Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

“SÖVDƏLƏŞMƏ YOXDUR”: MÜHARİBƏ DAVAM EDƏCƏK – “Tramp məğlub olmadı, amma Putin qalib gəldi”

Avqust 16, 2025
A A

REDAKTORUN SEÇİMİ

Maliyyə nazirinin müavini Anar Kərimov ƏƏSMN-də də müavindir?

Maliyyə nazirinin müavini Anar Kərimov ƏƏSMN-də də müavindir?

15 Avqust 25 / 12:08
“Zeyd” restoranı Eldar Əzizovu yalançı çıxartdı: Bakı Şəhər İcra Hakimiyyətinin şousu – FOTOLAR

“Zeyd” restoranı Eldar Əzizovu yalançı çıxartdı: Bakı Şəhər İcra Hakimiyyətinin şousu – FOTOLAR

13 Avqust 25 / 13:04
Rafael Bünyatov özünü Karate Federasiyasında vitse-prezident kimi təqdim edir

Rafael Bünyatov özünü Karate Federasiyasında vitse-prezident kimi təqdim edir

13 Avqust 25 / 11:44
Qara maliyyənin “boz kardinalı”: Cavanşir Yusifov iş başındadır

Qara maliyyənin “boz kardinalı”: Cavanşir Yusifov iş başındadır

13 Avqust 25 / 10:32
Göyçay YAP sədrinin 22 yaşlı oğlu milyonluq tenderlər qazanır

Göyçay YAP sədrinin 22 yaşlı oğlu milyonluq tenderlər qazanır

11 Avqust 25 / 17:57

Alyaska sammiti başa çatdı və pessimist proqnozlar özünü doğrultdu. Qısa desək, Ukrayna ilə bağlı heç bir ciddi razılaşma əldə edilmədi, atəşkəs yoxdur, Ukraynada savaş davam edəcək…

ABŞ Prezidenti görüşdən sonra hər nə qədər optimist görünməyə çalışsa da, məyusluğunu gizlətməkdə çətinlik çəkirdi.

Putin yenə “müharibənin ilkin səbəbləri” nağılını təkrarladı

Putin isə ona verilən kürsüdən və fürsətdən istifadə edərək, növbəti dəfə köhnə tələblərini – “müharibənin ilkin səbəblərinin aradan qaldırılması” nağılını təkrarladı. Həmin “səbəblər” isə yaxşı məlumdur. Bu, Ukraynanın suveren dövlət kimi mövcudluğudur ki, Putin Rusiyası bunu qəbul etmir!Qeyd edək ki, Vladimir Putinlə Donald Tramp arasında Alyaskada baş tutan görüş nəzərdə tutulan vaxtın yarısı qədər davam edib. Bunun özü də görüşün nə dərəcədə “uğurlu” olmasından xəbər verir. Dmitri Peskovun danışıqlar ərəfəsində dediyi 6-7 saat əvəzinə görüş cəmi 3 saatdan bir qədər çox çəkib. Görüşdən sonra jurnalistlərin suallarına cavab verməkdən imtina edilib. Eləcə də, danışıqlardan sonra nəzərdə tutulan işgüzar yemək də ləğv edilib…

Vladimir Putin mətbuat konfransında demək olar, yeni heç nə deməyib, əvvəlki şablon ifadələri işlədib. O deyib ki, Donald Trampla danışıqları “konstruktiv atmosferdə keçib, söhbət hərtərəfli olub”.

Putin amerikalı həmkarına Alyaskaya dəvətinə görə təşəkkür edib. O, 4 ilə yaxındır bu səviyyədə Rusiya – Amerika görüşlərinin keçirilmədiyini vurğulayıb: “Rusiya – Amerika görüşləri 4 ildən artıqdır ki, baş tutmur. Münasibətlər soyuq müharibədən bəri ən aşağı həddə düşüb… Trampla mən çox yaxşı, birbaşa təmaslar qurduq. Biz bir-birimizə zəng etdik… Əsas məsələlərdən biri Ukrayna ətrafındakı vəziyyət idi… Biz Trampın münaqişənin mahiyyətinə varmaq istəyini görürük. İndiki şəraitdə nə qədər qəribə səslənsə də, biz Ukrayna xalqını həmişə qardaş xalq hesab etmişik və edirik. Bugünkü şəraitdə ölkəmiz buna son qoymaqda səmimidir, lakin biz əminik ki, nizamlanmanın davamlı olması üçün bütün əsas ilkin səbəblər aradan qaldırılmalıdır… Mən Trampla razıyam ki, Ukraynanın təhlükəsizliyini təmin etmək lazımdır və biz bunun üzərində işləməyə hazırıq. İnanmaq istəyirik ki, əldə olunan anlayış Ukraynada sülhə yol açacaq. Ümid edirik ki, Kiyevdə və Avropada gözlənilən inkişafı əngəlləməyə cəhd etməyəcəklər. Trampa söhbətin mehriban tonu üçün təşəkkür edirəm… Tramp nəyə nail olmaq istədiyini bilir, lakin Rusiyanın milli maraqlarını da başa düşür. Xatırlayıram ki, 2022-ci ildə Baydeni hərbi əməliyyatlarla nəticələnə biləcək bir vəziyyətə gətirməyə ehtiyac olmadığına inandırmağa çalışırdım. Bu, böyük səhv idi…”

Putin ABŞ-nin indiki Prezidentinin “könlünü xoş etmək” üçün əlavə edib ki, həmin vaxt prezident kürsüsündə Tramp olsaydı, müharibə olmayacaqdı. Bunla da görüşdən əvvəlki Trampı “sığallayacağına” dair proqnozları doğruldub…

“Heç bir sövdələşmə yoxdur!”

 

 

Trampın görüşdən sonrakı çıxışı isə daha konkret olub və ABŞ Prezidenti açıq deyib ki, Ukraynada atəşkəsə nail olunmayıb. Həmçinin əsas vacib məsələlərdə heç bir anlaşma əldə edilməyib: “Biz tam bir anlayış tapa bilmədik. Bizim məhsuldar danışıqlarımız oldu. Sülh əldə etmək üçün yaxşı şansımız var, hələ ki, heç bir razılaşma yoxdur, lakin şanslar yüksəkdir. Biz hələ orada deyilik, lakin orada olmaq şansımız yüksəkdir. Hələ ki, sövdələşmə baş tutmadı, sövdələşmə yoxdur!”

Eyni zamanda o qeyd edib ki, tərəflər bir çox məqamlarda razılığa gəliblər. “Çox məhsuldar görüş keçirdik. Mən Putinə və onun komandasına təşəkkür etmək istərdim. Biz insanları öldürməyi dayandıracağıq. Putinə təşəkkür edirəm. Sizi tezliklə görməyə ümid edirəm”.

Daha sonra Putin Trampa Moskvada görüşməyi təklif edib. Tramp təklifi “maraqlı” adlandırsa da, bunun baş verib-verməyəcəyini dəqiq bilmədiyini ifadə edib.

Kremlin sözçüsü Dmitri Peskov həmişəki şablon ifadələrdən istifadə etməklə, görüşü “məhsuldar” kimi dəyərləndirib və “bu, bizə nizamlanma variantlarının axtarışı yolunda inamla irəliləməyə imkan verən söhbətdir”, – deyə bildirib.

Putinlə Trampın görüşündən sonra Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriev isə sadəcə, müsbət və konstruktiv dialoqun baş tutduğunu” bildirib. O, həmçinin ABŞ Prezidentinin “Moskva ilə Vaşinqton arasında iqtisadi sahədə mühüm potensialı” qeyd etməsinin vacibliyini vurğulayıb.

“Sövdələşməni yekunlaşdırmaq Zelenskidən asılıdır”

Donald Tramp görüşdən sonra “Fox News”-a açıqlama verib. O deyib ki, Alyaskada keçirilən görüşdə mühüm məqamlarda razılığa gəlmək mümkün olmayıb. Tramp qeyd edib ki, Vladimir Putinlə razılığa gələ bilmədiyi “bir-iki kifayət qədər vacib məqam” var. Lakin bunun təfərrüatlarını açıqlamaqdan imtina edib.

Bununla yanaşı, Trampın sözlərinə görə, danışıqlarda böyük irəliləyiş əldə olunub. Onun fikrincə, Putin Ukrayna ilə bağlı razılığa gəlmək istəyir. Tramp bundan sonrakı məsuliyyəti isə Ukrayna Prezidentinin üzərinə ataraq deyib: “Biz bir çox məqamlarda razılaşdıq… İndi sövdələşməni yekunlaşdırmaq Zelenskidən asılıdır. Avropa ölkələri də bir az işə qarışmalıdır”

“Rusiyaya qarşı sanksiyalar olmayacaq”

Tramp “Fox News”-a açıqlamasında həmçinin bildirib ki, Rusiya və onun ticarət tərəfdaşlarına qarşı hələlik yeni sanksiyalar tətbiq etməyi planlaşdırmır. Rusiyaya və Rusiya neftinin alınmasına görə Çinə qarşı ikinci dərəcəli sanksiyalarla bağlı sualı cavablandıran Tramp deyib: “Bu gün baş verənlərə görə, məncə, hələlik bu barədə düşünməyə ehtiyac yoxdur. Putinlə görüş yaxşı keçdi”.

Eyni zamanda, Amerika Prezidenti qeyd edib ki, o, “iki və ya üç həftə ərzində” Çinə əlavə tariflər barədə düşünməli ola bilər.

“Putin açıq-aydın qalib gəldi”

Göründüyü kimi, danışıqlarda daha çox Putinin istədiklıəri baş verdi, nəinki Trampın. Yəqin ki, bu görüşə ən konkret qiyməti Donald Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton verib. Təcrübəli diplomat deyib ki, Amerika lideri ilə Vladimir Putin arasında keçirilən görüşdə kimin qalib gəldiyi ona aydındır: “Tramp uduzmadı, amma Putin açıq-aydın qalib gəldi. Tramp yeni görüşlərdən başqa heç nə qazanmadı”.

Onun sözlərinə görə, Putin “əsas məqsədi olan münasibətləri bərpa etməkdən ötrü çox səy göstərib”: “O, sanksiyalardan yayındı. Onun üçün atəşkəs təhlükəsi yoxdur. Növbəti görüşün tarixi bəlli deyil… Müharibə hələ bitməkdən çox uzaqdır. Amma deyərdim ki, Putin istədiyinin əksəriyyətinə nail oldu, Tramp isə çox az şeyə nail oldu”.

Beləliklə, görüşdən əsas gözləntilər özünü doğrultmadı. Atəşkəs yoxdur və Volodimir Zelenskinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsinə dair heç bir razılaşma əldə olunmayıb. Demək olar ki, Kreml Trampdan istədiklərinin çoxunu almaqdadır. Putin növbəti dəfə vaxt qazandı. Bu vaxt isə ona Ukraynanı viran qoymaq, “sındırmaq”, ukraynalıları öldürmək, Ukrayna ərazilərinin işğalını davam etdirmək üçün lazımdır…

Cəlal Məmmədli

“AzPolitika.info”

Əvvəlki Yazı

Azərbaycan nefti bahalaşmaqda davam edir

Növbəti Yazı

Hər şeyi vətəndaş deməlidirsə, Qida Təhlükəsizliyi Agentliyi hara baxır?!

EKSKLUZİV

Dünyanın “ən uzun yalanı” rekorduna yenə Mahmudovlar imza atdı…

Dünyanın “ən uzun yalanı” rekorduna yenə Mahmudovlar imza atdı…

16 Avqust 2025 / 11:54
2
Hər şeyi vətəndaş deməlidirsə, Qida Təhlükəsizliyi Agentliyi hara baxır?!

Hər şeyi vətəndaş deməlidirsə, Qida Təhlükəsizliyi Agentliyi hara baxır?!

16 Avqust 2025 / 11:28
0
“SÖVDƏLƏŞMƏ YOXDUR”: MÜHARİBƏ DAVAM EDƏCƏK – “Tramp məğlub olmadı, amma Putin qalib gəldi”

“SÖVDƏLƏŞMƏ YOXDUR”: MÜHARİBƏ DAVAM EDƏCƏK – “Tramp məğlub olmadı, amma Putin qalib gəldi”

16 Avqust 2025 / 11:25
1
Azərbaycan nefti bahalaşmaqda davam edir

Azərbaycan nefti bahalaşmaqda davam edir

16 Avqust 2025 / 11:23
0

XƏBƏR LENTİ

Dünyanın “ən uzun yalanı” rekorduna yenə Mahmudovlar imza atdı…

Hər şeyi vətəndaş deməlidirsə, Qida Təhlükəsizliyi Agentliyi hara baxır?!

“SÖVDƏLƏŞMƏ YOXDUR”: MÜHARİBƏ DAVAM EDƏCƏK – “Tramp məğlub olmadı, amma Putin qalib gəldi”

Azərbaycan nefti bahalaşmaqda davam edir

Özəlləşdirmə çeklərinə görə kompensasiya veriləcək? – RƏSMİ CAVAB

Trampdan ardıcıl telefon zəngləri: Zelenskidən sonra NATO liderləri ilə danışdı

NATO tipli orduya keçid – Azərbaycan yolun sonunda

II Qaregin hələ də ABŞ-də veyillənir – MƏKRLİ PLAN

İsfəndiyar Axundovun milyonluq avtomobillərinə həbs qoyuldu

Banklardan əhaliyə zərbə – Bu pullar qaytarılmayacaq

48 saat sürən 15 avqust və əlvida, “Nobel”

ALYASKADA TARİXİ ZİRVƏ BİTDİ – “Razılığa gəlməmişik, amma məhsuldar oldu…” + VİDEOLAR

İRAN ZƏNGƏZUR DƏHLİZİ İLƏ “BARIŞDI”

Tramp 907-ci düzəlişi rəsmən DAYANDIRDI

Rusiyada yaşayan azərbaycanlılarla bağlı SƏRT QADAĞA – FOTO

Xaqan və xalqın birliyi – vətənin diriliyi

Zəngəzur dəhlizindən necə keçəcəyik? – Detallar AÇIQLANDI

“Quba hadisələr”inin səbəbkarı olan sabiq başçıya həbs təhlükəsi

DÜNYANIN GÖZÜ ALYASKADA – Aviabazada keçiriləcək Putin – Tramp görüşünün təfərrüatları açıqlandı

Azərbaycanda narkomanların sayı artıb – Rəsmi statistika

Maliyyə nazirinin müavini Anar Kərimov ƏƏSMN-də də müavindir?

Tibb Universitetinə qarşı ETİRAZLAR artır… “ATU-da 6500 manatlıq keyfiyyətdə təhsil var?”

Alla Puqaçova Rusiya vətəndaşlığından imtina edir

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 33 il keçir

Qod Nisanov oğluna toy edir – AZƏRBAYCAN MƏMURLARI QATILACAQMI?

“Bu məhkumlar azadlığa buraxıla bilər” – Hüquq müdafiəçisi AÇIQLAYIR

9 saylı cəzaçəkmə müəssisəsində president sərəncamı qulaqardına vurulur

Cavanşir Yusifov plana düşən Bakıdan BELƏ PUL QAZANIR… – Samir Şərifovun himayəsi altında…

Ələtdə çay məcrasının dəyişdirilməsi və yol qovşağının inşası zamanı ağaclar köçürüləcək

İcra başçısının adının hallandığı qalmaqalı iş… – Məhkəmə başlayıb

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Avqust 2025
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« İyl    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.