Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Qazaxda “Ümummilli Lider Heydər Əliyev milli dilimizin xilaskarıdır” mövzusunda tədbir keçirilib

Avqust 1, 2025
A A

REDAKTORUN SEÇİMİ

Neft maqnatı Anar Əlizadə saxta paspora görə həbs oluna bilər – FOTOFAKT

Neft maqnatı Anar Əlizadə saxta paspora görə həbs oluna bilər – FOTOFAKT

29 Noyabr 25 / 11:12
Füzuli Ələkbərovun milyonluq “tender imperiyası”: Bacısı oğlu nazir müavinidir + Qalmaqallı keçmiş

Füzuli Ələkbərovun milyonluq “tender imperiyası”: Bacısı oğlu nazir müavinidir + Qalmaqallı keçmiş

28 Noyabr 25 / 16:09
Deputat Ülvi Quliyevin “qazi” oğlunun Londondan Qarabağa uzanan biznesi və SSRİ sevgisi – DOSYE+VİDEO

Deputat Ülvi Quliyevin “qazi” oğlunun Londondan Qarabağa uzanan biznesi və SSRİ sevgisi – DOSYE+VİDEO

27 Noyabr 25 / 16:15
Adnan Əhmədzadənin xalası oğlunun şirkəti qaçaqmalçılıq edir? – Kamran Ağayevlə bağlı SENSASİYALI İDDİALAR

Adnan Əhmədzadənin xalası oğlunun şirkəti qaçaqmalçılıq edir? – Kamran Ağayevlə bağlı SENSASİYALI İDDİALAR

27 Noyabr 25 / 10:45
Elçin Babayevin Bakı Dövlət Universitetində KAHI və LİFT islahatları

Elçin Babayevin Bakı Dövlət Universitetində KAHI və LİFT islahatları

25 Noyabr 25 / 21:15

Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Ana dili xalqımızın, müstəqil Azərbaycanın ən böyük milli sərvətidir. Ana dilinin qorunması, onun zənginləşdirilməsi və inkişaf etdirilməsi hər kəsin vətəndaşlıq borcudur.

Avqustun 1-də Qazax Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olnmuş “Ümummilli Lider Heydər Əliyev milli dilimizin xilaskarıdır” mövzusunda tədbir keçirilib.

Qazax Ədəbiyyat Muzeyində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, şəhid ailələri, AYB Qazax bölməsinin üzvləri, təhsil, mədəniyyət işçiləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin əməkdaşları iştirak ediblər.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin suverenliyi, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi dərin ehtiramla birdəqiqəlik sükutla yad edilib.

Tədbirdə müasir müstəqil Azərbaycan Respublikasında dilimizin qorunması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirləri özündə əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal giriş sözü ilə çıxış edərək iştirakçıları və qonaqları salamlayıb, 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev milli dilimizin xilaskarıdır” adlı tədbirin əhəmiyyətindən söz açıb. 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün belə əlamətdar bir ildə keçirilməsinin böyük əhəmiyyət daşıdığını, tədbirə daha bir rəng qatdığını söyləyib. “Dilimiz millətimizin milli sərvətidir”, – deyən B.Vüsal Ulu Öndərin ana dilimiz haqqında səsləndirdiyi dəyərli fikirləri çatdıraraq həmin sözlərin hər kəs üçün örnək olduğunu söyləyib. Ulu Öndərin söylədiyi “Milli dəyəri olmayan xalq xalq, millət millət deyil. Azərbaycan milli dəyəri, milli dili olan dövlətdir” fikirlərinin milli dəyərlərimizə verilən qiymətin bariz nümunəsi kimi qiymətləndirib. B.Vüsal qeyd edib ki, bu gün hər kəs fəxr edir ki, bu bayramı bizə Ulu Öndər bəxş edib. B.Vüsal bildirib ki, “Ulu Öndər həm Azərbaycan dilini sevirdi, həm də sevdirirdi. Bu dil dahi şəxsiyyətin sevdirdiyi bir dildir. Bu dil Azərbaycanın müstəqilliyi, suverenliyi əbədidir, dönməzdir söyləmək üçündür. Bu dil Müzəffər Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” söyləməsi üçündür. Əziz Şuşa, doğma Xankəndi sən azadsan deməsi üçündür”. Şair milli-mənəvi dəyərlərimizə, dilimizə olan qiymətin Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən də olduğu kimi davam etdirildiyini qeyd edib. Ölkə başçısının söylədiyi “Azərbaycan milli dəyərlər üzərində qurulmuş dövlətdir. Biz milli dövlətimiz üçün dilimizə, dinimizə, tariximizə, ədəbiyyatımıza, adət-ənənələrimizə borcluyuq” fikirlərinin hər birimizə örnək olduğunu qeyd edib. B.Vüsal milli dövlətimizi, milli dəyərlərimizi yaşatdığı üçün Ulu Öndərə və ölkə Prezidentinə minnətdar olduğumuzu söyləyib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşüb. 2025-ci il “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr edilmiş “Ümummilli Lider Heydər Əliyev milli dilimizin xilaskarıdır” mövzusunda keçirilən tədbirin əhəmiyyətindən söz açan icra başçısı mövzu ətrafında fikirlərini bölüşüb. Rayon rəhbəri qeyd edib ki, hər bir xalqın ana dili onun varlığının ən başlıca göstəricisi, özünü təsdiqidir. Ana dili xalqın, millətin özünəməxsusluğunu, tarixi keçmişi və mədəniyyətini, zəngin söz xəzinəsini, inanc və ənənələrini, əxlaqi davranışları və dünyagörüşünü özündə daşıyan, əsrlərdən-əsrlərə çatdıran əvəzsiz milli sərvətdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir”. Tarixin müxtəlif dönəmlərində ölkəmizin ayrı-ayrı imperiyalar tərkibində olmasına baxmayaraq, Azərbaycan dili öz varlığını qoruyub saxlamış, tarixin amansız və sərt sınaqlarından üzüağ, şərəflə çıxmış, zaman-zaman cilalanaraq saflaşmışdır. Xalqımızın böyük oğlu, Ümummilli Lideri Heydər Əliyev keçən əsrin 60-cı illərinin sonundan Azərbaycan Respublikasına rəhbərlik etməyə başladığı ilk vaxtlardan ana dilinə böyük qayğı və diqqət göstərmişdir. Məlum olduğu kimi, 1970-ci ildə Bakıda Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyi keçirildi və Heydər Əliyev həmin yubiley tədbirində mövcud qayda-qanunları, özündən əvvəlki çoxillik ənənələri sındıraraq rus dilində deyil, doğma ana dilində çıxış etdi. Respublikanın birinci şəxsi bu cəsarətli addımı ilə həm milli ziyalılarımızın böyük rəğbətini qazandı, həm də onlara mənəvi dəstək verdi, ruh yüksəkliyi bəxş etdi, bu məsələnin müsbət həlli üçün geniş üfüqlər açdı. Həmin dövrdə Heydər Əliyev Azərbaycan Yazıçılar İttifaqının qurultayında iştirak edərək doğma ana dilində çıxışı ilə tədbir iştirakçılarını heyran qoydu. Ulu Öndər bununla kifayətlənməyərək həm də respublikanın bir qrup tanınmış şair və yazıçılarını qəbul edərək onlarla apardığı səmimi söhbətlərində ana dili məsələsinə də toxundu və bu yöndə əməli tədbirlər görülməsinə rəvac verdi. “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir” konsepsiyasını həyata keçirən Ulu Öndərin təşəbbüsü ilə 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi fəaliyyəti haqqında xüsusi maddə daxil edildi. Ulu Öndərin ölkəyə ikinci dəfə rəhbərliyə gəlişi zamanı müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili kimi təsbit edildi, dövlət dili statusu aldı. Bu tarixi hadisədən başlayaraq Azərbaycan Respublikasında dil siyasəti birmənalı və yetkin şəkildə formalaşdı, ana dilinin dövlət dili kimi tətbiqi işi möhkəm və sabit qayda-qanunlar, əsaslı təməllər üzərində təkmilləşdi. Ulu Öndər Azərbaycan dilinə dəyər verərək demişdir: “Dil, dil, bir də dil… Dili inkişaf etdirməliyik. Mən demişəm və bu gün də deyirəm. Bizim gənclərə deyirəm ki, rus dilini yaxşı bilin, ingilis, fars, ərəb, fransız dillərini də yaxşı bilin. Amma bunların hamısından yaxşı öz Azərbaycan dilimizi öyrənin. Əgər bunu bilməsən, sən tam azərbaycanlı olmursan”. Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra SSRİ dövründə məcbur qəbul edilmiş qərarlara yenidən baxılmasına başlandı. Belə qərarlardan biri də yenidən latın qrafikası əlifbaya keçilməsi idi. 1991-ci ilin dekabrında Azərbaycanda latın qrafikalı əlifbaya keçid barədə qərar qəbul edildi, amma icrası illərlə uzandı. Ümummilli Liderin 18 iyun 2001-ci il tarixli fərmanına əsasən bu proses başa çatdı. 2001-ci ilin 1 avqustundan ölkə ərazisində bütün idarələr, müəssisələr, təşkilatlar Azərbaycan dilində bütün nəşrlər latın qrafikalı əlifbaya keçdi. 2001-ci il avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən avqustun birinin Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunması haqqında fərman imzalandı. “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik” deyən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin layiqli varisi, Respublika Prezidenti İlham Əliyev tərəfindən də dil siyasəti uğurla davam etdirilir. Ulu Öndərin siyasi kursunu yeni şəraitin tələblərinə uyğun şəkildə yaradıcılıqla inkişaf etdirən İlham Əliyevin bu sahədəki ilk sərəncamlarından biri Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi ilə bağlıdır. Ölkə Prezidentinin 12 yanvar 2004-cü il tarixli bu sərəncamına əsasən, dövlət müstəqilliyinin başlıca rəmzlərindən biri sayılan ana dilinə dövlət qayğısının daha da artırılmasını təmin etmək məqsədilə Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrinin latın qrafikası ilə yenidən nəşri kütləvi şəkildə həyata keçirilmişdir. Bundan əlavə, İlham Əliyevin 2004-cü il 27 dekabr tarixli Sərəncamına uyğun olaraq, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri kütləvi tirajla nəşr olunaraq ölkədəki bütün kitabxana şəbəkəsinə hədiyyə edilmişdir. Ölkə başçısının 9 aprel 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” adından göründüyü kimi, ana dilimizin hərtərəfli inkişafı və tətbiqi baxımından xüsusilə böyük əhəmiyyət daşıyır. Əlbəttə ki, həyata keçirilən tədbirlərdən sonra Azərbaycan dili hərtərəfli inkişaf edərək, ümumişlək dilə, dövlət dilinə çevrildi, diplomatiya aləminə yol açdı. Dilimiz artıq dünyanın hegemon dövlətlərinin və ən yüksək beynəlxalq cəmiyyətlərin, təşkilatların kürsülərində səsləndirilir. İcra başçısı bildirib ki, Ulu Öndərin “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” müdrik kəlamı ana dilimizə olan məhəbbət və hər bir soydaşımız üçün örnəkdir.

Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək tədbir iştirakçılarını rəhbəri olduğu təşkilatın üzvləri adından salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. A.Nəbiyev qeyd edib ki, “Dil hər bir xalq üçün təkcə ünsiyyət vasitəsi deyil, həm də dil həmin xalqın mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin simvoludur. Ana dilimiz bizim tarixi keçmişimiz, bu günümüz, gələcəyimiz və milli sərvətimizdir. Ana dili haqqında söz düşəndə, ilk öncə ağlımıza Ümummilli Lider Heydər Əliyevin dilimizin qorunması sahəsində gördüyü işlər, göstərdiyi misilsiz xidmətlər, imzaladığı Fərman və Sərəncamlar düşür. Ulu Öndər hakimiyyətdə olduğu hər iki dövrdə dilimizin inkişaf etdirilməsi, zənginləşdirilməsi, saflaşması istiqamətində xeyli işlər görmüşdür”.

Qazax Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Fəridə Xudiyeva, Bakı Dövlət Universitetinin Qazax filialının Dil, Ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müəllimi Əfranə Həsənli, Qazax Dövlət Sosial-İqtisadi Kollecin Azərbaycan dili və ədəbiyyat müəllimi Türkan Allahverdiyeva, Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Həbibə Məmmədli, Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və təbiət fənlər təmayüllü məktəb-liseydə İbtidai sinif müəllimi Könül Hüseynova mövzu ətrafında çıxış ediblər. Çıxış edənlər hər bir xalqın ana dilinin onun milli sərvəti və kimliyinin göstəricisi olduğunu bildiriblər. Qeyd olunub ki, tarix boyu xalqların keçdiyi yol, onların mədəni səviyyəsi ilk növbədə ana dilində öz əksini tapıb. Dilimizin qorunması və gələcək nəsillərə miras olaraq ötürülməsi hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Çıxışlarda nitqimizdə və yazılarımızda ədəbi dilin normalarına riayət edilməsinin vacibliyi xüsusi vurğulanıb. Tədbirdə çıxış edənlər ana dilimizin dünya dilləri arasında öz layiqli yerini tutmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edib, Prezident İlham Əliyevin Azərbaycan dilinin geniş təbliğ olunması istiqamətində həyata keçirdiyi tədbirlər barədə danışıblar. Çıxış edənlər Prezident İlham Əliyevin Azərbaycan dili haqqında söylədikləri dəyərli fikirlərin hər kəsə nümunə olduğunu diqqətə çatdırıblar. Bildirilib ki, ölkə başçısının qeyd etdiyi kimi, “Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir”, “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik”. “Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli mənəvi dəyərlər olub. Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin qorunub inkişaf etdirilməsi həm də müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin və milli birliyimizin ən başlıca simvollarını qorumaq kimi dəyərləndirilməlidir”. “Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Azərbaycan dilinin müxtəlif tərcümə, izahlı, terminoliji, etimolji lüğətlərinin hazırlanıb çap olunmasında müşahidə olunan nizamsızlığın aradan qaldırılması, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan azərbaycanlıların folklorunun, dialekt və ləhcələrinin öyrənilməsi kimi məsələlər də gündəmə gətirilməlidir. Azərbaycan dili və mədəniyyəti milli və bəşəri dəyərləri də ehtiva edir”. “Azərbaycan dilinin qorunması hər kəsin borcudur. Zənginliyi nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri vardır. Son vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr dilin dəyişilməsinə səbəb olur. Dilin orijinallığının qorunması məsələsi media ilə bağlı qurumların, eləcədə telekanalların da öhdəsinə yeni vəzifələr müəyyən edir. Ümummillli Lider də öz çıxışlarında Azərbaycan dilinin saflığının qorunması üçün çağırışlar edir, dilimizin türk dilləri ailəsində xüsusi müstəqil mövqeyini vurğulayırdı. Ümummmili Liderin təşəbbüsü ilə hər il Azərbaycanda avqustun 1-i Azərbaycan əlifbası və dili günü kimi qeyd olunur”.

 

Əvvəlki Yazı

Sabah Bakıda 40 dərəcə isti olacaq

Növbəti Yazı

“Kürü diplomatiyası” qalmaqalı: AŞPA-da Azərbaycan lobbiçiliyi və Münhen məhkəməsinin hökmü

EKSKLUZİV

“Park Cinema”da Azərbaycan dilində filmlər göstərilimir?

“Park Cinema”da Azərbaycan dilində filmlər göstərilimir?

29 Noyabr 2025 / 13:10
0
Aristokrat” klinikasında saxta həkimlər-Video

Aristokrat” klinikasında saxta həkimlər-Video

29 Noyabr 2025 / 13:07
0
Kənd təsərrüfatımız qeyri-peşəkarların əlində…-DETALLAR

Kənd təsərrüfatımız qeyri-peşəkarların əlində…-DETALLAR

29 Noyabr 2025 / 13:04
1
Rusiyanın Ukraynaya kütləvi gecə hücumları: sülh danışıqları fonunda artan gərginlik

Rusiyanın Ukraynaya kütləvi gecə hücumları: sülh danışıqları fonunda artan gərginlik

29 Noyabr 2025 / 12:57
1

XƏBƏR LENTİ

“Park Cinema”da Azərbaycan dilində filmlər göstərilimir?

Aristokrat” klinikasında saxta həkimlər-Video

Kənd təsərrüfatımız qeyri-peşəkarların əlində…-DETALLAR

Rusiyanın Ukraynaya kütləvi gecə hücumları: sülh danışıqları fonunda artan gərginlik

Bu qış Bakıda çox sərt keçəcək: şaxta, qar… – XƏBƏRDARLIQ

Sosial Xidmətlər Agentliyinin tenderi ləğv olunub – Qardaşın bacısı ilə sövdələşməsinə görə

1700 il sonra tarixdə bir ilk – Papa və Patriarx Türkiyədə birgə dua etdi

Ermənistan rəsmiləri Qəbələdə Şahin Mustafayevlə görüşdü – Nələr razılaşdırıldı?

Azərbaycanlı bloqer canlı yayım zamanı döyüldü

Bayraq Meydanında “Mustang”la avtoşluq edən biznesmen HƏBS OLUNDU

Azərbaycanda gecələr bu tarixədək uzanacaq

İstanbulda 70 kiloqram qızılla saxlanılan hərbi attaşenin cinayət işi üzrə ittiham aktı elan edildi

İstintaq bitəndən sonra Ramiz Mehdiyevi nələr gözləyir? – ŞOK AÇIQLAMA

Azərbaycanın yeganə qadın generalı — Sevda Şirinova kimdir?

Xəstəliklə bağlı əsgərlikdən möhlət alanlar yenidən yoxlanılır

Dekabrda hava necə olacaq? – Aylıq proqnoz

Tramp Maduro ilə gizli danışıq aparıb – Nələr müzakirə edilib?

Neft maqnatı Anar Əlizadə saxta paspora görə həbs oluna bilər – FOTOFAKT

Kənd Təsərrüfatı nazirinin “sığorta əməliyyatı”

Ağsuda torpaq saxtakarlığı

İcbari tibbi sığortadakı yenilik məşğulluğa necə təsir göstərəcək?

Rusiya kəşfiyyatının şefi Türkiyədə – kimlərlə görüşüb?

Çinlilər sabiq Baş nazirin köməkçisinin evindən 357 min manat oğurlayıbmış – TƏFƏRRÜAT

Rusiyada miqrantlara qarşı yeni qanun layihəsi: Azərbaycanlıları nə gözləyir?

Füzuli Ələkbərovun milyonluq “tender imperiyası”: Bacısı oğlu nazir müavinidir + Qalmaqallı keçmiş

Atalarına bəla olan məmur balaları- Nələr ediblər? + FOTOALAR

ABŞ Kiyevdə əməliyyat aparır? – Zelenski Trampın hədəfindədir

Ukrayna sülh sənədi tamamlanıb, lakin…

Putin KTMT-nin başına keçdi – Gümrü bazasının taleyi…

Xankəndidə terrora cəhd edən erməninin işi məhkəməyə GÖNDƏRİLDİ

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Avqust 2025
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« İyl   Sen »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.