

Moskvadan “Tramp marşrutu” ilə bağlı AÇIQLAMA: “Rusiyasız mümkün deyil”

İnzibati məsuliyyətlə bağlı qanunvericilik dəyişir

“Kupça”sız evlər problemi parlamentin GÜNDƏMİNDƏ

Dövlət qulluğu ilə bağlı qanuna MÜHÜM DƏYİŞİKLİKLƏR

Azərbaycanın axtarışa verdiyi Abbas Abbasov kimdir: Rusiya Abbas Abbasovu Azərbaycana verəcəkmi?

Azərbaycan və Türkiyə arasında TARİXİ ANLAŞMA parlamentdə

Bu tarixdə dünyanın SONU olacaq — PROQNOZ

Ekspert Emin Əmrullayevin yalanını üzə çıxardı – Video

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və… – Xidmət qaydası dəyişib

Ən çox generalı olan nazir – Heydərovun müavinləri haqqında MARAQLI FAKTLAR

Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

Sən demə təhsilin əsas problemi “müəllim” sözünün səhv yazılışında imiş… – BƏS NƏTİCƏ?

Ukrayna Rusiyanın yarım milyardlıq gəmisini vurdu – VİDEO

TƏBİB sədri Eldar Mahmudovun qohumuna vəzifə verdi

General Eyyubov tutduğu vəzifədən azad edildi

Mehdiyevlərin bankı “vuruldu” – ən çox şikayət ondan imiş

Bu universitetlər bölgələrə köçürülə bilər

Abbas Abbasov axtarışa verildi – Ramiz Mehdiyev işi böyüyür

Paşinyan üçün seçkidə ən qorxulu ssenari

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Apr   İyn »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.