10 iyun 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü Zərifə Quliyeva müəllifi olduğu “Qəhrəmanlıq zirvəsi” kitabınn təqdimatı keçirilib.
Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycan xalqının Ümummili Lideri Heydər Əliyevin, eləcə də respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin həyat yolu və siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub, Zərifə Quliyevanın şeiri əsasında hazırlanan “Azərbaycan bayrağı” musiqi kompozisiyası təqdim edilib.

Tədbirdə çıxış edən millət vəkili Vüqar İsgəndərov “Qəhrəmanlıq zirvəsi” kitabı ilə bağlı yüksək fikirlər səsləndirib, bu cür əsərlərin qəhrəmanlıq tarximizin əbədiləşdirilməsində mühüm rol oynadığını bildirib:
“Zərifə xanımın müəllifi olduğu “Qəhrəmanlıq zirvəsi” kitabı Azərbaycanın hərb tarixinin təbliği, qəhrəmanlarımızın tanıdılması baxımından mühüm əhəmiyyətə malikdir. Kitabda 44 günlük Vətən müharibəsi, şəhdilərimiz, onların hərbi əməliyyatlarda nümayş etdirdiyi qəhrəmanlıqlar haqqında qiymətli məlumatlar var. Bütün bu məlumatlar yeniyetmə və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından olduqca vacibdir.
Mən Zərifə xanımı bu qiymətli əsər münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayıram”.

Vətən müharibəsi Qəhrəmanı Zaur Hüseynov da 44 günlük Vətən müharibəsi və bu müharibədə hərbçilərimizin göstərdiyi qəhrəmanlıqların təbliğinin zəruri olduğunu qeyd edib:
“44 günlük Vətən müharibəsi, cəsur hərbçilərimizin bu müharibədə göstərdiyi igidliklər xalqımızın tarxi qəhrəmanlıq irsinin davamıdır. Bizi bu qələbəyə aparan isə Ulu Öndər Heydər Əliyev siyasi kursu oldu.
Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi etmək, milli hərbi kadrların yetişdirilməsi təmin etmək üçün mühüm addımlar atıb. Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması buna nümunədir.

“Qəhrəmanlıq zirvəsi” kitabında Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi igidliklər parlaq şəkildə öz əksini tapıb ki, bu da hərb tariximizə verilən qiymət, bu tarixə göstərilən böyük ehtiramdır”.
Professor Rəna Mirzəzadə Zərifə Quliyevanın müəllifi olduğu “Qəhrəmanlıq zirvəsi” kitabının məzmun və mahiyyət etibarı ilə əvəzsiz olduğunu bildirib:
“Zərifə xanım həm Birinci Qarabağ müharibəsində, həm də Vətən müharibəsində daim əsgərlərimizin yanında olub, şəhid ailələrini ev-ev, qapı-qapı ziyarət edib. Onun bütün kitablarında xalqımızın ağrısı, sevinci, apardığı mübarizə, göstərdiyi qəhrəmanlıqlar öz əksini tapıb.

“Qəhrəmanlıq zirvəsi” kitabı qəhrəmanlıq tariximizin təbliği prosesinə böyük töhfədir. Mən bu qiymətli əsər münasibətilə Zərifə xanımı təbrik edir, ona uğurlar arzulayıram”.
Azərbaycan Deflimpiya Komitəsinin Baş katibi Namiq Novruzov 44 günlük Vətən müharibəsindən bəhs edən “Qəhrəmanlıq zirvəsi” kitabının mühüm maarifləndirici əhəmiyyətə malik olduğunu qeyd edib:
“44 günlük Vətən müharibəsində Azrbaycan xalqı, Azərbaycan dövləti Müzəffər Ali Baş Komandanının qətiyyəti, Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində tarixi qələbə qazandı, bütün dünyanı öz parlaq zəfəri ilə heyrətləndirdi. Zərifə xanımın müəllifi olduğu bu kitbda həmin müharibədə iştirak edən qəhrəman şəhidlərimiz haqqında qiymətli məlumatlar mövcuddur. Mən şəhidlərimizlə bağlı bu cür möhtəşəm əsər ərsəyə gətirdiyi üçün hörmətli Zərifə xanıma öz təşəkkürümü bildirirəm. Pokovnik Cəlil Xəlilova da bu cür tədbirlərin təşkilinə dəstək verdiyi üçün minnətdarlığımı bildirir, uğurlar arzulayıram”.

Filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı – publisist Şərəf Cəlilli şəhidlərimizin tarixi qələbəmizdəki roluna diqqət çəkib:
“Zərifə Quliyevanın “Qəhəmanlıq zirvəsi”kitabında şəhdilərimiz və onların müharibədə göstərdiyi qəhrəmanlıqlar haqqında geniş, ətraflı məlumatlar mövcuddur. Və bu məlumatlar elə bir dillə, elə dərin sevgi ilə təqdim olunur ki, bu məqalələri həyəcansız oxumaq mümkün deyil. Mən belə gözəl, fundamental kitab ərsəyə gətirdiyi üçün Zərifə xanım təşəkkür edir, onu bu böyük nailiyyət münsibətilə təbrik edirəm”.
Türk Ağsaqqalları Birliyinin sədri, YAP Veteranlar Şurasının üzvü, akademik Sudeyf İmamverdiyev Ümummilli Lider Heydər Əliyevin xaqımız qarşısındakı tarixi xidmətlərinə diqqət çəkib, Zərifə Quliyevanın hər zaman Ulu Öndərin fəaliyyətinə xüsusi diqqət yetirdiyini vurğulayıb: “Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə necə gərgin, həlledici bir anda gəldiyi, onun gəlişinin dövlətimizin həyatında necə böyük dəyişikliyə səbəb olduğu hər kəsə məlumdur. Hörmətli Zərifə xanımın zəngin yaradıcılığına Ulu Öndərin siyasi fəaliyyəti hər zaman xüsusi yer tutub. O, Ümmummilli Liderlə bağlı qiymətli əsərlər yazıb, geniş araşdırmalar həyata keçirib.

Vətən müharibəsi də Zərifə Quliyevanın yaradıcılığında mühüm yer tutub. “Qəhrəmanlıq zirvəsi” əsəri buna nümunədir. Bu əsərin hər bir sətri sevgi ilə yazılıb. Mən bu əsərə görə Zərifə xanımı təbrik edir, ona uğurlar arzulayıram”.
Akademik Sudeyf İmamverdiyev çıxışının ardınca Zərifə Quliyevanı Türk Ağsaqqalları Birliyinin diplomu ilə təltif edib.
Tədbirdə çıxış edən şəhid anası Lətifə xanım, Vətən müharibəsi qazisi Ramin bəy, şəhid övladı Mətləb Səmidli Vətən müharibəsi və Zərifə Quliyevann bu müharibə ilə bağlı yazdığı əsərlərin əhəmiyyəti ilə bağlı fikirlər səsləndirib, şəhid və qəhrəmanlarımızın döyüş yoluna nəzər salıblar.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov da qəhrəmanlarımızın tandılmasının önəmindən söz açıb: “Qəhrəmanlarımız bizim sərvətimiz, qürur mənbəyimizdən. Bu baxımdan onların tanıdılması, göstərdikləri igidliklərin təbliği gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm önəm kəsb edir. Zərifə xanımın müəlliif olduğu “Qəhrəmanlıq zirvəsi” kitabı məhz bu qəbildən olan qiymətli bir əsərdir. İnanıram ki, bu kitab cəmiyyətdə böyük marağa səbəb olacaq, yeniyetmə və gənclərimiz bu kitabı sevə-sevə oxuyacaq”.
Polkovnik Cəlil Xəlilov Zərifə Quliyevanı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının “Fəxri Fərmanı” ilə təltif edib.

Tanınmış vəkil Şəfiqə Nağıyeva Zərifə Quliyevanın yaradıcılığını, eləcə də ictimai fəaliyyətini yüksək qiymətləndirib:
“Zərifə Quliyeva öz tükənməz enerjisi, zəhmətkeşliyi, təşəbbüskarlığı, cəsarəti ilə hər zaman diqqət mərkəzində olub, şəhid ailələri, qazilərlə həmrəylik nümayiş etdirib. O, öz fəaliyyəti, xarakteri ilə güclü qadın obrazı yaratdı, qadınlarımız üçün örnəyə çevrildi. Mən Zərifə xanımı yeni kitabı münasibətilə təbrik edir, ona müvəffəqiyyətlər arzulayıram. Əminəm ki, hörmətli Zərifə xanım bundan sonra da cəmiyyətimizi yeni yaradıcılıq uğruları ilə sevindirəcək, qəhrəmanlıq tariximizin təbliğini qətiyyətlə davam etdirəcək”.
Sonda çıxış edən “Qəhrəmanlıq zirvəsi” kitabının müəllifi Zərifə Quliyeva tədbirə gələn qonaqlara təşəkkür edib, Ulu Öndər Heydər Əliyev, eləcə də kitabla bağlı düşüncələrini dilə gətirib:
“Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının böyük oğlu, əsl xilaskarıdır. Onun xarakterizə edən bir çox mühüm xüsusiyyətlər var ki, bunlardan biri onun xalqa olan sonsuz sevgisi, hüdudasuz məhəbbətidir.
Heydər Əliyevin qəlbi hər zaman Azərbaycan xalqı, onun arzu və istəkləri ilə döyünüb.
Azərbaycan torpaqlarının işğal altında qalması hər bir azərbaycanlı kimi Heydər Əliyev üçün də böyük bir dərd, ağır bir yük idi. Lakin o, bu torpaqları azad edəcəyimizi bilirdi. Heydər Əliyev bu inamını dəfələrlə öz açıqlama və müsahibələrində dilə gətirib, dönə-dönə təkrarlayıb. Bizim üçün qürurvericidir ki, Ulu Öndərin bu inamı sonda qələbə çaldı. Azərbaycan xalqı, Azərbaycan Ordusu Prezident İlham Əliyevin liderliyi altında düşməni darmadağın etdi. Şuşada, Laçında, Xankəndidə Azərbaycan bayrağı dalğalandı.
Bu gün biz qalib xalq, qalib dövlətik. Lakin biz heç vaxt öz keçmişimizi, tariximizi, yaşadığımız faciələri, qəhrəmanlarımızı, şəhidlərimizi unutmamalıyıq. Biz unutmamlıyıq ki, yaşadığımız bu qürurlu, işıqlı, xoş günlərə görə şəhidlərimizə borcluyuq və bu borc əbədidir”.
Tədbirin sonunda şəhid ailələri və qazilərə “Qəhrəmanlıq zirvəsi” kitabı hədiyyə olunub, xatirə şəkli çəkilib.
Seymur ƏLİYEV









