Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Manşet

Ramiz Mehdiyevi dövlətə xəyanətə sürükləyən 3-5 milyardlıq sərvəti – “Boz kardinal”ın istintaq sirləri

Noyabr 6, 2025
A A

REDAKTORUN SEÇİMİ

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05
Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

16 Dekabr 25 / 12:10
Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 25 / 13:55
Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

10 Dekabr 25 / 11:55

Azərbaycanın son onilliklərdəki ən qalmaqallı siyasi fiqurlarından biri olan Ramiz Mehdiyev haqqında istintaq materialları və ictimai müzakirələr onun milyardlıq sərvət imperiyasının miqyası barədə ciddi suallar doğurur.

Bu baxımdan Mehdiyevə Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi – Cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda əmlakı leqallaşdırma maddəsi ilə ittiham verilməsi də təsadüfi deyil. 20 ildən artıq Prezident Administrasiyasına rəhbərlik etmiş, dövlətin bütün mühüm qərar mexanizmlərinə təsir imkanına malik olan Mehdiyevin bu dövrdə topladığı sərvətin həcmi, sadəcə, şəxsi deyil, həm də klan səviyyəsində bir iqtisadi şəbəkə yarandığını göstərir. 1990-cı illərin sonlarından başlayaraq Mehdiyev Azərbaycan dövlət aparatında ideoloji və inzibati nəzarətin əsas mərkəzinə çevrilmişdi. Onun kurasiyasında formalaşan elmi-texnokrat kadrlar, illər keçdikcə icra hakimiyyətlərindən tutmuş dövlət şirkətlərinə qədər müxtəlif strukturlarda əsas mövqeləri ələ keçirdilər.

Bu sistemin xüsusiyyəti ondan ibarət idi ki, hər məmur öz “xidmətinə” görə həm siyasi, həm də iqtisadi rüsum ödəyirdi. Həmin dövrü yaxından tanıyan sabiq məmurların sözlərinə görə, PA rəhbərinin adı çəkiləndə tenderlərdə vəziyyət bir anın içində onun kadrının xeyrinə dəyişirdi. Yəni əgər hər il dövlət büdcəsindən milyardlarla manatlıq layihələr onun nəzarəti altında təsdiqlənirdisə, bu vəsaitin müəyyən faizi geri qayıdırdı.

2010-2020-ci illərdə Azərbaycan iqtisadiyyatı neft pullarının axını ilə genişlənərkən, Mehdiyev ailəsinin və yaxın çevrəsinin ofşor zonalarda aktivləşdiyi barədə sənədlər yayıldı. Qəbələdəki milyonluq villa, Bakıda yüksək qiymətli daşınmaz əmlaklar, kürəkəni İlham Əlisəftər oğlu Əliyevin Prezident Administrasiyasının şimal zonasını kuratoru, sonradan deputatı ola-ola iş adamı kimi fəaliyyəti bu imperiyanın maddi izlərini ortaya qoyur. Mənbələrin təxminlərinə görə, Mehdiyev ailəsinin və ona yaxın məmurların əmlak portfelinin ümumi dəyəri 3-5 milyard dollar aralığında ola bilər. Bu məbləğ təkcə daşınmaz əmlak və müəssisələrdən ibarət deyil, həm də xarici banklarda və “kağız üzərində” şirkətlərdə saxlanılan aktivləri əhatə edir. Ramiz Mehdiyevin rəhbərlik etdiyi illərdə Prezident Administrasiyasına yaxın onlarla icra başçısı, rektor, elmi institut direktoru və dövlət şirkəti rəhbəri onun kadrı idi və hər ay onunla hesablaşırdı. Onlardan bəziləri artıq istintaqa cəlb olunub, digərlərinin də cəlb olunacağı gün uzaqda deyil.

Bu məmurların ümumi sərvətinə baxanda mənzərə daha aydın olur.  Bakıda və Abşeronda çoxmilyonluq torpaq sahələri; dövlət tenderlərindən pay alan qohum şirkətlər; xarici təhsil adı ilə köçürülən böyük məbləğlər; “elm və akademiya” pərdəsi altında gizlədilmiş kommersiya layihələri və s.

Əgər bu sistem 2000-2020-ci illər ərzində sabit şəkildə fəaliyyət göstəribsə, klanın illik qeyri-rəsmi gəliri təxminən 150-200 milyon dollar civarında ola bilərdi. Mehdiyevin ətrafı onu “alim” və “dövlət ideoloqu” kimi təqdim etməyə çalışsa da, barəsindəki istintaq göstərir ki, onun illərlə topladığı sərvət sırf elmi fəaliyyətlə izah edilə bilməz. Əksinə, bu sərvət dövlət resurslarının şəxsi maraqlara yönəldilməsi, klan idarəçiliyi və siyasi nəzarətin iqtisadi alverə çevrilməsinin nəticəsidir. Ramiz Mehdiyev bu illər ərzində nə qədər vəsait toplaya bilərdi sualının cavabı, bəlkə də, bir nəfərin yox, bir sistemin sərvəti ifadəsində gizlənib. Çünki Mehdiyevin əlində toplanan vəsait sadəcə külli miqdarda qeyri-leqal pul deyil. Azərbaycan dövlətindən onilliklər ərzində oğurlanan vəsaitdir.

Mehdiyevə qarşı irəli sürülən ittihamlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ağır cinayətlər kateqoriyasına daxildir və hər biri üzrə nəzərdə tutulan sanksiyalar uzun illər həbs cəzasını nəzərdə tutur.

Cinayət Məcəlləsinin  278.1-ci maddəsi – Dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərdir. Yəni, Azərbaycan Respublikasının Konstitusiya quruluşunu zorla dəyişdirməyə və ya dövlət hakimiyyətini zorla ələ keçirməyə yönələn hərəkətlərdən söhbət gedir. Belə əməllər 12 ildən 20 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalandırılır. Bu maddə üzrə ən ağır sanksiya ömürlük həbsdir.

Cinayət Məcəlləsinin 274-cü maddəsi dövlətə xəyanət adlanır. Azərbaycan Respublikasının suverenliyinə, ərazi toxunulmazlığına, müdafiə qabiliyyətinə və ya dövlət təhlükəsizliyinə zərər vurmaq məqsədilə düşmən tərəfə keçmə, casusluq etmə və ya digər yardımlar göstərmə kimi cinayətləri ehtiva edir. Belə əməllər 12 ildən 20 ilədək azadlıqdan məhrumetmə və ya  ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu maddə də ən yüksək kateqoriyalı, xüsusilə ağır dövlət cinayətidir.

Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda əmlakı leqallaşdırma adlanır. 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə və əlavə olaraq əmlakın müsadirəsi və ya   vəzifə tutma hüququndan məhrumetmə ilə cəzalandırılır.

Əgər ittihamlar bütün maddələr üzrə sübuta yetirilərsə, məhkəmə cəzalardan birini qismən və ya tam şəkildə birləşdirilmiş qaydada təyin edə bilər. Bu halda Ramiz Mehdiyevi ümumilikdə 20 ildən az olmayaraq, real azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası gözləyə bilər.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Əvvəlki Yazı

Azərbaycan C5+ ABŞ formatını C6+ABŞ formatına çevirə bilər…

Növbəti Yazı

Həbs olunan direktor aldığı rüşvəti kimlərlə böldüyünü açıqladı – DETALLAR

EKSKLUZİV

Məktəblilərin çanta yükü: Nazirin maraqlı mövqeyi və nəzarətiszlik problemi (ARAŞDIRMA)

Məktəblilərin çanta yükü: Nazirin maraqlı mövqeyi və nəzarətiszlik problemi (ARAŞDIRMA)

20 Dekabr 2025 / 9:57
2
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 2025 / 20:28
31
Yasamalda 15 mərtəbəli bina necə 16 oldu?

Yasamalda 15 mərtəbəli bina necə 16 oldu?

18 Dekabr 2025 / 19:43
0
Rəsul Quliyevdən 5 milyon manata torpağı kim alıb?

Rəsul Quliyevdən 5 milyon manata torpağı kim alıb?

18 Dekabr 2025 / 19:42
3

XƏBƏR LENTİ

Məktəblilərin çanta yükü: Nazirin maraqlı mövqeyi və nəzarətiszlik problemi (ARAŞDIRMA)

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Yasamalda 15 mərtəbəli bina necə 16 oldu?

Rəsul Quliyevdən 5 milyon manata torpağı kim alıb?

Bəylər Eyyubova yeni imtiyaz verildi

İsrail Türkiyəyə veto qoydu, Azərbaycan dəvəti rədd etdi

Böyük Çöküşdən əvvəlki İran: Hakim rejim zəngin ölkəni necə məhv edir?

Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası Bakıdan yola salınıb – FOTO

Kamran Əsədov vaxtilə sərt tənqd etdiyi Elm və Təhsil Nazirliyinin necə sevimlisinə çevrilib? – VİDEO

Moskvanın Qazaxıstan qorxusu – İmperiya çökür, hədələr başlayır

“Hərbi xidmətə yararlı” əsgər xəstəlikdən niyə ölməlidir?

Maddox DMCC müəmması: Rövşən Təhmrazov və Nubar Əliyeva kimdir?

“Oğlumu yalnız kənardan göstərdilər, danışmağa imkan vermədilər” – əsgər Əli Cəfərovun atası danışdı

Rusiya hərbçiləri bu Avropa ölkəsinə daxil oldu – Əsgərlər SƏRHƏDİ KEÇDİ – VİDEO

Ermənistanda ARA QARIŞDI: Eçmiədzində toqquşmalar başladı

Beybutovun 4 milyonu kimdədir?- Cavid Hüseynli azadlığa buraxıldı

Bakıda yayılan xəstəlik təhlükəli H3N2 virusudur? – həkimdən xəbərdarlıq

Qazaxda Xalq şairi Osman Sarıvəlli doğum günündə məzarı başında yad edilib

“Qanunsuzluq xaos gətirir, xaos da dağıntı, DTX isə …”

Tehrandan Zəngəzur dəhlizinə hədə – Əraqçi gedən kimi…

“Bir neçə deputat həbs olunacaq, çevrilişə cəhdlər olacaq” – Tanınmış astroloqdan SENSASİON açıqlamalar VİDEO

Qərb qoşunları Ukraynada yerləşdiriləcək: ABŞ və Avropa Ukrayna ilə bağlı hansı razılığa gəlib?

Putini yenə aldatdılar – Kupyanskı ələ keçirmişik

Ramiz Mehdiyevlə bağlı ŞOK AÇIQLAMA: “Eyş-işrət içərisində…”

Xatirə İslam Xankəndidəki konsertdə oxumaqdan imtina edib

Xəzər 8 ildə 100 metr geri çəkildi — FOTO

Mədəniyyət Nazirliyi bir ildə 2 milyonu nəyə xərcləyib?- MARAQLI DETALLAR

Kamran Əsədova hansı cəza düşür? – EKSKLÜZİV

Ev almaq getdikcə çətinləşir – Bakıda 2026-cı ilin ŞOK qiymət proqnozları

Əbülfəs Qarayevin qızı ÜZR İSTƏDİ

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.