Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ekskluziv

Rəsulzadənin qurduğu universiteti “rusun adamının adamı” idarə edir – Elçin Babayevlə Ramiz Mehdiyev tandemi

Oktyabr 28, 2025
A A

REDAKTORUN SEÇİMİ

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçiləri qul kimi işlədir: “Zeytun Pharma”da ÜSYAN

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçiləri qul kimi işlədir: “Zeytun Pharma”da ÜSYAN

25 İyun 26 / 18:18
“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

11 İyun 26 / 11:42
Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

22 May 26 / 14:35
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin işi cəncələ düşüb. Onun sabiq PA rəhbəri Ramiz Mehdiyevlə yaxınlığı haqda ittihamlar gündəmi zəbt edib. Hətta nəinki yaxın əlaqələrinin olduğu, ümumiyyətlə, BDU rektorunun məhz Ramiz Mehdiyevin adamı olduğu, onun komandasında yer aldığı bildirilir.
Siyaset.info-nun analitik şöbəsi yazır ki, son iki həftə ərzində mətbuatda və sosial mediada Elçin Babayevin Ramiz Mehdiyev sayəsində rektor vəzifəsinə yüksəldiyi haqda informasiyalar tirajlanmaqdadır.
İlk növbədə ən ciddi və ağır ittiham sabiq millət vəkili Etibar Əliyevdən gəlib. O, bildirib ki, ən böyük Mehdiyevçilər BDU-nun sabiq rektoru Abel Məhərrəmov və hazırkı rektoru Elçin Babayevdir: “Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva 2003-cü ildən BDU-da Hesablama riyaziyyatı kafedrasının müdiridir. Uzun illər işə çıxmayan Qalina xanım üçün iki böyük kabinet-iqamətgah yaradılıb”.
Etibar Əliyev əlavə edib ki, Ramiz Mehdiyevin zooloq ixtisaslı qızı da 2010-cu ildən BDU-da Sosial və pedaqoji psixologiya kafedrasına rəhbərlik edir: “Ona da xüsusi kafedra-iqamətgah yaradıblar”. Keçmiş deputat Elmin İnkişafı Fondunun fəaliyyəti ilə bağlı da rektoru hədəfə alaraq bildirib: “Elmin İnkişafı Fondunun Himayəçilər Şurasının sədri Ramiz Mehdiyev, icraçı direktoru isə Elçin Babayev olduğu dövr çox ciddi şəkildə yoxlanılmalıdır”.
Onu da deyək ki, E.Əliyev yalnız Mehdiyev məsələsi ilə bağlı BDU haqda tənqidlər səsləndirməyib. Əvvəllər bu ali təhsil ocağı barədə tənqidlərini obyektiv şəkildə bölüşüb. Bunun ardınca da E.Əliyev qeydlərini paylaşıb: “Rektor Elçin Babayev ölkənin bir nömrəli universiteti olan Bakı Dövlət Universitetini dədə mülkü kimi idarə edir. Saat hesabı müəllim işləyənlər hələ əməkhaqlarını ala bilmirlər. Universitetdə 0,5 ştatlar ləğv olunub”.
“Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Hüquq fakültəsində fənlərin adının dəyişdirilməsi, dərs saatlarının bölgüsünü hələ də 95 yaşlı Məsumə Məlikova ilə məsləhətləşir. Bu çoxbilmiş rektor müəllimimiz, Heydər Əliyevin ən yaxın silahdaşı, 91-lərin ən ləyaqətli üzvlərindən biri olan professor, əməkdar elm xadimi Şahlar Əsgərovun 80 illik yubileyini keçirmədi. Bununla o, ağsaqqalı Ramiz Mehdiyevin 91-lərə olan nifrətini biruzə verdi. Ancaq universitetin qara ləkəsi olan Məsumə Məlikovanın 95 illiyini təntənəli şəkildə keçirdi.
E.Babayev guya fizikdir. Müəllimlərimiz, professorlar Niftalı Qocayevin, Eldar Məsimovun, Məmməd Əliyevin, Nadir Qəhrəmanovun yubileyləri universitetdə keçirilmədi, ancaq universitetlə heç bir əlaqəsi olmayan, dostu və yerlisi Şamaxı Rəsədxanasının direktoru Namiq Cəlilovun yubileyi təntənəli şəkildə keçirildi. Dərəbəylikdir… Ölkənin Baş Universitetində bu qədər ayrı seçkilik, intriqa yaratmaqmı olar? Adam universiteti dədə mülkü kimi idarə edir”, deyə E.Əliyev yazıb.
Gələcək Azərbaycan Partiyasının sədr müavini Aslan Həmidli isə bildirib ki, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin rektorluq fəaliyyətinindən 3 ildən çox keçib. Onun sözlərinə görə, Azərbaycan cəmiyyətində belə bir deyim: “Vəzifəyə yeni gələn gedənin atasına rəhmət oxutdurur. Abel Məhərrəmovdan sonra rektor vəzifəsinə gətirilən Elçin Babayevdən böyük gözləntilər vardı. Düşünürdük ki, universitetdə rüşvət halları yığışdırılacaq. Deyir, sən gözləməyində ol, gör hələ nələr qarşına çıxacaq. Elə də oldu. Elçin Babayev və komandası Azərbaycanın 1 nömrəli universitetini ağlar günə qoydu. O vəziyyətə çatdıq ki, BDU Azərbaycanda artıq barmaqla sayılacaq universitetlər sırasında bəlkə də yoxdur”.
A.Həmidli qeyd edib ki, BDU-da rüşvət halları açıq şəkildə görünür: “Son günlər sosial mediada Bakı Dövlət Universitetinin müəlliminin tələbələrdən pul almaq üçün onları imtahandan kütləvi şəkildə kəsdiyi iddia edilir. Açığı təəccüblənmədim. Elçin Babayevdən nə gözləmək olardı ki?! Elçin Babayevin Universitetə gətirə biləcəyi yeganə “yenilik” yalnız və yalnız Elmin İnkişafı Fonduna rəhbərlik etdiyi dövrdə yaxşıca mənimsəmiş olduğu saxta yollarla daha çox qazanc əldə etməyin yeni üsulları ola bilərdi ki, onu da artıq tətbiq edib.
Təsəvvür edin, rektor universitet daxilində tələbələrin və müəllim heyətinin əhatəsində tək gəzmir. Boyu 2 metr olan mühafizəçi heyəti ilə gəzir. Bakı Dövlət Universiteti rektoru “kiçik biznes”ə başlayıb. O, həyata keçirdiyi “islahat”ların tərkib hissəsi kimi universitetin girişində və əsas korpusa yaxın yerdə iki dönərxana açıb. Sizcə, bu, düzgündürmü? Bir məsələ olan kimi hər kəs deyir ki, “ermənilər bizə baxır, belə olmaz”.
Bilin, belə şeylərdə ermənilərin gözü buradadır. Təhsilimizi bu günə qoyanlar hələ də cəzasızdır. Hesab edirəm ki, Ramiz Mehdiyevin ən yaxın adamlarından biri olan Elçin Babayevin əməllərinə hüquqi qiymət vermək zamanı yetişib. Harınlamış şəxslərin yeri vəzifə yox, məhz Kürdəxanıdır…”
Onu da deyək ki, mediada Babayev-Mehdiyev əlaqələri haqda digər detallar da yer alıb. Belə ki, 2018-ci ilin sonlarında – Abel Məhərrəmov rektor vəzifəsindən uzaqlaşdırılandan sonra rektor vəzifəsi uğrunda başlayan marafon yürüşü ilə. 2019-cu ilin əvvəllərində o zamanlar Elçin Babayevin rəhbərlik etdiyi “Elmin İnkişafı Fondu” tərəfindən Fizika institunun direktoru Nazim Məmmədova birdən-birə 3 milyon manat mükafat verildi. Görəsən bu fond tərəfindən “hamıya” ən çoxu 10-15, müstəsna hallarda 30-40 min manat qrant verildiyi halda indiyədək “bir abbası” qrant almayan “kəllə” Nazim Məmmədov hansı “Eynşteynlik” etdi ki, birdən-birə Nobel mükafatı həcmində qrant aldı? “Ayrılan vəsaitin” hamısının çatmadığını Ramiz Mehdiyev akademiyaya Prezident gələndən sonra bilib və məlumata görə o vaxt AMEA-nın Fizika institutunda baş verənlər, Nazim Məmmədovun vəzifədən çıxarılması, yerinə yeni təyinat, başqa yoxlamalar və s. bununla əlaqədar oldu.
 Çünki Ramiz Mehdiyevin “xəyanətkar” Elçin Babayevə “əli çatmırdı”, vasitəçi Nazim Məmmədovu cəzalandırırdı. Milli Məclisin deputatı, ixtisasca fizik olan Etibar Əliyev respublikamətbuatında bu barədə belə yazmışdı: “Vaxtilə mən bu institutdakı maxinasiyalar barədə yazmışam. Təcili Fizika İnstitutuna “Elmin İnkişafı Fondu”ndan verilən fantastik rəqəmlərlə ifadə olunan Qrant layihələrinin icrası da yoxlanılmalıdır. Birinin məbləği 3.000.000 manat idi…”  İndi bu “3 milyonluq” rektor kal armud olub, keçib camaatın boğazına, nə alimdir, nə ömrü boyu bir dəfə dərs deyib, nə də idarəçilik bacarıqları var…
Elçin Babayev uzun illər Elmin İnkişafı fondunda əyri işlər görməklə məşğul olmuşdur. Ramiz Mehdiyevə məxsus BTB bankın binasının 7-ci mərtəbəsini yüksək qiymətə icarəyə götürərək orada eyş-işrət məclisləri quran, bu gün də “gözündən buraxmaq istəmədiyi”, nəzarətdə saxladığı Elmin İnkişafı fondu elə bil Elçin Babayevin şəxsi əmlakı, dədə-babadan qalan mirasıdır. Belə olmasaydı, 10 il ərzində heç bir nəticəsi olmadan xərclənən 70 milyon pulu ürəyi istədiyi adamlara “bəxş etməzdi”. Belə olmasaydı, həmin pulların böyük bir qismi də Ramiz Mehdiyevin xanımının kafedra müdiri olduğu BDU-nun Hesablama riyaziyyatı kafedrasına yönəlməzdi. Belə olmasaydı, ölkədə bu qədər akademik, professor ola-ola bu gün Elmin İnkişafı Fonduna 33 yaşı olanda “birtəhər” namizədlik işi “müdafiə edən”(ölkədə 30 yaşınadək doktorluq müdafiə edən yüzədək alim var), həmin kafedranın  baş laborantı Mehriban  İmanova rəhbərlik etməzdi. Deməli, kim deyirsə ki, Ramiz Mehdiyev idarəetmədən uzaqlaşdlırılıb, demək o şəxs ölkədə baş verən hadisələrdən xəbərsizdir. O adam onu da  bilmir ki, bu il yanvarın 28-də Elçin Babayev Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Yuryevnanı təbrik etmək üçün axşam hava qaralandan sonra bahalı hədiyyə ilə onun bağına gedib.

Azər Talıbov
Siyaset.info

Əvvəlki Yazı

Məşhur seysmoloq: “100 kilometrlik səth yırtılıb”

Növbəti Yazı

Bakı Ermənistana daha bir qapı açır – mühüm anlaşma

EKSKLUZİV

Nazirin iştirakı uşaqlara xüsusi motivasiya verib

Nazirin iştirakı uşaqlara xüsusi motivasiya verib

27 İyun 2026 / 19:17
15
AŞ PA üçün Azərbaycan reallığı: Güclü dövlət güclü siyasi institutlardan başlayır – Vəhdət sədrindən ETİRAZ!

AŞ PA üçün Azərbaycan reallığı: Güclü dövlət güclü siyasi institutlardan başlayır – Vəhdət sədrindən ETİRAZ!

26 İyun 2026 / 15:34
41
Yavər Hüseynova Azərbaycan Karate Federasiyasında vəzifə verildi

Yavər Hüseynova Azərbaycan Karate Federasiyasında vəzifə verildi

26 İyun 2026 / 13:56
12
Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçiləri qul kimi işlədir: “Zeytun Pharma”da ÜSYAN

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçiləri qul kimi işlədir: “Zeytun Pharma”da ÜSYAN

25 İyun 2026 / 18:18
34

XƏBƏR LENTİ

Nazirin iştirakı uşaqlara xüsusi motivasiya verib

AŞ PA üçün Azərbaycan reallığı: Güclü dövlət güclü siyasi institutlardan başlayır – Vəhdət sədrindən ETİRAZ!

Yavər Hüseynova Azərbaycan Karate Federasiyasında vəzifə verildi

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçiləri qul kimi işlədir: “Zeytun Pharma”da ÜSYAN

Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı

Наш известный соотечественник, боец UFC Рафаэль Физиев награждён орденом «Гордость Азербайджана»

Xətai rayonunda Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib+FOTOLAR

“Azərbaycan Ordusu qələbənin, qürurun və dövlətçilik əzminin rəmzidir”

Masallıda şəhid övladının faciəvi ölümü ilə bağlı anası DANIŞDI – SENSASİON TƏFƏRRÜATLAR

Kəşfiyyatın səssiz qəhrəmanı: XANI

Xalq Şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib

“Cənub İdman Klubu” Samir Həsənovun rəhbərliyi altında inkişaf edir

“Şuşa konfransı Azərbaycanın sülh siyasətinin təntənəsidir”

Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib

Ağstafalı Ayxan Şükran oğlu Hacıyev Avropa çempionu adını qazanıb

“Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini xilas etdi”

Qazaxda “Heydər Əliyev ideyalarının işığında” adlı tədbir keçirilib

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

“Qəhrəmanlıq zirvəsi” kitabının təqdimatı keçirilib

Məşhur tarzənin Qarabağ Universitetində solo konserti keçiriləcək

Təbiətin şıltaqlığı tikinti şirkətləri üçün də sınağa çevrildi…

Mənzil Məcəlləsinə edilən dəyişiklik yüz minlərlə insanın konstitusion hüququnun bərpası deməkdir

Çarmıxdakı İsa, Ərafdakı Dante, Edam meydanındakı Nəsimi – İlahi eşqin memarları: Adəm Bakuvinin SÖZ haqqında SÖZÜ

Qazaxda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib

Balababa Rzayev “Azenco”nun pulunu niyə vermir? – İşçilər 3 aydır maaş gözləyir

Uşağı gələcək asılılıqlara aparan görünməz səbəblər…

Müasir Azərbaycan poeziyasında ruhun və sözün vahidliyi: Səfərli Aysel Xanlar qızı- Leyla Məcidova yazır

ПРЕЗЕНТАЦИЯ КНИГИ «100 МГНОВЕНИЙ ЖИЗНИ ГЕЙДАРА АЛИЕВА» В ГОРОДЕ КИШИНЁВ, МОЛДОВА

General Əli Nağıyevdən həmkarlarına çağırış…

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Sen   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.