Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ekskluziv

Deputat Ülvi Quliyevin “qazi” oğlunun Londondan Qarabağa uzanan biznesi və SSRİ sevgisi – DOSYE+VİDEO

Noyabr 27, 2025
A A

REDAKTORUN SEÇİMİ

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

09 Dekabr 25 / 14:41
Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

08 Dekabr 25 / 16:19
Adnan Əhmədzadə Elnur Abdullayev ittifaqının media maxinasiyaları: FETO-çu İmam necə imperiya qurub?

Adnan Əhmədzadə Elnur Abdullayev ittifaqının media maxinasiyaları: FETO-çu İmam necə imperiya qurub?

08 Dekabr 25 / 14:31
Məşhur idmançı deputat Ülvi Quliyevdən şikayətləndi: “300 min pul qazananda deyirdilər ki…”

Məşhur idmançı deputat Ülvi Quliyevdən şikayətləndi: “300 min pul qazananda deyirdilər ki…”

08 Dekabr 25 / 14:02
Abdin Fərzəliyevin qanunsuz tikinti prosesi: Yüksək gərginlik altında obyekt

Abdin Fərzəliyevin qanunsuz tikinti prosesi: Yüksək gərginlik altında obyekt

04 Dekabr 25 / 13:16

Ağdam, Füzuli və Xocavən Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Ağdam şəhəri 5 nömrəli yaşayış massivi üzrə yaşayış və qeyri-yaşayış binalarının daxili kommunikasiya işlərinin və avadanlıqların satın alınması ilə bağlı tenderə yekun vurub. Qaynarinfo xəbər verir ki, tenderin qalibi “Diler İnşaat” Qapalı Səhmdar Cəmiyyəti seçilib. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 31 934 173,84 manatdır. Ağdam, Füzuli və Xocavən Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin rəhbəri Leysan Məmmədovdur. Leysan Məmmədov ictimaiyyətə “Sea Breez”dəki məşhur davadan tanışdır. Həmin davanın əsas fiqurantlarından biri məhz Leysan Məmmədovun oğlu Elnur Məmmədov idi.
“Diler İnşaat” QSC bundan əvvəl Ağdam, Füzuli və Xocavən Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-121 üzrə binaların tikintisi işlərinin satın alınması ilə bağlı tenderinin qalibi seçilmişdi. Şirkət bu tender üzrə qurumdan 8 050 336,09 manatlıq sifariş almışdı. Ağdam, Füzuli və Xocavən Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin satınalma müsabiqələrində “Diler İnşaat” QSC-yə üstünlük verməsi təsadüfi deyil. Bu şirkət sıradan bir sahibkara məxsus deyil. Rəsmi mənbələrdə qeyd edilir ki, “Diler İnşaat” QSC 28 oktyabr 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2020 manatdır. Şirkətin hüquqi ünvanı Yasamal rayonu, Moskva prospekti, ev 73A-da yerləşir. QSC-nin qanuni təmsilçisi Süleymanov Elxan Füzuli oğludur. Elxan Süleymanov haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Görünür, bu şəxsin şirkəti təmsilçiliyi formal xarakter daşıyır.”Diler İnşaat” QSC-nin əsl sahibi Orxan Quluzadədir. O, deputat Ülvi Quliyevin oğludur. Şirkətin Orxan Quluzadəyə məxsus olması barədə mediada da məlumatlar yer alıb. Qarşı tərəf bu məlumatları təkzib etməyib.
Həmçinin şirkətin saytında Orxan Quluzadənin təsisçi kimi müraciəti yer alır. Bu faktlar “Diler İnşaat” QSC-nin deputatn oğluna məxsus olduğuna şübhə yeri qoymur.
Xatırladaq ki, hələ üç il əvvəl, Vətən müharibəsi başlayanda depuatın oğlu Orxan Londondakı isti, komfort ofisindən yazırdı: “Səfərbər olduq! Vətən-Torpaq uğrunda müharibə etdik! Qan tökdük, şəhid verdik! Torpaq uğrunda ölən varsa vətəndir dedik! Yaşadığımız və həsrət qaldığımız torpağın haqqını ödədik!”
Bundan iki il sonra deputatın “Səfərbər olduq” deyən oğlu artıq Şuşada idi. Onun şirkəti “Şuşa Otel və Konfrans Mərkəzi”nin daxili təmir və bəzək işlərini həyata keçirməyə başlamışdı. Bax, Londondan Şuşaya belə gəlirlər. Sanki Ülvi Quliyevin oğlu bu qala şəhərini düşmən işğalından azad edən fatehdir, indi belə müştəbehliklə gələrək təmir və bəzək işlərində şirkətini qabağa verir.
Bununla bağlı cumhuriyyet.az olaraq onu da bildirək ki, hərbi xidmətdə olmayan fərari Orxan Quluzadə bir neçə il əvvəl Londonda “Miss USSR” (“SSRİ gözəli”) müsabiqəsinə bir ətək pul töküb. 2017-ci ildə o, “Rubicon Production” studiyasının və Litva əsilli rus prodüser Valentina Gordeevanın prodüserliyi ilə London, Mayfairdakı bahalı və dəbdəbəli Hilton otelində keçirilən konkursun çəkilişlərinə sponsorluq edib.
Xatırladaq ki, hələ beş il əvvəl, Vətən müharibəsi başlayanda depuatın oğlu Orxan Londondakı isti, komfort ofisindən yazırdı: “Səfərbər olduq! Vətən-Torpaq uğrunda müharibə etdik! Qan tökdük, şəhid verdik! Torpaq uğrunda ölən varsa vətəndir dedik! Yaşadığımız və həsrət qaldığımız torpağın haqqını ödədik!”. Cumhuriyyet.az olaraq onu da bildirək ki, bundan iki il sonra deputatın “Səfərbər olduq” deyən oğlu artıq Şuşada idi. Onun şirkəti “Şuşa Otel və Konfrans Mərkəzi”nin daxili təmir və bəzək işlərini həyata keçirməyə başlamışdı. Bax, Londondan Şuşaya belə gəlirlər. Sanki Ülvi Quliyevin oğlu bu qala şəhərini düşmən işğalından azad edən fatehdir, indi belə müştəbehliklə gələrək təmir və bəzək işlərində şirkətini qabağa verir.
Bundan başqa, deputat Ülvi Quliyevin oğlu Orxan Quluzadə Bakıda kafel-metlax mağazası da açıb. Deputat oğlu açılış lentini şəxsən özü kəsib. Mərkəz deputata məxsus “Diler İnşaat” QSC–nin satış mərkəzi kimi fəaliyyət göstərir. Deyilənə görə, O.Quluzadə orta məktəbdə oxuyarkən kifayət qədər kapital toplayıb, biznesə 18 yaşından Londonda milyonluq sərmayə ilə başlayıb, arada bəxti gətirməyib, Sankt-Peterburqda 1 milyonu batırıb, amma sonra ayağa qalxmağı bacarıb, İngiltərədə 5 ev alıb, Türkiyədə şirkət açıb, Azərbaycanda binalar tikib, indi də dövlətin bahalı layihələrində iştirak etməkdədir, məmurlar arasında yaxşı müştəriləri var. Ümumiyyətlə, məmur uşaqları, deputat övladları başqalarının balalarından seçilir – onlarda biznesdə uğurlu olmaq üçün “fitri istedad” var, heç kəsdə yoxdur…

Əvvəlki Yazı

SSRİ bayrağı qaldıranlar Mehdiyevin adamlarıdır?

Növbəti Yazı

Ərəblərin Azərbaycandan “ayağı kəsildi” – Səbəb

EKSKLUZİV

Naxçıvanın qalmaqallı deputatı kimdir? – Mandatı ləğv ediləcək

Naxçıvanın qalmaqallı deputatı kimdir? – Mandatı ləğv ediləcək

09 Dekabr 2025 / 20:10
0
Namizəd Səfərov saxlanıldı

Namizəd Səfərov saxlanıldı

09 Dekabr 2025 / 19:40
0
“Azərbaycan Dəmir Yolları” gömrük qaydalarını pozurmuş – CƏRİMƏ

“Azərbaycan Dəmir Yolları” gömrük qaydalarını pozurmuş – CƏRİMƏ

09 Dekabr 2025 / 19:25
1
Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR

Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR

09 Dekabr 2025 / 19:23
1

XƏBƏR LENTİ

Naxçıvanın qalmaqallı deputatı kimdir? – Mandatı ləğv ediləcək

Namizəd Səfərov saxlanıldı

“Azərbaycan Dəmir Yolları” gömrük qaydalarını pozurmuş – CƏRİMƏ

Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR

Gömrükdə müsadirə olunmuş qızılları satacaqlar – 700 MİN MANATLIQ HƏRRAC BU TARIXDƏ OLACAQ

Gerasimovun qələbə yalanları: noyabrda “ələ keçirilən” üç yaşayış məntəqəsində döyüşlər gedir

“Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev qaynatasının əsgəri olub”

9 saylı cəzaçəkmə müəssisəsində narazılıq

AZAL-ın təyyarə qəzası ilə bağlı Qazaxıstan AÇIQLAMA YAYDI

Tenderlə “qaz vurub qazan dolduranlar” – Məhkəmələrin təmiri kimə tapşırılıb? + SİYAHI

Bu şəxslərə birdəfəlik haqq ödəniləcək

Ramiz Mehdiyev kimləri FETÖ siyahısından çıxarıb?

“Qaçış Kralı” dördüncü dəfə həbsxanadan qaçdı

Deputatlar bu məsələləri qaldırdı – Hökumətdən REAKSİYA

Valyuta ehtiyatlarımız xarici borcumuzdan 17 dəfə çoxdur

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Tütün məhsullarının aksizi 25.5 manata qaldırılır

Bakının mərkəzində xaos: Bu adamlara görə yolu bağlayırlar – VİDEO

XİN Ramiz Mehdiyevin oğlunun şirkəti ilə müqavilə imzaladı

Ermənilər xirstianlığı necə qəbul edib? –Paşinyanda kilsəyə sillə

7 illik vergi güzəşti ləğv olunur: Rüsumlar nə qədər olacaq?

Hava xəbərdarlığı: Bakıda iki gün leysan olacaq

Bakıda dəhşətli PARTLAYIŞ

2026-cı ilin dövlət büdcəsi təsdiqləndi – Gəlir və xərclər

İş adamının 4 milyonu ələ keçirildi – Biri federasiya prezidenti olub

AYNA-nın şirkətlərə yazdığı cərimələr ləğv edildi

Əsəd və müşaviri Putini lağa qoydu + VİDEO

Trampdan Avropaya xəbərdarlıq: Düz yolla getmirsiniz

“Atanı Putin öldürüb, Zelenski yox” – Ukraynada döyüşən çeçenlərdən Ramzan Kadırova sərt cavab

DİN-dən əhaliyə TƏCİLİ XƏBƏRDARLIQ – Təhlükə realdır!

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.