Moderator.az xəbər verir ki, 9 iyun 2026-cı il tarixində məşhur tarzən, qran-pri mükafatçısı Ayaz İmranovun Qarabağ Universitetində solo konserti keçiriləcək. İncəsənət fakültəsinin böyük zalında saat 19:00-da baş tutacaq konsertdə həm muğam, həm də Azərbaycan və xarici bəstəkarların klassik əsərləri ifa olunacaq.
Məlumat üçün qeyd edək ki, tarzən Ayaz İmranovun 2018-ci ildə Azərbaycan Milli Konservatoriyasında verdiyi solo konsert Azərbaycan ictimaiyyəti tərəfindən böyk maraqla qarşılanıb, böyük mədəniyyət və incəsənət xadimləri tərəfindən təqdir olunub. Azərbaycan Milli Konservatoriyasının sabiq rektoru Siyavuş Kərimli Ayaz İmranovun konsertini “tar bayramı” kimi xarakterizə edib. (https://moderator.az/az/read/220245/ ).Tarzən Ayaz İmranovun 9 iyun tarixli konsertinin də musiqsevərlər tərəfindən böyük maraq və ictimai müzakirəyə sabəb olacağı gözlənilir.
Məlumat üçün qeyd edək ki, tarzən Ayaz İmranov Prezident İlham Əliyevin 23 noyabr 2024-cü il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.
Seymur ƏLİYEV










