Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Manşet

ABŞ-dən Bakı və İrəvana sərhəd xəbərdarlığı – təxribat planı

Sentyabr 18, 2025
A A

REDAKTORUN SEÇİMİ

Azərbaycandan xaricə milyonlar çıxaran dəstə – Qazaxlı “Musto“, Aqil, Nicat və digərləri…

Azərbaycandan xaricə milyonlar çıxaran dəstə – Qazaxlı “Musto“, Aqil, Nicat və digərləri…

19 Avqust 26 / 13:03
Nazir dostunu həbsdən qoruya bilərmi? – “Rabitəçi” Sənan Mənsimli və Qarabağ təhsilində ciddi korrupsiya iddiaları

Nazir dostunu həbsdən qoruya bilərmi? – “Rabitəçi” Sənan Mənsimli və Qarabağ təhsilində ciddi korrupsiya iddiaları

17 Avqust 26 / 14:16
Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…

Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…

05 Avqust 26 / 11:43
“Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?

“Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?

29 İyul 26 / 12:55
Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti

Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti

28 İyul 26 / 18:10

Vaşinqton razılaşmasını pozmaq istəyənlərin hərəkətə keçməsi fonunda Ağ Evdən verilən mesaj təxribatçı planların anonsu sayıla bilər

ABŞ Dövlət Departamenti Ermənistan üçün səyahət xəbərdarlıqlarını yeniləyərək, sərhədyanı zonalardan çəkinməyi məsləhət görüb. Bu barədə “The Street” nəşri yazıb. Nəşr qeyd edir ki, Dövlət Departamenti “yüksək diqqətlilik” səviyyəsini saxlayıb, bu kateqoriyaya Fransa, İtaliya və Tailand da daxildir. Bununla yanaşı, ABŞ hakimiyyəti bəyan edib ki, bəzi bölgələrdə “risklər daha yüksəkdir. “Xüsusi narahatlıq doğuran ərazilər Azərbaycana sərhəd olan bölgələrdir, çünki regionda yeni hərbi əməliyyatların baş verməsi mümkündür.

Ermənistanda rəsmi işlərdə olan ABŞ vətəndaşlarına aşağıdakı ərazilərə səfəri qadağan olunur: Göyçə vilayətində Vardenisdən şərqdə yerləşən ərazi, Zəngəzur vilayətində Gorusdan şərqdə yerləşən ərazi və həmin vilayətdə Qafan şəhərindən cənubda yerləşən ərazi”, – deyə nəşr bildirib.

Ordu.az-ın məlumatına görə, “The Street” nəşri vurğulayıb ki, şəxsi məqsədlə səyahət edənlərə bu yerlərdən ciddi şəkildə uzaq durmaq tövsiyə olunur. “Arazdəyən kəndindən keçmək icazəlidir, lakin dayanmaq qadağandır”, – deyə bu yaxınlarda dərc olunmuş məlumatda bildirilib. Qeyd edilir ki, keçmişdə Ermənistan-Azərbaycan sərhədində hərbi əməliyyatlar baş verib və silahlı münaqişə ehtimalı qalır.

“Ermənistan-Azərbaycan sərhədinə yaxın yollarda ehtiyatlı olun. Bəzi hissələr beynəlxalq sərhədi xəbərdarlıq edilmədən keçə bilər. Yollar keçid məntəqələri ilə nəzarət oluna və ya hakimiyyət orqanları tərəfindən əvvəlcədən xəbərdarlıq edilmədən bağlana bilər. ABŞ səfirliyi öz əməkdaşlarına və onların ailə üzvlərinə sərhədyanı bölgələrə, həmçinin bu xəbərdarlıqda qeyd olunmuş Ermənistanın digər ərazilərinə zərurət olmadan səfər etməyi qadağan edir”, – deyə məlumatda bildirilib.

Maraqlıdır ki, bu xəbərdarlıq ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun direktoru Brendan Henrehen Ermənistana səfərindən və rəsmilərlə görüşlərindən sonraya təsadüf edir. Henrehen sentyabrın 11 və 12-də Ermənistanda olub.

Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan da ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Bürosunun rəhbəri Brendan Henrehenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdi. ABŞ-nin Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Kristina Kvin də iştirak etdiyi görüşdə baş nazirin müavini avqustun 8-də Vaşinqtonda keçirilmiş görüşlərin nəticəsində əldə olunmuş razılaşmaları yüksək qiymətləndirərək ümidlə bildirmişdi ki, birgə səylərlə Ermənistan və ABŞ arasında imzalanmış anlaşma memorandumları çərçivəsində ikitərəfli münasibətləri inkişaf etdirmək mümkün olacaq. Vurğulanıb ki, tərəflər regional inkişafları və kommunikasiyaların açılma imkanlarını müzakirə ediblər, “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” layihəsinin əhəmiyyətinə toxunublar. Bu kontekstdə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Bürosunun rəhbəri bildirib: “Çox məmnunam ki, Konqreslə birgə işləyərək, biz Ermənistana 145 milyon ABŞ dolları dəstək vermək niyyətindəyik. Bu, maliyyələşdirmənin ilk hissəsidir və məqsədi “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” layihəsini, həmçinin avqustun 8-də əldə olunmuş müvafiq razılaşmaların icrasını dəstəkləməkdir. Bu vəsait ticarət, infrastruktur, strateji faydalı qazıntıların təchizat zəncirlərinin və sərhədyanı təhlükəsizliyin inkişafı istiqamətində sərmayələri dəstəkləyəcək”.

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun yüksək vəzifəli əməkdaşı Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyanla Zəngəzur dəhlizini – “Tramp marşrutu” layihəsini müzakirə etmişdi. Qeyd edək ki, bu marşrut Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən 42 kilometrlik hissəsini əhatə edir. Papoyan İrəvanın layihədə maraqlı olduğunu bildirib. O, özəl sərmayələrin cəlb edilməsi və həyata keçirilməsinə dair yol xəritəsinin hazırlanmasını təklif edib. Nazir həmçinin infrastrukturun modernləşdirilməsi və sərhəd təhlükəsizliyinin təminində Amerikanın dəstəyinin vacibliyini vurğulayıb. Tərəflər əlavə olaraq ABŞ-Ermənistan iqtisadi əməkdaşlığının genişləndirilməsi imkanlarını müzakirə ediblər. Buraya ticarət, investisiya, kənd təsərrüfatı, enerji, yüksək texnologiyalar, rəqəmsal iqtisadiyyat və turizm sahələri daxildir.

ABŞ-nin artıq Zəngəzur dəhlizi – Tramp marşrutunu maliyyələşdirməyə başlaması, deyəsən, bəlli mərkəzləri hərəkətə keçirib və Ermənistandakı əlaltılarını hərəkətə keçməyə sövq etməkdədir. Ermənistan parlamentindəki “Şərəfim var” fraksiyasının Paşinyana impiçment təşəbbüsü ilə çıxış etməsi, separatçıların baş qaldırması təsadüf sayıla bilməz. Üstəlik, sülh müqaviləsinin ilin sonunadək imzalana biləcəyi, hətta Paşinyanın növbədənkənar seçkilərə qərar verəcəyi barədə informasiyaların fonunda revanşistlərin baş qaldırması təxribatları qaçılmaz edir. Təbii ki, ABŞ rəsmisi ciddi informasiyalarla geri dönüb və məlum xəbərdarlıq yayılıb. Bu vəziyyət nə vəd edir? Gərginliyi tətikləyən qüvvələr kimlərdir? Dövlət Departamentinin açıqlamasını necə şərh etmək olar?

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, siyasi şərhçi Tural İsmayılov “Yeni Müsavat”a bildirdi ki, ABŞ Dövlət Departamentinin Ermənistana dair son xəbərdarlığı əslində regional proseslərdə mühüm siqnal xarakteri daşıyır: “Burada əsas diqqət Ermənistanın sərhədyanı bölgələrinin “riskli zona” elan edilməsidir. Bu, Ermənistan daxilində ictimai rəyi psixoloji təzyiq altında saxlamaq məqsədi güdür. Əslində isə ABŞ Dövlət Departamentinin bu açıqlaması Ermənistanın geosiyasi oyunların bir parçasına çevrildiyini göstərir”. 

T.İsmayılov hesab edir ki, Henrehenin Ermənistana səfərindən dərhal sonra bu bəyanatın verilməsi təsadüfi deyil: “ABŞ açıq şəkildə Ermənistana mesaj verir ki, hər an yeni gərginlik mümkündür. Bununla Vaşinqton həm İrəvanı öz orbitindən çıxmağa qoymaq istəmir, həm də daxili təzyiq mexanizmlərini işə salır. 145 milyon dollarlıq yardım paketi, sadəcə, iqtisadi dəstək deyil, siyasi alət funksiyasını daşıyır. Çünki bu vəsait Paşinyanın əlini gücləndirmək və onu daha çox Qərbə bağlamaq məqsədini güdür. “Tramp marşrutu” kimi təqdim olunan layihə də Ermənistanın Zəngəzur istiqamətində Qərbə inteqrasiyasının başlanğıcıdır”. Ekspert vurğuladı ki, Papoyanın ABŞ rəsmiləri ilə görüşündə bu məsələlərin önə çıxarılması da təsadüfi deyil: “Burada ABŞ-nin Ermənistanı regiondakı yeni kommunikasiya xəritəsində öz maraqlarına uyğun yerləşdirmək istəyi görünür. Bu isə Ermənistan daxilindəki revanşist qüvvələrin narahatlığını artırır. Çünki onların illərdir müdafiə etdiyi köhnə mövqelər Qərbin təzyiqi altında əriyir. Məhz buna görə də parlamentdə impiçment təşəbbüslərinin gündəmə gəlməsi təsadüfi xarakter daşımır. Paşinyanın ətrafında yenidən siyasi xaos yaratmaq cəhdləri başlanıb. Separatçı qrupların fəallaşması da eyni ssenarinin tərkib hissəsidir. Yəni Ermənistan daxilində müəyyən qüvvələr ABŞ-nin açıq dəstəyi ilə Paşinyanı həm sıxışdırır, həm də idarə olunan vəziyyətdə saxlayır”.

STM təmsilçisi qeyd etdi ki, xüsusilə sərhəd bölgələrinin “qırmızı xətt” kimi elan edilməsi Ermənistan ictimaiyyətində böyük qorxu yaradır: “Bu qorxu isə hakimiyyətin zəifləmiş dayaqlarını daha da risk altına qoyur. Eyni zamanda ABŞ-ın bəyanatı Ermənistanda seçkilərlə bağlı ehtimalları da artırır. Çünki Paşinyanın mövqelərinin zəiflədiyi hər kəsə bəllidir. Revanşist qüvvələr bundan istifadə etməyə çalışır. Amma ABŞ paralel olaraq Paşinyana maliyyə və siyasi dəstək də verir. Bu, ikiqat oyun taktikasının bariz nümunəsidir. Bir tərəfdən Paşinyanı gücləndirirlər, digər tərəfdən onun üzərində təzyiq alətləri saxlayırlar. Bütün bunlar Ermənistanda siyasi mühitin sabitləşməsinə yox, əksinə, daha da gərginləşməsinə yol açır. Səfər xəbərdarlığı da əslində Ermənistan cəmiyyətinə verilmiş psixoloji mesajdır. Yəni “sizin ölkəniz təhlükəsiz deyil və hər an risk mövcuddur” mesajı yayılır. Bu isə Ermənistanda həm siyasi panikanı, həm də sosial çaxnaşmanı artırır”.

Siyasi şərhçi deyir ki, belə vəziyyətin fonunda Ermənistanın gələcək siyasi kursu yenidən sual altına düşür: “Qərbin dəstəyi ilə Paşinyan gücləndikcə, revanşistlər daha sərt çıxış edirlər. Əksinə, revanşistlərin səsi artdıqca, ABŞ Paşinyana daha çox dəstək ayırır. Bu, Ermənistanın klassik “təzyiq altında idarəetmə” modelinə salınması deməkdir. Ən diqqətçəkən məqam isə ABŞ-nin bəyanatı ilə paralel şəkildə Ermənistanda daxili siyasi xaosun sinxron başlamasıdır. Bu sinxronluq heç də təsadüfi deyil, planlı proseslərin nəticəsidir. Paşinyanın yaxın aylarda növbədənkənar seçkiyə gedə biləcəyi barədə informasiyalar da bu kontekstdə təsadüfi səslənmir. Çünki belə addım həm Qərbin, həm də Paşinyanın maraqlarına cavab verə bilər. Nəticə etibarilə, ABŞ Dövlət Departamentinin bu xəbərdarlığı Ermənistan üçün sadəcə təhlükəsizlik mesajı deyil, həm də ciddi siyasi siqnaldır. Ermənistan artıq birbaşa xarici təzyiq və yönləndirmə altında olan ölkəyə çevrilib. Bu isə bölgədə gərginliyi artırmaqla yanaşı, Ermənistanın daxili sabitliyini də sual altına salır”.

Ermənistanı yenidən oda atmaq istəyənlər var və bu, gizli deyil. Xüsusən də Vaşinqton razılaşmasını pozmaqdan ötrü Ermənistandakı revanşistlərə “ev tapşırığı” verənlərin bəlli məqsədləri mövcuddur. Amma yekunda fəlakətli durumla üz-üzə qalan ilk növbədə Ermənistan olacaq. Əgər maşa rolunda çıxış edən erməni radikalların da istəyi budursa, onda buyursunlar. Prezident İlham Əliyev demişkən, “peşman olacaqlar!”

E.PAŞASOY,
“Yeni Müsavat”

Əvvəlki Yazı

Yeni pensiya sistemi gəlir – əhalinin gözləntisi

Növbəti Yazı

Tramp ölümdən dönübmüş – təyyarəsi sərnişin təyyarəsi ilə… – SON ANDA

EKSKLUZİV

Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub – FOTOLAR

Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub – FOTOLAR

25 Avqust 2026 / 18:30
4
Şəhid və qazi övladlarına Pakistanda təqaüdlə təhsil imkanı yaradılır

Şəhid və qazi övladlarına Pakistanda təqaüdlə təhsil imkanı yaradılır

25 Avqust 2026 / 14:30
5
Xarici pasportu olanlara mühüm XƏBƏRDARLIQ

Xarici pasportu olanlara mühüm XƏBƏRDARLIQ

24 Avqust 2026 / 15:01
2
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq

Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq

24 Avqust 2026 / 14:58
5

XƏBƏR LENTİ

Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub – FOTOLAR

Şəhid və qazi övladlarına Pakistanda təqaüdlə təhsil imkanı yaradılır

Xarici pasportu olanlara mühüm XƏBƏRDARLIQ

Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq

Paşinyan: Ermənistan tezliklə Aİ-yə üzv olmaq üçün müraciət prosesinə başlayacaq

Özbəkistan Prezidenti və xanımı Prezident İlham Əliyevi və Mehriban Əliyevanı Buxarada qarşılayıblar

Ermənistana 242 ton propan göndərildi

Prezident İlham Əliyev Buxarada səfərdədir

Sükan arxasında telefon işlədənlərə xəbərdarlıq

Ermənistan kosmosa 3 peyk buraxacaq

Prezident İlham Əliyev Zelenskini təbrik edib

Adəm İsmayıl Bakuvi: “Azərbaycan-Özbəkistan münasibətlərinin təməlində ortaq tarix və qarşılıqlı etimad dayanır”

Samuxda qarayara yayılır? – Nazirlikdən AÇIQLAMA

Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

İki ildə 189 min şəxsi işlə təmin edilib

Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq

MSK sədri Qazaxıstanda parlament seçkilərini müşahidə edəcək

DSMF-nin xərcləri 9,8% artıb

Azərbaycan neftinin qiyməti 97 dollara yaxınlaşıb

Ermənistana bu dəfə buğda və arpa göndəriləcək

Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki “qələbəsidiir”-ŞİKAYƏTÇİ

Yeni proqramda Qarabağ ideologiyası yoxdur – Paşinyan

“Kərki Ermənistan ərazisi deyil” – Paşinyandan etiraf

Bakıda güclü külək nə vaxta kimi davam edəcək?

Şagirdlərin elektron yerdəyişməsi başlayıb

MİDA “Güzəştli mənzil” sistemini ASANLAŞDIRDI

Bakıda külək əsəcək, rayonlarda yağış yağacaq

Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verib

Bakıda mühüm beynəlxalq konfrans keçiriləcək

Bu sənədi itirənlər 200 manat cərimə olunacaqlar

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Sentyabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« Avq   Okt »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.