Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

Qərb qoşunları Ukraynada yerləşdiriləcək: ABŞ və Avropa Ukrayna ilə bağlı hansı razılığa gəlib?

Dekabr 17, 2025
A A

REDAKTORUN SEÇİMİ

Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…

Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…

05 Avqust 26 / 11:43
“Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?

“Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?

29 İyul 26 / 12:55
Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti

Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti

28 İyul 26 / 18:10
Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO

Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO

27 İyul 26 / 11:15
“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

15 İyul 26 / 18:22

Dekabrın 15-də Berlində keçirilən danışıqlarda ABŞ və Avropa diplomatları Ukrayna üçün təhlükəsizlik zəmanətlərini müəyyən edən iki sənədi razılaşdırıblar.

Bu barədə “The New York Times” (NYT) qəzeti sənədlərlə tanış olan məmurlara istinadən yazır. Nəşr daha əvvəl yayılan məlumatları təsdiqləyərək bildirir ki, bu zəmanətlər Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsində nəzərdə tutulan öhdəliklərə yaxın olsa da, onların əsas şərti Ukraynanın NATO-ya üzvlükdən imtina etməsidir.

Məlumata görə, birinci sənəd təhlükəsizlik zəmanətlərinin ümumi prinsiplərini müəyyən edir. Söhbət NATO müqaviləsində olduğu kimi, hücuma məruz qalan ölkəyə yardım göstərilməsini nəzərdə tutan öhdəliklərdən gedir. Gözlənilir ki, bu zəmanətlər hüquqi baxımdan məcburi xarakter daşıyacaq. Mənbələrin bildirdiyinə görə, ABŞ bu sənədi Senatda ratifikasiyaya çıxarmağa hazırdır, Avropa ölkələri isə onu öz daxili prosedurlarına uyğun şəkildə rəsmiləşdirəcəklər.

İkinci sənəd mənbələr tərəfindən “operativ” sənəd kimi xarakterizə olunur və əsasən hərbi strukturlar üçün nəzərdə tutulub. Bu sənəddə ABŞ və Avropa qüvvələrinin Ukrayna ordusu ilə Rusiya tərəfindən mümkün yeni işğalın qarşısının alınması və Ukrayna ərazilərinin yenidən zəbt edilməməsi üçün necə əməkdaşlıq edəcəyi izah olunur. Anonimlik şərti ilə jurnalistlərə danışan ABŞ rəsmilərindən biri sənədin “son dərəcə konkret” olduğunu bildirib: “Bu sənəd gələcək işğalların necə qarşısının alınacağı və Rusiya döyüş əməliyyatlarını bərpa edərsə, onun necə cəzalandırılacağı ilə bağlı çox konkret mexanizmləri əks etdirir. Mənbələr vurğulayır ki, söhbət siyasi bəyanatlardan deyil, praktiki fəaliyyət mexanizmlərindən gedir. Sənədlərə əsasən bu, Berlində danışıqlardan sonra bir sıra Avropa ölkələrinin liderlərinin qəbul etdiyi bəyannamədə də əksini tapıb. Atəşkəsin mümkün pozulmasına nəzarətdə əsas rolu ABŞ oynayacaq. Vaşinqton eyni zamanda kəşfiyyat imkanları vasitəsilə Rusiyanın yeni hücuma hazırlığını aşkar etməli və eskalasiyanın qarşısını almalıdır.

Sənədlərdə qeyd olunur ki, ABŞ qoşunları Ukraynaya göndərilməyəcək, lakin Avropa ölkələrinin hərbi kontingenti yerləşdirilə bilər. Bu qüvvələrin NATO çərçivəsindən kənar şəkildə və təmas xəttindən uzaqda yerləşdirilməsi nəzərdə tutulur. Məqsəd əlavə çəkindirmə mexanizmi yaratmaqdır.

Moskva dəfələrlə Ukrayna ərazisində NATO ölkələrinin hər hansı hərbi mövcudluğunu qəbuledilməz adlandırıb. Bununla belə, amerikalı rəsmilər “The New York Times”a bildiriblər ki, əgər söhbət NATO missiyasından getməzsə, Moskva sonda Avropa kontingentinin yerləşdirilməsi ilə razılaşa bilər.

Bundan başqa, sənədlərdə Ukrayna ordusunun əlavə gücləndirilməsi və müttəfiqlər tərəfindən tədarük ediləcək silahların siyahısı da yer alır.

Eyni zamanda sənədlərdən ABŞ və digər NATO ölkələrinin Rusiyanın mümkün yeni aqressiyası halında hansı rolu oynayacağı, o cümlədən Moskva ilə birbaşa silahlı qarşıdurmaya girib-girməyəcəyi aydın olmur. Almaniya kansleri Fridrix Merts bir gün əvvəl bunun “müəyyən şəraitdə” mümkün ola biləcəyini istisna etməyib.

“The New York Times” yazır ki, ABŞ də bu təhlükəsizlik zəmanətləri Ukraynanın NATO-ya üzvlük iddiasından imtina etməsi və həmçinin ərazi güzəştlərinə hazır olması ilə əlaqələndirilir. NATO məsələsində Kiyev hakimiyyətinin təhlükəsizlik zəmanətləri müqabilində alyansa üzvlükdən imtinanı mümkün saydığı bildirilir.

Lakin ərazi güzəştləri, xüsusilə Ukrayna Silahlı Qüvvələrinin Donetsk vilayətindən çıxarılması məsələsini Ukrayna Prezidenti Volodimir Zelenski qəti şəkildə rədd edib. Bununla belə, o, yekun qərarın seçicilər tərəfindən verilə biləcəyini də istisna etməyib.

Rasim Əliyev

“AzPolitika.info”

Əvvəlki Yazı

Putini yenə aldatdılar – Kupyanskı ələ keçirmişik

Növbəti Yazı

“Bir neçə deputat həbs olunacaq, çevrilişə cəhdlər olacaq” – Tanınmış astroloqdan SENSASİON açıqlamalar VİDEO

EKSKLUZİV

Qeyri-sabit hava avqustun 17-dək davam edəcək – XƏBƏRDARLIQ

Qeyri-sabit hava avqustun 17-dək davam edəcək – XƏBƏRDARLIQ

13 Avqust 2026 / 16:00
1
Samuxda 9 nəfərdə qarayara aşkarlandı – Rəsmi

Samuxda 9 nəfərdə qarayara aşkarlandı – Rəsmi

13 Avqust 2026 / 15:46
1
Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 90 mənzil alıb

Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 90 mənzil alıb

13 Avqust 2026 / 15:27
2
Dördüncü qrupda bu ixtisaslarda ballar artacaq

Dördüncü qrupda bu ixtisaslarda ballar artacaq

13 Avqust 2026 / 15:09
0

XƏBƏR LENTİ

Qeyri-sabit hava avqustun 17-dək davam edəcək – XƏBƏRDARLIQ

Samuxda 9 nəfərdə qarayara aşkarlandı – Rəsmi

Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 90 mənzil alıb

Dördüncü qrupda bu ixtisaslarda ballar artacaq

Məktəbli formalarının qiymətləri açıqlandı

“Qarabağ”- “Dinamo Kiyev” oyunundan əvvəl fan zona təşkil olunacaq

CHAIRWOMAN OF THE COUNCIL OF MINISTERS OF BOSNIA AND HERZEGOVINA, MS. BORJANA KRIŠTO, AWARDED THE “FRIEND OF JOURNALISTS” GOLD ORDER

ПРЕДСЕДАТЕЛЬ СОВЕТА МИНИСТРОВ БОСНИИ И ГЕРЦЕГОВИНЫ ГОСПОЖА БОРЬЯНА КРИШТО НАГРАЖДЕНА ЗОЛОТЫМ ОРДЕНОМ «ДРУГ ЖУРНАЛИСТОВ»

DİM sədri şanslı qrupu açıqladı: Yerlərin 75%-i…

Sabah 36 dərəcə isti olacaq

Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib

Məleykə Abbaszadə abituriyentlərə çağırış edib

DYP piyadalara müraciət edib

Taksi sürücüləri üçün imtahan keçiriləcək – qeydiyyat başladı

Ronaldo Messiyə başsağlığı mesajı göndərdi

Müctəba Xamenei niyə ictimaiyyət qarşısına çıxmır? – SEPAH AÇIQLADI

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bu cəhdlər yolverilməzdir – Ərdoğan

Azərbaycanın xaricdəki qadın səfirləri – Onlar kimdir?

Messi atasına bu sözlərlə vida etdi

Ermənistanda cinayətlərin sayı Azərbaycandan 5 dəfə çoxdur – RƏQƏMLƏR

Lukaku “Fənərbağça”da – Rəsmi

Eldar Mahmudovun yaxın çevrəsi ilə bağlı “sanballı təftiş”ə ehtiyac var

Ermənistan KTMT-də səs hüququnu itirə bilər

Sabah çimərliklərdə hava şəraiti necə olacaq?

ƏDV ödəyicilərinin sayı artıb

Məişət zorakılığının ən çox qeydə alındığı RAYONLAR

Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir

Bakıda torpaq qiymətləri bir ayda 4% artdı

Məktəb alış-verişi bu il daha baha olacaq

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.