Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Xəbər lenti

Azərbaycanın xaricdəki qadın səfirləri – Onlar kimdir?

Avqust 13, 2026
A A

REDAKTORUN SEÇİMİ

Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

07 Oktyabr 26 / 13:03
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri: Nərimanovdan Xırdalana uzanan DOSYE

Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri: Nərimanovdan Xırdalana uzanan DOSYE

06 Oktyabr 26 / 15:31
Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

01 Oktyabr 26 / 15:00
Həbsdən çıxan Səlim Müslümovun yeni işi…

Həbsdən çıxan Səlim Müslümovun yeni işi…

30 Sentyabr 26 / 14:05
Bakıda 200 saylı məktəb-liseydə pul yığılır:5 qadın müavin-VİDEO 

Bakıda 200 saylı məktəb-liseydə pul yığılır:5 qadın müavin-VİDEO 

26 Sentyabr 26 / 15:05

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin 12 avqust 2026-cı il tarixli sərəncamı ilə Nərminə Elsevər qızı Mustafayeva Azərbaycanın Latviyadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bu təyinatla Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə rəhbərlik edən qadın səfrilərinin sayı bir nəfər də artıb. Hazırda Azərbaycanın xarici ölkələrdə 70 səfirliyi fəaliyyət göstərir. Onlardan 3-nə qadın diplomatlar rəhbərlik edir.

Cumhuriyyet.az Azxeber.com-a istinadən Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə rəhbərlik edən qadın səfirləri təqdim edir:

Hazırda Azərbaycanı diplomatiya sahəsində təmsil edən qadın səfirlərdən biri Fransada fəaliyyət göstərir.

Prezident İlham Əliyevin 17 oktyabr 2022-ci il tarixli sərəncamı ilə Leyla Abdullayeva Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Leyla Abdullayeva 1981-ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magistr pillələrində təhsil alıb. 2002-ci ildən etibarən Xarici İşlər Nazirliyində çalışır. Nazirlikdə çalışdığı müddətdə regional təhlükəsizlik, ölkəmizin regional təşkilatlarda iştirakı, xüsusilə də bu təşkilatlarla siyasi və təhlükəsizlik sahəsində əməkdaşlıq münasibətlərinə məsul olub.

Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyində, Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyində və Avropa Birliyi yanında nümayəndəliyində diplomatik fəaliyyət göstərib.

XİN-də bundan əvvəl Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyində (AİDA) direktor müavini vəzifəsində çalışıb. Bu təyinatdan əvvəl isə XİN-in Mətbuat xidmətinin rəhbəri olub. Ailəlidir, iki övladı var.

Digər qadın səfir Macarıstanda fəaliyyət göstərir.

Prezident İlham Əliyevin 29 iyul 2026-cı il tarixli sərəncamı ilə Esmira Firudin qızı Cəfərova Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Esmira Cəfərova 1979-cu il mayın 24-də anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin məzunudur. Macarıstanın Mərkəzi Avropa Universitetində beynəlxalq münasibətlər və Avropa elmləri üzrə magistr dərəcəsi alıb.

Vyana Universitetində doktorantura pilləsini bitirib və siyasi elmlər üzrə fəlsəfə doktoru dərəcəsi alıb. Həmçinin Nyu Yorkda yerləşən Kolumbiya Universitetində ziyarətçi elmi işçi kimi fəaliyyət göstərib.

E.Cəfərova diplomatik fəaliyyətə 2001-ci ildən Azərbaycan Xarici İşlər Nazirliyində başlayıb. 2016-cı ilə qədər Azərbaycanın Avstriyadakı səfirliyində, ATƏT yanında missiyasında və Azərbaycanın BMT-dəki Daimi nümayəndəliyində çalışıb. Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv olduğu dövrdə təhlükəsizlik məsələlərindən məsul olub, Yaxın Şərq məsələləri üzrə ekspert kimi fəaliyyət göstərib. 2014-2016-cı illərdə Azərbaycan XİN-in Hərbi-siyasi məsələlər idarəsində NATO/SNT şöbəsinin müdiri olub. 2016-2017-ci illərdə ADA Universitetində baş müəllim kimi çalışıb, xarici siyasətin təhlili, xarici siyasət nəzəriyyəsi və beynəlxalq təhlükəsizlik fənlərindən dərs deyib.

2017-2019-cu illərdə Energetika Nazirliyində Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, nazirin xarici məsələlər üzrə müşaviri vəzifələrində çalışıb.

2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü təyin olunub və 2024-cü ilin iyulunadək bu vəzifədə çalışıb. Bu dövrdə xarici siyasət sahəsində çoxsaylı məqalələr yazıb, nüfuzlu xarici media qurumlarına müsahibələr verib. 44 günlük Vətən müharibəsi dövründə ekspert kimi fəal olub.

Azərbaycanın ən yeni qadın səfiri Nərminə Mustafayevadır.

Prezident İlham Əliyevin 12 avqust 2026-cı il tarixli sərəncamı ilə Nərminə Elsevər qızı Mustafayeva Azərbaycanın Latviyadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Nərminə Mustafayeva bu təyinata qədər Türkiyənin İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu, eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrində çalışıb. O, 2020-ci il iyulun 28-də baş konsul təyin edilmişdi. Nərminə Mustafayeva 6 il İstanbulda baş konsul vəzifəsində çalışıb. 27 iyul 2026-cı il tarixində isə geri çağırılıb.

Qeyd edək ki, Nərminə Mustafayeva keçmişdə jurnalist kimi də fəaliyyət göstərib.

Əvvəlki Yazı

Messi atasına bu sözlərlə vida etdi

Növbəti Yazı

Bu cəhdlər yolverilməzdir – Ərdoğan

EKSKLUZİV

“İtkin düşmüş şəxslərlə bağlı IV beynəlxalq konfrans Azərbaycan həqiqətlərinin təbliğinə töhfədir”

“İtkin düşmüş şəxslərlə bağlı IV beynəlxalq konfrans Azərbaycan həqiqətlərinin təbliğinə töhfədir”

08 Oktyabr 2026 / 16:36
3
Xalq Şairi Sabir Rüstəmxanlı Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” mövzusunda məruzə edib

Xalq Şairi Sabir Rüstəmxanlı Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” mövzusunda məruzə edib

08 Oktyabr 2026 / 14:23
2
Metroda bu təmir işləri artıq yekunlaşmaq üzrədir – Rəsmi

Metroda bu təmir işləri artıq yekunlaşmaq üzrədir – Rəsmi

08 Oktyabr 2026 / 13:25
2
9 ayda 40 minə yaxın şəxsə əlillik verildi

9 ayda 40 minə yaxın şəxsə əlillik verildi

08 Oktyabr 2026 / 13:15
1

XƏBƏR LENTİ

“İtkin düşmüş şəxslərlə bağlı IV beynəlxalq konfrans Azərbaycan həqiqətlərinin təbliğinə töhfədir”

Xalq Şairi Sabir Rüstəmxanlı Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” mövzusunda məruzə edib

Metroda bu təmir işləri artıq yekunlaşmaq üzrədir – Rəsmi

9 ayda 40 minə yaxın şəxsə əlillik verildi

Sabah Bakıya yağış yağacaq

İş yerini dəyişdirmək istəyən müəllimlər üçün fürsət

Ramiz Mehdiyev öz məhkəməsinə niyə gəlmir…

Prezident MDB dövlətlərinin başçılarının görüşündə

11 gün qeyri-iş günü olacaq: Tarixlər açıqlandı

Prezident “Avaza” Kompleksinə gedib

Azərbaycanda uzun illər evli olanlar arasında boşanmalar artıb

Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib

Qarabağdan daha 16 nəfərə aid insan qalığı aşkarlanıb

İcra Hakimiyyəti başçısından nümunəvi addım – FOTOLAR

Bakıda kanat yolu üçün araşdırma aparılır – RƏSMİ

Bu şəxslərin pensiyası daha çox artacaq

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkə açıqlandı

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdirilib

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda bu həftədən ov mövsümü başlayır

Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

Qazaxda şəhər ərazisində məişət tullantılarının daşınması üçün yeni maşın ayrılıb

Bəzi yollarda hərəkət məhdudlaşdırılacaq

Ərzaq qiymətlərinin artırılmaması üçün dövlət müdaxilə edəcək

Azərbaycanda quzuların və buzovların kəsilməsi qadağan edilir

Əli Nağıyev: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb

Ceyhun Bayramov Türkmənistana işgüzar səfərə gedib

Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl   Sen »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.