Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

“Hərbi xidmətə yararlı” əsgər xəstəlikdən niyə ölməlidir?

Dekabr 18, 2025
A A

REDAKTORUN SEÇİMİ

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05
Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

16 Dekabr 25 / 12:10
Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 25 / 13:55
Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

10 Dekabr 25 / 11:55

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Əli Vahab oğlu Cəfərovun xəstəlikdən müalicə olunduğu hospitalda bu ilin dekabr ayının 15-də ölməsi ilə bağlı araşdırma aparılır.

Bu barədə Hərbi Prokurorluqdan bu gün yayılan məlumatda deyildiyinə görə, ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər prosessual tədbirlər icra edilib.

Qeyd edək ki, həyatını itirən gənc, Gəncə Dram Teatrının quruluşçu rəssamı Vahab Cəfərovun oğludur və o, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kinorejissorluq” fakültəsindən məzun olduqdan sonra hərbi xidmətə yollanıbmış.

Bir ailəni oğulsuz qoyan bu faciə son zamanlar müvafiq dövlət qurumları – hərbi komissarlıqlar və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən “hərbi xidmətə yararlı” rəyi verilən gənclərimizin əslində bəzən faktiki olaraq hərbi xidmətə yararsız olduğuna dair şikayətləri yenidən aktuallaşdırır.

Bəzi mənbələrin cəmi 4 ayın əsgəri olduğunu iddia etdiyi Əli Cəfərovun ağır pnevmaniyadan dünyasını dəyişdiyi bildirilir. Əlbəttə, Hərbi Prokurorluğun araşdırmasından sonra yəqin ki, gəncin gerçək ölüm səbəbləri, bu xəstəliyə nə vaxt, hansı şəraitdə tutulması, hərbi çağırış zamanı komissiya tərəfindən nə dərəcədə obyektiv və keyfiyyətli şəkildə yoxlandığı, hərbi xidmətdə vaxtında tibbi müdaxilənin edilib-edilmədiyi məlum olacaq. Lakin hər halda, doğrudan da sağlam, hərbi xidmətə tam yararlı bir gəncin hansısa xəstəlikdən dünyasını dəyişməsi həmin gəncin çağırış zamanı düzgün tibbi yoxlanışı barədə şübhələr yaradır…

Məlum olduğu kimi, zamanında məlum “əyri yollarla” “yararsız” rəyi alıb hərbi xidmətdən yayınanlar xeyli vaxtdır yenidən çağırışa cəlb olunur və onların bir çoxuna qoyulan diaqnozun saxta olduğu üzə çıxarılır. Belələri hərbi xidmətə göndərilir və bu təbii ki, olduqca müsbət haldır. Lakin bununla paralel olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının faktiki xidmətə yararsız gənclərə “yararlı” rəyi verməsinə dair də xeyli şikayətlər var. Eləcə də bir çox valideynlər övladlarının hərbi xidmətə gedəndən sonra zamanında düzgün diaqnoz qoyulmadığı üçün xidmətdə əziyyət çəkmələrindən, sağlamlıqlarına ikiqat zərbə vurulmasından, aylarla hərbi hospitallarda qalmalarından şikayət edirlər. Eləcə də bir çox hallarda belə çağırışçıların hospitallar tərəfindən qoyulan diaqnoz və təkrar müayinələrdən sonra hərbi xidmətə yararsız kimi tərxis olunduğuna dair məlumatlar var. Niyə? Çünki zamanında düzgün dizqnoz qoyulmayıb, başdansovdu müayinə aparılıb, ya da “planı doldurmaq” xatirinə səhhətində ciddi problem olan çağırışçı “yararlı” adı ilə orduya yola salınıb. Bir sözlə, əvvəllər daha çox “hərbi xidmətə yararsız” diaqnozu saxta çıxırdısa, indi əksinə, “yararlı” diaqnozu saxta çıxır. Hərbi hospitallarda xeyli sayda bu cür əsgərlərin olduğuna dair məlumatlar var.

Obyektivlik naminə o da qeyd olunmalıdır ki, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi bu cür halların üzə çıxarılması və belə çağırışçıların təkrar müayinəyə göndərilərək, düzgün diaqnoz qoyulmasına çalışır. Lakin buna baxmayaraq, belə halların sayının olduqca çox olduğu və onların hamısının araşdırılmasının əlavə yük yaratdığı bildirilir.

Bu problemin yaşanmasının səbəblərindən biri hərbi çağırışla bağlı qanunvericilikdir. Məlum olduğu kimi, hərbi çağırışla bağlı xəstəliklər cədvəli Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən tənzimlənir və “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əks olunur, bu cədvəl hər bir xəstəliyin hərbi xidmətə yararlılıq dərəcəsini (A, B, C, Ç, D kateqoriyaları) müəyyən edir, müddətli xidmətə tam yararsızdan (D) tutmuş, məhdud yararlılığa (C) qədər fərqləndirir, beləliklə, hansı xəstəliyin çağırışçını hərbi xidmətdən azad etdiyini və ya hansı xidmət növünə yönləndirdiyini göstərir. Ola bilsin ki, bu cədvəli yenidən nəzərdən keçirməyə və müəyyən dəyişikliklər etməyə ehtiyac var. Digər məsələ, tibbi müayinənin nə dərəcədə obyektiv, keyfiyyətli aparılması və bu cədvəldə göstərilən maddələrə uyğunlaşdırılmasıdır. Təəssüf ki, bu mərhələdə ciddi nöqsanlar qeydə alınır. Məsələ ondadır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası yalnız “TƏBİB”-in tabeliyindəki xəstəxanaların rəyini tanıyır. Bu halda Səhiyyə Nazirliyinin tabeliyindəki ixtisaslaşmış xəstəxanalar kənarda qalır. Bu isə müayinənin və diaqnozun keyfiyyəti il bağlı haqlı şübhələr yaradır.

Bir sözlə, gənclərin hərbi xidmətə çağırılması zamanı aparılan tibbi müayinələrlə bağlı cavabını gözləyən xeyli suallar var. Bu sahədə lazımi, keyfiyyətli xidmət təmin olunmayınca, təəssüf ki, bundan sonra da xəstəlikdən əsgər ölümünə dair acı xəbərlərə rast gələ bilərik.

C.Məmmədli

“AzPolitika.info”

Əvvəlki Yazı

Maddox DMCC müəmması: Rövşən Təhmrazov və Nubar Əliyeva kimdir?

Növbəti Yazı

Moskvanın Qazaxıstan qorxusu – İmperiya çökür, hədələr başlayır

EKSKLUZİV

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 2025 / 20:28
16
Yasamalda 15 mərtəbəli bina necə 16 oldu?

Yasamalda 15 mərtəbəli bina necə 16 oldu?

18 Dekabr 2025 / 19:43
0
Rəsul Quliyevdən 5 milyon manata torpağı kim alıb?

Rəsul Quliyevdən 5 milyon manata torpağı kim alıb?

18 Dekabr 2025 / 19:42
1
Bəylər Eyyubova yeni imtiyaz verildi

Bəylər Eyyubova yeni imtiyaz verildi

18 Dekabr 2025 / 19:40
1

XƏBƏR LENTİ

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Yasamalda 15 mərtəbəli bina necə 16 oldu?

Rəsul Quliyevdən 5 milyon manata torpağı kim alıb?

Bəylər Eyyubova yeni imtiyaz verildi

İsrail Türkiyəyə veto qoydu, Azərbaycan dəvəti rədd etdi

Böyük Çöküşdən əvvəlki İran: Hakim rejim zəngin ölkəni necə məhv edir?

Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası Bakıdan yola salınıb – FOTO

Kamran Əsədov vaxtilə sərt tənqd etdiyi Elm və Təhsil Nazirliyinin necə sevimlisinə çevrilib? – VİDEO

Moskvanın Qazaxıstan qorxusu – İmperiya çökür, hədələr başlayır

“Hərbi xidmətə yararlı” əsgər xəstəlikdən niyə ölməlidir?

Maddox DMCC müəmması: Rövşən Təhmrazov və Nubar Əliyeva kimdir?

“Oğlumu yalnız kənardan göstərdilər, danışmağa imkan vermədilər” – əsgər Əli Cəfərovun atası danışdı

Rusiya hərbçiləri bu Avropa ölkəsinə daxil oldu – Əsgərlər SƏRHƏDİ KEÇDİ – VİDEO

Ermənistanda ARA QARIŞDI: Eçmiədzində toqquşmalar başladı

Beybutovun 4 milyonu kimdədir?- Cavid Hüseynli azadlığa buraxıldı

Bakıda yayılan xəstəlik təhlükəli H3N2 virusudur? – həkimdən xəbərdarlıq

Qazaxda Xalq şairi Osman Sarıvəlli doğum günündə məzarı başında yad edilib

“Qanunsuzluq xaos gətirir, xaos da dağıntı, DTX isə …”

Tehrandan Zəngəzur dəhlizinə hədə – Əraqçi gedən kimi…

“Bir neçə deputat həbs olunacaq, çevrilişə cəhdlər olacaq” – Tanınmış astroloqdan SENSASİON açıqlamalar VİDEO

Qərb qoşunları Ukraynada yerləşdiriləcək: ABŞ və Avropa Ukrayna ilə bağlı hansı razılığa gəlib?

Putini yenə aldatdılar – Kupyanskı ələ keçirmişik

Ramiz Mehdiyevlə bağlı ŞOK AÇIQLAMA: “Eyş-işrət içərisində…”

Xatirə İslam Xankəndidəki konsertdə oxumaqdan imtina edib

Xəzər 8 ildə 100 metr geri çəkildi — FOTO

Mədəniyyət Nazirliyi bir ildə 2 milyonu nəyə xərcləyib?- MARAQLI DETALLAR

Kamran Əsədova hansı cəza düşür? – EKSKLÜZİV

Ev almaq getdikcə çətinləşir – Bakıda 2026-cı ilin ŞOK qiymət proqnozları

Əbülfəs Qarayevin qızı ÜZR İSTƏDİ

Putindən sensasion AÇIQLAMALAR: “Oreşnik”lər HƏRƏKƏTƏ KEÇİR

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.