Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Nazirdən qalmaqallı açıqlamalar – “Keyfiyyətli təhsil ucuz başa gələ bilməz…O məktəblər ya bağlanacaq…”

Sentyabr 16, 2025
A A

REDAKTORUN SEÇİMİ

19 Oktyabr 26 / 13:07
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

15 Oktyabr 26 / 12:09
“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

13 Oktyabr 26 / 12:18
Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

07 Oktyabr 26 / 13:03
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri: Nərimanovdan Xırdalana uzanan DOSYE

Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri: Nərimanovdan Xırdalana uzanan DOSYE

06 Oktyabr 26 / 15:31

“Əgər ölkədəki ali təhsil müəssisəsinin pedaqoji fakültəsini bitirən şəxs MİQ imtahanında heç olmasa minimal bal toplamırsa, sual yaranır: O diplomu verən müəssisə məsuliyyət daşıyır, ya yox?”

“AzPolitika”  xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin “Hədəf” proqramında deyib.

Nazir bildirib ki, bəzi hallarda universitetlərdə diplomlar müəyyən ambisiyalara görə təqdim olunur: “Əgər adama diplom vermisənsə, mən demirəm o hamıdan yüksək bal yığsın, deyirəm ki, minimal bal toplasın. Bu diplomlar sadəcə olaraq bəzən mərhəmət hissi ilə, bəzən kiminləsə üz-üzə gəlməmək, bəzən kiminsə hay-küyü ilə üzləşməmək üçün verilir. Sonra əmək bazarında həmin adamların bacarıqları olmayanda bunun məsuliyyətini həmin ali təhsil müəssisəsi daşıyır. Bunu ört-basdır etmək düz deyil”.

Təhsil naziri Emin Əmrullayev keyfiyyətli təhsil üçün insanların daha çox pul ödəməli olduqları fikrindədir. 

“İnsanlar çox vaxt düşünürlər ki, az pul ödəməklə yüksək səviyyəli həkim hazırlamaq mümkündür. İl ərzində ali məktəbdə bir tələbənin həkim hazırlığına 8 min manat vəsait xərclənir. Mühəndislik və digər ixtisaslarda isə bu rəqəm 2500–3000 manat arasında dəyişir” – deyə o, qeyd edib.

Nazir bildirib ki, keyfiyyətli təhsil ucuz başa gələ bilməz: “Burada ən vacib məsələni düzgün anlamaq lazımdır: təhsilə qoyulan pul xərc deyil, investisiyadır. Nə qədər çox investisiya qoyularsa, bir o qədər də insan kapitalı və resursları inkişaf edəcək. Bizim yanaşmamız da bundan ibarətdir ki, insanların istedad səviyyəsi, hazırlıq dərəcəsi və bacarıqlarından asılı olmayaraq, onlara qoyulan investisiya artırılmalıdır”.

Nazir ilk dəfə ali təhsil müəssisələrində dövlət sifarişli proqramların genişləndirildiyini qeyd edib: “Əvvəllər bir çox özəl ali təhsil müəssisələri dövlət sifarişində iştirak etmirdi, çünki ayrılan məbləğ kifayət etmirdi. Amma bu ildən dövlət həmin xərcləri qarşılayır. Biz əlavə olaraq SABAH proqramı mexanizmini tətbiq etdik. Nəticədə, məsələn, ADA Universitetində 180 nəfər tələbə dövlət sifarişi əsasında təhsil almağa başladı. Həmçinin Bakı Ali Neft Məktəbində və digər ali təhsil müəssisələrində də bu imkan yaradıldı”.

“Bizim əsas məqsədimiz də budur: təhsilə qoyulan investisiya insan kapitalının inkişafını təmin etsin və gələcəkdə ölkənin keyfiyyətli mütəxəssislərlə təmin olunmasına xidmət etsin”, – E.Əmrullayev deyib.

Emin Əmrullayev yenə şagird sayı az olan kəndlərdə məktəblərin bağlanacağınıl bəyan edinb.

“Az komplektləşdirilmiş, şagird sayı az olan məktəbləri qonşu kəndlərə daşımaqla təhsilin keyfiyyətini yaxşılaşdırmağa çalışırıq” –deyə, o, bildirib

Nazir hazırda ölkədə fəaliyyət göstərən məcburi köçkün məktəbləri haqqında da danışıb: “Növbəti illərdə Böyük Qayıdış proqramı çərçivəsində torpaqlarına qayıdan məcburi köçkünlər üçün 2 eyni məktəb fəaliyyət göstərə bilməz. Artıq torpaqlarımız işğaldan azad olunduğuna görə təbii ki Azərbaycanda məcburi köçkün məktəbləri olmayacaq, olmamalıdır. Həmin məktəblər ya bağlanacaq, ya da yerli məktəblərlə əvəzlənəcək”.

Əvvəlki Yazı

“Qarabağ” çətin sınaq qarşısınıda – “Benfika”nı məğlub etmək mümkündürmü?

Növbəti Yazı

Ukrayna Rusiyanı “ürəyindən” vurur – Neft-qaz infrastrukturunun yarısı zədələnib

EKSKLUZİV

Fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edilib

Fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edilib

20 Oktyabr 2026 / 10:29
2
“DTX-nın atdığı addımlar doğru və təqdirəlayiqdir”

“DTX-nın atdığı addımlar doğru və təqdirəlayiqdir”

20 Oktyabr 2026 / 10:13
6
Bu avtobusun son dayanacağı dəyişdirildi

Bu avtobusun son dayanacağı dəyişdirildi

19 Oktyabr 2026 / 16:00
2
ADY qatarlarına daş atılması halları 38% azalıb

ADY qatarlarına daş atılması halları 38% azalıb

19 Oktyabr 2026 / 15:48
0

XƏBƏR LENTİ

Fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edilib

“DTX-nın atdığı addımlar doğru və təqdirəlayiqdir”

Bu avtobusun son dayanacağı dəyişdirildi

ADY qatarlarına daş atılması halları 38% azalıb

Sabah Bakının bu rayonlarında qaz olmayacaq

Bu şəxslərə pulsuz mənzil veriləcək

Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı

Mənə Qazaxıstanda çevriliş təşkil etmək təklif olunmuşdu – Japarov

Azərbaycan çempionatında azarkeş rekordu

Dünyanın ən çox qazanan futbolçuları – SİYAHI

Prezident bir qrup energetiki təltif edib – SİYAHI

Küləkli hava neçə gün davam edəcək?

Avtobusda səs-küy salanlara cərimə tətbiq ediləcək

Gələn il dünyada qıtlıq olacaq

Sabahın hava proqnozu açıqlanıb

İlin sonunda əfv sərəncamı imzalanacaq?

Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? – FOTO

Xəzərdəki bu ada yarımada olur: materiklə birləşəcək

Bakıda parklar yenilənəcək: 61 milyonluq müqavilə…

Mədəniyyət Nazirliyi kitab mükafatını gələn il elan edəcək

Bu şəxslər ikiqat maaş alacaq

Onları da əsgər aparacaqlar – RƏSMİ

Teymur Musayev baş nazirin müavini təyin edildi

Anar Bayramov səhiyyə naziri təyin edilib

“EVRASCON” ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:sorğusuz, sualsız, aram-aram…

Ramiz Mehdiyevin oğlu istintaqa ifadə verdi

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib – FƏRMAN

Xırdalanın nəqliyyat əlaqələri genişləndiriləcək

Aqil Babayevin anasından təsirli müraciət: Oğlumun işi qərəzsiz araşdırılsın, mütəşəkkil dəstə məsuliyyətə cəlb olunsun

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Sentyabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« Avq   Okt »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.