Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

Trampın “Sülh planı”nın pərdəarxası: Ukrayna kapitulyasiya etsin ki, Rusiya məğlub olmasın…

Noyabr 25, 2025
A A

REDAKTORUN SEÇİMİ

Su Agentliyində “Biz bir ailəyik” siyasəti: Cimmi kimi dostcanlı sədrlə “Coca-Cola” satmaqdan qurtuldu

Su Agentliyində “Biz bir ailəyik” siyasəti: Cimmi kimi dostcanlı sədrlə “Coca-Cola” satmaqdan qurtuldu

20 Noyabr 25 / 13:08
Adil Əliyevin idarə etdiyi Suraxanı: yolqıraqları satışda, yollar bərbad – VİDEO

Adil Əliyevin idarə etdiyi Suraxanı: yolqıraqları satışda, yollar bərbad – VİDEO

19 Noyabr 25 / 12:12
Əhmədzadə işi Elnur Abdullayevi də “vurdu”: Nurçu media maqnatının səhmləri əlindən alınır

Əhmədzadə işi Elnur Abdullayevi də “vurdu”: Nurçu media maqnatının səhmləri əlindən alınır

18 Noyabr 25 / 11:03
İcra Hakimiyyətindəki qəbulda qalmaqal – Vəzifəli şəxs başçının müavininə hücum etdi + FOTOLAR

İcra Hakimiyyətindəki qəbulda qalmaqal – Vəzifəli şəxs başçının müavininə hücum etdi + FOTOLAR

17 Noyabr 25 / 15:31
Saleh Məmmədovun oğluna yarım milyonluq toy edən məmuru: Müseyib Həmzəeyevin Arif Əsgərovla başlayan korrupsiya dosyesi

Saleh Məmmədovun oğluna yarım milyonluq toy edən məmuru: Müseyib Həmzəeyevin Arif Əsgərovla başlayan korrupsiya dosyesi

13 Noyabr 25 / 17:48

Rusiya – Ukrayna müharibəsinin dayandırılmasına dair 28 bənddən ibarət Uitkoff – Dmitriyev cütlüyü tərəfindən hazırlanmış və ABŞ Prezidenti Donalad Trampın da bəyəndiyi mürtəce “sülh planı”nın Ukraynaya qarşı yönəlmiş fəlakət ssenarisi olduğunu anlayan Avropanın aparıcı dövlətləri buna qəti etiraz etdilər.

ABŞ-nin Ukrayna müharibəsində ikibaşlı siyasət yürütməsi və Rusiya təcavüzünün legitimləşdirilməsinə şərait yaradan belə bir planın ortaya atılması Avropanı dərindən narahat etməyə bilməzdi. Elə bu səbəbdən də Avropa 24 bənddən ibarət öz layihəsini irəli sürüb və burada ən mühüm məqam Ukrayna ordusundakı silah və əsgər sayına heç bir məhdudiyyətin qoyulmamasıdır.

Heç şübhəsiz ki, Ağ Evdə Kiyevin və Avropanın “28 bəndlik cəfəngiyyata” necə sərt reaksiya verəcəklərini öncədən bilirdilər və bu səbəbdən də ABŞ ilə Ukrayna arasında Cenevrədə keçirilən görüş təsadüf sayıla bilməz. Həmin görüşdə tərəflər yenidən işlənmiş çərçivə sənədi tərtib ediblər və vurğulanıb ki, hər hansı gələcək sazişdə Ukraynanın suverenliyinə xələl gətirilmədən ədalətli sülhə gedilməlidir.

Siyasi gedişləri ilə tez-tez 180 dərəcə dönüş edən ABŞ Prezidentinin bir neçə aylıq fasilədən sonra qəflətən Ukraynanı təslimə vadar etməsi Zelenskini çətin vəziyyətdə qoydu. Pislə daha pis arasında seçim etməyə zorlanan Volodimir Zelenskinin xalqa müraciətindən aydın olur ki, Tramp sözügedən planın yerinə yetirilməsi üçün ona çox ciddi təzyiq göstərməklə yanaşı, hətta təhidid də edib.

Şübhəsiz ki, Tramp ictimaiyyət qarşısında söyləməsə də, hər halda fürsətdən istifadə edərək, xüsusi nümayəndələri vasitəsilə Zelenskini ölkə daxilindəki korrupsiya qalmaqalına görə də sıxıb. Zelenskiyə qarşı qəzəbini gizlətməyən Tramp jurnalistlərə müsahibəsi zamanı sülh planını belə şərh etmişdi: ”Əgər Zelenski bu layihəni bəyənmirsə, onda onlar müharibəni davam etdirməlidirlər. Düşünürəm ki, siz bilirsiniz ki, əgər o, razılaşmanı qəbul etməsə, ABŞ Ukraynaya dəstəyini durduracaq… O, bunu qəbul etməli olacaq… nə vaxtsa nə iləsə barışmalı olacaq… Unutmayın, bu yaxınlarda Oval Ofisdə ona dedim ki, sizin kartlarınız yoxdur. Unutmayın, mən bu müharibəni miras almışam”. Baş verənlərin qısaca xülasəsi ondan ibarətdir ki, ABŞ-dən Ukraynaya ultimativ foramda bildirilir ki, Krımın, Donbasın işğalı ilə barışmalısınız. Həmin plana əsasən ukraynalılar rusların işğal etmədikləri ərazilərdən çəkilməli, ordunu azaltmalı, təmas xəttində heç bir istehkam qurmamalı və uzaqmənzlli raketlərdən imtina etməlidirlər. Ukraynanın təhlükəsizlik təminatı barəsində isə aydın olmayan yayğın fikirlər səslənir.

Qərb ekspertləri deyirlər ki, bu plan sanki Kremldə hazırlanıb. Həqiqətən də, görəsən, onu tərtib edənlər hansı məntiqə söykəniblər? Dörd ilə yaxındır davam edən bu müharibədə Ukrayna yenilməyib ki, qəfildən kapitulyasiyaya məcbur edilsin. Rusiyanı “kağız pələng” adlandıraraq, onu məsxərəyə qoyan Donald Tramp Putinin müharibədə ciddi sayılacaq nailiyyət qazanmadığını bilmir?

Dünya tarixindən də bəllidir ki, müharibə əsasən tərfələrdən birinin ağır məğlubiyyətə uğraması və ya döyüşən tərəflərin yorulması nəticəsində dayanır. Rusiya-Ukrayna müharibəsinin gedişinə və xarakterinə diqqt etsək bəlli olar ki, perspektivdə ağır məğlubiyyətə uğrayan tərəf Rusiya olacaq. Rusiyanın Ukraynanı taqətdən salma planı gözlənilən nəticəni verməyib. Tramp tərəfindən “Rosneft” və “Lukoil” şirkətlərinə tətbiq edilən sanksiyalardan sonra Rusiya neftinin qiyməti kəskin aşağı düşüb. Hindistan tamamilə, Çin isə qismən Rusiya neftinin alışından imtina edib. Hazırda Rusiya “Urals” markalı neftin bir barelini 36 dollardan təklif edir. Ruslar bu addımı əlacsızlıqdan atıblar, əks halda, neft treyderləri onların neftindən tamamilə imtina edə bilərlər. Təbii qaz satışında da Rusiya xoşagəlməz durumla qarşılaşıb. “Reuters” agentliyinin məlumatına görə, Rusiyanın ən böyük Sıxılmış Təbii Qaz istehsalçısı olan “Novatek” şirkəti sanksiyalar ucbatından bir neçə aydır ki, çinlilərə bu yanacağı 30-40 faiz aşağı qiymətə satır. Ukrayna müharibəsindən öncə dünya bazarında təbii qaz satışının 25 faizi Rusiyanın payına düşürdü və nəticədə Moskva təxminən 120 milyard dollar pul qazanırdı. Proqnozlara görə, gələn il Rusiyanın təbii qaz satışından əldə edəcəyi gəlir heç 28 milyard dolları ötməyəcək. Aradakı ziyan 92 milyard dollardır!

Sadalanan bu iqtisadi problemlərlə yanaşı, üstəlik Ukrayna ordusu Rusiyadakı Neft Emalı Zavodlarını, mühüm enerji obyektlərini və strateji infrastrukturları tədricən sıradan çıxarmağa başlayıb. Bu zərbələrin qat-qat artacağına və növbənin iri sənaye müəssisələrinə və hərbi zavaodlara gələcəyinə şübhə yoxdur. Belə bir vəziyyətdə Rusiyanın Ukraynada üzücü və uzunmüddətli müharibə aparması xeyli müşükülləşəcək. Əgər Ukrayna uzaq məsafədən Rusiyanın neft, enerji və hərbi sektorunu iflic etməyə müvəffəq olarsa, bir illdən və ya il yarımdan sonra Rusiya iqtisadiyyatı dərin tənəzzüllə üzləşəcək və müharibənin yükünü qaldırmaq mümkün olmaycaq. Ukrayna dron/raket zərbələrinin sayı və effektivliyi duramdan artır və məhz bu amil ukraynalıların leyhinə işləyə bilər.

Deməli, belə çıxır ki, ABŞ Ukraynanı kapitulyasiyaya məcbur etmkələ Rusiyanın məğlub olmasını önləyir? Əgər “Uitkoff-Dmitriyev planı” Rusiyanın maraqlarına tam uyğun şəkildə tərtib edilibsə, o zaman ABŞ tərəfindən Rusiya neft şirkətlərinə tətbiq edilən sanksiyalar ya şou xarakterlidir, ya da ki, lap öncədən Trampın ehtiyatda daha bir planı olub. Hər şey irəlidə bəlli olacaq.

Gördüyümüz odur ki, Tramp böyük ölçüdə rusiyanın yox, Ukraynanın güzəştə getməsini istəyir. İlk baxışda bəlkə də elə təsəvvür yarana bilər ki, Ukrayna güzəştə getsə, bununla da müharibə dayanacaq və Rusiya bir daha Ukraynaya hücum etməyəcək. Buna inanmaq sadəlövhlükdür. Bəzi analitiklər Finlandiyanın 1940-cı ildə SSRİ-yə ərazi güzəştə getməsinin bu ölkənin sonrakı inkişafında və təhlükəsizliyində necə müsbət rol oynadığını nümunə çəkirlər və bildirirlər ki, Ukrayna buna bənzər addım atsa, onun gələcəyi üçün yaxşı olar. Lakin indi tamamilə başqa dövrdür və Rusiyanın başlıca niyyəti nəyin bahasına olursa-olsun Ukraynanı bir dövlət kimi siyasi xəritədən silməkdir.


Amma Kremlin nə istməsinə baxmayraq, əsl həqiqətdə, Rusiya yalnız Qərb dünyasının onun hərəkətlərinə göz yumması zamanı nəsə əldə edə bilər, necə ki,edib də. Müharibə açıq şəkildə Rusiyanın böyük güc olmadığını göstərir. Sadəcə, ABŞ Avropanı öz orbitində saxlamaq üçün lazımi məqamlarda müxtəlif üsullarla Rusiyadan məharətlə istifadə edir. ABŞ bir tərəfdən Ukraynadakı müharibə ilə Rusiyanı ilgəkdə saxlayır, digər yandan isə onu “şişirtməklə” Avropanı öz nəzarətindən çıxmağa qoymur.

Avropanın aparıcı ölkələri olan Almaniya, Fransa, Britaniya isə hələlik öz aralarında strateji baxımdan yekdil birlik qura bilməyiblər. Amma Rusiyanın Ukraynaya təcavüzü və ABŞ-nin ikibaşlı oyunları Avropanı tədricən hərbləşməyə sövq edir. Əgər Avropa yenidən qlobal nəhəngə çevrilərsə, o zaman gələcək perspektivdə Rusiya Avropa və Çin arasında bərk əziləcək.

Vaqif Nəsibov

“AzPolitika.info”

Əvvəlki Yazı

“Berlin” klinikasının həkimi prokurorluq orqanına yalan məlumat veribmiş – TƏFƏRRÜAT

EKSKLUZİV

Trampın “Sülh planı”nın pərdəarxası: Ukrayna kapitulyasiya etsin ki, Rusiya məğlub olmasın…

Trampın “Sülh planı”nın pərdəarxası: Ukrayna kapitulyasiya etsin ki, Rusiya məğlub olmasın…

25 Noyabr 2025 / 13:33
0
“Berlin” klinikasının həkimi prokurorluq orqanına yalan məlumat veribmiş – TƏFƏRRÜAT

“Berlin” klinikasının həkimi prokurorluq orqanına yalan məlumat veribmiş – TƏFƏRRÜAT

25 Noyabr 2025 / 13:27
0
İranda bu fırıldağın üstü AÇILDI: Robotlar insan imiş – VİDEO

İranda bu fırıldağın üstü AÇILDI: Robotlar insan imiş – VİDEO

25 Noyabr 2025 / 13:25
0
Yasamal prokurorluğunda müstəntiqlə şahidin “DUETİ” – Birinci vitse-prezidentə MÜRACİƏT EDİLDİ

Yasamal prokurorluğunda müstəntiqlə şahidin “DUETİ” – Birinci vitse-prezidentə MÜRACİƏT EDİLDİ

25 Noyabr 2025 / 13:23
7

XƏBƏR LENTİ

Trampın “Sülh planı”nın pərdəarxası: Ukrayna kapitulyasiya etsin ki, Rusiya məğlub olmasın…

“Berlin” klinikasının həkimi prokurorluq orqanına yalan məlumat veribmiş – TƏFƏRRÜAT

İranda bu fırıldağın üstü AÇILDI: Robotlar insan imiş – VİDEO

Yasamal prokurorluğunda müstəntiqlə şahidin “DUETİ” – Birinci vitse-prezidentə MÜRACİƏT EDİLDİ

Qazaxıstan AZAL-ın təyyarə qəzası ilə bağlı MƏLUMAT YAYDI

Bakı və Moskva üçün kritik bir ay – Putinin Əliyevə o vədi…

Ukrayna Rusiyanın bu şəhərlərini VURDU – ÖLƏNLƏR VAR

Rusiyada bu liman azərbaycanlının əlindən ALINDI – FOTO

Paşinyan kilsəyə yeni hücuma hazırlaşır: “Ruhanilər qrupu” HƏRƏKƏTƏ KEÇİR

Qazaxda binalara yeni liftlər quraşdırılır

Rəhim Qazıyevin qızı ilə “Holcim Azərbaycan”ı nə bağlayır? – Şok iddialar var

Sumqayıtda iaşə obyektinin fəaliyyəti sakinləri dözülməz vəziyyətə salıb

Xəzər dənizi iki yerə ayrılacaq? – Azərbaycanlı alimdən sensasiyalı açıqlamalar

Culfa meşələri yanır: İran Azərbaycanın yardımından imtina edib

Sənətçilərdən nazirliyinin əməkdaşı barədə açıq müraciət: “Məsuliyyət onun üzərindədir…”

Erməni canilərin azad edilməsi və sanksiyalar tələb edilir – Bakıya qarşı ŞOK GEDİŞ

“Söyüş blogerləri”nin sponsoru Adnan imiş – Sensasion iddia

Bakıda daha bir binada YANĞIN

Kitab bağışlamaq aksiyasına qoşulun!

Bütün pensiyalarda artım olacaq – DEPUTAT

CHP qurultaya hazırlaşır – rəhbərlikdə dəyişiklər GÖZLƏNİLİR

Büdcə paketinə daxil olan qanun layihəsini Milli Məclisin saytından sildilər

Ermənistan konstitusiyasını dəyişdirəcək vaxtı açıqladı

Bakını “qarışqa yuvası”na döndərənlər: – Yasamaldakı binanı yandıran “silah” nədir?

Miras və vərəsəlik: Kim hansı əmlaka iddia edə bilər? (VİDEO)

Şahin Şıxlinski Bakıda saxlanılan rusla dəyişdirilə bilər

Ağstafada aparılan abadlıq işləri – FOTOLAR

Binaların altında hansı obyektlər fəaliyyət göstərə bilməz? – VİDEO

İşsizlərə 28 milyon manat ödəniləcək – Kimlər ala biləcək?

Minimum aylıq yaşam xərcimiz nə qədərdir: GƏLƏN İL 300 MANATLA 1 AY YAŞAMAQ MÜMKÜN OLACAQ?

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.