Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

Sentyabr 4, 2025
A A

REDAKTORUN SEÇİMİ

Sabirbad müəllimlərinin Həmkarlar İttifaqı NƏYƏ XİDMƏT EDİR? – İTTİHAM…

Sabirbad müəllimlərinin Həmkarlar İttifaqı NƏYƏ XİDMƏT EDİR? – İTTİHAM…

16 Oktyabr 25 / 12:32
Ağtafada dəhşətli mənzərə: mərkəzi küçələr zibillik meydanına çevrilib

Ağtafada dəhşətli mənzərə: mərkəzi küçələr zibillik meydanına çevrilib

10 Oktyabr 25 / 15:36
“Pilgrim Education”un rəhbəri Aisa Aslanova növbəti qurbanlarının axtarışında….

“Pilgrim Education”un rəhbəri Aisa Aslanova növbəti qurbanlarının axtarışında….

09 Oktyabr 25 / 15:52
Xətai rayon başçısı Rafiq Quliyev hansı şərtlərlə qanunsuz tikintilərə icazə verir?- FAKT

Xətai rayon başçısı Rafiq Quliyev hansı şərtlərlə qanunsuz tikintilərə icazə verir?- FAKT

09 Oktyabr 25 / 12:05
Ağdam icra başçısından xoşagəlməz hərəkət: Şəhid anası və qazilər ayaqüstə, özü  isə… – FOTOFAKT

Ağdam icra başçısından xoşagəlməz hərəkət: Şəhid anası və qazilər ayaqüstə, özü isə… – FOTOFAKT

08 Oktyabr 25 / 17:00

Bir müddət öncə “Ana övladının həbsiylə bağlı prezidentə müraciət etdi” başlıqlı yazımızda Şirinova Nəzakət İbrahim qızl oğlunun həbsi ilə bağlı dövlət başçısına müraciətini dərc etmişdik. Bu işlə bağlı apardığımız araşdırmalar zamanı yeni təfərrüatlar əldə etmişik. Belə ki, 2023-cü ildə DTX tərəfindən həbs edilən Hidayətov Zöhrab Raqub oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192.3.2 və 206.3.2-ci maddələri ilə, Şirinov Elvin Valeh oğlu və Hümbətov Qaçqın Şura oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 192.3.2 və 206.3.2-ci maddələri və  təqsirləndirilmələrinə dair  cinayət işinə hakim Fəhmin Hümbətovun sədrliyi ilə Sumqayıq Ağır Cinayətlər Məhkəməsində baxılır. Məlumat üçün bildirək ki, Hidayətov Zöhrab Raqub oğlu 27 dekabr 1977-ci il tarixdə Bərdə şəhərində doğulmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır, əvvəllər məhkum olunmamışdır, ali təhsillidir. Bərdə şəhəri, Nüşabə küçəsi, ev 36-da qeydiyyatda olmaqla daimi olaraq Abşeron rayonu, Xırdalan qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Hidayətov Zöhrab Raqub oğlu 25 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 192.2.2 və 206.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət törədilməsində şübhəli şəxs qisminsdə tutulmuş, 27 dekabr 2023-cü il tarixdə onun əməlləri Azərbaycan Respublikası CM-nin 192.3.2 və 206.3.2-ci maddələri ilə tövsif edilərək həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək ittiham elan edilmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. İlk növbədə qeyd edilməlidir ki, Hidayətov Zöhrab Raqub oğlu ona qarşı irəli sürülən ittihamla özünü təqsirli bilmir. Belə ki, onun əməlində təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 192.3.2 və 206.3.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər mövcud deyil.

 Qanunsuz sahibkarlıq yoxsa?

Azərbaycan Respublikası CM-nin 192-ci maddəsindən görünür ki, qanunsuz sahibkarlıq dedikdə – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti başa düşülür. Z.Hidayətov vergi ödəyicisi kimi qeydiyyatdan keçməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olan Elvin Şirinovun yanında tədarükçü vəzifəsində çalışmışdır. Göründüyü kimi, onların fəaliyyəti dövlət qeydiyyatına (vergi uçotuna) alınmış, kənd təsərrüfatı məhsullarının ixracı xüsusi razılıq (lisenziya) tələb olunan, eyni zamanda mülki dövriyyəsi məhdudlaşdırılmış fəaliyyət kateqoriyasına aid deyil.

Qaçaqmalçılıq ittihamının gerçək üzü

Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinə əsasən Qaçaqmalçılıq dedikdə – Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların və digər əşyaların  keçirilməsi başa düşülür.  Qeyd edilməlidir ki, ixrac olunan kənd təsərrüfatı məhsulları Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli deyil, gömrük sərhədindən gömrük nəzarəti altında keçirilmiş, mallar keçirilərkən gömrük sərhədinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən qanuni əsaslarla verilmiş sənədlər təqdim edilmiş, aldatma yolu ilə heç-bir gömrük eyniləşdirilməsi həyata keçirilməmiş, səhhəddən bəyan edilməmiş və ya düzgün bəyan edilməmiş hər hansı məhsul keçirilməmişdir. Göründüyü kimi, Z.Hidayətovun əməlində təqsirləndirildiyi CM-nin 192 və 206-cı maddələrin dispozisiyasında nəzərdə tutulmuş cinayətlər mövcud deyil.

İstintaqın yanlışlığı

İstintaq orqanı tərəfindən iş üzrə hərtərəfli və obyektiv araşdırma aparılmamış və Hidayətov Zöhrab Raqub oğlunun qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olması, eləcə də qaçaqmalçılıq əməlləri törətməsi istintaqla sübuta yetirilməmişdir. Belə ki, əmək müqaviləsi bildirişlərindən görünür ki, Hidayətov Zöhrab Raqub oğlu digər 4 nəfərlə birlikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmış fiziki şəxs olan işəgötürən Şirinov Elvin Valeh oğlunun “menecer” vəzifəsi üzrə işçisidir və aylıq əmək haqqı 345 manat təşkil edir. Belə olan halda istintaq orqanı tərəfindən əməlin qanunsuz sahibkarlıq kimi tövsif edilməsi tamamilə qanunsuzdur. Belə ki, əmək müqaviləsi əsasında çalışan işçinin öz üzərinə düşən vəzifəsini layiqincə yerinə yetirməsinin iş icraçısı kimi qiymətləndirilməsi tamamilə absurd və ağlasığmazdır.

İttiham aktında 2022-ci ildə Şirinov Elvin Valeh oğlu və Hümbətov Qaçqın Şura oğlunun vergi orqanlarında fərdi sahibkar kimi qeydiyyata alınmasını Hidayətov Zöhrab Raqub oğlunun təmin etdiyi göstərilsə də, həqiqətdə Şirinov Elvin Valeh oğlu 2006-cı ildən, Hümbətov Qaçqın Şura oğlu isə 2021-ci ildən vergi orqanında qeydiyyata alınaraq (VÖEN) əldə etmişlər. Göründüyü kimi, işəgötürən Şirinov Elvin Valeh oğlu işçi Hidayətov Zöhrab Raqub oğlu ilə əmək müqaviləsi bağlayanadək fərdi sahibkar kimi dövlət qeydiyyatına alınaraq fəliyyət göstərmiş, işçilər Hidayətov Zöhrab Raqub oğlu, Caniyev Şahrur Məmmədəli oğlu, Hidayətov Təyyar Hidayət oğlu, Hümbətov Ceyhun Şəmsəddin oğlu və Hümbətov Şahin Şəmsəddin oğlu ilə əmək müqaviləlləri bağlayaraq onları işə qəbul etdikdən sonra da, qanuni fəliyyətini davam etdirmişdir. Əmək müqaviləsi ilə işləyən işçinin öz vəzifəsini icra etməsi qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma, vergi orqanında qeydiyyata alınaraq (VÖEN) əldə etmiş işəgötürənin isə əmək müqaviləsi əsasında işləyən işçisi ilə birlikdə çalışması köməkçilik əməli kimi tövsif oluna bilməz.

Əvvəlki Yazı

AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə…-

Növbəti Yazı

Bakı Appelyasiya Məhkəməsi qanunsuz tikililərlə bağlı “Pilot Residence” yaşayış binasına baxış keçirib

EKSKLUZİV

Ağ xalatlı “əzrayıl” – Sənan Mehdiyev cəzadan necə yayınır?

Ağ xalatlı “əzrayıl” – Sənan Mehdiyev cəzadan necə yayınır?

20 Oktyabr 2025 / 14:53
2
Qədim türklərin unudulan adəti, Musa Qasımlının dəyişən siması…

Qədim türklərin unudulan adəti, Musa Qasımlının dəyişən siması…

20 Oktyabr 2025 / 12:41
7
Regional əməkdaşlıq nümunəsi

Regional əməkdaşlıq nümunəsi

19 Oktyabr 2025 / 10:29
14
Ramiz Mehdiyevin komandasında “yarpaq tökümü”: İlk qurban kim olacaq?

Ramiz Mehdiyevin komandasında “yarpaq tökümü”: İlk qurban kim olacaq?

18 Oktyabr 2025 / 18:45
9

XƏBƏR LENTİ

Ağ xalatlı “əzrayıl” – Sənan Mehdiyev cəzadan necə yayınır?

Qədim türklərin unudulan adəti, Musa Qasımlının dəyişən siması…

Regional əməkdaşlıq nümunəsi

Ramiz Mehdiyevin komandasında “yarpaq tökümü”: İlk qurban kim olacaq?

Ramiz Mehdiyevin vəzifədə olan qohumları – SİYAHI+VİDEO

Bakıdakı tarixi abidələri sökə bilmək üçün bu addımı atırlar – Foto, Video

Türkiyə masonlarının “Böyük Ustad”ı saxlanıldı – O kimdir?

Mehdiyevlə Əhmədzadə bir məqsədə xidmət ediblər – Faktlar

Ermənistan Aİ-yə üzvlük üçün müraciət etməyə hazırlaşır

Pensiya yaşının artırılması iddiası

Paşinyan: “…mənim səhvlərimi təkrarlamayın”

DÜNƏN ALQIŞ, BU GÜN QARĞIŞ… – Mehdiyevlə bağlı əvvəl nə deyirdilər, indi nə deyirlər?

Azərbaycan Qəzzaya ordu göndərir

Araz dəhlizi işə düşür – Zəngəzur dəhlizi isə…

Müstəqillik aktı necə qəbul edilmişdi? – Tarixi faktlar

Siyavuş Novruzov üçün tarix dərsi: Ramiz Mehdiyevin toyu bitib, istintaqı gedir…

Masallı şəhər bələdiyyəsində qanun pozuntusu: 300 minlik sifariş

Vüsal Aslanov 7 ay əvvəl təyin olunmuş rəisi işdən çıxardı

Əhliman Əmiraslonovun Ramiz Mehdiyev bağlantısı: Gəlini ATU-nun klinikasında vəzifəyə necə yüksəlib?

Türkiyədə ŞOK əməliyyat – masonların rəhbəri istintaqa cəlb olundu

Mehdiyev 7 saat dindirildi – İstintaqa əsa ilə gedib

Trampla Putin arasında GƏRGİNLİK – Alyaskada planlaşdırılan şam yeməyi ləğv edildi

Parlamentdə hərbi xidmətlə bağlı MÜHÜM QANUN

AZAL-ın təyyarəsini Ramiz Mehdiyev vurdurub – Çevriliş planının yeni detalları

Saxta medal verənlərin işini bu idarə araşdırır- 3 nəfər məsuliyyətə cəlb olundu

Zəngəzurla bağlı MÜJDƏLİ XƏBƏR: nəhəng dağlar yarılır, Naxçıvana belə yol açılır – VİDEO

PKK/YPG lideri Dəməşq hökuməti ilə razılığa gəldi: “Ordu və polis sistemində vəzifələrə gətiriləcəyik”

Trampla Putin telefonda müzakirə apardı: nələr razılaşdırıldı? – “Bu, utancverici…”

“TikTok” çevrəni “daraldır” – Üç ay içində 189 milyondan çox video silinib

“Eşqi Bağırov Agentliyə buraxılmır, onun “qələmi” qırılıb”

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Sentyabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« Avq   Okt »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.