Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Yeni pensiya sistemi gəlir – əhalinin gözləntisi

Sentyabr 18, 2025
A A

REDAKTORUN SEÇİMİ

Mədəd Zeynalovun bağça biznesi və məktəblərdə baş verən qanunsuzluqlar…

Mədəd Zeynalovun bağça biznesi və məktəblərdə baş verən qanunsuzluqlar…

17 Sentyabr 25 / 11:50
Təhsilə görə narahat olmayın, heç nə yaxşı olmayacaq: Bakı Təhsil İdarəsi direktorunun fəaliyyətinin kiçik xarakterik ştrixlər

Təhsilə görə narahat olmayın, heç nə yaxşı olmayacaq: Bakı Təhsil İdarəsi direktorunun fəaliyyətinin kiçik xarakterik ştrixlər

16 Sentyabr 25 / 11:11
5-ci kalon iş başında: Azərbaycandan Rusiyaya pul axınına qarşı çıxan sahibkarlar niyə həbsdədir?

5-ci kalon iş başında: Azərbaycandan Rusiyaya pul axınına qarşı çıxan sahibkarlar niyə həbsdədir?

15 Sentyabr 25 / 12:50
“Azərbaycan Dəmir Yolları”nda qalmaqal: kəsilən mükafatlar, 102-yə zəng və…

“Azərbaycan Dəmir Yolları”nda qalmaqal: kəsilən mükafatlar, 102-yə zəng və…

13 Sentyabr 25 / 13:12
Tovuzun icra başçısı 2 milyon manata bağ alıb?

Tovuzun icra başçısı 2 milyon manata bağ alıb?

13 Sentyabr 25 / 11:12

Özəl pensiya fondlarının yaradılması bu üstünlükləri qazandıracaq 

Azərbaycanda pensiya sistemi ilə bağlı yeni qanun layihəsi hazırlanır. Sənəd ölkədə özəl pensiya fondlarının yaradılmasını nəzərdə tutur. Bildirilir ki, bununla vətəndaşlara dövlət pensiyasından əlavə özəl fondlardan da təqaüd almaq imkanı veriləcək. Yəni bu, mövcud dövlət sistemi ilə rəqabət deyil, əlavə seçimdir. Ekspertlərə görə, özəl pensiya fondlarının yaradılması Azərbaycanda pensiya sisteminin uzunmüddətli dayanıqlılığını gücləndirə, dövlətin sosial yükünü azalda və kapital bazarının inkişafına təkan verə bilər. 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev prosesin yekun mərhələdə olduğunu bildirib: “Qanun layihəsi payız sessiyasına çatmasa da, yəqin yaz sessiyasının əvvəlinə Məclisə daxil olacaq və müzakirəyə çıxarılacaq”.

Komitə sədri özəl pensiya fondlarının üstünlüklərini belə izah edib: “Bu bir alternativdir. Azərbaycanda Dövlət Sosial Müdafiə Fondu var. Vətəndaşlarımız pensiya yaşına çatanda, yaxud pensiya kapitalı, stajı olduqda 65 yaşından sonra pensiyaya çıxır. Özəl pensiya fondunun üstünlüyü onda olacaq ki, vətəndaşla qurum arasında müqavilə imzalanacaq və onun əsasında şərtlər müəyyənləşəcək. Pensiyaya çıxma qaydası, vaxtı, məbləği, pensiyaya çıxana qədər ora qoyduğu kapitalın dövr etməsi, hansı investisiyalara yatırılması və ondan nə qədər faizin gəlməsi, eləcə də digər məsələlər müqavilə əsasında müəyyənləşəcək. Bu bir alternativdir, vətəndaşa seçim hüququ tanıyır və vətəndaş daha geniş şəkildə öz pensiya təminatını həyata keçirə bilər. Bu baxımdan hesab edirəm ki, yaxşı bir təşəbbüsdür. İnşallah, qanun Məclisə gələndə onun detalları barədə də məlumat verərik”.

Verilən məlumata görə, “Qeyri-dövlət (özəl) pensiya fondları haqqında” Qanunla yanaşı, özəl pensiya fondlarının yaradılması ilə bağlı 20-dən çox normativ hüquqi akt layihəsi hazırlanıb. 

Özəl pensiya fondu ilə bağlı bir sıra mühüm məqamlar var. Bunlardan biri həmin fonda toplanacaq vəsaitin mənbəyi barədədir. Özəl pensiya fondu təcrübəsi tətbiq olunan ölkələrdə adətən ödənişlər rəsmiləşən əmək haqqından həyata keçirilir. Azərbaycanda belə ödənişlərin yalnız əmək haqqına bağlanması ödəniş imkanlarını məhdudlaşdıracaq. Belə ki, əvvəla, ölkədə əmək haqqının real məbləğinin rəsmiləşdirilməməsi halları kifayət qədər çoxdur. Özəl sektorda geniş təşəkkül tapan bu təcrübəyə əsasən işçinin maaşı əksər hallarda yalnız minimum əməkhaqqı məbləğində rəsmiləşdirilir, qalan hissə isə nağd formada ödənilir. Bu, bilavasitə əməkhaqqından ödənilən sosial sığorta haqlarından yayınmaq məqsədi daşıyır. Mövcud iş yerlərinin tələbatdan kəskin aşağı olduğu bir şəraitdə işçilər bu şərtlə razılaşmalı olurlar. Ötən illərdə açıqlanan məlumatlardan aydın olur ki, ölkə üzrə 1,7 milyon rəsmi əmək müqaviləsi ilə işləyən şəxsin təxminən 400-450 min nəfəri minimum əməkhaqqından aşağı, yaxud ona bərabər maaş alır. Aydın məsələdir ki, bu, kağız üzərində belədir, demək olar ki, heç kim bu ilin yanvarından 400 manata çatdırılan minimum əməkhaqqına işləmir. Sadəcə, sahibkarlar vergi və sosial ödənişlərdən yayınmaq üçün maaş məbləğini bu həddə rəsmiləşdirirlər. Belə bir şəraitdə özəl pensiya fonduna ödəniş vətəndaşın əməkhaqqı gəlirinə əsasən müəyyənləşərsə, ona yığımlar gözlənildiyi qədər olmaya bilər.

Özəl pensiya fonduna ödənişin əməkhaqqına bağlanması başqa bir məsələni gündəmə gətirir. Azərbaycanda əmək qabiliyyətli əhalinin sayı 5 milyon nəfərdən yuxarı olsa da, 2025-ci il avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla – yəni rəsmi əmək müqaviləsi ilə çalışan işçilərin sayı 1 milyon 768,4 min nəfər olub. Onlardan 858,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 910,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Nəzərə alsaq ki, ötən ilin eyni dövründə ölkə iqtisadiyyatının dövlət sektorunda 881,7 min nəfər,  özəl sektorda isə 877,3 min nəfər işləyib, onda görərik ki, bir ildə dövlət sektorunda çalışanlar 23,6 min nəfər azalıb, özəl sektorda isə 33 min nəfər artıb. Bu isə yenə də formal olaraq minimum əməkhaqqı ilə rəsmiləşmə hallarının artması deməkdir.

Başqa bir problemli məsələ torpaq payı olduğuna görə kənd təsərrüfatında məşğul kimi qeyd olunan 1,5 milyona yaxın şəxsin özəl pensiya fonduna ödənişi məsələsidir. Məlumdur ki, onlar faktiki olaraq işləməsələr də, rəsmi statistikada məşğul əhali kimi qeydə alınırlar. Lakin onların nə rəsmi əmək müqaviləsi, nə də sosial ödənişləri həyata keçirilmir. Bu şəxslərin özəl pensiya fonduna ödənişlərinin tənzimlənməsi üçün xüsusi halın müəyyənləşməsi lazım gələcək.

Bir sözlə, əgər özəl pensiya fonduna ödənişlər rəsmi gəlirlərə bağlanacaqsa, böyük uğur gözləməyə dəyməyəcək. Nəzərə almaq lazımdır ki, Dövlət Sosial Müdafiə Fondunün özü xərclərini qarşılamaq üçün dövlət büdcəsindən böyük məbləğdə transfert almağa davam edir. Açıqlanan büdcə göstəricilərinə əsasən fondun 2025-ci il üzrə xərclərinin maliyyələşdirilməsi üçün 7 milyard 676 milyon manat nəzərdə tutulur. Bunun 7 milyard 617 milyon manatlıq hissəsini fondun gəlirləri, 59 milyon manatlıq hissəsini isə fondun əvvəlki illərdə yaradılmış ehtiyatından 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən vəsait təşkil edir.

Fondun 2025-ci il üçün gəlirlərinin 78,1 faizinin və ya 5 milyard 997 milyon manatının məcburi dövlət sosial sığorta (MDSS) daxilolmaları hesabına formalaşacağı proqnozlaşdırılır. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 66,1 faizi qeyri-büdcə sektorunun, 33,9 faizi isə büdcədən maliyyələşən təşkilatların hesabına təmin ediləcək. Dövlət büdcəsindən DSMF-yə transfertin 1,6 milyard manata bərabər olacağı proqnozlaşdırılır.

Başqa bir məsələ özəl pensiya fondlarına xaricdə yatırım imkanının yaradılıb-yaradılmayacağıdır. Azərbaycanda real sektorun, o cümlədən qiymətli kağızlar bazarının zəif inkişafı fonunda özəl pensiya fondlarının uğurlu yatırım edib, topladıqları vəsaitləri ən azı inflyasiya səviyyəsində indeksasiya etmələri mümkün deyil. Belə yatırım imkanı xarici bazarlarda daha genişdir. Lakin bu bazarlara çıxmaq üçün peşəkar komandaların olması son dərəcə vacibdir. Bu isə özəl pensiya fondu yaradacaq qurumlara sərt tələblərin qoyulması, onların fəaliyyətinə keyfiyyətli nəzarət mexanizminin formalaşdırılmasını tələb edir.

Onu da qeyd edək ki, özəl pensiya fondunu əhali üçün maraqlı edəcək əsas amil ödəyən şəxs vəfat etdiyi halda ödəniən vəsaitin geri qaytarılması imkanının olmasıdır. Məlumdur ki, DSMF-yə ödənişlər sığortaolunan vəfat etdikdə onun ailəsinə, yaxud hüquqi varislərinə qaytarılmır. Bu, xüsusilə son illərdə vətəndaşların ciddi narazılığına səbəb olsa da, dövlət bu sahədə hər hansı dəyişikliyi qəbul etmir.

Özəl pensiya fondunun fəaliyyəti sahəsində bir başqa maraqlı məsələ belə fondlara ödəniş hüququnun rəsmi pensiya almaq hüququ ilə necə uzlaşdırılacağıdır. Məlumdur ki, 2017-ci ildə pensiya təminatı qanunvericiliyinə edilmiş dəyişikliklər çox sayda insanın pensiya yaşı çatsa da, pensiya almaq hüququ qazana bilməməsinə səbəb olub. Ya iş stajına, ya da şəxsi sığorta hesabında yetərincə kapitalı olmadığına görə belə şəxslər adətən yaşa görə müavinət alırlar. Bu halda pensiya hüququna dair tələblər eyni olarsa, Dövlət Sosial Müdafiə Fondundan pensiya almaq hüququ olmayan insanların özəl pensiya fondundan bu hüququ yaranacaqmı? 

Yeri gəlmişkən, 2017-ci ildə pensiya qanunvericiliyinə edilən bu dəyişiklik, həmçinin qadınların pensiya yaşının 65-ə çatdırılması qaydasının tətbiqi ilə Azərbaycanda əmək pensiyası alanların sayı 2017-2024-cü illər ərzində 216 mindən çox azalıb. 2017-ci ildə 1 milyon 315 min olan say 2024-cü ildə 1 milyon 98 minə düşüb.

Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata əsasən, 2024-cü ilin yanvar-dekabr ayları ərzində 35 min nəfərdən çox şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb. Onların 71,4 faizini kişilər, 28,6 faizini isə qadınlar təşkil edib.  2025-ci ilin yanvar-avqust aylarında isə 26 200 nəfərdən çox şəxsə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub. Onların 62,6 faizini kişilər, 37,4 faizini isə qadınlar təşkil edib. Qadınların əmək pensiyası almaq hüququ yarananlar arasında kişilərdən dəfələrlə az olmasının bir səbəbi mentalitetlə bağlıdırsa, digər mühüm səbəb məhz onlar üçün pensiya yaşının artırılmasıdır. 

Yaşı çatsa da, pensiya deyil, müavinət hüququ yaranan vətəndaşlar arasında kişilərin az, qadınların iki dəfə çox olması da bu amillərlə bağlıdır. Belə ki, 2024-cü ilin dekabr ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 156 min nəfərdən çox olub. Onların 32,93 faizini kişilər, 67,07 faizini isə qadınlar təşkil edib. 2025-ci ilin iyul ayında isə yaşa görə aylıq sosial müavinət alanların sayı 166 min 900 nəfəri keçib. Onların 35 faizini kişilər, 65 faizini isə qadınlar təşkil edib.

Yuxarıda qeyd edilən bütün məqamların vətəndaşın xeyrinə nəzərə alınması halında özəl pensiya fondlarının fəaliyyətinin ölkə iqtisadiyyatı üçün müsbət təsirlərini qeyd etmək olar. İlk növbədə belə fondlar iqtisadiyyat üçün əlavə və kifayət qədər böyük investisiya mənbəyinə çevrilə bilər. Dünya təcrübəsi göstərir ki, pensiya fondları bu sahədə aparıcı rollara malik ola bilirlər. Azərbaycanda investisiya imkanları nə qədər məhdud olsa da, yeni mənbənin yaranması hər bir halda müsbət hal kimi qiymətləndirilə bilər.

Dünya SAKİT,
“Yeni Müsavat”

Əvvəlki Yazı

İranda lokal etirazlar başlayıb

Növbəti Yazı

ABŞ-dən Bakı və İrəvana sərhəd xəbərdarlığı – təxribat planı

EKSKLUZİV

İcra olunmayan 340 min məhkəmə qərarı: “Həmin borclar silinməldir”

İcra olunmayan 340 min məhkəmə qərarı: “Həmin borclar silinməldir”

18 Sentyabr 2025 / 11:22
1
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

18 Sentyabr 2025 / 11:20
0
Tramp ölümdən dönübmüş – təyyarəsi sərnişin təyyarəsi ilə… – SON ANDA

Tramp ölümdən dönübmüş – təyyarəsi sərnişin təyyarəsi ilə… – SON ANDA

18 Sentyabr 2025 / 11:18
0
ABŞ-dən Bakı və İrəvana sərhəd xəbərdarlığı – təxribat planı

ABŞ-dən Bakı və İrəvana sərhəd xəbərdarlığı – təxribat planı

18 Sentyabr 2025 / 11:17
0

XƏBƏR LENTİ

İcra olunmayan 340 min məhkəmə qərarı: “Həmin borclar silinməldir”

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

Tramp ölümdən dönübmüş – təyyarəsi sərnişin təyyarəsi ilə… – SON ANDA

ABŞ-dən Bakı və İrəvana sərhəd xəbərdarlığı – təxribat planı

Yeni pensiya sistemi gəlir – əhalinin gözləntisi

İranda lokal etirazlar başlayıb

“Azərenerji” 1 ayda eyni şirkətə 45 milyonluq tender verib-ARAŞDIRMA

MƏRHURM GENERALIN ƏMLAKLARI MÜSADİRƏ OLUNDU – SİYAHI

Kreml Rusiyada etnik diasporaları qadağan etməyə hazırlaşır – Azərbaycan da hədəfdə

Azərbaycana xaricdən pul köçürmələrinin əsas mənbəyi yenə Rusiya oldu – Mardanın təxribatçı açıqlaması

İrəvanın strateji tərəfdaşları – Arasında Azərbaycana dost olanlar da var

Rusiyada Ağalarovla bağlı nə baş verir? – Moskva təhlükəli oyuna başladı

Lənkəranskinin qardaşının 700 minə satdığı villası ilə bağlı fırıldağın – Təfərrüatı

Bu qış sərt keçəcək? – AÇIQLAMA

ABŞ və Britaniya öz vətəndaşlarına: Azərbaycanla sərhədə getməyin, təhlükə var – ŞOK

Həbsdə olan iş adamının anası prezidentə müraciət etdi: “Oğlum ədalət tələb edir, əks halda intihar edəcək, kömək edin…”

Qəbristanlıqlarla bağlı xaos: İdarəetmə bələdiyyələrə verilə bilərmi?

2026-cı il üçün inflyasiya proqnozu – Bəzi ərzaq növlərində bahalaşma olacaq

“Sədərək” və “Binə”də valyuta köçürmə sistemi- 1,5 milyonluq dələduzluq, özünə qəsd və müəmmalı Həmzə…

Qeyri-sabit hava şəraiti BU TARİXƏDƏK davam edəcək

ÇİN AVTOMOBİLLƏRİ: HANSI PROBLEMLƏRİ VAR? – Alıcılar nələrə diqqət etməlidirlər? + QİYMƏTLƏR

Mədəd Zeynalovun bağça biznesi və məktəblərdə baş verən qanunsuzluqlar…

Gələn il sahibkarları nə gözləyir: Vergi, gömrük və cərimə proqnozları artırıldı + RƏQƏMLƏR

Paşinyandan son dəqiqə sülh AÇIQLAMASI – FOTO

Bu rayonları leysan vurdu, görünüş məsafəsi məhdudlaşdı – SON DƏQİQƏ

İlham Əliyev Trampa təşəkkür etdi

“Qarabağ” Çempionlar Liqasında “Benfika” üzərində tarixi qələbə qazandı – VİDEO

Azərbaycanda korrupsionerlərin “qara günləri” başlayır – Oğurladıqlarını əllərindən belə alacaqlar

Rusiyada “Xaç yürüşləri” nədən xəbər verir? + VİDEO

Azadlıqda olan həmin vəzifəlilərin həbsi tələb edildi – VİDEO

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Sentyabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« Avq    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.