Tanınmış vəkil Aslan İsmayılov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun mətbuata son açıqlamasına reaksiya verib.SAVASHMEDİA.az-ın xəbərinə görə, vəkil FHN rəhbərinin “mən Qəbələdə Ramiz Mehdiyevə nə villa, nə də başqa bir şey bağışlamışam” sözlərinə belə qarşılıq verib:
“Qəbələdə villanın bağışlanmasının nə qədər dəqiq olduğunu bilmirəm. Dəqiq bildiyim odur ki, Xızı rayonunun Qızılqazma adlanan ərazisində Kəmaləddin Heydərov FHN generalı Cəbrayıl Xanlarov vasitəsilə bir neçə hektar torpaq sahəsi alıb, orada villa tikdirib və Ramiz Mehdiyevə hədiyyə edib”.Aslan İsmayılov sözügdən villanın fotosunu da paylaşıb. Həmin fotonu təqdim edirik:










