İyunun 11-dən 15-dək Rumıniyanın Braşov vilayətinin Codlea şəhərində Beynəlxalq Qol Güləşi Federasiyasının (IFA) təşkilatçılığı ilə Qol Güləşi üzrə Avropa Çempionatı keçirilir.
Mediaxeberleri.Az xəbər verir ki, Ruminiyada keçirilən qol güləşi üzrə Avropa çempionatında ölkəmizi təmsil edən gənc idmançı Ayxan Şükran oğlu Hacıyev böyük uğura imza atıb.
O, rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb.
Ağstafalı Ayxan Şükran oğlu Hacıyev 105 kq çəki dərəcəsində (sol) mübarizə apararaq Avropa çempionu adını qazanıb.
Qeyd edək ki, Ayxanın atası Şükran Hacıyev Birinci Qarabağ müharibəsi veteranıdır.









