Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Sazın səsi, sözün nəfəsi: Beynəlxalq Muğam Mərkəzində Səməd Vurğunun 120 illik yubileyi qeyd olunub

Mart 17, 2026
A A

REDAKTORUN SEÇİMİ

“Rosko” kolbasaları hansı ətdən hazırlanır? – ŞOK detallar

“Rosko” kolbasaları hansı ətdən hazırlanır? – ŞOK detallar

14 İyul 26 / 9:59
Belə avtomobillə heç yerə getmərəm – Prezident

Belə avtomobillə heç yerə getmərəm – Prezident

13 İyul 26 / 14:00
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

11 İyul 26 / 13:26
Hörmüzdə azərbaycanlıların gizli neft ticarət şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -VİDEO

Hörmüzdə azərbaycanlıların gizli neft ticarət şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -VİDEO

10 İyul 26 / 12:40
Səfir özəl şirkəti hansı statusla rəsmi görüşə aparıb?

Qazaxıstandakı səfirimiz müəmmalı təhsil şirkətini himayə efir: “EasyDanismanlik”in imtahansız qəbul foksu

10 İyul 26 / 11:26

Mart ayının 12-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyinə həsr edilmiş təntənəli yubiley tədbiri keçirilib.

“Sazın səsi, sözün nəfəsi” layihəsi çərçivəsində baş tutan gecə Mədəniyyət Nazirliyi, AMEA-nın Folklor İnstitutu və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı, eləcə də “Qazax” Xeyriyyə İctimai Birliyinin maddi-mənəvi dəstəyi ilə ərsəyə gəlib. Tədbirdə ziyalılar, şairin ailə üzvləri, doğmaları, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri, media nümayəndələri iştirak edirdilər.

Tədbirin girişində şairin həyat yolunu əks etdirən nadir video görüntülər nümayiş olunub, onun öz səsi ilə ifa etdiyi ölməz şeirləri dinlənildi.

Daha sonra Səməd Vurğunun 90 illik yubileyində Ulu Öndər Heydər Əliyevin yubiley nitqindən video kadrlar nümayiş olundu.

Gecəni giriş sözü ilə açan layihə rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova Səməd Vurğun yaradıcılığının aşıq sənəti ilə ayrılmaz bağlarından danışıb. O, dahi şairin istedadlı aşıqların tanıdılmasında və bu qədim sənətin inkişafındakı əvəzsiz xidmətlərini xüsusi vurğulayıb.

Tədbirin aparıcılığını üzərinə götürən yazıçı-publisist Ramiz Göyüşov şairin yaradıcılıq fəlsəfəsi haqqında ətraflı məlumat verib. O, Vurğun ocağının davamçıları – Yusif və Vaqif Səmədoğluların, eləcə də Aybəniz Vəkilovanın Azərbaycan ədəbiyyatı və incəsənətinə bəxş etdikləri töhfələrdən söz açıb, şairlə bağlı maraqlı xatirələri və tarixi faktları bölüşüb.

Daha sonra çıxış üçün söz ADPU-nun Quba filialının direktoru, professor Yusif Alıyevə verilib. Professor şairin doğulub boya-başa çatdığı Yuxarı Salahlı kəndinin onun yaradıcılığındakı ilham mənbəyi olduğunu konkret nümunələrlə əsaslandırıb. Yusif Alıyev qeyd edib ki, Səməd Vurğun poeziyasının ana xəttini türkçülük, islam dəyərləri, tarixilik və millilik təşkil edir.

Şairin yaradıcılığını Corc Bayronla müqayisə edən natiq, Vurğun irsinin xalqla daha dərin tellərlə bağlı olduğunu bildirib. O, həmçinin dahi şairin akademik fəaliyyətinə diqqət çəkərək deyib: “Səməd Vurğun təkcə böyük şair deyil, həm də fundamental elmi irs qoyan bir akademik idi. Mir Cəlal Paşayevin dediyi kimi, o, əlinə qələm alanda kağız korlamayan yeganə sənətkar idi.”

Yubiley gecəsi rəngarəng musiqi proqramı ilə davam etdi. Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar, Nəzakət Teymurova, xanəndələr Sahib İbrahimov və Kamilə Nəbiyeva şairin sözlərinə bəstələnmiş mahnıları məharətlə ifa ediblər. Əməkdar artist Zakir Əliyev isə Rəsul Həmzətovun dosta vəfa rəmzi olan “Əziz dostum” şeirini səsləndirib. Aşıqlar Avdı Musayev, Ramin Qarayev, Samir Cəlaloğlu və Şahin Süleymanov isə saz havaları üstündə şairin qoşmalarını ifa edərək salona xüsusi ruh bəxş etdilər.

“Qazax” Xeyriyyə İctimai Birliyinin sədri, professor İlham Pirməmmədov çıxışında Ümummilli Lider Heydər Əliyevin Səməd Vurğun irsinə verdiyi yüksək qiyməti xatırladıb. O, şairin 120 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsinə dair müvafiq Sərəncam imzaladığı üçün Prezident İlham Əliyevə bütün ziyalılar və Qazax mahalı adına minnətdarlığını bildirib.

İlham Pirməmmədov 1996-cı ildə Səməd Vurğunun 90 illik yubileyinin keçirilməsi haqqında Ulu Öndər Heydər Əliyevin sərəncam imzalandığını və təntənəli şəkildə qeyd olunmasını vurğuladı:

“Bir il ərzində Azərbaycanın hər bölgəsində Səməd Vurğunun 90 illik yubileyi təntənəli şəkildə qeyd olundu. Nəhayət, 1997-ci ilin mart ayında Respublika Sarayında (indiki Heydər Əliyev Sarayı) Ulu Öndər Heydər Əliyevin iştirakı ilə dövlət səviyyəli yubiley tədbiri keçirildi. Ulu Öndər Heydər Əliyev həmin tədbirdə çıxış edərək Səməd Vurğunun Azərbaycan ədəbiyyatında müstəsna yer tutduğunu xüsusi vurğuladı və dedi: “Səməd Vurğun Azərbaycan xalqının böyük şairidir. Onun yaradıcılığı Azərbaycan ədəbiyyatının qızıl fonduna daxildir və xalqımızın milli-mənəvi sərvətidir.”

Ulu Öndər çıxışında həmçinin qeyd etmişdir ki, Səməd Vurğunun yaradıcılığı xalqımızın milli ruhunu, vətən sevgisini və mənəvi dəyərlərini əks etdirir, onun əsərləri zaman keçdikcə daha da qiymət qazanır və yaşayır.

Mən hesab edirəm ki, Səməd Vurğunun 120 illik yubileyi də bir il müddətində Azərbaycanın hər bölgəsində keçiriləcək və nəhayət, yenə də Heydər Əliyev Sarayında təntənəli yubiley mərasimi təşkil olunacaqdır.

O, keçirilən tədbirin Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş ilk tədbir olduğunu vurğulayaraq, keçiriləcək digər tədbirlərdə “Qazax” Xeyriyyə İctimai Birliyinin yaxından iştirak edəcəklərini tədbir iştirakçılarının diqqətinə çatdırdı.

İlham Pirməmmədov Qazax Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşovun salamlarını tədbir iştirakçılarına çatdırdı və may ayında Səməd Vurğunun 120 illik yubileyinin Qazax rayonunda yüksək səviyyədə keçiriləcəyini qeyd etdi. Tədbirin aparıcısı Ramiz Göyüşova minnətdarlığını bildirdi:

“Ramiz müəllim, yubiley tədbirini yüksək səviyyədə apardığınız üçün sizə təşəkkür edirik. Səməd Vurğuna həsr etdiyiniz kitabın nəşr olunması münasibətilə sizi təbrik edirik. Yaxın günlərdə həmin kitabın təqdimatı Səməd Vurğunun Ev Muzeyi və “Qazax” Xeyriyyə İctimai Birliyinin birgə təşkilatçılığı ilə Səməd Vurğunun Ev Muzeyində keçiriləcəkdir”.

İlham Pirməmmədov qeyd etdi ki, 2000-ci ildən etibarən “Qazax” Xeyriyyə İctimai Birliyi tərəfindən hər il 21 mart tarixində Səməd Vurğunun və Fəxri Xiyabanda dəfn olunmuş Xalq yazıçıları Mehdi Hüseyn, İsmayıl Şıxlı, İsa Muğanna və Yusif Səmədoğlunun, Xalq şairi Vaqif Səmədoğlunun, Xalq artistləri Leyla Vəkilova və Əminə Dilbazinin, dövlət xadimi Möhsün Poladovun məzarları ziyarət olunur.

Bu il də 21 mart saat 11:00-da Fəxri Xiyabanda Səməd Vurğunun və orada dəfn olunmuş qazaxlıların məzarları ziyarət olunacaqdır. O, bütün Vurğunsevərləri keçiriləcək həmin tədbirə dəvət etdi.

Daha sonra Ramiz Göyüşov tədbirin yüksək səviyyədə təşkil olunmasında gərgin əməyinə görə “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü Sultanxanım Nəsibovaya təşəkkürünü bildirdi.

Xanəndə və aşıqların birgə ifasında Səməd Vurğunun “Azərbaycan” şeiri xorla ifa olundu.

Yubiley gecəsi Ulu Öndər Heydər Əliyevin “Azərbaycan” şeirini səsləndirdiyi kadrların nümayişi ilə başa çatdı.

“Qazax” Xeyriyyə İctimai Birliyinin mətbuat xidməti

Əvvəlki Yazı

Lənkəranın itirilmiş 15 ili: Taleh Qaraşovun idarəçiliyi altında yığılan problemlər

Növbəti Yazı

Reklam Agentliyinin əməkdaşları tərəfindən Bakının Bülbülə qəsəbəsində sahibkar sıxışdırılır – FİDEOFAKT

EKSKLUZİV

DİM-dən bu iddialarla bağlı açıqlama

DİM-dən bu iddialarla bağlı açıqlama

14 İyul 2026 / 10:30
1
Mahir Emreli İsrail klubunun təklifini rədd etdi

Mahir Emreli İsrail klubunun təklifini rədd etdi

14 İyul 2026 / 10:13
0
AQTA-dan bu məhsullarla bağlı çağırış

AQTA-dan bu məhsullarla bağlı çağırış

14 İyul 2026 / 10:00
1
“Rosko” kolbasaları hansı ətdən hazırlanır? – ŞOK detallar

“Rosko” kolbasaları hansı ətdən hazırlanır? – ŞOK detallar

14 İyul 2026 / 9:59
15

XƏBƏR LENTİ

DİM-dən bu iddialarla bağlı açıqlama

Mahir Emreli İsrail klubunun təklifini rədd etdi

AQTA-dan bu məhsullarla bağlı çağırış

“Rosko” kolbasaları hansı ətdən hazırlanır? – ŞOK detallar

Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür

Bu hücumlar dərhal dayandırılmalıdır – Quterreş

Qarabağın bərpasında Azərbaycana ilk yardım edən şəxs – Prezident

İan Sanders: Azərbaycan ÜGT-ə fəal dəstək göstərir

Xanım jurnalistin sözləri Prezidenti güldürdü – Video

Azad edilmiş ərazilərdə əməyin mühafizəsi üzrə tədbir…

Prezidentin Mətbuat Xidməti IV Şuşa Qlobal Media Forumu ilə bağlı videoçarx hazırlayıb

Yeni qanun layihəsi: parlamentdə mübahisə düşdü

Sabahkı HAVA PROQNOZU

İlham Əliyev: Bizi istəməyən qüvvələrlə mübarizəmiz daimi olacaq

Onlar vizadan qarşılıqlı azad edəcək

Bu şəhərə köçənlərə PULSUZ TORPAQ veriləcək

Sabah məhərrəm ayı başa çatır

Belə avtomobillə heç yerə getmərəm – Prezident

Prezident İlham Əliyev: Azərbaycanın potensial daxili riskləri yoxdur

“Rare Academy” – Təhsildən karyeraya aparan uğur yolunda etibarlı tərəfdaş

Azərbaycan Gürcüstanın Anaklia limanına maraq göstərir

Tələbə vaxtı diplom işimin mövzusu bu idi – Prezident

Kallas: Aİ Gürcüstan hökumətini dəstəkləmək istəmir

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizi vacib layihədir

Psixiatriya müayinəsinə dair yeni tənzimləmə müəyyənləşir

Bu gün Azərbaycan-ABŞ münasibətləri çox əladır – Prezident

DİN vətəndaşlara çağırış edib: Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın

“Rusiya ilə Ukrayna arasında müharibə dərhal dayandırılmalıdır” – İlham Əliyev

Bakıda I sinfə qəbulla bağlı 37 598 sorğu yerləşdirilib

Bu il Azərbaycanın qeyri-neft ixracı 17% artıb

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev   Apr »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.