Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ekskluziv

Əli Həsənov komandasının şok ismi: Nurlan Həsənov hansı əməllərə imza atıb?

Oktyabr 31, 2025
A A

REDAKTORUN SEÇİMİ

Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

16 Dekabr 25 / 12:10
Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 25 / 13:55
Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

10 Dekabr 25 / 11:55
Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

09 Dekabr 25 / 14:41
Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

08 Dekabr 25 / 16:19
Bir neçə gün öncə mediada PA-nın sabiq şöbə müdiri Əli Həsənovun 2 milyardlıq mülklərinin siyahısı dərc olunmuşdu. Siyahıda Əli Həsənovun yaxın adamı olan və vaxtilə Nərimanov rayonu İcra Hakimiyyətində, indisə Abşeron İcra Hakimiyyətində yüksək vəzifə tutmuş Nurlan Həsənovla ortaq biznesləri də qeyd olunub.

Nurlan Həsənova aid olan “Dostluq V”  şirkətinin binasında biabırçılıq

Sözügedən siyahını Demokrat.az dərc edəndən sonra həmin sayta Nərimanov rayon sakinlərindən müraciətlər daxil olur. Həmin müraciətlərdən birində iddia olunur ki, Əli Həsənov və Nurlan Həsənova aid olan “Dostluq V”  şirkətinin Nərimanov rayonunda inşa etdirdiyi hündürmərtəbəli yaşayış binasının ərazisi əxlaqsızlıq yuvasına çevrilib.  Şikayətdə sözügedən binaya komendat təyin olunmuş Əli Həsənovun Şərurdan olan İlkin adlı həmyerlisinin binanın mühafizə otağında əxlaqsızlıq yuvası yaratdığı iddia olunur.
Müraciətdə deyilir: “Bu binada mənzillərin satış qiyməti həddindən artıq bahadır. Güya adını premium qoyublar, amma hər şey bərbaddır. Sadəcə reklamı yaxşıdır və mənzil bazarında yaxşı bina kimi tanıdılıb. Biz də elə reklama aldanıb burdan ev almışıq. Amma məsələ təkcə bundan bitmir. Yüksək qiymətə aldığımız ev üçün hər ay yüksək məbləğdə “kommunal haqqı” pulu yığılır. Əli Həsənovun zamanından belədir. İndi də Nurlan Həsənov idarə edir. Binada 1 kvadrat üçün 70 qəpik hesablayırlar. Nə üçün axı? Dəfələrlə özlərinə şikayət etmişik, xeyri yoxdur. İdarəçilik isə çox bərbaddır. Binada iyrənc şeylər olur. Əli Həsənov binaya İlkin adında Şərurdan olan həmyerlisini komendant qoyub. O isə komendant otağını əxlaqsızlıq yuvasına çevirib. Bütün abrımız gedib. Hələ bundan da betəri odur ki,img komendant binada yaşayan boşanmış qadınlara və qızlara qarşı əxlaqsız hərəkətlər edir. Çünki normal olaraq bina sakinlərinin telefonları komendanta verilib. Komendat isə hansı qadını sahibsiz görürsə, onlara əxlaqsız mesajlar yazır. O, bütün günü komendant otağının qabağında gəlib-gedən qadınlara sataşır. Ona görə də binada hər an kriminal hadisə baş verə bilər”.
“Dostluq V”  şirkətinin direktor müavini Mahir Cəfərov isə iddiaları təkzib edib: “Bu şirkətin Əli Həsənov və Vəli Həsənovla heç bir əlaqəsi yoxdur. O cür adamları tanımırıq. Binamızda əxlaqsızlıq yuvası məsələsinə gəldikdə isə bildirirəm ki, burda o cür haram işlərdən əsla söhbət gedə bilməz. Biz ömür boyu halal pul qazanmış adamlarıq”.

Nurlan Həsənov – Əli Həsənov işbirliyi

Mediada yayılan məlumata görə, hazırda Britaniyaya sığınan və oradan Azərbaycan hakimiyyətinə qarşı çirkin böhtanlar yağdırmaqdan çəkinməyən Qurban Məmmədov Nərimanov rayonunda o vaxt İcra Hakimiyyətinin işçisi olan Nurlan Həsənovla sövdələşməyə gedərək, saxtakarlıq yolu ilə ona aid olan mənzilin sahəsini sənədlərdə 480 kv metr kimi rəsmiləşdirib.
2011-ci ildə Gilan MMC-yə məxsus olan AzərTrans MMC həmin ərazidən tikinti məqsədilə sakinləri köçürməyə başlayıb. Q.Məmmədov isə saxta yolla 480 kv metr yazdırdığı ərazi müqabilində verilən əmlakla razılaşmayıb. Daha sonra Əli Həsənov o vaxt Nərimanov rayon icra başçısı olan Abdin Fərzəliyevə əmr verib ki, sözügedən məsələni Q.Məmmədovun istəyinə uyğun həll etsin. Abdin Fərzəliyev isə tərəddüd edərək məsələni uzatmağa çalışıb. Sonra işə Ramiz Mehdiyev qarışıb. O, icra başçısına zəng edib və üstünə qışqıraraq Q.Məmmədovun məsələsini dərhal həll etməyi tapşırıb.
Nurlan Həsənovun ilkin 500 000 dollar kapitalı bağlanmış Azərbaycan Universitetinin rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin qaçırılmasından qazanması haqda istintaqın dəlil əldə etdiyi vurğulanır. Hətta buna görə o, beynəlxalq axtarışa da verilibmiş. Lakin sonralar Nurlan Həsənovla bağlı mətbuatda yazılmış bütün yazılar Əli Həsənov və Eldar Mahmudov tərəfindən sildirilmişdir. O zaman Əli Həsənovun canfəşanlığının səbəbi ictimaiyyətə bəlli olmasa da, Konkret.az yazır ki, illər sonra Nurlan Həsənovla biznes ortağı olması faktı üzə çıxdı. Eldar Mahmudovun öz ailəsinə aid olan 90 AA 009 nömrəli dövlət nömrə nişanını Nurlan Həsənova hədiyyə etdiyi vurğulanır. Nurlan Həsənov isə bu “qardaşlıq” qarşısında borclu qalmamış, əvəzində Eldar Mahmudova Əhməd Rəcəbli küçəsində 40 milyon manat olan bir neçə mülk hədiyyə etmişdi. Ən ciddi ittihamlar 2020-ci illə bağlıdır – Əli Həsənov və Ramiz Mehdiyevin vəzifədən azad edilməsindən az sonra. Həmin il Əli Həsənovla Nurlan Həsənovun eyni vaxtda İstanbula getməsi diqqət çəkmişdi. İşin ən ilginc tərəfi isə Qurban Məmmədovun da eyni vaxtda İstanbula gəlməsi idi. Açıq mənbələrdə yayılan məlumatda iddia edilir ki, Nurlan Həsənovun sadəcə Qurban Məmmədovu maliyyələşdirdiyi bildirilsə də, sonradan onun bir çox başqa söyüş müxalifətçilərini maliyyələşdirdiyi şübhəsi yaranıb. İstintaqa cəlb edilən Nurlan Həsənovun istintaqa bəzi sirləri hələ o vaxt verdiyi də açıq mənbələrdə yazılır.
Əli Həsənovun Nurlan Həsənovla birgə mənimsədiyi və yuxarıda qeyd edilən əmlakların dəyəri 2 milyard manat olaraq qiymətləndirilir. Bu qədər böyük sərvətləri ələ keçirən şəxslərin hakimiyyət eşqinə düşməsi mümkündür.

Nərimanovdakı məşhur “Park Fore” restoranına kimlər toplaşır?

Bu arada Demokrat.az xəbər portalı paytaxtın Atatürk parkında yerləşən və Abşeron Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışan Nurlan Həsənova məxsus “Park Fore” restoranının fotolarını təqdim edib.  Abşeron RİH-in başçısı Abidin Fərzəliyevin əsas adamı hesab olunan Nurlan Həsənov bizneslə məşğul olduğunu inkar etsə də, faktlar bunun tam əksini sübut edir. Belə ki, çoxsaylı və müxtəlif sahələr üzrə biznes infrastrukturuna sahib olan Nurlan Həsənova məxsus olan “Park Fore” restoranı da məhz onun qardaşı Rəşad Həsənov tərəfindən idarə olunur.
Halbuki, Azərbaycan qanunvericiliyində vəzifəli şəxslərin bizneslə məşğul olması qadağan olunub. “Dövlət qulluğu haqqında” Qanunun tələbi ilə dövlət qulluqçularının fəaliyyətinə bir sıra məhdudiyyətlər qoyulur. Dövlət qulluqçusu öz xidməti vəzifələrini yerinə yetirdiyi müddətdə sahibkarlıq fəaliyyəti ilə məşğul ola, kommersiya təşkilatının idarə və ya nəzarət orqanlarının tərkibinə daxil ola bilməz. Qeyd edək ki, “Park Fore” restoranı həm də müxalifətçilərin görüş yeri kimi məşhurdur. Belə ki, Pənah Hüseyn, İsa Qəmbər, Seymur Həzi, Tural Abbaslı, Arzu Səmədbəyli və digər müxalifət funksionerlər görüşlərini əsasən bu restoranda keçirirlər(Demokrat.az).

img img img img

Əvvəlki Yazı

Əli Həsənov danışdı: “Yalandır, hazırda Bakıdayam, danışmaq istəmirəm”

Növbəti Yazı

“Xalqın qanını içən oğru məmurlar ifşa olunmalıdır və necə ki, olunur…”

EKSKLUZİV

Bu tarixdə dünyanın SONU olacaq — PROQNOZ

Bu tarixdə dünyanın SONU olacaq — PROQNOZ

16 Dekabr 2025 / 12:23
0
Ekspert Emin Əmrullayevin yalanını üzə çıxardı – Video

Ekspert Emin Əmrullayevin yalanını üzə çıxardı – Video

16 Dekabr 2025 / 12:22
1
Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və… – Xidmət qaydası dəyişib

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və… – Xidmət qaydası dəyişib

16 Dekabr 2025 / 12:18
0
Ən çox generalı olan nazir – Heydərovun müavinləri haqqında MARAQLI FAKTLAR

Ən çox generalı olan nazir – Heydərovun müavinləri haqqında MARAQLI FAKTLAR

16 Dekabr 2025 / 12:14
0

XƏBƏR LENTİ

Bu tarixdə dünyanın SONU olacaq — PROQNOZ

Ekspert Emin Əmrullayevin yalanını üzə çıxardı – Video

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və… – Xidmət qaydası dəyişib

Ən çox generalı olan nazir – Heydərovun müavinləri haqqında MARAQLI FAKTLAR

Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

Sən demə təhsilin əsas problemi “müəllim” sözünün səhv yazılışında imiş… – BƏS NƏTİCƏ?

Ukrayna Rusiyanın yarım milyardlıq gəmisini vurdu – VİDEO

TƏBİB sədri Eldar Mahmudovun qohumuna vəzifə verdi

General Eyyubov tutduğu vəzifədən azad edildi

Mehdiyevlərin bankı “vuruldu” – ən çox şikayət ondan imiş

Bu universitetlər bölgələrə köçürülə bilər

Abbas Abbasov axtarışa verildi – Ramiz Mehdiyev işi böyüyür

Paşinyan üçün seçkidə ən qorxulu ssenari

“DTX-nın keçirdiyi bu əməliyyatlar qanunla yanaşı, mənəvi dəyərlərimizin qorunması baxımından da önəmlidir”

Aslan İsmayılovdan sabiq prokurorluq əməkdaşları ilə bağlı ittiham

Əvvəlcədən deyilənlər təsdiqini tapdı. Emil Ağacanov anlaqsız hesab edildi

Novxanıda Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı ehsan süfrəsi təşkil edilib

Qazaxda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Nə qədər ki, Azərbaycan var, mən də varam” mövzusunda tədbir keçirilib

Gənclər Qazax Rayon Mərkəzi Xəstəxanasında: İcbari Tibbi Sığorta Sistemi ilə Tanışlıq

Azərbaycandakı otellərin Yeni il qiymətləri – Siyahı

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Ramiz Mehdiyevlə Şərurlu İsfəndiyarın əlaqəsi…

Ukrayna Xəzər dənizində neft obyektlərinə ZƏRBƏ ENDİRDİ

İcra Hakimiyyətləri “tender yarışına girib”: Səbəb nədir?

Hava kəskin dəyişəcək? – HƏYƏCAN SİQNALI VERİLİB

Ermənilər Xankəndiyə, azərbaycanlılar Zəngəzura qayıdır?

“Qumar kralı”nın adamının şirkəti bağlandı

Büdcənin çatmayan üç milyardı – yeri necə doldurulacaq?

“Etiraf edirəm ki, mənə “paçka”larla pul verib”- General məhkəməyə gəldi

Kənd Təsərrüfatı Nazirliyində mənimsəmə – Cinayət işi BAŞLANDI

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Sen   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.