Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

“Vaşinqton razılaşması Prezident İlham Əliyevin siyasi dühasının anti-Azərbaycan qüvvələri üzərində zəfəridir”

Avqust 11, 2025
A A

REDAKTORUN SEÇİMİ

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42

Səmyar Abdullayev: “8 avqust razılaşması bütün Cənubi Qafqaz regionu üçün sülh, tərəqqi və təhlükəsizlik deməkdir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vaşinqton səfəri və bu səfər əsnasında Ermənistanla sülh mətninin paraflanması bütün dünyada böyük maraq və təqdirlə qarşılanıb. Dövlət başçısının Vaşinqton səfərində diqqət çəkən məqamlardan biri də Azərbaycanla ABŞ arasında iqtisadi-siyasi münaibətlərin inkişafı ilə bağlı tarixi razılaşmaların əldə edilməsidir.

“Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin prezidenti Səmyar Abdullayev Moderator.az-a müsahibəsində mövzu ilə bağlı sualları cavablandırıb:

-Səmyar bəy, nəhayət ki, uzun sürən diplomatik danışıqlardan sonra 8 avqust 2025-ci il tarixində Vaşiqntonda Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanmasına nail olundu. Bu tarixi razılaşmanı Azərbaycanın və bütün regionun maraqları baxımından necə dəyərləndirirsiniz?

-Cari ilin 8 avqust tarixində Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh mətninin paraflanması sadəcə ökəmizin deyil, bütün Cənubi Qafqaz regionunun bugünü və gələcəyi baxımından çox mühüm hadisədir. Bu, uzun illərdir ki, müharibə və qarşıdurmadan əziyyət çəkən Cənubi Qafqaz regionunda sülhün və sabitliyin bərqərar olması, yeni gərginlik ehtimallarının ortadan qaldırılması deməkdir. Başqa sözlə desək, 8 avqust razılaşması bütün region üçün sülh, əmin-amanlıq və tərəqi anlamına gəlir ki, bu da yalnız və yalnız alqışlana bilər.

Xatırladaq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diplomatiyası 44 günlük Vətən müharibəsindən sonra da Ermənistanı sülhə təhrik etmək üçün mühüm addımlar atır, ardıcıl səylər ortaya qoyurdu. Nəhayət ki, Prezident İlham Əliyevin qətiyyət və prinsipiallığı bu müstəvidə də öz sözünü dedi və proseslər Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi ilə nəticələndi. Bu mənada, Azərbaycanla Ermənistan arasındakı 8 avqust razılaşması hər şeydən öncə Müzəffər Ali Baş Komandanın xalqımıza bəxş etdiyi növbəti tarixi zəfər, diplomatik uğurdur.  Biz buna görə “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyi olaraq Prezidentimizə öz sonsuz təşəkkürümüzü bildirir, ona gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

-Vaşinqton səfərində diqqət çəkən məqamlardan biri “907-ci düzəliş”in ləğv edilməsi oldu. Sizcə “907-ci düzəliş”in ləğvi ölkəmizə, onun ABŞ-la münasibətlərinə nə vəd edir?

-“907-ci düzəliş”in ləğvi Prezident  İlham Əliyevin pos-müharibə dönəmindən sonra əldə etdiyi ən böyük diplomatik uğurlardan biridir.

Bildiyiniz kimi, Azərbaycan düz 33 il idi ki, bu ədlətsiz düzəlişin ləğvinə çalışırdı. Lakin anti-Azərbaycan qüvvələri, məkirli güclər buna imkan vermirdi. Qürurvericidir ki, 8 avqust 2025-ci il traixində Azərbaycan “907-ci düzəliş”in də ləğvinə nail oldu. Bununla da Azərbaycanın ABŞ hökumətindən birbaşa yardım almasını əngəlləyən yasaq ortadan qalxdı.

“907-ci düzəliş”in ləğvi ölkəmizə imkan verəcək ki, Azərbaycan ABŞ hökumətinin yardımlarından bilavasitə faydalansın və öz iqtisadiyyatını daha sürətlə inkişaf etdirsin.

“907-ci düzəliş”in ləğvi ölkəmizin dünyadakı siyasi nüfuzunu da gücləndirmiş oldu. Bütün dünya şahid oldu ki, planetimizin bir nömrəli super gücü olan ABŞ Azərbaycanla iqtisadi-siyasi əməkdaşlığa mühüm önəm verir və dövlətimizin maraqları ilə hesablaşır.

-Səmyar bəy, 8 avqust razılaşmasında Zəngəzur dəhlizinin açılması məsələsi də öz həllini tapdı. Bununla bağlı fikirlərinizi bilmək istərdik.

-Zəngəzur dəhlizinin açılması Azərbaycan xalqının həyatında olduqca mühüm hadisədir. Dəhlizin açılması Azərbaycanın Naxçıvanla quru əlaqəsini təmin edəcək ki, bu da həm Naxçıvanın tərəqqisinə, həm də bütövlükdə respubikamızın inkişafına təkan verəcək.

Zəngəzur dəhlizinin açılması bütün region dövlətlərinin iqtisadiyyatının çiçəklənməsində də əvəzsiz rol oynayacaq. Dəhlizin açılması Azərbaycanın tranzit imkanlarının genişlənməsinə, həm ölkəmizə, həm də digər respublikalara məxsus yüklərin Naxçıvan vasitəsilə Türkiyə və oradan da Qərbə çıxışına imkan yaradacaq. Bu, iqtisadi baxımdan əlverişli marşurut olmaqla yanaşı, təhlükəsizlik baxımından da ən uyğun marşurut olacaq.

Zəngəzur dəhlizindən çoxsaylı kommunikasiyaların da keçməsi nəzərdə tutulur ki, bu da region xalqlarının sosial rifahının daha da yaxşılaşmasına xidmət edəcək. Azərbaycan və digər region dövlətlərinin maliyyə gəlirinin artması, iqtisadi inkişafdakı dinamikliyin təmini, yeni iqtisadi əməkdaşlıq forma və vasitələrinin meydana çıxması baxımından da Zəngəzur dəhlizinin önəmi olduqca böyük olacaq.

Yada salaq ki, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsindən sonra dəfələrlə  Zəngəzur dəhlizinin açılacağı bildirmiş, bununla bağlı əminliyini vurğulamışdı. Hansı ki, o zaman bəzi qüvvələr bunu mümkünsüz sayır, habelə, buna imkan verməyəcəkəlrini bəyan edirdilər. Dəhlizin açılması bir daha sübut etdi ki, İlham Əliyev həqiqətən də uzaqgörən siaysətçi olmaqla yanaşı, həm də prinsipial liderdir və o, öz istəklərini böyük güclərin yer aldığı qlobal mübarizə meydanında belə uğurla diktə etməyi bacarır. Bütün bunları nəzərə alaraq əminliklə demək olar ki, Vaşinqton razılaşması Prezident İlham Əliyevin siyasi dühasının anti-Azərbaycan qüvvələri üzərində zəfəridir.

-Vaşiqnton səfərində əldə edilən mühüm razılaşmalardan biri də ABŞ-la Azərbaycan arasındakı əməkdaşlıq münasibətinin tərəfdaşlıq münasibətinə çevrilməsi oldu. Bu razılaşma Azərbaycanın strateji uğuru sayıla bilərmi?

-Şübhəsiz!

ABŞ uzun illərdir ki, bütün dünyada bir nömrəli super güc statusunu qoruyub saxlamaqdadır və onun beynəlxalq miqyasdakı nüfuzu çox böyükdr. ABŞ həm də nəhəng iqtisadi gücə malikdir. Belə olan hadla onun Azərbaycanla münasibətləri əməkdaşlıq formasından tərəfdaşlıq modelinə yüksəltməsi ölkəmiz adına son dərəcə böyük nailiyyətdir. Bu, hər şeydən öncə Prezident İlham Əliyevin nüfuzundan, onun diplomatik səriştəsindən xəbər verir.

İkincisi, ABŞ-la Azərbaycan arasında tərəfdaşlıq haqqında razılaşmanın əldə edilməsi Ağ Evin ölkəmizə, onun iqtisadi potensialına verdiyi önəmi göstərir. Bu fakt bir daha sübut edir ki, Azərbaycan sürətli iqtisadi inkişaf siyasətini uğurla davam etdirir və onun əldə etdiyi bu nailiyyətlə dünyanın ən güclü ölkələri tərəfindən də böyük maraqla qarşılanır.

Hesab edirəm ki, ABŞ-la tərəfdaşlıq əlaqələrinin formalaşması Azərbaycanın iqtisadi yüksəlişinə töhfə verməklə yanaşı, xalqımızın sosial rifahının daha da yaxşılaşmasına da öz töhfəsini verəcək, dövlətimizin yeni uğurları üçün zəmin rolunu oynayacaq.

Seymur ƏLİYEV

Əvvəlki Yazı

Göyçay YAP sədrinin 22 yaşlı oğlu milyonluq tenderlər qazanır

Növbəti Yazı

SÜLH MÜQAVİLƏSİNDƏ HANSI ÖHDƏLİKLƏR YER ALIB?

EKSKLUZİV

Bu gün Şuşada hava musiqilidir – Fotolar

14 May 2026 / 23:40
1

Yeni agentlik yaradıldı – Fərman

14 May 2026 / 21:37
1

“Gənclik”dəki tuneldə ağır qəza, yaralı var – Video – Yenilənib

14 May 2026 / 19:35
1

Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşına – 10 il 6 aylıq cəza verildi

14 May 2026 / 17:30
1

XƏBƏR LENTİ

Bu gün Şuşada hava musiqilidir – Fotolar

Yeni agentlik yaradıldı – Fərman

“Gənclik”dəki tuneldə ağır qəza, yaralı var – Video – Yenilənib

Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşına – 10 il 6 aylıq cəza verildi

Gürcüstanda ağır qəza – Azərbaycanlılar həlak oldu

Ağakərim Səmədzadə nazirin I müavini oldu

DSX-ya ağır suallar:23 günlük əsgər niyə həyatını itirdi? – O NECƏ SƏFƏRBƏR EDİLİB Kİ?

Peşəkarlıq və fədakarlıq nümunəsi

Bu dəfə “daş qayaya rast gəldi”… – Video

Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi

General Əlixanovun xanımı da vəkilliyə başladı

Azər Əhmədov işdən çıxarılması ilə bağlı paylaşım etdi

Onlar da TƏBİB-də yeni vəzifəyə gətirildilər

Pediatriya Mərkəzinin direktoru Erkin Rəhimov oldu

Bakıda avtomobildən düşən təkər digər maşına çırpıldı – Video – Yenilənib

“Survivor”da faciə – İştirakçının ayağı amputasiya edildi – Video

Azər Əhmədov vəzifəsindən azad edildi

İlham Əliyev Şahbaz Şəriflə telefonla danışdı

Paşinyanın qulağına pıçıltı ilə dediyi sözlər canlı efirə düşdü – Video

Prezident Bakı Olimpiya Stadionunda – Fotolar

“DTX əməkdaşlarının “Heydər zirvəsi”nə yürüşü həm Ulu Öndərə ehtiram, həm də idmanın təbliğidir”

Yanan anbarlar bu şirkətlərə məxsusdur – Rəsmi – Yenilənib

Rəşid Behbudov küçəsindəki xətlənmə çaşqınlıq yaratdı – Video

Yeni dünya reallığı və qlobal güc – Mərkəzlərinin böhranı: Azərbaycanın formalaşdırdığı siyasi model – Partiya sədrindən qlobal təhlil

Lökbatandakı yanğın yerindən yeni – Fotolar

Lökbatanda güclü yanğın başladı – Video – Fotolar – Yenilənib

Sabahdan bu ərazilərdə parklanma məhdudiyyəti tətbiq olunacaq – Video

20 günün əsgəri vəfat etdi

Bakıda saxlanılmış mafiya başçısı Şri-Lankaya ekstradisiya edilib – Video

Akif İslamzadənin vəziyyəti necədir?

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Avqust 2025
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« İyl   Sen »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.