Dövlət Təhlükəsizliyi Xidməti (DTX) artıq bir neçə ildir ki, vəzifə cinayətlərinə yol verən, rüşvət və korrupsiyanı gündəlik fəaliyyətinin ayrılmaz tərkib hissəsinə çevirən məmurlara, icra başçılarına qarşı mübarizəni davam etdirir. Bugünlərdə DTX tərəfindən Balakən Rayon İcra Hakimiyyətində oxşar əməliyyatın gerçəkəməsi də dövətimizin bu məsələdə tam bir prinsipiallıq və iradə sərgilədiyini göstərir.
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Asim Mollazadə oğru məmurlara qarşı bu mübarizənin qanun və ədalətin təmini baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib:
“Xalqın qanını içən, qanunun tələblərini pozan, dövlət başçısının etimadını doğrultmayan məmurların ifşa edilməsi təqdirəlayiqdir və bu proses daim davam etdirilməlidir. Kimlər ki, xalqın qanını içir, tutduqları vəzifədən xalqa xidmət üçün deyil, öz qanunsuz gəlirlərini artırmaq üçün istifadə edir, bu şəxslər qanun qarşısında məsuliyyətə cəlb ounmalıdır və necə ki, olunur. DTX tərəfindən bu cür məmurlara qarşı keçirilən sislsilə əməliyyatlar buna sübutdur.
Hesab edirəm ki, bu əməliyyatlar həm rüşvət və korrupsiayaya qarşı mübarizə, həm də dövlətimizin daha da möhkəmlənməsi, onun oğru məmurlardan təmizəlnməsi baxımından mühüm əhəmiyyətə malikdir və alqışlanmalıdır”.
Seymur ƏLİYEV
 
			









