Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisində həyata keçirdiyi hücum nəticəsində Taqanroq şəhərində ciddi dağıntılar qeydə alınıb.
Musavat.com xəbər verir ki, yerli məlumatlara görə, hücum zamanı iki çoxmənzilli yaşayış binası, Mexaniki Kollecin binası, iki sənaye müəssisəsi və uşaq bağçası zədələnib.
Hadisə nəticəsində üç nəfər həlak olub, səkkiz nəfər yaralanıb.
Hücumlardan Rusiya Federasiyasının digər bölgələri də zərər görüb. Krasnodar diyarında altı nəfərin yaralandığı, 20-dən çox fərdi yaşayış evinin zədələndiyi bildirilir.
Rəsmilər hadisə yerlərində xilasetmə və bərpa işlərinin davam etdiyini açıqlayıb.









