Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Əmircan susuz qalıb – içməli su əvəzinə Kür çayının bulanıq suyu verilir

İyul 23, 2025
A A

REDAKTORUN SEÇİMİ

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05
Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

16 Dekabr 25 / 12:10
Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 25 / 13:55
Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

10 Dekabr 25 / 11:55
Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

09 Dekabr 25 / 14:41

Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsi, Cabir Əliyev küçəsi və ətraf ərazilərdə artıq on gündür içməli su yoxdur. Paytaxtın bir hissəsinin bu qədər müddət susuz qalması həm sağlamlıq baxımından, həm də sosial-iqtisadi cəhətdən ciddi narahatlıq doğurur.

Sakinlər bildirirlər ki, nə çimmək, nə tualet ehtiyaclarını qarşılamaq, nə də yemək bişirmək üçün su tapmaq mümkündür. Evlərdə vəziyyət tam antisanitariya şəraitindədir. Suyun olmaması ailələrin gündəlik həyatını iflic vəziyyətinə salıb.

Ərazidə məsul olan Suraxanı Su İdarəsi isə problemin həllində aciz görünür. İdarə əməkdaşları bildiriblər ki, hazırda nə qəsəbəyə veriləsi su var, nə də idarənin balansında su daşıyan maşın. Belə çıxır ki, su idarəsinin özünün suyu da, su daşıma imkanı da yoxdur.

İki gün əvvəl idarənin əməkdaşı Tehran adlı məsul şəxs sakinlərə bildirib ki, problemin həlli üçün Sabirabad rayonundan 18 tonluq su maşını gətizdirilib. Lakin bu, vəziyyəti düzəltmək əvəzinə daha da ağırlaşdırıb. Əhaliyə paylanan su bulanıq və içməli suya tamamilə yararsız olub. Tehran müəllimin izahatına görə, maşının içində əvvəllər Kür çayının suyu olub və sürücü üstünə içməli su dolduraraq paylayıb. Nəticədə, sakinlərə birbaşa Kür çayının bulanıq suyu təqdim edilib.

Ərazidə son vaxtlar çəkilmiş yeni su xətləri də mövcud problemi daha da dərinləşdirib. Sakinlərin dediyinə görə, xətlərə qoşulmuş sayğaclar həm xətdəki havanı, həm də suyu birlikdə ölçür və nəticədə insanlar istifadə etmədikləri suya görə ödəniş etməyə məcbur olurlar. Bu isə yalnız susuzluq deyil, həm də haqsızlıq hissini dərinləşdirir.

Ən acınacaqlısı isə odur ki, qəsəbənin daxilində “İcra Hakimiyyəti” yazılmış su maşınları ağaclara su verir, amma insanlar üçün bir damcı belə içməli su ayrılmır. Bu mənzərə haqlı olaraq sual doğurur: bu idarələr insanı, yoxsa ağacı yaşatmaqla məşğuldur?

Sakinlərin səsi aidiyyəti qurumlara çoxdan çatmalı idi. Onlar sual edirlər: Suraxanı Su İdarəsinin maşınları hara yoxa çıxıb? Paylanmış bulanıq suyun məsuliyyəti kimdədir? Yeni xətlərin texniki nasazlıqlarına görə kim cavab verir? Ən nəhayət, bu qədər gün su problemi yaşandığı halda, Suraxanı rayon İcra Hakimiyyəti və digər qurumlar nə ilə məşğuldur?

Əmircan sakinləri ölkə rəhbərliyinə və media qurumlarına müraciət edərək məsələnin ictimailəşdirilməsini və problemin operativ şəkildə həllini tələb edirlər. Onlar hesab edirlər ki, bu cür hallara görə məsuliyyət daşıyan şəxslər müəyyən olunmalı, cəzasızlıq mühiti aradan qaldırılmalıdır.

Bu, təkcə su problemi deyil, idarəetmədəki boşluqların və nəzarətsizliyin aydın göstəricisidir. Əgər paytaxtın bir qəsəbəsində günlərlə içməli su yoxdursa və sakinlərə Kür çayının bulanıq suyu təqdim edilirsə, bu, inkişafdan deyil, geriləmədən xəbər verir.

Əvvəlki Yazı

Azərbaycanın qızıl ehtiyatı 181 tonu ötüb

Növbəti Yazı

Suriya Türkiyədən hərbi dəstək istəyib

EKSKLUZİV

Azərbaycanlı alimdən yeni kitab — “Məntiq”

Azərbaycanlı alimdən yeni kitab — “Məntiq”

16 Dekabr 2025 / 19:37
8
Azərbaycanda uşaqlar arasında yayılan virus nədir? – Həkimdən SENSASİON açıqlama

Azərbaycanda uşaqlar arasında yayılan virus nədir? – Həkimdən SENSASİON açıqlama

16 Dekabr 2025 / 18:24
0
Qazaxda sabiq vəzifəli şəxs dəfn olundu

Qazaxda sabiq vəzifəli şəxs dəfn olundu

16 Dekabr 2025 / 17:53
2
Məktəblilərin qorxulu problemi: Dərslik deyil, yük daşıyırlar

Məktəblilərin qorxulu problemi: Dərslik deyil, yük daşıyırlar

16 Dekabr 2025 / 16:53
0

XƏBƏR LENTİ

Azərbaycanlı alimdən yeni kitab — “Məntiq”

Azərbaycanda uşaqlar arasında yayılan virus nədir? – Həkimdən SENSASİON açıqlama

Qazaxda sabiq vəzifəli şəxs dəfn olundu

Məktəblilərin qorxulu problemi: Dərslik deyil, yük daşıyırlar

Elektron siqaretlər qadağan edilir – Milli Məclis yeni qanuna “hə” dedi

Milli Qvardiyanın komandanı vəzifəsindən azad olundu

Amnistiya bu şəxslərə şamil olunacaq

Tək yaşayan pensiyaçılara ŞAD XƏBƏR: Kommunal güzəştlər oluna, maliyyə yardımı edilə bilər…

Qar, şaxta və istilik problemləri: Bakı qışı rahat keçirə biləcəkmi?

Dünya bu xəbərlə ÇALXALANIR – Rusiya ilə Türkiyə üz-üzə

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

Moskvadan “Tramp marşrutu” ilə bağlı AÇIQLAMA: “Rusiyasız mümkün deyil”

İnzibati məsuliyyətlə bağlı qanunvericilik dəyişir

“Kupça”sız evlər problemi parlamentin GÜNDƏMİNDƏ

Dövlət qulluğu ilə bağlı qanuna MÜHÜM DƏYİŞİKLİKLƏR

Azərbaycanın axtarışa verdiyi Abbas Abbasov kimdir: Rusiya Abbas Abbasovu Azərbaycana verəcəkmi?

Azərbaycan və Türkiyə arasında TARİXİ ANLAŞMA parlamentdə

Bu tarixdə dünyanın SONU olacaq — PROQNOZ

Ekspert Emin Əmrullayevin yalanını üzə çıxardı – Video

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və… – Xidmət qaydası dəyişib

Ən çox generalı olan nazir – Heydərovun müavinləri haqqında MARAQLI FAKTLAR

Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

Sən demə təhsilin əsas problemi “müəllim” sözünün səhv yazılışında imiş… – BƏS NƏTİCƏ?

Ukrayna Rusiyanın yarım milyardlıq gəmisini vurdu – VİDEO

TƏBİB sədri Eldar Mahmudovun qohumuna vəzifə verdi

General Eyyubov tutduğu vəzifədən azad edildi

Mehdiyevlərin bankı “vuruldu” – ən çox şikayət ondan imiş

Bu universitetlər bölgələrə köçürülə bilər

Abbas Abbasov axtarışa verildi – Ramiz Mehdiyev işi böyüyür

Paşinyan üçün seçkidə ən qorxulu ssenari

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
İyul 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
« İyn   Avq »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.