Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Bakı Appelyasiya Məhkəməsi qanunsuz tikililərlə bağlı “Pilot Residence” yaşayış binasına baxış keçirib

Sentyabr 5, 2025
A A

REDAKTORUN SEÇİMİ

19 Oktyabr 26 / 13:07
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

15 Oktyabr 26 / 12:09
“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

13 Oktyabr 26 / 12:18
Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

07 Oktyabr 26 / 13:03
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri: Nərimanovdan Xırdalana uzanan DOSYE

Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri: Nərimanovdan Xırdalana uzanan DOSYE

06 Oktyabr 26 / 15:31

Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 9-11 ilə Nizami küçəsi, ev 4 ünvanlarının kəsişməsində yerləşən “Pilot Residence” sakinləri ilə MTK rəhbərliyi arasında məhkəmə mübahisəsi davam etməkdədir. Belə ki, öncə ilkin instansiya məhkəməsi – Səbail Rayon Məhkəməsi işi 9 ay ərzində araşdıraraq, müvafiq dövlət qurumlarının rəylərinə və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəticələrinə əsaslanaraq qanunsuzluqları təsdiqləyib. Nəticədə MTK-dan qanunsuz tikililərin sökülərək ləğvi tələb olunub. Daha sonra MTK qərardan narazı qalaraq Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Apellyasiya Məhkəməsi 7 aylıq araşdırmadan sonra Səbail Rayon Məhkəməsinin mövqeyini təsdiqləyib. MTK isə bu dəfə işin Ali Məhkəməyə çıxarılmasına nail olub. Ali Məhkəmə əvvəlki qərarların ləğvini elan edərək prosesin mahiyyəti üzrə yenidən araşdırılması məqsədilə işi Bakı Apellyasiya Məhkəməsinə qaytarıb. Hazırda iş hakim Vahid Sadıqovun sədrliyi ilə təkrar araşdırılır.

Sakinlərin verdiyi məlumata əsasən, 1 sentyabr 2025-ci il tarixində adıçəkilən yaşayış kompleksinin ərazisinə hakim Vahid Sadıqovun rəhbərliyi ilə Bakı Apellyasiya Məhkəməsinin Məhkəmə Kollegiyasının katib və üzvləri tərəfindən baxış keçirilib. Ədalət təmsilçiləri ilə yanaşı, iş üzrə şikayətçilər, “Pilot Residence” MTK-nın nümayəndələri, vəkillər, həmçinin Sakinlərin Təşəbbüs Qrupunun iştirak etdiyi baxışda məqsəd 2017-ci ildə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təsdiqlənmiş Baş Plan və Bina Layihəsinin icrası zamanı yol verilmiş kənarlaşma və tikinti qanunsuzluqlarının araşdırılması olub. Məhkəmə MTK rəhbərliyinə layihədən kənar mövcud olan 4 qeyri-yaşayış təyinatlı tikintinin hansı layihə və icazələr əsasında inşa olunmasına dair əsaslandırmanı təqdim etməyi tapşırıb.

Xatırladaq ki, sözügedən məhkəmə prosesi artıq 3 ilə yaxındır davam edir. İlk məhkəmə iclası 2023-cü ilin fevralında Səbail Rayon Məhkəməsində başlanıb. 2017-ci ildə təsdiqlənmiş “Pilot Layihə” çərçivəsində “Pilot Residence” yaşayış binasının tikintisi nəzərdə tutulsa da, sonradan layihədən kənar obyektlərin inşası sakinlərin gündəlik həyat şəraitinə mənfi təsir göstərir. İlkin araşdırmalar nəticəsində məlum olub ki, MTK layihədən kənar və icazəsiz olaraq bir sıra obyektlər inşa edib. Burada 850 kvadratmetr sahədə ticarət obyekti, layihədən kənar “balkon” tikililəri, həyətin bir hissəsində quraşdırılmış “qəfəs” tipli texniki tikili, binanın 3-cü blokuna bitişik ərazinin zəbt olunaraq başqa şəxsə satılması və s. kimi uyğunsuzluqlar aşkarlanıb.

Hazırda tərəflərin arqumentləri yenidən öyrənilir. Qanunsuz tikililərin aqibəti ilə bağlı son qərarı yaxın vaxtlarda məhkəmə elan edəcək. Sakinlər isə öz haqları uğrunda sonadək mübarizə aparacaqlarını, nəticədə haqq-ədalətin qələbə qazanacağına inandıqlarını bildiriblər.

Əvvəlki Yazı

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

Növbəti Yazı

211 saylı məktəbdə ibtidai siniflər risk altında: direktor müavini heç kimi eşitmir

EKSKLUZİV

Fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edilib

Fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edilib

20 Oktyabr 2026 / 10:29
2
“DTX-nın atdığı adımmlar doğru və təqdirəlayiqdir”

“DTX-nın atdığı adımmlar doğru və təqdirəlayiqdir”

20 Oktyabr 2026 / 10:13
4
Bu avtobusun son dayanacağı dəyişdirildi

Bu avtobusun son dayanacağı dəyişdirildi

19 Oktyabr 2026 / 16:00
2
ADY qatarlarına daş atılması halları 38% azalıb

ADY qatarlarına daş atılması halları 38% azalıb

19 Oktyabr 2026 / 15:48
0

XƏBƏR LENTİ

Fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edilib

“DTX-nın atdığı adımmlar doğru və təqdirəlayiqdir”

Bu avtobusun son dayanacağı dəyişdirildi

ADY qatarlarına daş atılması halları 38% azalıb

Sabah Bakının bu rayonlarında qaz olmayacaq

Bu şəxslərə pulsuz mənzil veriləcək

Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı

Mənə Qazaxıstanda çevriliş təşkil etmək təklif olunmuşdu – Japarov

Azərbaycan çempionatında azarkeş rekordu

Dünyanın ən çox qazanan futbolçuları – SİYAHI

Prezident bir qrup energetiki təltif edib – SİYAHI

Küləkli hava neçə gün davam edəcək?

Avtobusda səs-küy salanlara cərimə tətbiq ediləcək

Gələn il dünyada qıtlıq olacaq

Sabahın hava proqnozu açıqlanıb

İlin sonunda əfv sərəncamı imzalanacaq?

Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? – FOTO

Xəzərdəki bu ada yarımada olur: materiklə birləşəcək

Bakıda parklar yenilənəcək: 61 milyonluq müqavilə…

Mədəniyyət Nazirliyi kitab mükafatını gələn il elan edəcək

Bu şəxslər ikiqat maaş alacaq

Onları da əsgər aparacaqlar – RƏSMİ

Teymur Musayev baş nazirin müavini təyin edildi

Anar Bayramov səhiyyə naziri təyin edilib

“EVRASCON” ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:sorğusuz, sualsız, aram-aram…

Ramiz Mehdiyevin oğlu istintaqa ifadə verdi

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib – FƏRMAN

Xırdalanın nəqliyyat əlaqələri genişləndiriləcək

Aqil Babayevin anasından təsirli müraciət: Oğlumun işi qərəzsiz araşdırılsın, mütəşəkkil dəstə məsuliyyətə cəlb olunsun

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Sentyabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« Avq   Okt »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.