“90-cı ildən bəri bizdə yol-nəqliyyat hadisələrinin, ölüm və xəsarət alma hallarının sayı azalma tempi üzrə gedir”.
Cumhuriyyet.az xəbər verir ki, bunu MEDİA-nın təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda II Forum çərçivəsində “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində” adlı panel sessiyada DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev deyib.
O bildirib ki, əvvəllər qayda pozuntusu törədənlərə gənclər arasında rəğbət var idi: “Media bu məsələnin aradan qalxması üçün bizə böyük dəstək göstərdi. Bu gün Azərbaycan qonşu ölkələr arasında yol nəqliyyat hadisəsinin, ölüm və xəsarət hallarının ən az olduğu ölkədir, türk dövlətləri arasında 2-cidir, MDB məkanında ikincidir”.
Rövşən Tağıyev onu da qeyd edib ki, hər il Azərbaycanda nəqliyyat vasitələrinin sayı artır.