Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

İcra başçısı şəhid atasının hüzr mərasimində iştirak edib və ailəsinə başsağlığı verib

May 26, 2025
A A

REDAKTORUN SEÇİMİ

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

15 İyul 26 / 18:22
Tətilə çıxan deputatlar harada istirahət edəcəklər? – SORĞU

Tətilə çıxan deputatlar harada istirahət edəcəklər? – SORĞU

15 İyul 26 / 14:59
Belə avtomobillə heç yerə getmərəm – Prezident

Belə avtomobillə heç yerə getmərəm – Prezident

13 İyul 26 / 14:00
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

11 İyul 26 / 13:26
Hörmüzdə azərbaycanlıların gizli neft ticarət şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -VİDEO

Hörmüzdə azərbaycanlıların gizli neft ticarət şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -VİDEO

10 İyul 26 / 12:40

Vətən, torpaq, yurd, el-oba, bu amallar uğrunda canından keçərək Şəhidlik zirvəsinə ucalmış igid oğullarımız xalqımızın qəlbində əbədi yaşayacaqdır. Vətənin müdafiəsi uğrunda canından keçən qəhrəmanlarımızı, igid oğullarımızı hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir. Vətən yolunda Şəhidlik zirvəsinə ucalan igid, mərd oğulları yad etmək, onların xatirələrini əziz tutmaq, adlarını əbədiləşdirmək isə bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır.

Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman yüksək səviyyədə olub. İstər Birinci Qarabağ müharibəsi, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər döyüşlərdə Qazaxın igid, mərd oğulları döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla adlarını tarixə yazdırıblar. Ən əsası da göstərdikləri şücaətlə bir daha sübut ediblər ki, vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid Vətən oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Neçə-neçə igid Vətən oğlu torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirərək qazi adını alıb.

Comərdov Rasim Bəxtiyar oğlu da Birinci Qarabağ müharibəsi zamanı mənfur düşmənin gülləsinə tuş gələrək şəhid olub.

Rasim Comərdov 28 oktyabr 1973-cü ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1980-ci ildə Qazax rayon Yavər Mirzəyev adına Quşçu Ayrım kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1991-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 18.12.1996-cı ildə Quşçu Ayrım kəndində ermənilərin açdığı atəş nəticəsində şəhid olmuşdur. Mülki şəhiddir. Subay idi.

Mayın 22-də şəhidimizin atası Comərdov Bəxtiyar Abdurəhman oğlu dünyasını dəyişib. Mayın 23-də şəhid atası Quşçu Ayrım kənd qəbiristanlığında dəfn edilib.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə şəhid atasının hüzr mərasimində iştirak edib. İcra başçısı Rəcəb Babaşov mərhum Bəxtiyar Comərdovun vəfatından kədərləndiyini bildirib, şəhidimizin qardaşına, mərhumun övladlarına, yaxınlarına dərin hüznlə başsağlığı verib. İcra başçısı illər ötsə də Birinci Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində, eləcə də digər döyüşlər zamanı şirin canlarından keçən qəhrəman oğullarımıza, şəhidlərimizə olan sonsuz ehtiramın heç zaman dəyişməyəcəyini, əksinə daha da artacağını söyləyib. “Bu gün özümə borc bildim ki, şəhidimizin atasının hüzr mərasimində iştirak edim”, – deyən icra başçısı şəhidlərimizlə yanaşı, onların ata və analarının da bizlər üçün doğma olduqlarını vurğulayıb.

Əvvəlki Yazı

Nazirlərlə görüşmək istəyənlərin NƏZƏRİNƏ

Növbəti Yazı

Əvəz Zeynallının vəziyyəti ağırlaşır

EKSKLUZİV

İran Azərbaycandan bu məshsulun alışını artırıb

İran Azərbaycandan bu məshsulun alışını artırıb

24 İyul 2026 / 12:00
2
Aİ Azərbaycan bankına qarşı sanksiyaları ləğv edib

Aİ Azərbaycan bankına qarşı sanksiyaları ləğv edib

24 İyul 2026 / 11:48
4
ADY: Sərnişin qatarlarına 21 dəfə daş atılıb

ADY: Sərnişin qatarlarına 21 dəfə daş atılıb

24 İyul 2026 / 11:39
1
Bakının mərkəzində bəzi evlər ucuzlaşıb

Bakının mərkəzində bəzi evlər ucuzlaşıb

24 İyul 2026 / 11:21
4

XƏBƏR LENTİ

İran Azərbaycandan bu məshsulun alışını artırıb

Aİ Azərbaycan bankına qarşı sanksiyaları ləğv edib

ADY: Sərnişin qatarlarına 21 dəfə daş atılıb

Bakının mərkəzində bəzi evlər ucuzlaşıb

“Real”ın ulduz futbolçusu özünü tanınmaz hala saldı

Azərbaycanda qoyunların sayı AZALIR

Azərbaycanda kimlər əsgərliyə çağırılmır?

ÜST: Xəstəxanalar istilik dalğalarına ciddi hazırlaşmalıdırlar

BÖYÜK ŞƏHƏRLƏRİN FACİƏSİ… – Bəlkə, doğrudan da dünyanı sevgi xilas edəcək!

Şuşadakı tarixi abidələrə görə 2 milyon manatdan çox vəsait ayrılır

Ətin qiyməti niyə od tutub yanır?

Xəzər konsorsiumu neft nəqlini dayandırdı

Bu universitetə magistr qəbulu LƏĞV EDİLDİ

Qarabağ atlarının sayı açıqlandı – RƏSMİ

47 kişi zorakılığa məruz qalıb – RƏSMİ

Azərbaycanda işsizlərin sayı

Bakıda yeni dərs ilindən saatlar belə işləyəcək-TƏFƏRRÜAT

Müavinət və təqaüd ALANLARIN NƏZƏRİNƏ

İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq

“Arzum” yenidən həbs oluna bilər

Sabah çimərliklərdə hava necə olacaq?

Ölkəmizdə iki yeni peşə məktəbi yaradılacaq

Azərbaycana gələn turistlər azalıb

Sabahın hava proqnozu

İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb

DİN skuter və velosiped sürücülərinə müraciət edib

Azərbaycan UEFA reytinqində eyni mövqedə qalıb

Məzunlara elektron diplomların verilməsinə başlanıldı

Azərbaycanda cəmi 3 həkimi olan şəhər var – SİYAHI

Təcili yardımı boş yerə məşğul edənlərin SAYI

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Apr   İyn »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.