Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

AQTA-da baş verənlərlə bağlı səs-küylü açıqlama: laboratoriyalarda nələr gizlədilir?

Noyabr 12, 2025
A A

REDAKTORUN SEÇİMİ

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

09 Dekabr 25 / 14:41
Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

08 Dekabr 25 / 16:19
Adnan Əhmədzadə Elnur Abdullayev ittifaqının media maxinasiyaları: FETO-çu İmam necə imperiya qurub?

Adnan Əhmədzadə Elnur Abdullayev ittifaqının media maxinasiyaları: FETO-çu İmam necə imperiya qurub?

08 Dekabr 25 / 14:31
Məşhur idmançı deputat Ülvi Quliyevdən şikayətləndi: “300 min pul qazananda deyirdilər ki…”

Məşhur idmançı deputat Ülvi Quliyevdən şikayətləndi: “300 min pul qazananda deyirdilər ki…”

08 Dekabr 25 / 14:02
Abdin Fərzəliyevin qanunsuz tikinti prosesi: Yüksək gərginlik altında obyekt

Abdin Fərzəliyevin qanunsuz tikinti prosesi: Yüksək gərginlik altında obyekt

04 Dekabr 25 / 13:16
Ölkə Prezidenti dövlət idarəçiliyində ictimai iştirakçılıq və ictimai nəzarətin əhəmiyyətini dəfələrlə vurğulayıb. Bu amilləri şəffaflığın və obyektivliyin əsas dayaqları kimi qiymətləndirib. Dövlət rəhbərliyi ictimai nəzarət institutunun formalaşmasını və gücləndirilməsini daim dəstəkləyib, onun vacibliyinə müxtəlif çıxışlarında xüsusi diqqət çəkib.
Lakin son dövrlər fəaliyyəti ilə geniş ictimai müzakirələrə səbəb olan və cəmiyyətdə ciddi narazılıq doğuran Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) ictimai şuranın fəaliyyəti praktiki olaraq dayanıb. Halbuki ictimai şuralar vətəndaşların idarəetmədə iştirakını təmin edən, cəmiyyəti narahat edən məsələlərin həllinə dəstək göstərən və dövlət orqanlarında ictimai rəyin təmsilçisi kimi çıxış edən mühüm strukturlardır.
Məlumata görə, AQTA yanında yaradılmış İctimai Şuranın fəaliyyət müddəti artıq başa çatıb, lakin yeni tərkibin formalaşdırılması istiqamətində indiyədək heç bir addım atılmayıb. Qanunvericiliyə əsasən, ictimai şuralara seçkilər iki ildən bir keçirilməlidir. Buna baxmayaraq, Agentlikdə bu müddət artıq yeddi aydır bitib, amma yeni seçkilərin keçirilməsi hələ də gündəmə gətirilməyib.
Qida Təhlükəsizliyi Agentliyi nə üçün qanunla müəyyən olunmuş qaydalara əməl etmir və ictimai şuranın yenilənməsini gecikdirir?
Globalinfo.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, İctimai Şurada iki il fəaliyyət göstərdiyi müddətdə əsasən Qida Təhlükəsizliyi Agentliyinin məmurları ilə mübarizə aparmalı olub: “İctimai Şura ilk dəfə yaradılan zaman mən oraya seçildim və iki il ərzində üzv kimi fəaliyyət göstərdim. Bu iki il demək olar ki, yalnız agentlikdəki məmurlarla mübahisələrlə keçdi. Şuraya əsasən biznes assosiasiyaları daxil edilmişdi. Onlar isə Qida Təhlükəsizliyi Agentliyindən asılı olduqları üçün real ictimai nəzarət mümkün deyildi. Hətta bir biznes qurumunun nümayəndəsi Şura sədri seçilmişdi”.
Onun sözlərinə görə, İctimai Şura üzvləri agentlikdə qəbul edilən qərarlar, kollegiya iclaslar və daxili proseslər barədə məlumat ala bilmirdilər: “Mən dəfələrlə tələb edirdim ki, biz AQTA-da qəbul edilən qərarları öncədən bilməliyik. Lakin iki il ərzində Agentliyin “mətbəxinə” daxil olmaq imkanım olmadı. Kollegiyaların nə zaman keçirildiyi, hansı qərarların qəbul olunduğu barədə bizə məlumat verilmir, sadəcə, kənardan müşahidə etməyə məcbur idik”.
E.Hüseynov bildirib ki, hətta bəzi hallarda İctimai Şura üzvləri ilə ciddi fikir ayrılıqları yaranıb: “Genetik modifikasiya olunmuş (GMO) məhsullarla bağlı qanun layihəsi müzakirəsində doqquz nəfər AQTA nümayəndəsi mənimlə “razborka”ya belə çağırıldı. Məndən tələb edirdilər ki, sübut edim ki, GMO yemlə qidalanan heyvanların ətində və südündə həmin təsirlər qalır. Mən bunun elmi cəhətdən mümkünlüyünü əsaslandırırdım, amma laboratoriyalar agentliyin nəzarətində idi və nəticə əldə etmək çətin idi”.
Ekspert qeyd edib ki, iki illik təcrübəsi nəticəsində İctimai Şuranın heç bir real təsir mexanizminə malik olmadığını anlayıb: “Marketlərdə soyuducuların enerji qənaətinə görə isti rejimdə işləməsi, məhsulların xarab olması kimi sadə məsələləri qaldırırdım. Amma heç bir reaksiya olmadı. İctimai Şuralar yalnız formal xarakter daşıyır. Prezidentin İctimai Şuraların fəaliyyətinə dair çağırışları çox düzgün və vacibdir, lakin təəssüf ki, dövlət qurumları bu şuraları formal yaradır, qapılarını bağlı saxlayır, məlumat almağı məhdudlaşdırırlar”.
Müsahibimiz bildirib ki, bu şəraitdə İctimai Şuraların mövcudluğu formal xarakter daşıyır və belə şuraların “adına görə” fəaliyyət göstərməsi cəmiyyətə heç bir fayda vermir: “Əgər ictimai şuralar real təsir gücünə malik deyilsə, onların olmaması daha yaxşıdır. Üstəlik, QHT sektorunda da təmizlənmə prosesi aparılmalıdır. Hətta bəzi QHT rəhbərləri barəsində cinayət işləri mövcuddur. Ən böyük problemlərdən biri isə QHT-lərin media ilə zəif işləməsidir”.
E.Hüseynov hesab edir ki, Qida Təhlükəsizliyi Agentliyi yeni İctimai Şura yaratmasa da olar: “Onsuz da bu qurumda vəziyyətə təsir mexanizmi yoxdur. Niyə bu şuralar formal yaradılır, bunu da mənə heç kim izah edə bilmir”.
Sonda Eyyub Hüseynov onu da qeyd edib ki, bu məsələdə rayon icra hakimiyyətlərində fəaliyyət göstərən İctimai-Siyasi şöbələrin rolu da önəmlidir: “Mən 30 ildən artıqdır Nəsimi rayonunda yaşayıram və eyni zamanda, bu təşkilatın sədriyəm. Amma həmin dövrdə bir dəfə belə Nəsimi Rayon İcra Hakimiyyətinin İctimai-Siyasi şöbəsi bizim fəaliyyətimizlə maraqlanmayıb, heç bir tədbirə çağırmayıb. Bu, həm bizim təmsil olunmadığımızın, həm də icra hakimiyyətindəki İctimai-Siyasi şöbələrin fəaliyyətinin effektsizliyinin açıq göstəricisidir”.
Əvvəlki Yazı

Ağstafada DƏHŞƏT: 10 yaşlı məktəblini texniki işçi…

Növbəti Yazı

Fəzail Ağamalı Ana Vətəni necə dağıdır: qeyri-legitimliyin siyasi səbatsızlıq fəsadları

EKSKLUZİV

Naxçıvanın qalmaqallı deputatı kimdir? – Mandatı ləğv ediləcək

Naxçıvanın qalmaqallı deputatı kimdir? – Mandatı ləğv ediləcək

09 Dekabr 2025 / 20:10
0
Namizəd Səfərov saxlanıldı

Namizəd Səfərov saxlanıldı

09 Dekabr 2025 / 19:40
0
“Azərbaycan Dəmir Yolları” gömrük qaydalarını pozurmuş – CƏRİMƏ

“Azərbaycan Dəmir Yolları” gömrük qaydalarını pozurmuş – CƏRİMƏ

09 Dekabr 2025 / 19:25
1
Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR

Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR

09 Dekabr 2025 / 19:23
1

XƏBƏR LENTİ

Naxçıvanın qalmaqallı deputatı kimdir? – Mandatı ləğv ediləcək

Namizəd Səfərov saxlanıldı

“Azərbaycan Dəmir Yolları” gömrük qaydalarını pozurmuş – CƏRİMƏ

Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR

Gömrükdə müsadirə olunmuş qızılları satacaqlar – 700 MİN MANATLIQ HƏRRAC BU TARIXDƏ OLACAQ

Gerasimovun qələbə yalanları: noyabrda “ələ keçirilən” üç yaşayış məntəqəsində döyüşlər gedir

“Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev qaynatasının əsgəri olub”

9 saylı cəzaçəkmə müəssisəsində narazılıq

AZAL-ın təyyarə qəzası ilə bağlı Qazaxıstan AÇIQLAMA YAYDI

Tenderlə “qaz vurub qazan dolduranlar” – Məhkəmələrin təmiri kimə tapşırılıb? + SİYAHI

Bu şəxslərə birdəfəlik haqq ödəniləcək

Ramiz Mehdiyev kimləri FETÖ siyahısından çıxarıb?

“Qaçış Kralı” dördüncü dəfə həbsxanadan qaçdı

Deputatlar bu məsələləri qaldırdı – Hökumətdən REAKSİYA

Valyuta ehtiyatlarımız xarici borcumuzdan 17 dəfə çoxdur

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Tütün məhsullarının aksizi 25.5 manata qaldırılır

Bakının mərkəzində xaos: Bu adamlara görə yolu bağlayırlar – VİDEO

XİN Ramiz Mehdiyevin oğlunun şirkəti ilə müqavilə imzaladı

Ermənilər xirstianlığı necə qəbul edib? –Paşinyanda kilsəyə sillə

7 illik vergi güzəşti ləğv olunur: Rüsumlar nə qədər olacaq?

Hava xəbərdarlığı: Bakıda iki gün leysan olacaq

Bakıda dəhşətli PARTLAYIŞ

2026-cı ilin dövlət büdcəsi təsdiqləndi – Gəlir və xərclər

İş adamının 4 milyonu ələ keçirildi – Biri federasiya prezidenti olub

AYNA-nın şirkətlərə yazdığı cərimələr ləğv edildi

Əsəd və müşaviri Putini lağa qoydu + VİDEO

Trampdan Avropaya xəbərdarlıq: Düz yolla getmirsiniz

“Atanı Putin öldürüb, Zelenski yox” – Ukraynada döyüşən çeçenlərdən Ramzan Kadırova sərt cavab

DİN-dən əhaliyə TƏCİLİ XƏBƏRDARLIQ – Təhlükə realdır!

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.