Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək.
Cumhuriyyet.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün yaz sessiyası çərçivəsində son iclasında parlamentin sədri Sahibə Qafarova bildirib.
Spiker deyib ki, Milli Məclisin iyunda növbədənkənar sessiyası keçiriləcək: “85 deputat növbədənkənar sessiyanın çağırılması üçün müraciət edib”.
Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin 42 deputatının tələbi əsasında növbədənkənar sessiya çağırılır. Milli Məclisin növbədənkənar sessiyaları dövründə parlamentin, komitə və komissiyalarının iclasları keçirilir, deputatlar komitə və komissiyaların işində iştirak edirlər.