Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

Bu türk ölkəsi “İbrahim Sazişləri”nə qoşuldu, sıra Azərbaycanda

Noyabr 18, 2025
A A

REDAKTORUN SEÇİMİ

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçiləri qul kimi işlədir: “Zeytun Pharma”da ÜSYAN

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçiləri qul kimi işlədir: “Zeytun Pharma”da ÜSYAN

25 İyun 26 / 18:18
“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

11 İyun 26 / 11:42
Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

22 May 26 / 14:35
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05

Qazaxıstandan sonra ölkəmiz də ABŞ və İsraillə yeni əməkdaşlıq formatına başlaya bilər
Qazaxıstanın “İbrahim sazişləri”nə qoşulması region üçün yeni imkanlar açır və bu prosesdə Azərbaycan xüsusi əhəmiyyət kəsb edir. Bunu ABŞ-nin “Foundation for Defense of Democracies (FDD)” adlı nüfuzlu analitik mərkəzi Mərkəzi Asiyada baş verən son geosiyasi dəyişiklikləri təhlil edərkən bildirib.

Məqalədə vurğulanır ki, Qazaxıstanın rəsmi şəkildə sazişə qoşulan ilk Mərkəzi Asiya dövləti olması regionun ABŞ və İsraillə yeni əməkdaşlıq formatlarına açıq olduğunu göstərir. Bu addım, həmçinin Özbəkistan və Azərbaycanın ehtimal iştirakına siyasi cəhətdən təhlükəsiz presedent yaradır.

Mərkəz qeyd edir ki, Azərbaycan artıq İsraillə müdafiə və enerji sahələrində strateji tərəfdaşdır. Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya enerji tədarükündə Bakının rolu xüsusi olaraq ön plana çəkilir. “Azərbaycan Xəzər qazının Avropaya diversifikasiya olunmuş marşrutlarla çatdırılmasında həlledici oyunçudur və bu, həm Avropanın enerji təhlükəsizliyini, həm də regiondakı sabitliyi gücləndirir”, – deyə mərkəz yazır.

Analitiklər hesab edir ki, Azərbaycanın “İbrahim sazişləri” prosesinə qoşulması regional sabitliyə mühüm töhfə verə, həm siyasi, həm iqtisadi əməkdaşlıq imkanlarını genişləndirə, həm də ABŞ-nin Cənubi Qafqaz-Mərkəzi Asiya xəttində təsirini artıra bilər. Onların qənaətinə görə, Qazaxıstan, Azərbaycan və Özbəkistanın mümkün iştirakı müsəlman ölkələrinin İsraillə diplomatik münasibətlərini genişləndirməsi üçün təhlükəsiz model yarada bilər. Ekspertlərin fikrincə, bu proses həmçinin Bakı üçün diplomatik manevr imkanlarını artırır, eyni zamanda Türkiyə-İsrail-Azərbaycan üçbucağı daxilində yeni geosiyasi balans formalaşdıra bilər.

“İbrahim sazişləri” ilk dəfə 2020-ci ildə ABŞ-nin vasitəçiliyi ilə İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Mərakeş arasında imzalanıb. Daha sonra Sudan və Misir də sənədə qoşulmuşdu. ABŞ-nin 50-dən çox yəhudi ravvini “İbrahim razılaşması”nın genişləndirilməsi və türk dövlətlərinin (Azərbaycan, Qazaxıstan və Özbəkistan) ora daxil etməklə bağlı ABŞ Prezidenti Donald Trampa müraciət edib. Eyni zamanda artıq bir müddətdir Azərbaycanın “İbrahim sazişləri” çərçivəsinə qoşulacağı müzakirə edilir.

“İbrahim sazişi”nə gəlincə, bəllidir ki, 2020-ci ildə rəsmi olaraq tətbiq olunmağa başlamış ərəb dövlətləri və İsrail arasında barışığı ehtiva edən plandır. Planın iki əsas hissəsi var, birincisi, Fələstin münaqişəsinin həlli və yeni Fələstin dövlətinin yaradılması, mövcud torpaqların BMT qərarlarından fərqli şəkildə, daha çox İsrailin xeyrinə bölüşdürülməsidir. İkinci hissəsi isə ərəb region ölkələri ilə İsrail arasında barışıq prosesidir. Qazaxıstandan sonra Azərbaycanın da bu sazişə qoşulması gündəmdədir.

Politoloq Züriyə Qarayevanın sözlərinə görə, “İbrahim sazişləri” ərəb dünyası ilə İsrail arasında əlaqələrin qurulmasını nəzərdə tutsa da, sonradan genişlənmə planına üstünlük verildi. Onun fikrincə, bu strategiya Cənubi Qafqaz və Mərkəzi Asiyaya qədər genişlənməni nəzərdə tutur. “Azərbaycanın bu sazişə qoşulması tez-tez gündəmə gəlir. Bunun reallaşması mümkündür, sadəcə, bəzi siyasi amillər nəzərə alınır. Məsələn, Azərbaycanın Türkiyə və İranla münasibətləri ən vacib detaldır. Söhbət İsraildən getdiyi üçün Azərbaycan bu həssaslığı nəzərə alır. Lakin gec-tez bu sazişə qoşulacağıq. Qazaxıstanın ardınca Özbəkistan da “İbrahim sazişi”ndə yer ala bilər. Azərbaycana gəldikdə, bir qədər yubanması istisna deyil”.

Ekspert hesab edir ki, Azərbaycan “İbrahim sazişləri”nə qoşulmadan da ABŞ və İsraillə əlaqələrini inkişaf etdirir: “Azərbaycanın “İbrahim sazişlərinə”nə qoşulması son vaxtlar beynəlxalq siyasi dairələrin və medianın marağındadır. Azərbaycan artıq uzun illərdir ki, İsraillə diplomatik münasibətləri saxlayır və bu razılaşmalardan xeyli əvvəl İsraillə əlaqələri olan aparıcı müsəlman ölkələrindən biridir. Azərbaycanın bu razılaşmalara qoşulmasının strateji əhəmiyyəti danılmazdır. İsrailin digər ərəb və müsəlman ölkələri, o cümlədən Cənubi və Mərkəzi Asiyadakı bəzi dövlətlərlə əlaqələrinin möhkəmlənməsi üçün də burada körpülər qurmaq potensialı mövcuddur. 30 ildən artıqdır ki, Azərbaycanın İsraillə diplomatik əlaqələri var, münasibətlər çoxşaxəlidir. Azərbaycanın İsraillə hansısa problemi yoxdur ki, onu “İbrahim sazişi” ilə həll edək. Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması təkcə diplomatik addım kimi dəyərləndirilə bilməz. Bu, bütöv bir regionun geosiyasi memarlığını yenidən formalaşdıran mühüm dönüş nöqtəsi olacaq. Bu qərar Bakıya yeni investisiya imkanları açacaq, Qərb və İsraillə hərbi-texniki əməkdaşlığı daha da dərinləşdirəcək və ölkənin Şərq ilə Qərb arasında mühüm strateji mərkəz kimi mövqeyini gücləndirəcək. “İbrahim sazişləri” beynəlxalq münasibətlərin yeni modelini təqdim edərək, iştirakçı ölkələrə geniş əməkdaşlıq imkanları açdı. Azərbaycanın bu təşəbbüsə mümkün qoşulması isə sadəcə mövcud münasibətlərin rəsmi təsdiqi deyil, Bakının regional və qlobal siyasətdəki rolunun yenidən dəyərləndirilməsi anlamına gələ bilər”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Əvvəlki Yazı

“WhatsApp” istifadəçilərinə XƏBƏRDARLIQ

Növbəti Yazı

Qazaxıstanda FACİƏ: 9-u uşaq olmaqla 12 nəfər ÖLDÜ

EKSKLUZİV

İşə qəbul qaydalarında mühüm dəyişiklik

İşə qəbul qaydalarında mühüm dəyişiklik

01 İyul 2026 / 10:00
0
Nazir: “Müəllim şagirdə “müştəri” gözü ilə baxmamalıdır”

Nazir: “Müəllim şagirdə “müştəri” gözü ilə baxmamalıdır”

30 İyun 2026 / 15:00
3
Hesablama Palatasına yeni səlahiyyət verilir

Hesablama Palatasına yeni səlahiyyət verilir

30 İyun 2026 / 14:47
1
Bu küçələrdə təmir işləri başlayır

Bu küçələrdə təmir işləri başlayır

30 İyun 2026 / 14:30
2

XƏBƏR LENTİ

İşə qəbul qaydalarında mühüm dəyişiklik

Nazir: “Müəllim şagirdə “müştəri” gözü ilə baxmamalıdır”

Hesablama Palatasına yeni səlahiyyət verilir

Bu küçələrdə təmir işləri başlayır

2 milyard manata yaxın vəsait xərclənəcək – Sahil Babayev

Bu, 16 yaşdan aşağı şəxslərə qadağan olundu – RƏSMİ

Azərbaycanda media sahəsində vahid qurum yaradılır

İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq

Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər

AMEA: İşğaldan azad edilmiş ərazilərdə kulturasid faktları sənədləşdirilib

Azərbaycanda 50 min manatlıq yeni cərimə…

Daha 6 itkin-şəhidin nəşi ailəsinə təhvil veriləcək

Azərbaycan “Metrik Konvensiya”ya qoşulur

Milli Məclisin iclası başlayıb

Azərbaycan bu il Avroviziyada yarışmayacaq

Bu şəxslərə yeni mənzillər veriləcək

Azərbaycan nefti bahalaşıb

Nazirin iştirakı uşaqlara xüsusi motivasiya verib

AŞ PA üçün Azərbaycan reallığı: Güclü dövlət güclü siyasi institutlardan başlayır – Vəhdət sədrindən ETİRAZ!

Yavər Hüseynova Azərbaycan Karate Federasiyasında vəzifə verildi

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçiləri qul kimi işlədir: “Zeytun Pharma”da ÜSYAN

Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı

Наш известный соотечественник, боец UFC Рафаэль Физиев награждён орденом «Гордость Азербайджана»

Xətai rayonunda Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib+FOTOLAR

“Azərbaycan Ordusu qələbənin, qürurun və dövlətçilik əzminin rəmzidir”

Masallıda şəhid övladının faciəvi ölümü ilə bağlı anası DANIŞDI – SENSASİON TƏFƏRRÜATLAR

Kəşfiyyatın səssiz qəhrəmanı: XANI

Xalq Şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib

“Cənub İdman Klubu” Samir Həsənovun rəhbərliyi altında inkişaf edir

“Şuşa konfransı Azərbaycanın sülh siyasətinin təntənəsidir”

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.