Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

Öcalanın İmralı “iqamətgahı” – tutulanda titrəyən adam indi özünü ötkəm aparır

Noyabr 27, 2025
A A

REDAKTORUN SEÇİMİ

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçiləri qul kimi işlədir: “Zeytun Pharma”da ÜSYAN

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçiləri qul kimi işlədir: “Zeytun Pharma”da ÜSYAN

25 İyun 26 / 18:18
“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

11 İyun 26 / 11:42
Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

22 May 26 / 14:35
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05

PKK-nın qurucusu, 25 ildir İmralı adasında saxlanılan ömürlük məhbus Abdullah Öcalan Ankaranın Suriyadakı kürd qüvvələrinə tərk-silah çağırışı etmək tələbini yerinə yetirməkdən imtina edib.

40 ildir Türkiyə dövlətinə qarşı partizan-terror müharibəsi aparan radikal solçu qrupun lideri ilə Türkiyə dövlətinin rəsmi şəxsləri arasında son danışıqlar bu yaxınlarda baş tutub. Türkiyə qanunvericilərindən ibarət partiyalararası qrup həbsxanada Öcalanı ziyarət edib. Məlum olub ki, PKK lideri Ankaranın tələblərinə asanlıqla tabe olmaq istəmir, özünü naza qoyur, necə deyərlər, yuxarıdan gedir.

Bu, o adamdır ki, 1999-cu ilin fevralında Türkiyənin xüsusi xidmət orqanları tərəfindən Keniyanın paytaxtı Nayrobidə paketlənərək Türkiyəyə gətirələndə elə təyyarədəcə can qorxusundan əməkdaşlığa hazır olduğunu bildirmişdi.

1998-1999-cu illərdə Türkiyə bu şəxsə dünyanın dar etmişdi. O, Suriyadan qaçıb Yunanıstana, oradan keçib Rusiyaya gedir, Rusiyanı tərk edib yunan Kiprinə yollanır, oradan İtaliyaya uçurdu. Yaxalanmazdan günlər öncə Avropanın bütün aeroportları onun uçduğu özəl təyyarəni qəbul etməkdən imtina etmişdi. O zaman İsrail, Rusiya, ABŞ kimi ölkələr bu terrorçunun, nəhayət, Türkiyəyə təslim edilməsi üçün həmrəylik nümayiş etdirirdilər.

Sonda o tutuldu, Türkiyəyə gətirildi, həbsxanaya salındı, mühakimə olundu, minlərlə cinayətdə əli, imzası olmasına baxmayaraq, güllələnmədi (Türkiyədə artıq edam hökmünə moratorium qoyulmuşdu). Əksinə, həbsxanada ona xüsusi, yaxşı şərait yaradıldı, hazırda da öz nökər-naibləri ilə birlikdə, bir zamanlar Kolumbiya narkokartelinin lideri Pablo Eskobarın özü üçün tikdirdiyi həbsxanada komfortda yaşadığı kimi lüks həbs həyatı yaşayır.

Görünən odur ki, Türkiyə hakimiyyəti ona qarşı yumşaldıqca Öcalanın mövqeyi sərtləşir, özünü daha ötkəm, situasiyanın ağasıymış kimi aparır. İndi o, lazım gələndə ictimaiyyətə teleradio müraciəti edir, yanına vəkillər briqadası gəlir, hüzuruna deputatlardan ibarət nümayəndələr qrupu təşrif buyurur. Beləcə, İmralı adası Türkiyə, İraq, Suriya kürdlərinin paytaxtına dönüb. Onlar hər gün İmralıdan yeni xəbər və təlimatlar gözləyirlər.

Artıq Türkiyədə hər kəs Aponun azadlığa buraxılamasını gün, ay məsələsi sayır. Son razılaşmalar, anlaşmalar gedir. Bundan əvvəl o, PKK-nın ləğv olunması barədə razılığa gəldiyini bəyan etmiş, amma əlavə güzəştlərə getməkdən imtina etdiyini bildirmişdi. Nəticədə PKK-nın bir hissəsi İraqın şimalına, Suriyanın şərqinə köç edib.

Ankara anlayır ki, PKK-nın Türkiyədə silahlı fəaliyyətini dayandırması və minimuma endirməsi, qılaf dəyişdirib mülki və siyasi həyata transfer etməsi hələ PKK-nın yox olması demək deyil. Bu təşkilat öz mövcudluğunu Suriyanın şərqində və İraqın şimalında qoruyub saxlayacaqsa, bir gün yenə də Türkiyənin ərazisinə sıza, təmərküzləşə və yenidən silahlı mübarizəyə başlaya bilər.

“Kürd acılımı” illərində elə olmuşdu. Türkiyə dövləti PKK militanlarına amnistiya vermiş, onlar üstü açıq yük maşınları ilə dağlardan enmiş, kürdlərin kompakt yaşadığı şəhərlərdə yeraltı bunkerlər, silah depoları hazırlayaraq silahlı mübarizənin yeni mərhələsinə hazırlaşmışdılar.

Ankara həmin səhvi yenidən buraxmaq istəmir. Ona görə də məqsəd PKK-nın Suriyadakı hərbi qanadını silahsızlaşdırmaq, Suriyanın şərqində fəaliyyət göstərən kürd qüvvələrinin Dəməşqə inteqrasiyasına nail olmaqdır.

PKK lideri isə Suriyadakı qüvvələri öz əlindəki ən güclü kart sayır və onu əlindən verməyə tələsmir.

Türkiyə parlamentinin üzvlərindən ibarət qarışıq heyətin 76 yaşlı PKK lideri ilə 5 saatlıq görüşündə də əsas mövzu Suriyadakı kürd qüvvələrinin gələcəyi olub.

Türkiyə Suriyanın daxilində faktiki muxtar bölgə kimi fəaliyyət göstərən Suriya Demokratik Qüvvələrini (SDQ) PKK-nın bir qolu hesab edir. Çünki SDQ-nin idarəetmə modeli, strategiyası və təsis prinsipləri Öcalanın qoyduğu təməl üzərində bərqərardır. Üstəlik, qurumun hərbi qanadının lideri Məzlum Abdi PKK-nın qurucusunun “tələbə”sidir.

Öz növbəsində, Suriya kürdlərinin hərbi rəhbərliyi Türkiyə ilə PKK arasındakı sülh prosesinin onları narahat etmədiyini bildirir. “Qonşumuz Türkiyədən hərbi, inzibati və təhlükəsizlik strukturlarımızı təhdid kimi görməməsini xahiş edirik, çünki onlar sülh və təhlükəsizlik institutlarıdır”, – deyə Abdi bu yaxınlarda İraq Kürdüstanında keçirilən təhlükəsizlik forumunda çıxış edərkən deyib.

Bu yaxınlarda Türkiyə Böyük Millət Məclisinə PKK ilə əlaqədə ittiham olunaraq məhkum edilmiş yüzlərlə məhbusun əfvinə yol açacağı gözlənilən qanunlar paketi təqdim olunacaq. Bu qanun layihəsinin sonda Öcalanın da əfvinə səbəb olacağına ümid bəslənilir. Görünür, Öcalan əfv olunacağına tam əmindir deyə, daha əvvəlki kimi hökumətlə konstruktiv əməkdaşlıq etmək, Suriyadakı qüvvələrin tərk-silahı üçün müraciət etmək istəmir.

Bu da başqa bir məsələdir ki, Öcalanın olası müraciətindən sonra kürd qüvvələri Dəməşqə tabe olacaqlar, ya olmayacaqlar, silahı yerə qoyacaqlar, ya qoymayacaqlar. Ehtimal ki, yerli kürd militanları etnik zorakılıq dalğasına məruz qalacaqları bəhanəsiylə Suriya hökumətinə tabe olmaqdan boyun qaçıracaqlar.

Araz Altaylı, Musavat.com

Əvvəlki Yazı

“Bravo” buna görə cərimələnə bilər – SƏBƏB

Növbəti Yazı

Onlar da pensiyaya daha tez çıxacaq? – çoxuşaqlı ailələr diqqətdə

EKSKLUZİV

Bu şəxslər 40 minədək cərimələnəcək

Bu şəxslər 40 minədək cərimələnəcək

02 İyul 2026 / 15:19
1
Təkrar sertifikasiyadan kəsilən müəllimlərin nəzərinə!

Təkrar sertifikasiyadan kəsilən müəllimlərin nəzərinə!

02 İyul 2026 / 14:07
1
Xamenei burada dəfn olunacaq – Video

Xamenei burada dəfn olunacaq – Video

02 İyul 2026 / 13:55
1
Bağçalara uşaqların elektron qəbulu başlanılır

Bağçalara uşaqların elektron qəbulu başlanılır

02 İyul 2026 / 13:42
1

XƏBƏR LENTİ

Bu şəxslər 40 minədək cərimələnəcək

Təkrar sertifikasiyadan kəsilən müəllimlərin nəzərinə!

Xamenei burada dəfn olunacaq – Video

Bağçalara uşaqların elektron qəbulu başlanılır

Bakının mərkəzində bu yollar tam bağlanır

Sabah 36 dərəcə isti olacaq – PROQNOZ

Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib – FOTO

Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfəri başa çatıb

BMT-nin pulu sentyabr ayında qurtara bilər

Azərbaycanda bu avtomobillərin qiyməti ucuzlaşıb

Azərbaycanda bu məhsullar bahalaşacaq – Siyahı

Qurban Qurbanov “Qarabağ”ın iki məğlubiyyətindən danışdı

Belə paylaşımların 2000 manat cəriməsi var

Azərbaycan polisi – 108 yaşında

Prezident İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub

İyunda orta aylıq temperatur iqlim normasından yuxarı olub

Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə təkbətək görüşü olub

Buna görə Bakıdayam – Leyen

Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib – FOTO

Sabah çimərliyə getmək istəyənlərin nəzərinə

Səhiyyə Nazirliyi əhaliyə müraciət edib

41 mindən çox abituriyent qəbul imtahanı verəcək

Azərbaycanda hansı maşınlar ucuzlaşıb?

Çap mediası subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlanıb

Suriyada keçid parlamenti formalaşıb

Onlayn media subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlanıb

Bakıda NATO-nun təlim kursu keçirilir

“İdrak” liseyindəki cinayətin bəzi təfərrüatı açıqlandı

Sabah 35 dərəcə isti olacaq

Prezident İlham Əliyev Kanadanın General-Qubernatorunu təbrik edib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.