Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

İRAN ZƏNGƏZUR DƏHLİZİ İLƏ “BARIŞDI”

Avqust 15, 2025
A A

REDAKTORUN SEÇİMİ

Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

22 May 26 / 14:35
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23

İran rejimi öncə Vaşinqtonda Azərbaycan və Ermənistan başçıları arasında Zəngəzur dəhlizi ilə bağlı əldə edilən razılaşmaya kəskin reaksiya versə də, getdikcə bu layihə ilə barışmaq məcburiyyətində qalır. Əvvəlcə Xameneinin anti-Azərbaycan ruporu olan baş müşaviri Əli Əkbər Vilayəti Zəngəzurla bağlı hədə-qorxularla dolu sarsaq açıqlamalar verdi. Sonra fars rejiminin qatı mühafizəkar qanadının digər üzvləri də ona qoşularaq, buna bənzər bəyanatlar səsləndirdilər.

Lakin ardınca Prezident Məsud Pezeşkian bu məsələnin şişirdildiyini bildirərək, Zəngəzur dəhlizinin İranın maraqlarına zərbə vurmayacağını dedi. Lakin Prezidentin bu açıqlamasına yenə mühafizəkar qanadın xüsusilə də parlamentdə oturan təmsilçiləri sərt reaksiya verdilər və Pezeşkianı təslimçilikdə günahlandırdılar.

Nəhayət, bu gün İran XİN rəhbəri Abbas Əraqçi İran hakimiyyətinin Zəngəzur dəhlizi reallığı ilə barışmalı olduğunu etiraf edib. Əraqçi Vaşinqton razılaşması ilə bağlı deyib ki, ermənilər “İranı onun qırmızı xətlərinin qorunacağına əmin ediblər”. Sanki Zəngəzur dəhlizi İranın hansısa “qırmızı xəttini” tapdalayırmış və indi artıq tapdalamayacaq…

Əraqçi “Birinci Kanal”a müsahibəsində deyib ki, Ermənistan Azərbaycanla razılaşmanın detallarını Tehrana ətraflı izah edib. Onun sözlərinə görə, Baş nazir Nikol Paşinyan və erməni diplomatlar şəxsən İran rəhbərliyini əmin ediblər ki, İrana qarşı heç bir təhlükə yoxdur: “Zəngəzur dəhlizi layihəsi əvvəlcə təhlükəli dəhliz yaratmaq cəhdi hesab olunurdu, indi isə söhbət ancaq Ermənistanın suverenliyi altında olan, Amerikanın özəl şirkəti tərəfindən çəkilən yoldan gedir”.

Sən demə, İrəvanın təminatlarına görə, sərhəddə Amerikanın hərbi və təhlükəsizlik strukturları olmayacaq və təhlükəsizliyi Ermənistan özü təmin edəcək. Maraqlıdır ki, bu zaman İranla sərhəddəki rus sərhədçilərinin taleyi necə olacaq?

O vurğulayıb ki, İran İrəvana öz narahatlığını bildirib, lakin ölkənin bütün “qırmızı xətləri”nin nəzərə alınacağına dair vədlər alıb.

Digər yandan, guya Ermənistanın vədləri olmasaydı, İran artıq ABŞ-nin birbaşa adı keçən Zəngəzur dəhlizində “daşı daş üstə qoymayacaqmış”.

Göründüyü kimi, fars rejimi özünün bu məsələdə məğlub kimi görünməməsi üçün “erməni qardaşları”nın xidmətindən istifadə edir. Yəni, Paşinyan hakimiyyətinin vədlərini öz cəmiyyətinə və regiondakı əlaltılarına ciddi arqument kimi sırıyır. Hansı ki, Zəngəzur dəhlizi ilə bağlı razılaşmada ABŞ şirkətlərinin bu layihədə iştirakı birmənalı olaraq yer alıb. Buna baxmayaraq, sən demə Ermənistan hökumətinin “vədləri” İrandakı rejimin ABŞ-nin Zəngəzurdakı varlığını görməməsi üçün yetərli imiş.

Belədə deyiblər ki, “adın nədir – “Mülayim”, “Sərt” olub nə… edəcəkdin ki?”…

C.Məmmədli

“AzPolitika.info”

Əvvəlki Yazı

Tramp 907-ci düzəlişi rəsmən DAYANDIRDI

Növbəti Yazı

ALYASKADA TARİXİ ZİRVƏ BİTDİ – “Razılığa gəlməmişik, amma məhsuldar oldu…” + VİDEOLAR

EKSKLUZİV

Mənzil Məcəlləsinə edilən dəyişiklik yüz minlərlə insanın konstitusion hüququnun bərpası deməkdir

Mənzil Məcəlləsinə edilən dəyişiklik yüz minlərlə insanın konstitusion hüququnun bərpası deməkdir

05 İyun 2026 / 10:36
2
Çarmıxdakı İsa, Ərafdakı Dante, Edam meydanındakı Nəsimi – İlahi eşqin memarları: Adəm Bakuvinin SÖZ haqqında SÖZÜ

Çarmıxdakı İsa, Ərafdakı Dante, Edam meydanındakı Nəsimi – İlahi eşqin memarları: Adəm Bakuvinin SÖZ haqqında SÖZÜ

03 İyun 2026 / 13:28
2
Qazaxda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib

Qazaxda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib

02 İyun 2026 / 12:56
4
Balababa Rzayev “Azenco”nun pulunu niyə vermir? – İşçilər 3 aydır maaş gözləyir

Balababa Rzayev “Azenco”nun pulunu niyə vermir? – İşçilər 3 aydır maaş gözləyir

01 İyun 2026 / 15:44
18

XƏBƏR LENTİ

Mənzil Məcəlləsinə edilən dəyişiklik yüz minlərlə insanın konstitusion hüququnun bərpası deməkdir

Çarmıxdakı İsa, Ərafdakı Dante, Edam meydanındakı Nəsimi – İlahi eşqin memarları: Adəm Bakuvinin SÖZ haqqında SÖZÜ

Qazaxda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib

Balababa Rzayev “Azenco”nun pulunu niyə vermir? – İşçilər 3 aydır maaş gözləyir

Uşağı gələcək asılılıqlara aparan görünməz səbəblər…

Müasir Azərbaycan poeziyasında ruhun və sözün vahidliyi: Səfərli Aysel Xanlar qızı- Leyla Məcidova yazır

ПРЕЗЕНТАЦИЯ КНИГИ «100 МГНОВЕНИЙ ЖИЗНИ ГЕЙДАРА АЛИЕВА» В ГОРОДЕ КИШИНЁВ, МОЛДОВА

General Əli Nağıyevdən həmkarlarına çağırış…

İcra Hakimiyyətinin göndərdiyi qurban əti köhnə olub? – Açıqlama

Prokuror onların 10 il həbsini tələb edir

Rus Dram Teatrının iyun repertuarı

Şixəliyevin məhkəməsində özünü yandırmaq istəyən – Zərərçəkmiş vəfat etdi

Yeni səhmlərin hamısını Cahangir Əsgərov aldı – Payı artdı

Yeni direktor icra başçısının qardaşı imiş

Prezidentin qızları bayramı onlarla keçirdi – Fotolar

Bulvarda qıza qarşı iyrənc hərəkətlər edən həbs olundu – Video-Yenilənib

Bakıya dolu yağır – Video

Vəhdət Partiyasının sədri Adəm Bakuvi Prezident Administrasiyasında qəbul edilmişdir

Bulvarda qıza qarşı iyrənc cinayətin görüntüləri yayıldı – Video

Mübariz Əkbərovun səlahiyyət müddəti başa çatdı

Bu şəhərlərə tətilə getmək “su qiymətinə”dir – Siyahı – Fotolar

Tbilisi qatarının ilk sərnişinləri arasında – Cavid Qurbanov da var+Fotolar

Qazaxda 28 May – Müstəqillik Gününə həsr olunmuş “Müstəqillik, suverenlik müdrik xalqımızın milli sərvətidir!” mövzusunda tədbir keçirilib

“Bu dinamika məni qane etmir” – Prezident

Onları qabaqlayaraq – İkinci dəfə “Qızıl buts”a sahib çıxdı

Aldığı pulların hamısını qaytardığını deyib

Toral Bayramov “Qarabağ”dan getdi – Türkiyə klubuna keçdi

3-cü dəfə İTV-nin baş direktoru seçildi

“May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram” – Prezident

Prezident müşavirə keçirdi – Fotolar – Yenilənib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Avqust 2025
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« İyl   Sen »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.