Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

8 AYDA 88 MÖVQE… – Tramp münaqişədən çəkilir və Putinə yeni “siqnal” ötürür?

Sentyabr 24, 2025
A A

REDAKTORUN SEÇİMİ

Ramiz Mehdiyevi hansı cəza gözləyir?

Ramiz Mehdiyevi hansı cəza gözləyir?

22 Sentyabr 26 / 16:00
“Kod 35” iddiaları fonunda kadr dəyişiklikləri: Abşeron Su Meliorasiya Sistemlərində nə baş verir?

“Kod 35” iddiaları fonunda kadr dəyişiklikləri: Abşeron Su Meliorasiya Sistemlərində nə baş verir?

17 Sentyabr 26 / 9:10
Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

12 Sentyabr 26 / 12:00
“Kristal Abşeron” şefinin qardaşı iflas olur

“Kristal Abşeron” şefinin qardaşı iflas olur

11 Sentyabr 26 / 9:20
Məhərrəm Novruzov həbsin bir addımlığında – “Hacı”nın macəraları “Şəki Yaylası”nda bitir?

Məhərrəm Novruzov həbsin bir addımlığında – “Hacı”nın macəraları “Şəki Yaylası”nda bitir?

09 Sentyabr 26 / 14:56

ABŞ prezidenti Donald Tramp gözlənilmədən Ukraynadakı müharibə ilə bağlı mövqeyini dəyişərək bəyan etdi ki, Ukrayna Avropanın və NATO-nun dəstəyi ilə işğal olunmuş bütün torpaqlarını geri qaytarmağa qadirdir. ABŞ isə NATO ölkələrinə silah satmaqda davam edəcək və onlar bu silahdan istədikləri kimi istifadə edə bilərlər.

Onun bu bəyanatı Qərb mətbuatında və ekspert dairələrində əsl mənada çaşqınlıq yaradıb. Müxtəlif mənbələr bu bəyanatı müxtəlif cür yozur. Bu mülahizələrdə əsas ana xətt kimi isə Trampın bir növ Ukrayna müharibəsindən çıxmaq, məsuliyyəti Avropa və NATO-dakı tərəfdaşların üzərinə yıxmaq niyyəti göstərilir.

Məsələn, “The New York Times” qəzetinin yazdığına görə, Tramp mövqeyindəki bu “heyrətamiz dönüş”lə bağlı heç bir izahat verməyib və bu, onun münaqişədən uzaqlaşmağa çalışdığına dair narahatlıqlara səbəb olub. Qəzet yazır: “Bəzi avropalı məmurlar, Prezidentin müharibədən uzaqlaşaraq, vaxtilə günlər və ya həftələr içində həll edəcəyinə söz verdiyi münaqişədən “əllərini yumasından” şübhələnirlər”.

Nəşr xatırladır ki, prezident olduğu səkkiz ayı ərzində Tramp Ukrayna məsələsində çoxsaylı mövqelər arasında tərəddüd edib. Fevral ayında o, Oval kabinetdə Zelenskini tənqid etdi, daha sonra Putini təriflədi və Alyaskada onun üçün qırmızı xalça sərdi.

“İndi onun sözləri elə səsləndi ki, sanki yenidən Ukraynanın tərəfini tutur, eyni zamanda ikinci plana çəkilərək “hər iki ölkəyə ən yaxşısını arzulayıram” dedi”, – nəşr yazır. Üstəlik, Trampın Ukraynanın Rusiyanı “məğlub edə” biləcəyini və əvvəlki sərhədlərinə qayıda biləcəyini iddia etdi.

Qeyd edək ki, Trampın bu fikri olduqca mübahisəlidir və bəlkə də sarkazm xarakteri daşıyır. Çünki Ukraynanın xüsusilə də canlı qüvvə sarıdan böyük problemləri var. Həmçinin, cəbhə boyu ərazilər sıx minalanıb, 20 kilometr dərinlikdə bütün ərazilər dronlar vasitəsilə qarşılıqlı olaraq vurulur. Bu şəraitdə kütləvi uğurlu hücum əməliyyatları hər iki tərəf üçün mümkünsüzdür. Elə buna görə, Rusiya aylardır bütün üstünlüklərinə baxmayaraq, yerində sayır.

Üstəlik, Ukraynanın resursları və ölkə daxilində ruh yüksəkliyi də Trampın dediyindən fərqli olaraq, o səviyyədə deyil ki, kütləvi əks-hücumla əraziləri qaytarmaq mümkün olsun.

Bu ziddiyyət “The New York Times”-ın məqaləsində də əks olunub. Orada qeyd olunur ki, “Tramp niyə indi Rusiya qüvvələri qarşısında son bir ildə davamlı olaraq kiçik əraziləri itirən Ukraynanın birdən-birə onu geri ala biləcəyinə inandığını izah etməyib”. Nyu-Yorkda BMT-nin iclaslarında iştirak edən yüksək rütbəli NATO hərbi zabitlərindən birinin qeyd etdiyi kimi, Ukrayna Amerikanın ölkəyə yardımı pik həddə çatanda və Rusiya daha böyük qüvvələr toplaya bilmədikdə belə, Ukrayna öz mövqeyini möhkəmləndirə bilməmişdi.

 

Trampın məlum paylaşımından cəmi bir neçə saat sonra onun öz dövlət katibi Marko Rubio tam əks mövqedən çıxış edərək, faktiki Trampı təkzib etdi. Belə ki, Rubio Ukraynadakı müharibənin “hərbi yolla bitməyəcəyini” bəyan edib və Trampın əvvəlki mövqeyini əks etdirən müharibənin “danışıqlar masası arxasında bitəcəyi” tezisilə çıxış edib.

Hazırda maraqlı olan həm də Putinin Trampın “mövqeyini dəyişməsinə” necə reaksiya verəcəyidir. Qərb mətbuatında bir çoxları hesab edir ki, Putin bunu Trampın münaqişənin həllində iştirakdan geri çəkilməsi kimi qəbul edə, zamanın və təşəbbüsün Rusiyanın tərəfində olduğuna inanaraq həm Ukrayna, həm də Avropada hücumlarını və təhdidlərini gücləndirmək qərarına gələ bilər.

Bir sözlə, Trampın son paylaşımı da apardığı xarici siyasət kimi dolaşıq və ziddiyyətlidir. Kənardan isə belə təəssürat yaranır ki, 80 yaşı haqlayan və son 8 ayda 88 dəfə mövqeyini dəyişən ABŞ Prezidenti nə etmək və demək istədiyini heç özü də düz-əməlli bilmir…

C.Məmmədli

“AzPolitika.info” 

Əvvəlki Yazı

Əliyevlə Ərdoğan İrəvana səfər edəcək? – İDDİA

Növbəti Yazı

Vasif Talıbovun oğlu Rza Talıbov Gürcüstanda satdığı oteli geri aldı

EKSKLUZİV

Ramiz Mehdiyevi hansı cəza gözləyir?

Ramiz Mehdiyevi hansı cəza gözləyir?

22 Sentyabr 2026 / 16:00
1
Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır – Prezident

Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır – Prezident

22 Sentyabr 2026 / 15:53
0
“Fənərbağça” ilə oyuna rekord sayda bilet satıldı

“Fənərbağça” ilə oyuna rekord sayda bilet satıldı

22 Sentyabr 2026 / 15:46
0
Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur – İlham Əliyev

Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur – İlham Əliyev

22 Sentyabr 2026 / 15:30
0

XƏBƏR LENTİ

Ramiz Mehdiyevi hansı cəza gözləyir?

Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır – Prezident

“Fənərbağça” ilə oyuna rekord sayda bilet satıldı

Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur – İlham Əliyev

Azərbaycanda mal əti bahalaşdı

Ermənilər Laçından çıxanda… – Prezident o gülməli hadisədən danışdı

Prezident dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub

Naxçıvanda geoloji kəşfiyyat işlərinə başlanılacaq

Parlament komitəsi şəhid övladları ilə görüşəcək

Qazaxın icra başçısı yanğın baş verən Psixiatriya Xəstəxanasında olub – FOTOLAR

Prezident tapşırıq verdi: Proqram 4 ilə tam icra edilməlidir

İlham Əliyev: Ehtiyat generasiya gücləri böyükdür

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Azərbaycanda yeni balıq növləri tapıldı

Prezident Forum iştirakçılarına müraciət etdi

Azərbaycanda bu şəxslərin evlənməsi qadağandır – Siyahı

Sabah Azərbaycanda 34 dərəcə isti olacaq

DYP: Tələblərə cavab verməyən kənd təsərrüfatı texnikaları yol qəzalarına şərait yaradır

Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib

Bu məktəblərdə dərslər onlayn olacaq – SİYAHI

Qazaxda icra başçısı bu gün qəhrəman Vətən oğullarını məzarları başında ehtiramla anıb

Bulvara giriş-çıxış məhdudlaşdırılır

Sülhü süngüsü, ədaləti qüdrəti hesabına təmin edən dövlət!

Abşeron Su Meliorasiyasında nepotizm şəbəkəsi niyə toxunulmazdır?

270 saylı məktəbin 11A sinfindən yüksək nəticə: 25 şagirddən 23-ü tələbə oldu

Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək

Qazaxda icra başçısı 2023-cü ildə Qarabağda antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalan igid Vətən oğullarını məzarları başında ehtiramla yad edib

İcra başçısı qəhrəman Vətən oğullarını məzarları başında ehtiramla anıb

Qazaxda bu sakinlərə dam örtüyü materialları verilir – Foto

ƏHD Partiyası Azərbaycan xalqını təbrik edib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Sentyabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« Avq   Okt »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.