Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ekskluziv

Sosial Tədqiqatlar Mərkəzinin “qurdla quzu” nağılı: Zahid Oruc kimə xidmət edir?

İyul 30, 2025
A A

REDAKTORUN SEÇİMİ

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

13 Fevral 26 / 17:05
Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

13 Fevral 26 / 15:49

Məlum olduğu kimi, iyulun 24-ü Mixail Qusman TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilib. Cumhuriyyet.az xəbər verir ki, “Day.az” informasiya portalında Qusmanın vəzifəsindən azad olunmasının səbəbləri ilə bağlı məqalə dərc olunub. Məqalədə, həmçinin Rusiya hakimiyyətində anti-Azərbaycan əhval-ruhiyyəsinin artmasından da bəhs olunub. Bununla yanaşı, Azərbaycanda vəzifədən uzaqlaşdırılan Rusiya təsir şəbəkəsinə də toxunulub. Yazıda həmin şəbəkənin üzvü olmuş bir neçə şəxsin adı da açıqlanıb. Vurğulanıb ki, 2020-ci ildə Vətən müharibəsi ərəfəsində Rusiyanın ölkədəki təsir dairəsinə qarşı ciddi zərbələr endirildi və şəbəkənin rəhbəri olan Ramiz Mehdiyev, eləcə də ordudakı uzantısının rəhbəri Nəcməddin Sadıkov vəzifədən kənarlaşdırılıdı. Bu kontekstdə bir vaxtlar deputat olmuş, sonradan “yoxa çıxan” Elşad Mirbəşirin adı da xüsusi vurğulanıb, onun Rusiya şəbəkəsinin maraqlarına xidmət etməsindən bəhs edilib. Onun Rusiya FTX ilə əlaqələri üzə çıxdıqdan sonra o, ictimai arenadan və Sosial Tədqiqatlar Mərkəzindən uzaqlaşdırıldı. Burda diqqət çəkən məqamlardan biri məlum şəbəkənin üzvü olduğu iddia edilən şəxsin Sosial Tədqiqatlar Mərkəzində yer almasıdır. Bu qurumun rəhbəri Zahid Orucdur.

Yeri gəlmişkən, 2019-cu ilin fevralında Prezident İlham Əliyevin sərəncamı ilə ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim etmək məqsədi ilə Sosial Tədqiqatlar Mərkəzi (STM) yaradıldı və millət vəkili Zahid Oruc mərkəzin İdarə Heyətinin sədri seçildi. Bununla bağlı cumhuriyyet.az olaraq bildirək ki, əslində ilk anlaşılmazlıq STM yaradılanda baş verdi. Bununla bağlı cumhuriyyet.az olaraq xatırladaq ki, 2019-cu il fevralın 8-də verilən fərmana 2 gün sonra – fevralın 11-də düzəliş edilmişdi. Sən demə, fərmanda STM-in idarəçiliyi ilə bağlı bənd yox imiş. Zahid Orucun namizədliyi müzakirə olunub və onun STM-ə rəhbər gətirilməsi ilə bağlı razılıq əldə edilib. Sərəncam imzalananda bəlli olub ki, fərmanda quruma rəhbərlik nəzərdə tutulmayıb. Zahid Orucun da sərəncamı bu düzəlişdən sonra verilmişdi.

Elə buradaca cumhuriyyet.az olaraq onu xatırladaq ki, həmin illərdə Zahid Orucun “dərin poilitoloji” təhlil yazılarında da açıq açığına Rusiya təəssübkeşliyi özünü göstərib. Məsələn, tam 5 il öncə, 2020-ci ilin avqust ayında Türkiyə-Azərbaycan hərbi təlimlərinin Azərbaycan əhalisində coşqu və inam yaratdığı bir dövrdə Azərbaycanda Sosial Tədqiqatlar Mərkəzinə rəhbərlik edən Zahid Oruc görüntüdə Əbülfəz Elçibəyi nüfuzdan salmağa xidmət edən “Türkiyə, Azərbaycan, Rusiya vahid səngərdə:…” adlı yazısı ilə bir tərəfdən Azərbaycanın neft strategiyasının yanlış olduğunu, bunun vasitəsi ilə həm Əbülfəz Elçibəyin, həm Heydər Əliyevin və həm də İlham Əliyevin yanlış siyasət yürütdüyü fikrini formalaşdırmağa, Azərbaycan dövlətinin neft strategiyasını həyata keçirməkdə mühüm həlqə olan BP-ni qaralayaraq narazı salmağa və bu strategiyanın doğruluğuna və davamlılığına şübhə yaratmağa xidmət edirsə, digər tərəfdən Rusiyanın Azərbaycana son 30 ildə etdiklərinin üstündən keçərək və Qafqazın işğalını, eyni zamanda Azərbaycanın şimalının işğalını həyata keçirməklə Azərbaycanın bölünməsinə səbəb olan İvan Paskeviçi xatırladaraq qorxu yaratmaqla Rusiya xilaskarlığını təbliği nəyə xidmət edir? Zahid Orucun Azərbaycan dövlətçiliyinə zərər verən bu yazısından bir-iki gün sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Prezidenti V. Putinə etirazları da Zahid Orucun ya siyasəti bilmədiyini, ya siyasi möhtəkirlik etdiyini, ya da açıq şəkildə 5-ci kolona xidmət etdiyini ortaya qoyur.

Əsasnaməsinə görə, Sosial Tədqiqatlar Mərkəzinin işinin biri də Azərbaycanda sosial araşdırmalar aparmaqla, siyasi qruplaşmaların dövlətçiliyimiz üçün nə kimi rol oynadığı haqda xalqı və dövlətini aidiyyəti qurumlarını bilgiləndirməkdir. Eyni zamanda, qurumun işi Prezident İlham Əliyevin tez-tez işlətdiyi “5-ci kolon”un nələrlə məşğul olduğunu və hansı qüvvələrdən təşkil edildiyini araşdırıb, Azərbaycan xalqını məlumatlandırmaqdır. Halbu ki, əlində olan minimum imkanlarla Azərbaycan mediası Sosial Tədqiqatlar Mərkəzindən daha çox işlər görüb bu sahədə. Zatən rəhbərliyində təmsil olunan şəxsi zamanında tədqiq edə bilməyən qurumdan başqa nəysə də gözləmək olmazdı… Mərkəzin hesabatlarını oxuduqda Azərbaycanda “quzunun qurdla birgə otladığı” təəssüratı yaranır. Sonra isə hər hansı sosial narazılıq və ya  İmişlidəki “Georgi lenti” təsadüf kimi təqdim edilir. Bunun özü – yəni vəzifə xidmətinin düzgün yerinə yetirilməməsi, 5-ci kalona xidmət anlamına gəlmirmi?

Bəs yaradıldıqdan sonra bu mərkəz gözləntiləri həyata keçirdimi? Ən əsası da hər sadə azərbaycanlını maraqlandıran bir sual var. Aşağıların həqiqətloərini yuxarılara olduğu kimi çatdırdı, yoxsa, yuyub, ütüləyib süzgəcdən keçirəndən sonra? Elə o vaxt çoxları bu qənaətdə idi ki, bu qurum daha çox Sosial Tərif Mərkəzi rolunu oynayacaq. Bu qənaətə gəlməkdə Zahid Orucun 25 ildən artıq deputatlıq fəaliyyətinin də rolu danılmazdır və sonrakı fəaliyyət bu ehtimalı təsdiqlədi. Zahid Oruc bu vəzifəyə təyin olunanda demişdi: “Sosial Tədqiqatlar Mərkəzinin yaradılması dövlət və vətəndaş arasında sağlam, etibarlı və dürüst əlaqələrin formalaşması məramından irəli gəlib. Məqsəd hakimiyyət institutlarına ictimaiyyətin münasibətini həm də bu yolla öyrənməklə dövlət quruculuğu prosesinə aktiv yön vermək, xalq qarşısında hesabatlı, şəffaf və ədalətli idarəçilik sistemini bərqərar etməkdir”. Belə bir söz deyən adam saxtakarlıq edərmi? Baxmayaraq ki, onun deputat mandatı almasında saxtakarlıqların olduğu deyilirdi.

Əvvəlki Yazı

Prezident İlham Əliyev Mərakeşin Kralını təbrik edib

Növbəti Yazı

Nazirlikdən üzərliklə bağlı – Xəbərdarlıq

EKSKLUZİV

İranla bağlı GİZLİ STRATEGİYA üzə çıxdı, Putin Tehrana… — ŞOK DETALLAR

02 Mart 2026 / 11:09
0
DÜNYADA UCUZLAŞIR, BİZDƏ BAHALAŞIR… – Azərbaycanda ərzağın qiyməti niyə enmir?

DÜNYADA UCUZLAŞIR, BİZDƏ BAHALAŞIR… – Azərbaycanda ərzağın qiyməti niyə enmir?

02 Mart 2026 / 11:06
0
Bu siqaret şirkətlərinin bazarı öldü – SƏBƏB

Bu siqaret şirkətlərinin bazarı öldü – SƏBƏB

02 Mart 2026 / 11:04
0
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 2026 / 11:01
1

XƏBƏR LENTİ

İranla bağlı GİZLİ STRATEGİYA üzə çıxdı, Putin Tehrana… — ŞOK DETALLAR

DÜNYADA UCUZLAŞIR, BİZDƏ BAHALAŞIR… – Azərbaycanda ərzağın qiyməti niyə enmir?

Bu siqaret şirkətlərinin bazarı öldü – SƏBƏB

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

İran danışıqlara gedir, ya yox? – Ziddiyyətli açıqlamalar

ŞAD XƏBƏR: Onlara da ünvanlı sosial yardım veriləcək

SEPAH Məsud Pezeşkianı kənarlaşdırıb, yoxsa onun səlahiyyətləri artıb?

Tarix, diplomatiya və yaddaş: Memorial Soyqırımı Muzeyində müzakirə

Cəmil Həsənli Ramiz Mehdiyev haqqında 6 il əvvəl

“Bismillah”sız heç bir iş görməyən Faiq Balabəyli…

Ramazan və Novruz bayramları ərəfəsində Qazax rayonunun qəbiristanlıqlarında iməcilik keçirilib

Millət vəkili Fəzail İbrahimli Masallıda seçici qəbulu həyata keçirib

“Azərbaycanın Sülh Şurasına yaradıcı üzv statusu ilə qoşulması dövlətimizin və Prezidentimizin nüfuzundan xəbər verir”

Prezidentin təhlükəsizliyi milli hüququn mütləq tələbidir – Vəhdət partiyasından Vaşinqton insidentinə sərt reaksiya

“Mədəniyyət və Yaradıcı Sənayelər üzrə Xüsusi Təqaüd Proqramı – Gələcək üçün tarixi fürsət”- Aisa Aslanova

DİN-nin narkortiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəsi təqdirəlayiqdir

“Veysəloğlu”nun sponsorluğu ilə ərsəyə gələn “Naxçıvan Maarifi” sənədli-bədii filminin təqdimatı keçirilib

Vəhdət Partiyasından təklif: tələbə və alimlərə gediş haqqı güzəşti edilsin

“Münxen konfransı göstərdi ki, Azərbaycan sülh, təhlükəsizlik və tərəfdaşlıq siyasətinə sadiqdir”

VHP-nin 2025-ci il üçün maliyyə hesabatı

Diplomatik fəallıq, yoxsa etibarlı tərəfdaşlıq- Partiya sədri Serbiya ilə imzalan sənədləri dəyərləndirib

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

İcra başçısı Azərbaycan çempionatında uğur qazanmış idmançı ilə görüşüb

Bakını duman BÜRÜYƏCƏK: Fevralın 17-nin hava PROQNOZU

1,3 və 5 qəpiklə bağlı mühüm açıqlama

Tehranın BOMBALANMASI an məsələsi

“İlham Əliyevin Cənubi Qafqazda inşa etdiyi sülh və təhlükəsizlik arxitekturası bütün dünya üçün nümunədir”

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Epşteyn işi ilə bağlı 300 tanınmış şəxsin ​siyahısı dərc edildi

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
İyul 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
« İyn   Avq »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.