Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

Kozakının Putinə Azərbaycanla bağlı məxfi hesabatı – 100 MİLYON DOLLAR!

Sentyabr 13, 2025
A A

REDAKTORUN SEÇİMİ

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42

“Vladimir Putin “prezident administrasiyasının işini optimallaşdırmaq üçün” Xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə prezident administrasiyasını ləğv edib. Əvəzində Prezident Administrasiyasında Strateji tərəfdaşlıq və əməkdaşlıq şöbəsi yaradılacaq. Kreml keçmiş SSRİ ölkələrində “yumşaq güc” deyilən qüvvənin təbliğinə nail ola bilməyib və bu, təəccüblü deyil: strukturun pulları mənasız tədbirlərə sovrulur, rəhbərlər isə daim dəyişirdilər”. Hurriyyet.az xəbər verir ki, “The İnsider” nəşrində dərc edilən yazıda belə deyilir.

Nəşr Rusiya xüsusi xidmət orqanlarının keçmiş SSRİ respublikalarındakı “yumşaq gücə” yönələn fəaliyyəti barədə məxfi sənədi açıqlayıb. Siyahıda Azərbaycanın da adı var. Nəşrdəki rusiyalı jurnalistlərin əldə etdiyi materiallara görə, Rusiya QRU-nun Azərbaycan üzrə məsul zabiti birbaşa Putinin administrasiyasına Rusiyanın ölkəmizdə təsirini artırmaq proqramlarının səmərəsizliyi və bunun üçün ayrılan vəsaitlərin mənimsənilməsi barədə məlumat verib.

Əvvəlcə yazıda qeyd olunur ki, Xarici ölkələrlə regionlararası və mədəni əlaqələr şöbəsi 2005-ci ildə, Ukraynada “narıncı inqilab”ın qələbəsindən bir il sonra yaradılıb: “Həmin hadisələr Putini çox qorxutdu və o, Prezident Administrasiyasında qonşu ölkələrdə “məxməri inqilablar”ın yaranmasının qarşısını ala biləcək, Kremlə sadiq siyasətçilərin və siyasi partiyaların təbliğatını apara biləcək şöbənin yaradılması barədə göstəriş verdi. Departamentin əməliyyat maraqlarına Ukrayna ilə yanaşı, Ermənistan, Azərbaycan, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Moldova, Qazaxıstan, həmçinin Baltikyanı ölkələr və qondarma Abxaziya və Cənubi Osetiya respublikaları daxil olub”.Məxfi sənədlərdən aydın olur ki, Azərbaycanla bağlı fəaliyyətlərə QRU-nun zabiti Valeri Çernışov rəhbərlik edib: “Ona respublikanın tanınmış şəxsləri, o cümlədən məmurlar, hərbçilər və ictimai xadimlər barədə məlumatlar gəlirdi. QRU-nun digər zabiti Dmitri Avanesov isə Ermənistandakı vəziyyəti izləyib. “The İnsider”-in ixtiyarında Ermənistan hökumətindəki “köstəbək”dən xəbərlər var, o, Avanesova Baş nazir Nikol Paşinyanın bütün hərəkətləri barədə məlumat verib.

Xarici ölkələrlə mədəni əlaqələr departamenti Kozak (Dmitri Kozak – Rusiya Prezident Administrasiyası başçısının müavini-red.) üçün qonşu ölkələrdəki vəziyyətlə bağlı məxfi hesabatlar hazırlayıb və o, daha sonra onları Putinə təqdim edib. Məsələn, Kreml Azərbaycanda Türkiyədən fərqli olaraq Rusiyanın maraqlarını təşviq edəcək təşkilatların demək olar ki, tamamilə olmamasından çox narahat idi.

“Azərbaycan” departamentinin Kozaka verdiyi məxfi hesabatdan bir parçanı təqdim edirik: “Rusiya QHT-lərinin Azərbaycanda mövcudluğunun gücləndirilməsi məqsədəuyğundur. Rusiyanın mövqeyini təşviq edəcək real ictimai təşkilatların çatışmazlığı açıq şəkildə müşahidə olunur. Azərbaycanda mövcud QHT-lərin canlanması və ya yenilərinin yaradılması uzunmüddətli perspektivdə Rusiya təsirinin həyata keçirilməsi üçün “yumşaq güc” alətinin yaradılmasına kömək edərdi. QHT işinin əsas istiqaməti sərhədyanı ərazilərə, gənclərə, tələbə təşkilatlarına, təhsilə, rus dilinə, mədəni layihələrə və jurnalist forumlarına yönəldilə bilər. QHT layihələri təkcə iri tədbirlərlə bitməməli, daim Azərbaycan cəmiyyətinə daxildən “nüfuz etməli”, Kütləvi İnformasiya Vasitələrində səslənməlidir. Həmvətənlərin birləşdiyi təşkilatlarla işi optimallaşdırmaq və sistemləşdirmək, lazım gələrsə, onların rəhbərlərini dəyişmək lazımdır”.

Emissarlar Azərbaycana tez-tez gəlməyə başladı, çoxsaylı seminarlar, dəyirmi masalar, konfranslar, jurnalistika məktəbləri təşkil olundu…”Daha sonra adıçəkilən idarənin keçmiş əməkdaşı “The İnsider”-ə deyib ki, Azərbaycanda “yumşaq güc” üçün ayrılan böyük pullar Rusiya xüsusi xidmətinin struktur rəhbərləri və Azərbaycandakı əməkdaşları tərəfindən mənimsənilib: “Mənim hesablamalarıma görə, Azərbaycanla “dostluğa” yüz milyon dollardan çox pul töküldü, amma hər şey boş yerə getdi. Yenə də çox şey formal qeyd üçün və ya “balalayka diplomatiyası” ruhunda edildi. Və onlar həmişə içdilər, içdilər və içdilər”.

Nəşr qeyd edir ki, “Moskva ilə Bakı arasında “eşq” macərası 2025-ci ilin əvvəlində bitib, Rusiya hakimiyyəti əvvəlcə Azərbaycan Hava Yollarının təyyarəsi ilə bağlı faciənin təfərrüatlarını inadla gizlədib, sonra isə Yekaterinburqda faktiki olaraq dindirmə zamanı işgəncələrə məruz qalan Ziyəddin və Hüseyn Səfərov qardaşlarının ürək çatışmazlığından ölməsi barədə yalan danışıb”: “Azərbaycan hakimiyyətinin reaksiyası özünü çox gözlətmədi: Bakıda Kremlin təbliğat ruporu olan “Sputnik”-i sərt şəkildə bağladılar və Rusiya tərəfi ilə rəsmi tədbirləri minimuma endirdilər”.

Daha sonra materialda deyilir ki, paralel olaraq, təsir agenti rolu üçün nəzərdə tutulan qonşu ölkələrin jurnalistləri ilə fəal iş aparılıb: “Xarici ölkələrlə mədəni əlaqələr departamentinin redaksiyamızın əldə etdiyi siyahısına 136 KİV nümayəndəsi və bloqer daxil edilib”. Yazıda bir neçə ölkədəki “təsir agentləri”nin adı çəkilsə də, tam siyahı dərc edilməyib və Azərbaycandan buraya kimlərin daxil olduğu göstərilməyib.

Sonda qeyd olunur ki, ləğv edilmiş Xarici ölkələrlə mədəni əlaqələr departamentinin bazasında Strateji Tərəfdaşlıq və Əməkdaşlıq Departamenti yaradılacaq ki, onun tərkibinə əlavə olaraq daha bir ləğv edilmiş struktur – transsərhəd əməkdaşlıq departamenti də daxil olacaq. Putin təşkilati tədbirlər üçün üç ay vaxt verib və Kozakın əvəzinə yeni struktura Sergey Kiriyenko rəhbərlik edəcək.

Bu o deməkdir ki, Kreml bundan sonra digər respublikalar kimi, Azərbaycanda da ”yumşaq gücü”nün təsirini artırmaq niyyətindədir.

Əvvəlki Yazı

“Dostlarını zavodlardan gətirib təhsil sisteminə yerləşdirib” – Ekspertlərdən nazirə SƏRT CAVABLAR

Növbəti Yazı

Tovuzun icra başçısı 2 milyon manata bağ alıb?

EKSKLUZİV

Yeni agentlik yaradıldı – Fərman

14 May 2026 / 21:37
1

“Gənclik”dəki tuneldə ağır qəza, yaralı var – Video – Yenilənib

14 May 2026 / 19:35
1

Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşına – 10 il 6 aylıq cəza verildi

14 May 2026 / 17:30
1

Gürcüstanda ağır qəza – Azərbaycanlılar həlak oldu

14 May 2026 / 15:05
1

XƏBƏR LENTİ

Yeni agentlik yaradıldı – Fərman

“Gənclik”dəki tuneldə ağır qəza, yaralı var – Video – Yenilənib

Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşına – 10 il 6 aylıq cəza verildi

Gürcüstanda ağır qəza – Azərbaycanlılar həlak oldu

Ağakərim Səmədzadə nazirin I müavini oldu

DSX-ya ağır suallar:23 günlük əsgər niyə həyatını itirdi? – O NECƏ SƏFƏRBƏR EDİLİB Kİ?

Peşəkarlıq və fədakarlıq nümunəsi

Bu dəfə “daş qayaya rast gəldi”… – Video

Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi

General Əlixanovun xanımı da vəkilliyə başladı

Azər Əhmədov işdən çıxarılması ilə bağlı paylaşım etdi

Onlar da TƏBİB-də yeni vəzifəyə gətirildilər

Pediatriya Mərkəzinin direktoru Erkin Rəhimov oldu

Bakıda avtomobildən düşən təkər digər maşına çırpıldı – Video – Yenilənib

“Survivor”da faciə – İştirakçının ayağı amputasiya edildi – Video

Azər Əhmədov vəzifəsindən azad edildi

İlham Əliyev Şahbaz Şəriflə telefonla danışdı

Paşinyanın qulağına pıçıltı ilə dediyi sözlər canlı efirə düşdü – Video

Prezident Bakı Olimpiya Stadionunda – Fotolar

“DTX əməkdaşlarının “Heydər zirvəsi”nə yürüşü həm Ulu Öndərə ehtiram, həm də idmanın təbliğidir”

Yanan anbarlar bu şirkətlərə məxsusdur – Rəsmi – Yenilənib

Rəşid Behbudov küçəsindəki xətlənmə çaşqınlıq yaratdı – Video

Yeni dünya reallığı və qlobal güc – Mərkəzlərinin böhranı: Azərbaycanın formalaşdırdığı siyasi model – Partiya sədrindən qlobal təhlil

Lökbatandakı yanğın yerindən yeni – Fotolar

Lökbatanda güclü yanğın başladı – Video – Fotolar – Yenilənib

Sabahdan bu ərazilərdə parklanma məhdudiyyəti tətbiq olunacaq – Video

20 günün əsgəri vəfat etdi

Bakıda saxlanılmış mafiya başçısı Şri-Lankaya ekstradisiya edilib – Video

Akif İslamzadənin vəziyyəti necədir?

“Elə İlham Əliyev özü də mənimlə birgə kövrəldi…” – Fotolar

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Sentyabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« Avq   Okt »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.