Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyədən Azərbaycana yük daşımaları üçün təklif olunan marşrutu ictimaiyyətə təqdim edib.
Musavat.com xəbər verir ki, Paşinyanın sözlərinə görə, İrəvan hazırda tranzit daşımalarının həyata keçirilməsinə tam hazırdır.
Onun sözlərinə görə, Ermənistan Marqara–Yexeqnadzor–Sisian–Gorus istiqaməti üzrə yük avtomobillərinin hərəkətinə şərait yaratmağa qadirdir.
“Hazırda bu, Ermənistan tərəfinin reallaşdıra biləcəyi yeganə marşrutdur,” – deyə Paşinyan vurğulayıb.
Qeyd edək ki, Azərbaycan ötən günlərdə öz ərazisindən Ermənistana yük daşımalarına tətbiq edilən tranzit qadağasını aradan qaldırıb. Bu qərardan sonra Rusiya və Qazaxıstandan Ermənistana göndərilən yüklər artıq Azərbaycan ərazisindən tranzit qaydasında daşınmağa başlanıb.









