Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Məhkəmə “Mutfakçı Azərbaycan”la bağlı qərar verdi – Qüsurlu mebel, maddi ziyan…

Dekabr 26, 2025
A A

REDAKTORUN SEÇİMİ

19 Oktyabr 26 / 13:07
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

15 Oktyabr 26 / 12:09
“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

13 Oktyabr 26 / 12:18
Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

07 Oktyabr 26 / 13:03
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri: Nərimanovdan Xırdalana uzanan DOSYE

Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri: Nərimanovdan Xırdalana uzanan DOSYE

06 Oktyabr 26 / 15:31

Bakı Apellyasiya Məhkəməsində İlkin Manafovun rəhbərlik etdiyi “İM” MMC (“Mutfakçı Azərbaycan”) ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Günay Axundovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Qeyd: İlkin Manafovun rəhbərlik etdiyi “İM” MMC (“Mutfakçı Azərbaycan”) məhkəməyə verilib. İddiaçılardan biri mebel alıcısı olmuş S.Abbasovdur. O, Nəsimi Rayon Məhkəməsinə müraciət edərək cavabdeh “Mutfakçı” mebelinə qarşı ilkin iddia üzrə pulun və dəymiş mənəvi zərərin ödənilməsi barədə tələb irəli sürüb.

İlkin iddia tələbi onunla əsaslandırılıb ki, tərəflər arasında 02 aprel 2024-cü il tarixdə müxtəlif növ mebel avadanlıqlarının hazırlanması və müqavilədə göstərilən məbləğ qarşılığında satılması barədə müqavilə imzalanıb. Həmin müqavilənin predmeti sayılan məhsulların siyahısı və qiymətləri müqavilənin ayrılmaz tərkib hissələri olan əlavə 1, 2 və 3 ilə müəyyən edilib. Müqavilənin 2.6 bəndinə əsasən müqavilə bağlanan gün 6 200 manat, mebel istehsala ötürüldükdə 3 400 manat, mebel tam təhvil verildikdə isə 2 400 manat, ümumilikdə 12 000 manat olmaqla ödəniş olmalı idi. Həmin müqavilənin şərtlərinə əsasən 40 iş günü ərzində müqavilədə göstərilən mebel avadanlıqları hazırlanıb ünvana təhvil verilməli idi. Müqavilənin şərtinə əsasən iddiaçı tərəfindən 02 aprel 2024-cü il və 22 aprel 2024-cü il tarixlərdə müvafiq olaraq 6 200 və 3 400 manat məbləğində pul ödənilib. 2024-cü ilin iyun ayının ilk on günlüyündə mətbəx mebelinin bir hissəsi ünvana gətirilsə də, onun tam qüsurlu olması səbəbindən cavabdehin əməkdaşları tərəfindən geri qaytarılıb və qüsurların tez bir zamanda aradan qaldırılmasına dair söz verilib. Lakin həmin gündən 4 aydan çox müddət keçməsinə baxmayaraq, müqavilədə göstərilən mebel avadanlıqları təhvil verilməyib, bununla da bağlanan müqavilənin şərtləri pozulub və bu da öz növbəsində həmin müqavilənin xitam verilməsinə səbəb olub.

Müqavilənin 6.1 bəndinə əsaslanaraq iddiaçı tərəfindən cavabdehə müqavilənin xitam verilməsi və ödənilmiş pulun geri qaytarılmasına dair bildiriş göndərilib. Nəticədə, müqavilə iddiaçı tərəfindən ləğv edilib.

Bildirilib ki, cavabdeh tərəfindən həmin bildirişin qəbul edilməsinə baxmayaraq heç bir nəticə olmayıb. Müqavilənin 4.9 bəndinə əsasən alıcı sifariş edilən mebelin satıcı tərəfindən gecikdirildiyi hallarda, hər gecikən iş günü üçün, mebel dəyərinin 0,1 % dəyərində kompensasiya istəmə hüququ yaranır. Bu hüququndan istifadə edərək iddiaçı tərəfindən ödənilmiş 9 600 manat və hər gecikdirilmiş günə 0,1 % hesablanmaqla (100 gün) 960 manat, ümumilikdə 10 560 manat məbləğində pulun tələb etmək hüququ yaranıb.

İddia tələbində qeyd edilib ki, ilkin olaraq qüsurlu mebelin ünvana gətirilməsi, onun qüsurların vəd edilmiş müddətdə aradan qaldırılmaması, sonradan mebel üçün ödənilmiş pulun qaytarılmaması nəticəsində cavabdeh tərəfindən iddiaçının qanunla müəyyən edilmiş istehlakçı hüquqlarının pozulması səbəbindən o və ailəsi əsəb gərginliyi, psixoloji sarsıntı və mənəvi iztirab keçirmişlər və nəhayət, hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməyə məcbur olub. Göstərilənlərə əsasən cavabdeh “İM” MMC-dən ödənilmiş 9 600 manat məbləğində pulun və 960 manat məbləğində kompensasiyanın, 1 000 manat məbləğində hüquqi yardıma görə xərcin, həmçinin dəymiş mənəvi zərərə görə 10 000 min manatın, cəmi 21 560 manat məbləğində pulun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilib.

Şirkət də qarşılıqlı iddia üzrə vətəndaşa qarşı iddia qaldırıb. Belə ki, cavabdeh S.Abbasova qarşı maneələrin aradan qaldırılması və pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Cavabdeh MMC ilə iddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə vətəndaş tərəfindən ödənilməmiş 5 200 manat məbləğində vəsaitin və tərəflərindən ödənilmiş 72 manat məbləğində məhkəmə dövlət rüsumunun cavabdeh iddiaçıdan tutularaq MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılması xahiş edilib.

Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, ödənilməmiş 2 800 manat məbləğində vəsaitin və tərəflərindən ödənilmiş 72 manat məbləğində məhkəmə dövlət rüsumunun cavabdeh iddiaçı tutularaq MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edib.

Məhkəmənin qərarı ilə ilkin iddia tələbi (vətəndaşın iddiası) qismən təmin edilib. İlkin iddia üzrə cavabdehdən 9 600 manat məbləğində əsas, 200 manat məbləğində kompensasiya borcu olmaqla cəmi 9 800 manat və hüquqi yardım xərcinin əvəzi olaraq 500 manat məbləğində pul vəsaiti tutularaq S.Abbasova ödənilməsi qərara alınıb. İlkin iddia tələbi qalan hissədə təmin edilməyib. Qarşılıqlı iddia tələbi də qismən təmin olunub. Ödənilməmiş 400 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 30 manatı qarşılıqlı iddia üzrə cavabdeh iddiaçıdan tutularaq qarşılıqlı iddia üzrə iddiaçı cavabdehə ödənilməsi qərara alınıb. Qərardan apellyasiya şikayəti verilib.

Qeyd: “İM” MMC hazırda alqı-satqı müqaviləsi üzrə digər vətəndaş tərəfindən də məhkəməyə verilib. Hazırda həmin iddia üzrə işə Nəsimi Rayon Məhkəməsində baxılır.

 

Kamal Məmmədov

Əvvəlki Yazı

“Halal Dad”ın kolbasalarında zərərli qida əlavələri aşkarlandı – Foto

Növbəti Yazı

Almaniyada qalmaqala səbəb olan şəxs azərbaycanlı imiç

EKSKLUZİV

Fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edilib

Fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edilib

20 Oktyabr 2026 / 10:29
2
“DTX-nın atdığı addımlar doğru və təqdirəlayiqdir”

“DTX-nın atdığı addımlar doğru və təqdirəlayiqdir”

20 Oktyabr 2026 / 10:13
6
Bu avtobusun son dayanacağı dəyişdirildi

Bu avtobusun son dayanacağı dəyişdirildi

19 Oktyabr 2026 / 16:00
2
ADY qatarlarına daş atılması halları 38% azalıb

ADY qatarlarına daş atılması halları 38% azalıb

19 Oktyabr 2026 / 15:48
0

XƏBƏR LENTİ

Fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edilib

“DTX-nın atdığı addımlar doğru və təqdirəlayiqdir”

Bu avtobusun son dayanacağı dəyişdirildi

ADY qatarlarına daş atılması halları 38% azalıb

Sabah Bakının bu rayonlarında qaz olmayacaq

Bu şəxslərə pulsuz mənzil veriləcək

Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı

Mənə Qazaxıstanda çevriliş təşkil etmək təklif olunmuşdu – Japarov

Azərbaycan çempionatında azarkeş rekordu

Dünyanın ən çox qazanan futbolçuları – SİYAHI

Prezident bir qrup energetiki təltif edib – SİYAHI

Küləkli hava neçə gün davam edəcək?

Avtobusda səs-küy salanlara cərimə tətbiq ediləcək

Gələn il dünyada qıtlıq olacaq

Sabahın hava proqnozu açıqlanıb

İlin sonunda əfv sərəncamı imzalanacaq?

Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? – FOTO

Xəzərdəki bu ada yarımada olur: materiklə birləşəcək

Bakıda parklar yenilənəcək: 61 milyonluq müqavilə…

Mədəniyyət Nazirliyi kitab mükafatını gələn il elan edəcək

Bu şəxslər ikiqat maaş alacaq

Onları da əsgər aparacaqlar – RƏSMİ

Teymur Musayev baş nazirin müavini təyin edildi

Anar Bayramov səhiyyə naziri təyin edilib

“EVRASCON” ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:sorğusuz, sualsız, aram-aram…

Ramiz Mehdiyevin oğlu istintaqa ifadə verdi

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib – FƏRMAN

Xırdalanın nəqliyyat əlaqələri genişləndiriləcək

Aqil Babayevin anasından təsirli müraciət: Oğlumun işi qərəzsiz araşdırılsın, mütəşəkkil dəstə məsuliyyətə cəlb olunsun

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.